106
gəlir Ağqoyunlu dövlətinin iqtisadi qüdrətinin əsas mənbəyi idi.
Dövlətin daxili siyasətində, xüsusilə iqtisadi həyatında oturaq fe-
odallar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar mühüm rol
oynayırdılar. Yenə də, Ağqoyunlu dövlətində daxili vəziyyət ağır
idi. Ağır vergi və mükəlləfiyyətlərdən bezmiş əhali arasındakı hə-
rəkatlar dövlətin siyasi əsasını sarsıdırdı. Uzun Həsən xalqın
rəğbətini qazanmaq üçün bir sıra tədbirlər, vergi işlərini nizama
salmaq üçün “Qanunnamə” verdi. Bu, əhalinin vəziyyətini yaxşı-
laşdırmadı. Uzun Həsən nizami ordu yaratdı, odlu silah istehsal
etməyə təşəbbüs etdi, feodalların müqavimətini qırdı. Bəzi güzəşt-
lərə getməyə də məcbur oldu. Lakin o, möhkəm mərkəzləşdirilmiş
dövlət yarada bilmədi.
Ağqoyunlu dövlətinin xarici siyasəti. Ağqoyunlu dövləti
Azərbaycanın bu vaxta qədərki tarixində Avropa ölkələri ilə ən
geniş əlaqə yaratmış ilk dövləti idi. Uzun Həsən Qərb ölkələri ilə
ticarət əlaqələri, xüsusilə ipək ticarəti yaratmışdı. Digər tərəfdən, o,
öz ordusuna müasir silahlar almaq, Azərbaycanda topçuluq sə-
nətini inkişaf etdirmək üçün Avropa ölkələrindən artilleriya mütə-
xəssisləri də dəvət etmək istəyirdi. Onun xarici siyasətində əsas
istiqaməti Osmanlı imperatorluğu ilə münasibətlər təşkil edirdi.
XV əsrin 60-70-ci illərində xarici ticarətlə əlaqədar olaraq, Ağ-
qoyunlu dövlətinin Osmanlı imperatorluğu ilə münasibəti kəskin-
ləşdi. Sultan II Mehmet Osmanlı imperatorluğunu Azərbaycan
ipəyinin böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçilik
edən dövlətə çevirmək istəyirdi. Osmanlı sultanı Qafqazı, xüsusilə
Azərbaycanı tutmaq üçün səy göstərirdi. Ağqoyunlu-Osmanlı mü-
nasibətlərinin kəskinləşməsində Trabzon məsələsi də az rol oyna-
mamışdı. Ağqoyunlular hakimiyyətə gəlməmişdən əvvəl Trabzon
yünan imperiyası (1204-1461) ilə dostluq əlaqəsi yaratmışdılar.
Uzun Həsən Tabzon imperatorunun qızı Feodora-Dəspinə xatınla
evlənmişdi. Trabzonun Ağqoyunlular üçün böyük ticarət
əhəmiyyəti vardı. Ağqoyunlu tacirləri bu şəhər vasitəsilə Krımdakı
mərkəzləri ilə də əlaqə saxlayırdılar. Buna görə II Mehmet 1461-ci
ildə Ağqoyunlu dövləti ilə müharibəyə Trabzon üzərinə hücumla
107
başladı. Uzun Həsən Trabzonu müdafiə etməli oldu. İlk döyüş Qoy-
luhisar adlanan yerdə baş verdi. Ağqoyunlular Osmanlı qoşununa
ciddi zərbə vursalar da, Uzun Həsən hələlik osmanlılarla sülh bağ-
lamaq qərarına gəldi, öz ağıllı və güclü məntiqi ilə tanınan anası
Sara xatını Sultanın düşərgəsinə- Bolqar dağına göndərdi. Uzun
Həsən onun qarşısına 2 vəzifə qoydu : I, o, Osmanlı sultanını
Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, çünki
Ağqoyunlu dövləti güclü deyildi və onlara arxadan Qaraqoyunlular
və Teymurilərin hücumu gözlənirdi. II, Sara xatın sultanı Trabzonu
fəth etməkdən döndərməli idi. Sultan 1-yə razı oldu, 2-ci məsələdə
isə fikrindən dönmədi. II Mehmet Trabzon üzərinə yeridi və Uzun
Həsənin arxadan hücum etməyəcəyinə əmin olmadığı üçün Sara
xatını elçilərlə birlikdə özü ilə apardı. Sara xatın yol boyu yenə də
sultanı Trabzonu fəth etməkdən çəkindirməyə çalışdı. 30 gün mü-
hasirədən sonra, 1461-ci il avqustun 15-də Trabzon osmanlılar
tərəfindən zəbt edildi. Ticarət mərkəzi olan Trabzonun əldən
çıxdığını görən Sara xatın öz gəlininin- Dəspinə xatının Trabzon
taxtına varislik hüququnu irəli sürdü. O, Trabzon xəzinəsini
sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri
qayıtdı. Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttə-
fiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Uzun
Həsən eyni zamanda bir neçə yerdən Osmanlı dövlətinə zərbə
endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqə yaratmağa
başladı. Avropa dövlətləri 2 türk dövləti arasında ziddiyət salmağa
çalışırdılar. Uzun Həsən isə bunu lazımı cəhətdən qiymətləndirə
bilmədiyindən Avropa ölkələri ilə ticarət əlaqələrini Osmanlılarsız
möhkəmləndirməyə çalışırdı. Azərbaycanın cənub torpaqlarında
hasil olunan ipək Şərqlə Qərb arasındakı ticarətdə vasitəçilik edən
Venesiyanın toxuculuq manufakturalarını təmin edirdi. 1463-cü
ildə Venesiya-Osmanlı müharibəsinin başlanması bu əlaqələri
daha müntəzəm etdi (8, s. 375). 1464, 1472-ci ildə isə Katerino
Zeno da daxil olmaqla bir neçə diplomat Təbrizə Ağqoyunlu
sarayına gəldi. Öz növbəsində, Uzun Həsənin elçiləri də Avropa
ölkələrinə gedir, danışıqlar aparırdılar. 1475-ci ildə III İvan danı-
108
şıqlar üçün Marko Rossonu Uzun Həsənin yanına göndərdi. Lakin
Qızıl Ordu xanı onu qabaqlayıb, qiymətli hədiyyələrlə 200 nəfərlik
nümayəndə heyəti göndərərək, Qızıl Ordunun cənub sərhədlərinin
pozulmaması haqda Uzun Həsəndən təminat almışdı. Venesiya
hökuməti ilə danışıqlar nəticəsində 1472-ci ilin yazında Təbrizdə
Osmanlı dövləti əleyhinə bağlanan hərbi ittifaqın planına uyğun
olaraq həmin vaxtda Uzun Həsən Osmanlılar üzərinə hücuma keçdi.
Mirzə Yusif xanın başçılığı ilə ağqoyunlular qələbə çalaraq Aralıq
dənizi sahillərinə çıxdılar, lakin burada Uzun Həsənin ordusu üçün
silah və artilleriya mütəxəssisi gətirən Venesiya gəmiləri yox idi.
Venesiya dövləti 2 türk dövlətini qarşı-qarşıya qoyub aradan çıxdı.
Müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə salındı. II Meh-
met öz rəqiblərini bir-birindən ayırdı və müharibədə qazandı. Şah-
zadə Mustafanın başçılığı ilə Ağqoyunlulara qarşı 60 min nəfərlik
qoşun göndərildi. Ağqoyunlular Beyşehir yaxınlığında məğlub
oldular. Qışda hər iki tərəf müharibəni müvəqqəti dayandırdı.
Sultan II Mehmet öz elçisi ilə Uzun Həsənə məktub göndərərək,
1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini
bildirdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu
silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini
bildiyinə görə, onları Aralıq dənizi sahilində birləşməyə qoymamaq
üçün Uzun Həsəni Anadolunun şərqində qarşılamaq qərarına
gəlmişdi. Fəratın sol sahilində Ağqoyunlular, sağ sahilində isə
Osmanlı qoşunu duşərgə saldı. 1473-cü il avqustun 1-də Malat-
yada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi (9, s.
158). Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvari-
ləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol
sahilinə çəkildilər və II Mehmet məğlub oldu. Osmanlı sultanı
zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının
yanına göndərdi. Lakin Uzun Həsən rədd etdi. 1473-cü il avqustun
11-də Ağqoyunlu süvariləri II Mehmetin qoşunlarını Ərzincanla
Ərzurum arasındakı Otluqbeli adlanan yerdə qabaqladılar, 8 saat
davam edən Otluqbeli, bəzən Tərzincan adlanan bu döyüşdə Os-
manlı piyadasının, xüsusilə yenicəri alaylarının inadlı əks-hücum-
Dostları ilə paylaş: |