Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə131/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   127   128   129   130   131   132   133   134   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



379

Azərbaycan Respublikasında kredit bazarının tənzimlənməsi sis-

teminə həm institusional, həm iqtisadi və həm də hüquqi istiqamətdə 

nəzər saldıqda məlum olur ki, bunların demək olar ki, hamısı kom-

pleks halında ölkənin bank sistemində  cəmlənir. Çünki məhz bank 

sistemi ölkədə kredit münasibətlərini tənzimləyir, kreditiərin start və 

sonrakı faizlərini müəyyən edir, bazarda kreditin təklif edəni, bəzən 

isə tələb edəni və s. rolunda çıxış edir. Kredit bazarının institusional 

tənzimlənməsi sahəsində ölkənin bank sisteminin iki əsas qrupunu 

fərqləndirmək lazımdır. 

Birincisi, Azərbaycan Respublikası  Mərkəzi Bankı ölkədə pul- 

kredit siyasətinin işlənməsi və həyata keçirilməsi; sonuncu instansiyalı 

kreditor rolunun yerinə yetirilməsi, kommersiya banklarının fəaliyyəti 

üzərində nəzarət və s. kimi funksiyaları yerinə yetirməklə kredit baza-

rının ən operativ və yuxarı instansiyalı tənzimləyicisi sayılır. 

Ölkədə kredit bazarının hüquqi tənzimlənmə mexanizmindən da-

nışdıqda ilk növbədə, həmin bazarın institusional tənzimlənmə obyekt-

lərinin hüquqi-normativ bazasını  nəzərdə tutmaq lazımdır. Belə ki, 

Azərbaycanda kredit bazarının əsas tənzimləyici institutu olan Mərkəzi 

Bank  əsasən Azərbaycan Respublikasının Konstitusiyası  və "Mərkəzi 

Bank haqqında" Azərbaycan Respublikasının Qanunu ilə  tənzimlənir. 

Qeyd edək ki, 1993-cü ilin fevral ayının 10-da yeni redaktədə  qəbul 

olunmuş "Mərkəzi Bank haqqında" Azərbaycan Respublikasının Qanu-

nu ilə Mərkəzi Bankın müstəqillik statusu möhkəmləndirilmişdir. Lakin 

daha sonralar ölkənin maliyyə bazarında və ümumilikdə iqtisadi vəziy-

yətində baş verən dəyişikliklər və yeni sosial-iqtisadi şərait bu qanunun 

təkmilləşdirilməsini tələb etdi. Buna görə  də müvafiq qanun 10 iyun 

1996-cı ildə müəyyən  əlavə  və  dəyişikliklərə  məruz qalaraq yenidən 

qəbul edildi. Bu mərhələdən başlayaraq Mərkəzi Banka ölkənin 

maliyyə-kredit sektorunda daha geniş  səlahiyyətlər verildi və o yalnız 

ölkə başçısına hesabat verən struktura çevrildi (əvvəl Mərkəzi Bank 

Parlamentə hesabat verirdi). Bu mərhələdə ölkənin xarakterik spesifikli-

yi kimi, kredit və qeyri-kredit təşkilatlarının dövlət qeydiyyatına alın-

ması müəyyən edildi. 2000-ci ildə isə "Kredit birlikləri haqqında" Azər-

baycan Respublikasının Qanunu qəbul olundu. 

Digər bir hüquqi normativ akt 1992-ci ildə qəbul edilmiş "Bank-

lar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

380



dur. Bu qanun kredit təşkilatlarına lisenziyalarda müəyyən edilən hü-

dudlarda bir sıra hüquq və vəzifələr verir ki, bunların da böyük əksə-

riyyəti ölkədə kredit münasibətlərinin tənzimlənməsi, kredit bazarında 

iştirak və s. ilə bağlıdır. Qeyd edək ki, müvafiq qanun da 1996-cı ildə 

müəyyən dəyişikliklərlə yenidən qəbul edildi. 

Son illər kredit bazarının da tənzimlənməsinin təkmilləşdiriməsi 

məqsədilə innovativ bazanın gücləndirilməsi işi aparılmışdır. Belə ki, 

2001-cı ildən başlayaraq, o vaxtdaki Mərkəzi Bank tərəfindən kredit-

lərin verilməsini tənzimləyən yeni qaydalar qəbul oluıımuş və bu qay-

dalarda lombard və overrayt kreditlərinin verilməsi nəzərdə tutulmuş-

dur. Həmin dövrdə Azərbaycan üçün yeni olan bu müasir maliyyə 

vəsaitləri yüksəktəminatlı kredit bazarının yaradıması ilə yanaşı, eyni 

zamanda bankların qısamüddətli likvidliyə ehtiyacını ödəməyə  və 

dövlət qiymətli kağızlar bazarının inkişafını stimullaşdırmağa xidmət 

etmişdir. 

2001-ci ildən başlayaraq Mərkəzi Bank mütəşəkkil banklararası 

kredit bazarının təkmilləşdiriməsi sahəsində də bir sıra addımlar atmağa 

başlamışdır. Qeyd edilən ildə mütəşəkkil banklararası kredit bazarında 

maliyyə resurslarının sərbəst hərəkətinin təmin edilməsi məqsədilə 

müvafiq infrastrukturun yaradılması üçün mühüm işlər görülmüşdür. 

Ölkənin kredit bazarının tənzimlənməsi sahəsində ən son dəyişik-

liklər sırasında ölkədə bank sistemini tənzimləyən qanunların dəyişik-

liklərə məruz qalmasını qeyd etmək olar. Belə ki, 2004-cü ildə "Bank-

lar haqqında" və "Milli Bank haqqında" növbəti qanunların qəbul edil-

məsi ölkənin kredit bazarında, maliyyə-kredit münasibətlərində  və 

bank sistemində yeni bir mərhələnin başlamasından xəbər verirdi. 

Əsas yenilik kredit təşkilatlarının yaradılması və ləğv edilməsi ilə bağ-

lı prosedurların təkmilləşdirilməsi idi. "Banklar haqqında" yeni Qanun 

Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının bey-

nəlxalq standartlara daha da uyğunlaşdırıması, iqtisadiyyatda bank 

xidmətlərinin rolunun artırılması, bank əmanətçılərinin və kreditorları-

nın müdafiəsinin gücləndirilməsi və bütövlükdə maliyyə-kredit siste-

minin, maliyyə bazarının stabil və təhlükəsiz fəaliyyətinin təmin edil-

məsi məqsədilə bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin 

tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normala-

rını müəyyən etdi. 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



381

Ölkənin kredit bazarında bankların xüsusi rolu əsasən onların tə-

sərrüfat subyektlərinə  və  əhaliyə verdiyi kreditlərlə ölçülür. Bu gün 

ölkədə  fəaliyyət göstərən banklar (kommersiya və  əmanət bankları) 

müxtəlif sahələr üzrə və şəxslər (fiziki və hüquqi) üçün qısa və uzun-

müddətli kreditlər verirlər. 

 

 

Azərbaycan Respublikasında iqtisadiyyata kredit qoyuluşları  



(ilin axırına mln. manatla) 

 

İqtisadiyyata kredit 

qoyuluşları 

2008 

2009 

2010 

2011 

2012 

Onlardan: qısamüddətli

2295,9  2359,9 2567,1 2951,2 3508,3 

Yekuna görə, faizlə 

32.0 

28.0 


28.0 

30.0 


28.6 

uzunmüddətli 

4895,4  6047,6 6596,3 6899,1 8735,4 

Yekuna görə, faizlə 

68.0 

72.0 


72.0 

70.0 


71.4 

 

Beləliklə, iqtisadiyyata qoyulmuş  həm qısamüddətli, həm uzun-



müddətli kreditlər 2008-ci illə müqayisədə nominal həcmdə artmış və 

2012-cü ildə bu məbləğ 12 mlrd. manata yaxınlaşmışdır. Eyni zaman-

da, ölkə iqtisadiyyatına qoyulan kreditlərin kəmiyyət ifadəsilə yanaşı, 

keyfiyyət ifadəsində  də müsbət dəyişikliklər baş vermişdir. Belə ki, 

cədvəldən göründüyü kimi, ümumi kredit qoyuluşlarının həcmində 

uzunmüddətli kreditlərin payı 2008-ci ildəki 68.0 %-dən 2012-cü ildə 

71.4 % səviyyəsinə çatmışdır. Uzunmüddətli kreditlərin ümumi kredit 

qoyuluşlarındakı payının get-gedə yüksək paya malik olması, bir daha 

ölkədə kredit bazarlarında  əlverişli mühitin formalaşması, maliyyə-

kredit sisteminin sağlamlaşması, investisiya mühitinin yaxşılaşması və 

s. kimi müsbət tendensiyalardan xəbər verir. 

Tədqiqatın materialları göstərir ki, son 10 il (2003-2013) ərzində 

ölkə iqtisadiyyatına kredit qoyuluşlarının sahələr üzrə artım tempi 

yuxarıda rast gəlinən nəticənin əyani sübutu kimi qəbul edilə bilər. 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə