Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə13/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   9   10   11   12   13   14   15   16   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

32



ri, yaxud birbaşa iştirakı vasitəsi ilə  əldə olunan gəlirlərin hesabına 

yaranır. Neft sahəsi Azərbaycan Respublikasında dominant rolunu oy-

namaqla, tutumuna və  təsərrüfat  əlaqələrinə görə mühüm yer tutur. 

Ölkə iqtisadiyyatının makroiqtisadi artım tempi, tarazlı inkişaf dina-

mikası  və sosial müdafiə  tədbirləri neft gəlirləri hesabına ödənilir. 

Neftin iqtisadi və sosial rolu onun sahələrarası proporsiyalarını, infras-

truktur sahələrinin və maliyyə potensialının formalaşması ilə özünü 

göstərir. Respublikanın islahatlar proqramı, yoxsulluğun ləğvi və İqti-

sadi  İnkişaf Proqramı, regionların Sosial İqtisadi  İnkişafının Dövlət 

Proqramı neft potensialının cari və perspektiv istifadə istiqamətlərini 

müəyyən edir. Respublikada sintetik göstərici olan ümumi daxili məh-

sul və dövlət gəlirlərinin formalaşmasında neft sahəsinin rolunu və 

onun gəlirlərinin dövlət büdcəsi, Neft Fondu və xüsusi vəsaitlər 

hesabına bölgüsü, struktur təhlil aparmağa imkan verir. 

Ümumi daxili məhsulun sahə strukturunun dəyişməsi, sahələrin 

istehsal həcminin artımı, həmin sahələrə qoyulan faktiki kapital qoyu-

luşu və  gətirilən maddi resursların artımı ilə formalaşır. Bir faktı da 

qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Dövlət Neft Fon-

dundan dövlət büdcəsinə transfertin məbləgi 2014-cü ildə  əvvəlki 

illərlə müqayisədə 17,7 % azalmışdır. 

Neft gəlirlərinin makroiqtisadi tələbat, tarazlı inkişaf vəziyyətini 

möhkəmlətməklə, onun infrastrukturunun genişlənməsi yolu ilə yeni iş 

yerlərinin açılması, yaxud həmin sahədə işləyənlərin əməkhaqqının və 

sosial müdafiəsinin güclənməsi tədbirlərini əhatə edir. 

Makroiqtisadi tarazlıq məqsədi ilə ölkədə büdcə  gəlirlərinin və 

neft fondunun əlaqəsinin qurulması, neft gəlirlərinin bölgüsü ilə büdcə 

xərclərinin təkrar istehsal, yaxud texnoloji quruluşu və sahələr üzrə 

təsnifata uyğun bölgüsü mexanizmləri tətbiq edilir. Bu mexanizmlərin 

seçilməsi, onların dəyişmə meyilləri və idarə edilmə strategiyası, nor-

mativ hüquqi və iqtisadi bazası, məhz qlobal inkişaf strategiyasına 

əsaslanır. Neft fondunun büdcə vasitəsi ilə istifadəsi hələ qərarlaşma-

mış bazar iqtisadiyyatı şəraitində əlavə xərclərin artmasına və maliyyə 

pozuntularına gətirib çıxara bilər. Ona görə  də onun büdcə  gəlirləri 

şəklində təsdiqi və ona nəzarət məqsədi ilə əsaslanmış xərc strukturu-

na görə Neft Fondundan büdcəyə vəsait ayrılır. Bu ayırma Neft Fon-

dunun gəlir və xərclərində, dövlət büdcəsinin ayrıca sətri ilə gəlirlərin-

də, prioritet istiqamətləri nəzərə almaqla xərc strukturunun sahə  və 

funksional təsnifatı üzrə bölüşdürülür. Təbii ki, bu bölgüdə büdcənin 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



33

özünün reallığı şəffaflığı və onun real sektora yaxınlığı mühüm şərait 

kimi təsir edir. Beləliklə, neft gəlirlərinin dövlət büdcəsinin gəlirləri 

və büdcə vasitəsi ilə  xərclərinin transformasiyasında alternativ vari-

antlar, yaxud elmi əsaslarla proqnozlaşdırılmış meyillər əsas rol oyna-

yır. Nəticədə bu son effektə təsir edir. Büdcə xərclərinin strukturunda 

neft gəlirlərinin investisiya və yaxud istehlak məqsədilə bölgüsü, ya-

xud müdafiə olunan xərclər, yaxud restruktizasiya və modernləşdirmə 

xərcləri arasında nisbətlər sonrakı neft gəlirlərinin ayırma meylini və 

onun səmərəsini müəyyən edir. 

Neft gəlirlərinin artırılması amili olaraq kompleks sahələrin 

ahəngdarlığı ixtisaslaşma səviyyəsi ilə yanaşı, sistem bağlılığı ilə bağ-

lıdır. Ona görə də iqtisadi mexanizmlərin inkişafı və onların real sek-

torun xüsusiyyətlərinə uyğun transformasiyası digər sahələrin mənafe-

yini təmin etməlidir. Ona görə də neft sektorunda gəlirlərin artırılması 

xarici amillərlə yanaşı, həmin sahə daxilində resursların biri-birini 

əvəz etməsinin optimal variantının seçilməsi və neft sənayesində əmək 

haqqı ilə onun maddi resursları arasında stimullaşdırma mexanizmləri 

tətbiq edilməlidir. Bu baxımdan ölkənin iqtisadi sahələri arasındakı 

əməkhaqqı sistemi, neft gəlirləri ilə onun mənfəət norması arasındakı 

nisbətlər, həm stimullar yaratmaq, həm də sahədaxili maddi əşya 

strukturu ilə  işçi qüvvəsinin təkrar istehsalı arasındakı nisbətlər opti-

mal olmalıdır. 

Neft gəlirlərinin saxlanması respublikada neft fondu vasitəsilə 

reallaşır. Neft Fondunun idarə olunmasından gələn gəlirlərin də müəy-

yən variantları ola bilər. Təbii ki, respublikanın iqtisadi transformasiya 

və restruktizasiya istiqamətləri həmin fondun istifadəsində prioritetləri 

müəyyən edir. Neft Fondunun istifadəsi risklərlə bağlıdır.  Əgər riski 

böyük olan sahələrə Neft Fondu istifadə olunursa, onun sosial-iqtisadi 

effekti haqqında təminat vermək mümkün olmaz. Neft Fondunun isti-

fadəsində sosial müdafiə tədbirləri və birbaşa ayırmalarına ayrılan və-

sait ünvanlı xarakter daşımaqla sosial normativlərə əsalanır. Respubli-

kada Neft Fondunun gəlirləri və xərcləri üzərində nəzarət büdcə vasi-

təsi və prezident yanında yaradılan Şura vasitəsi ilə idarə olunur. Res-

publikada neft gəlirlərinin və onun istifadə imkanlarının ÜDM-un tər-

kib hissəsi kimi təkrar istehsal və təsərrüfat əlaqələri neft sektorunun 

aparıcı olması prioriteti ilə müəyyənləşir. 

Neft gəlirlərinin artması ilə respublika üçün əsas inkişaf və səmə-

rəli sahə olan ticarət və xidmət sahələrinin inkişafına beynəlxalq tica-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə