Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə26/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   22   23   24   25   26   27   28   29   ...   104

 
81 
daran, Ramana və s.) qalaları, məscid, mədrəsə və xanəgahlar (İçəri 
şəhərdə Sınıqqala minarəsi, Pir Hüseyn xanəgahı və s.), məqbərələr 
(Əcəminin yaratdığı memarlıq abidələri-Mömünə xatun-1186, Yusif 
ibn Küseyr məqbərəsi-1162, Qoşaminarə-1187, Cümə  məscidi və 
s.), körpülər (Xudafərin (1027), Cuqa və s.), Gəncə qala qapıları-
1063,  Şamaxıının Sündü kəndində tikilmiş günbəzli məscid-920, 
Əlincə qalası, Lerikdə  Oğlanqala, X əsrdə  Ağoğlan çayı sahilində 
tikilmiş Amaras monastrı özlərinə məxsus üslubları ilə  fərqlənirdi. 
XII  əsrdə Naxçıvan mtmarlıq üslubunda Marağada Göy günbəz, 
Urmiyada Üç günbəz məscidləri, Culfada sərdabələr ucaldılmışdı. 
XI-XII əsrlərdə tətbiqi incəsənətin bir sıra sahələrinin (saxsı qablara 
bəzək vurulması, parçaların rənglənməsi və naxışlanması, ağac, 
şüşə və s. emalı, metala naxış basılması, xalçaçılıq və s.- də) inkişaf 
səviyyəsi xeyli yüksəlmişdir. 
Ümumiyyətlə, XI-XIII əsrlərin əvvəlləri dövrünü Azərbaycan 
memarlığı tarixində dönüş mərhələsi saymaq olar. Bu dövrün geniş 
tikinti işləri Azərbaycan memarlığını yeni bina tipləri (qülləvari 
türbə, mədrəsə), konstruktiv fəndlər (ikiqatlı günbəzlər, mərkəzi 
dayaqlı tağ örtüyü), memarlıq elementləri (dairəvi minarə, ikimi-
narəli baştağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, şirli 
kərpic, bloklarla üzləmə) və s. ilə zənginləşdirir. 


 
82
 
VI FƏSİL 
AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ.  
AZƏRBAYCAN XALQININ MONQOLLARA  
QARŞI MÜBARİZƏSİ 
 
Plan: 
1. Monqolların Azərbaycanı işğal etməsi. 
2. Azərbaycan Hülakülər dövlətinin tərkibində. 
3. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı və 
mədəniyyət. 
 
1. Monqolların Azərbaycanı işğal etməsi 
 
XIII  əsrin  əvvəllərində  Çingiz xanın (1206-1227) yaratdığı 
Monqol feodal dövləti qonşu vilayətləri işğal etməyə başladı. Bu 
dövrdə Azərbaycanın şərq sərhədlərində mövcud olan Xarəzmşahlar 
dövləti iqtisadi və hərbi qüdrətini itirmişdi və monqollarla mübarizə 
aparmaq iqtidarında deyildi. Ölkədə vahid mərkəzi dövlət olmadı-
ğından feodal çəkişmələri hökm sürürdü. Eldənizlərin Atabəylər 
dövləti,  Şirvanşahlar dövləti, Marağada Rəvvadilər nəslindən olan 
Ağsunqurilər sılaləsi (1108-1227) əvvəlki qüdrətlərini itirmişdilər. 
Monqollar  1220-ci ildə Azərbaycana ilk dəfə yürüş etdilər (8, s. 
322). Monqol sərkərdələri Cəbə və Subutay Zəncan,  Ərdəbil, Sə-
rab və b. şəhərləri və kəndləri dağıda-dağıda Təbrizə yaxınlaşdılar. 
Şəhər möhkəm qala divarları ilə  əhatə edildiyindən monqollar 
danışıqlar aparmağı qərara aldılar. Monqollar böyük xərac aldıqdan 
sonra qışlamaq üçün Muğana yollandılar. Lakin gürcü çarı IV 
Georgi ilə Atabəy Özbək arasında hərbi ittifaq bağlandığı barədə 
məlumat alan monqollar Muğandan  Gürcüstana basqın etdilər və 
gürcü çarını  məğlubiyyətə  uğratdılar.  1221-ci ilin əvvəllərində 
Cəbə  və Subutayın dəstələri Gürcüstandan yenidən Azərbaycana 
qayıtdılar və Təbrizə tərəf hərəkət etdilər. Təbriz hakimi Şəmsəddin 
Tuğrayi xərac verməklə şəhəri qarətdən xilas etdi. Monqollar Ma-


 
83 
rağa üzərinə yürüş etdilər.  Əhali ciddi müqavimət göstərdi. Düş-
mən divardağıdan maşından istifadə edərək şəhərə daxil oldu. Əha-
liyə qanlı divan tutuldu. Monqollar Marağadan sonra Ərdəbili 
tutdular. Ərdəbildən sonra 3-cü dəfə Təbrizə hücum etdilər. Özbək 
Naxçıvana qaçdı. Əhali Şəmsəddin Tuğrayinin başçılığı ilə şəhərin 
müdafiəsinə qalxdı. Cəbə  və Subutay Təbrizin ciddi mübarizəyə 
hazır olduğunu görüb açıq döyüşə girməkdən çəkindilər və yenə 
xərac almaqla kifayətləndilər. Təbriz yenə qarətdən xilas oldu. 
Monqollar Sərab, Beyləqan şəhərlərini işğal edib, Gəncəyə hücum 
etdilər. Gəncəlilərin  əvvəlcədən hazırlaşdığını bilən monqollar xə-
rac almaqla kifayətləndilər və  Gürcüstana getdilər. Sonra Şirvana 
soxuldular.  Şirvanşah Güştasp (1203-1225) qalaların birinə 
çəkilməli oldu. Şamaxı  əhalisi  3 gün mübarizə apardılar, lakin 
monqollar  şəhəri tutdular, şəhərdə  əhalinin kökü kəsildi.  1222-ci 
ildə  Şamaxıdan  Dərbəndə üz tutdular  (8, s. 323). Dərbənd keçi-
dindən keçməyin çətinliyini görən Cəbə və Subutay hiylə işlətdilər. 
Onlar Şirvanşaha danışıq üçün xəbər göndərdilər. Şirvanşah təklifi 
qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərin 
birini öldürüb digərlərini məcbur etdilər ki, onları gizli yollarla Də-
bənddən şimala keçirsinlər. Onlar 1223-cü ildə Kalka çayı sahilin-
də  rus-qıpçaq qoşunlarına qalib gəldilər, lakin İdilboyunda 
bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar. 
Azərbaycan  1225-ci ildə  Xarəzmşah Məhəmmədin oğlu 
Cəlaləddinin  hücumuna məruz qaldı (9, s. 150). O, İraq,  Əcəm, 
Kirman və Fars vilayətlərini  ələ keçirdi. Sonra Marağanı tutdu, 
Təbrizə yönəldi. Atabəy Özbək, ailəsini qoyub Gəncəyə qaçdı, 
oradan Əlincə qalasına getdi və burada öldü. Bununla da Eldənizlər 
sülaləsi süqut etdi. Təbrizlilər  şəhər rəisi  Şəmsəddin Tuğrayinin 
qardaşı  oğlu  Nizaməddinin başçılığı ilə  7 gün  mərdliklə vuruş-
dular, lakin birlik olmadığından Cəlaləddin 1225-ci ilin iyulun 25-
  şəhəri tutdu. Nizaməddin Tuğrayi  şəhər rəisi təyin edildi. 
Atabəylərin Gəncədəki canişini Cəmaləddin də şəhəri Cəlaləddinin 
sərkərdəsi Urxana təslim etdi. Urxan Arranın  Beyləqan,  Şəmkir 
şəhərlərini və b. tutdu. Ağsunqurilər dövləti (1227) süqut etdi. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə