Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə140/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   136   137   138   139   140   141   142   143   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



405

aşağı olmamaq şərtilə). Xüsusi vəsaitlərin payı nə qədər yüksək olar-

sa, sığortaçının maliyyə sabitliyi də bir o qədər yüksək hesab edilir. 

Bir sıra müəlliflər bu əmsalı muxtariyyət  əmsalı adlandırırlar, çünki, 

bu əmsalın yüksəlməsi gələcəkdə, maliyyə müstəqilliyinin artması və 

maliyyə çətinlikləri riskinin azalmasmda ifadə olunur. 

Son zamanlar həyata keçirilən sığorta siyasəti sığorta təşkilatları-

nın ümumi passivlərində xüsusi kapitalın payının sürətlə artırılması 

tendensiyasını müəyyən etmişdir. Azərbaycanda ümumihkdə  sığorta 

təşkilatlarının xüsusi fondları 2000 - 2008- ci illərdə 14,6 dəfəyə qədər 

yüksəlmişdilərsə. nizamnamə fondunun təkcə 2008- ci il üçün artımı 

şirkətlərin xüsusi vəsaitlərinin ümumi artımının 70,9 %- ni təşkil 

etmişdir. Ümumilikdə  sığortaçının fondunun tərkibində olan xüsusi 

və-saitlərinin həcmi 2008- ci ildə - 92,3%, balans mənfəəti üzrə  və-

saitlər isə - 7,0%- dək təşkil etmişdir. 

Sığortaçılar üçün xüsusi vəsaitəlrin qorunub saxlanılmasının mü-

hüm əhəmiyyət kəsb etməsinə baxmayaraq sığortaçıların fəaliyyətinin 

inkişaf etdirilməsində sığorta şirkətlərinin resurslarının tərkibində cəlb 

olunmuş vəsaitlərin xüsusi çəkisinin artması prosesi gedəcəkdir. 2000-

2008-ci illərdə Azərbaycan sığortaçılarının bütün sığorta resurslarının 

70 %-dən çoxu cəlb olunmuş  vəsaitlərin payına düşmüşdür. Cəlb 

olunmuş  vəsaitlər üzrə resurslarının payının və  həcminin çoxalması 

prossesi sığorta şirkətlərınin mahyyə sabitliyini nisbi olaraq, müəyyən 

qədər azaltmışdır. Məhz buna görə də xüsusi və cəlb olunmuş vəsait-

lərin qəbul olunmuş nisbətinə həmişə ciddi riayət olunmalıdır. İqtisa-

di-maliyyə gərginliyil zamanı bu nisbətin əhəmiyyəti daha da artır. Bu 

göstəricilərə diqqətin daha da artırılması Azərbaycanın sığorta bazarı-

nın dünyanın sığorta sisteırinə inteqrasiya olunması prossesi ilə diktə 

olunmuşdur. Müasir beynəlxalq sığorta bazarında isə  sığortaçıların 

maliyyə sabitliyinə nail olunmasında xüsusi kapitalın məqbulluğu 

problemi öz əhəmiyyətinə görə mühüm yerlərdən birini tutur. 

Kapitalın  əsaslandmlmış normativ və strukturuna tədrici keçid 

Azərbaycan sığortaçılarının maliyyə hesabatının beynəlxalq standart-

lara yaxınlaşmasına yardım edir, onların respubhkanın milh sığorta 

bazarının formalaşması və inkişafı şəraitində sərbəstliyinin və maliyyə 

sabitliyinin təmin olunmasına təkan verir. Sığortaçının maliyyə sabitli-

yinin təmin edilməsinə onun hüquqi təşkilati forması da əhəmiyyətli 

şəkildə təsir göstərir. 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

406



Hesab edilir ki, dövlətin sığorta təşkilatı (nizamnamə kapitalının 

yarısından çoxunun dövlətə məxsus olduğu təşkilatlar) sığorta müqa-

viləsi üzrə öhdəliklərin yerinə yetirilməsində daha çox təminatlı olur. 

Çünki, bu növ təşkilatların həm hüquqi, həm də maliyyə öhdəçilikləri 

arasında dövlətin nüfuzu durur. Bu gün milli sığorta bazarında fəaliy-

yət göstərən Dövlət sığortası Kommersiya Şirkəti -Azərsığorta respub-

likanın güclü sığorta cəmiyyətlərindən hesab olunur. Yüz faiz dövlət 

mülkiyyətində olan bu təşkilatın nizamnamə kapitalı 01.01.2010-cu il 

tarixə 4,0 mln. manat (o cümlədən 3,7 mln. manat pul, 0,3 mln. manat 

əmlak) təşkil etmişdir. Azərsığorta 2009-cu ildə 26,5 mln. manat sı-

ğorta tədiyyəsi toplamış və 12,1 mlrd. manat sığorta ödənişini həyata 

keçirmişdir. 

Qeyd etmək lazımdır ki, müasir dövrdə sığorta şirkətlərinin ma-

liyyə resurslannm genişləndirilməsində  mənfəətin formalaşdırılması 

və istifadəsi probleminin nəzərdən keçirilməsi xüsusi olaraq nəzərə 

alınmalıdır. Bu göstəricinin spesifik xüsusiyyətləıindən biri onun yal-

nız netto-stavkaya daxil edilməsi ilə bağlıdır. Lakin, obyektiv səbəblə-

rin təsiri altında faktiki mənfəət tarifin istənilən hər hansı bir elementi 

hesabına formalaşa bilər. 

Göründüyü kimi respublikanın milli sığorta bazarında, orta he-

sabla, mənfəətin böyük əksəriyyəti (60%-i) sığorta  əməliyyatlardan 

əldə edilmiş  mənfəətin payına düşmüşdür.  İnvestisiya fəaliyyətindən 

əldə olunmuş mənfəət isə 10-15 -% təşkil etmişdir. 

Bazar münasibətlərinin inkişafı  şəraitində  mənfəətin formalaş-

dırılması və istifadəsi xüsusi aktuallığa malik olur. Bu proses zamanı 

formalaşan sığorta resurslarının spesifik xüsusiyyəti onların iqtisadi və 

sosial amillərdən asılı olan daxili xarakterinə əsaslanır. 

Ümumiyyətlə, ehtiyatlar minimum olaraq aktivlərə uyğun gəlmə-

lidir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, sığorta təşkilatının 

maliyyə sabitliyinin təmin edilməsi, xüsusi və  cəlb edilmiş resurslar 

arasmda optimal nisbətin  əldə edilməsindən bilavasitə asılıdır. Milli 

sığorta bazarında sığorta ehtiyatlarının kifayətlilik səviyyəsinin təhlili 

zamanı, belə bir vəziyyət də aşkarlandı ki, sığorta tədiyyələrinin top-

lanması üzrə liderlər qrupunda gedən təşkilatlar, bu normativ göstə-

ricinin heç yansını da formalaşdıra bilmirlər və bu vəziyyət belə bir 

faktı bir daha sübut etdi ki, sığorta haqqlarının maksimal toplanması, 

hələ  sığorta  şirkətinin tədiyyəqabiliyyətli olması demək deyildir. Sı-



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



407

ğorta iqtisadi fəahyyətin elə bir sahəsidir ki, orada «maksimalizm» 

yox, məhz «optimal» fəaliyyət xüsusi önəm daşımış olur. 

Qeyd etmək lazımdır ki, sığorta ehtiyatlarının formalaşdrılması-

nın prinsipial məqamı bu ehtiyatların gəlirlərdən deyil, məhz öhdəçi-

liklərdən asılı olaraq formalaşmasına  əsaslanmasıdır. Sığorta ehtiyat-

ları xarakterlərinə görə borc kapitalı hesab edildiyi üçün müqavilələr 

üzrə sığorta öhdəçiliklərinin sığorta ehtiyatlarına adekvat olması şərti-

lə sığortaçının maliyyə sabitliyindən iki şərt daxilində danışmaq olar: 

1) sığorta ehtiyatları  həcminin xüsusi vəsaitlərin həcminə olan 

proporsiyası; 

2) onların optimal yerləşdirilməsi (yəni səmərəli investisiya siyasəti). 

Təklliflər planının mahiyyəti sığorta bazarının 5-7 ərzində mərhə-

lələr üzrə liberallaşdırılmasından və eləcə xarici sığortaçıların iştirakı-

nın icazə verilmədiyi sektorla müəyyənləşdirilməsindən ibarətdir. 

Bura sığortanın məcburi növləri və həyat sığortası növlərini aid etmək 

mümkündür. Necə deyərlər, sığorta biznesinin rəqabət qarşısında olan 

«qorxusu» böyükdür, çünki, seçim imkanına malik olan müştəri daha 

etibarlı  və keyfiyyətli sığorta xidmətlərinə üstünlük verir. Eyni za-

manda belə bir həqiqət də yaddan çıxarılmamalıdır ki, xarici kapital 

axını  sığorta bazarının maliyyə tutumunun genişləndirilməsinə  təkan 

verəcək və sığortaçıların beynəlxalq standartlar səviyyəsində çahşması 

məcburiyyət meydana çıxaracaqdır. 

İqtisadivyatın dinamik inkişafı zamanı  sığorta xidmətlərinə olan 

tələbat təsərrüfat fəaliyyətinin həcminin artması ilə  əlaqədar olaraq 

yüksələcəkdir. 

Əksər sahələrdə sığorta iqtisadi yüksəlişin zəruri şərti, onun tər-

kib komponenti kimi qiymətləndirilir. Bu, xüsusilə hipoteka krediti ilə 

malliyyələşdirilən borclu olan şəxsin həyatının kreditorun xeyrinə sı-

ğorta olunması ilə zəmanətləndirilən yaşayış tikilisinə investisiyaların 

qoyulması ilə təzahür edəcəkdir. Məhz buna görə də milli sığorta sis-

teminin az tutumlu olması, hələ onda potensial imkanların heç də 

mövcud olmamasmı ifadə etmir. 

Unutmaq olmaz ki, Azərbaycanda sərbəst sığorta bazannm for-

malaşma tarixi 5-10 ili əhatə edir və o özünün inkşafmın hələ başlan-

ğıc mərhələsindədir. 

Qeyd etmək lazımdır ki, yaxın gələcəkdə  rəqabət qabiliyyətinə 

malik olan milli sığorta bazarının yaradılması və qorunub saxlanması 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə