Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə37/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   33   34   35   36   37   38   39   40   ...   104

 
116
 
VIII FƏSİL 
AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ 
 
Plan: 
1. Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun 
yeri. 
2. XVI-XVII əsr Səfəvi-Osmanlı müharibələri və onların nəticələri. 
3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı. 
 
1. Səfəvilər dövlətinin yaranması  
və Azərbaycan tarixində onun yeri 
 
Ağqoyunluların zəiflədiyi bir şəraitdə ölkədəki pərakəndəliyi 
aradan qaldırmaq və Azərbaycan torpaqlarını siyasi cəhətdən birləş-
dirmək zərurəti yaranmışdı. Səfəvilər xalqı öz tərəflərinə  çəkmək 
üçün  ədalətli qaydalar vəd edirdilər. Xalq şiəlik hərəkatina öz xi-
laskarı kimi baxır və Səfəvilərin hakimiyyət uğrunda mübərizəsinə 
yardımçı olurdular. 
İ.P.Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür. I dövr-
XIII  əsrin sonlarından 1447-ci ilə  qədər davam edir. Bu dövrdə 
Səfəvilər  şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına baş-
çılıq etməyə çalışırlar. Lakin bu dövrdə  Səfəvilərin hakimiyyəti 
Ərdəbil mahalından kənara çıxmır. 
II dövr - 1447-1501-ci illər. Bu dövrdə Səfəvilər özlərini müs-
təqil ruhani feodalları kimi təqdim edir və Azərbaycanın siyasi 
həyatında mühüm rol oynayırlar. 
III dövr - 1501-1587-ci illər. Həmin illərdə  Səfəvilərin haki-
miyyəti yaranır, möhkəmlənir və onlar Azərbaycanın iqtisadi-siyasi 
və mədəni həyatında mühüm rol oynayırlar. 
IV dövr isə 1587-1736-cı illəri  əhatə edir. Bu dövrdə  Səfəvi 
dövlətinin mərkəzi Təbrizdən  İsfahana köçürülür. Dövlətin mahiy-
yəti dəyişilir. Bu bölgü əsasında belə nəticəyə gəlirik ki,Səfəvilərin 
Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə  qədər, bütün Azərbaycanda 


 
117 
hakimiyyət dövrü isə 1736-cı ilə  qədər götürülməlidir. Göründüyü 
kimi, Səfəvilərin hakimiyyəti  Ərdəbil dövründən başlanır. Həmin 
dövr ona görə maraq döğurur ki, bu kiçik ruhani feodallığı 80 ildən 
artıq bir dövrdə Azərbaycan feodal dövlətlərinin istinadgahı olmaq-
la, onların birləşdirilməsində mühüm rol oynamışdır. Məhz Səfə-
vilərin  Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin 
yaradılmasında rüşeym olmuşdur (8, s. 393-394). 
1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicandan Ərdə-
bilə yola düşdü. Onu Səfəvi sərkərdələri müşayiət edirdi. İsmayıl ilk 
növbədə  Şirvanşahlar  dövlətinə  zərbə vurmaq istəyirdi, çünki 
Təbrizə hücum etməklə  dərhal  3 düşmənlə-Ağqoyunlu  Əlvənd 
Mirzə  və Muradla, onları müdafiə edən  Fərrux Yasarla toqquş-
malı olardı. Bu halda qələbə  şübhəli idi. 1500-cü ilin payızında 
qızılbaş qoşunu Kürü keçib, Şirvan  ərazisinə daxil oldu. Fərrux 
Yasar Şirvanı müdafiə etməkdə acizlik göstərərək Qəbələyə qaçdı. 
1500-cü ilin sonunda, Gülüstan qalasından bir qədər aralı, Cabanı 
adlı yerdə döyüşdə  Şirvanşahlar məğlub oldu, Fərrux Yasar 
öldürüldü. Döyüşdən sağ çıxan oğlu İbrahim Şeyx Şah isə Gilana 
qaçdı.  Şirvanşahlar xəzinəsi və möhtəşəm  Şirvanşahlar sarayı 
Bakıda yerləşirdi. Qala (İçərişəhər) 4 tərəfdən xarici aləmlə bağlı 
idi. 3-ü dənizə, 1-i isə quruya çıxırdı. Qalanı  dərin xəndəklər 
müdafiə edirdi. 1501-ci ilin yazında  İsmayıl Bakı qalasını  ələ 
keçirmək üçün sərkərdələri Məhəmməd bəy Ustaclı  və  İlyas bəy 
Xunuslunu ora göndərdi. Onlar qalanın təslim olmasını  tələb 
etdilər. Fərrux Yasarın oğlu  Qazı  bəy  Şirvanın dağlıq yerlərində 
müqavimət göstərdiyi üçün qalanı onun arvadı müdafiə edirdi. O 
verilən təklifi rədd etdi, hətta, gələn elçiləri və şəhəri təslim etməyi 
məsləhət görən Bakı darğası  Əbdül Fəttahı edam etdirdi. Müqa-
viməti görən  İsmayıl  1501-ci ilin yazında  ən yaxşı  sərkərdəsi 
Hadim bəyi Bakıya göndərdi. Sonda özü gəldi və onun əmri ilə 
qızılbaşlar qala divarları altından lağım atıb bürclərdən birini 
uçurduqdan sonra şəhərə daxil oldular. İsmayıl  buradan Gülüstan 
qalasına doğru irəlilədi. Qala güclü müdafiə olunurdu. İsmayıl 
qoşunu geri çəkdi. O, Ağqoyunlu Əlvəndin Təbrizdən güclü qüvvə 


 
118
ilə yürüşə başlaması  xəbərini almışdı.  İsmayıl və  əyanlar Təbriz 
taxtını  Ağqoyunlulardan geri alıb Azərbaycanda öz hakimiyyətini 
qurmağı başlıca vəzifə hesab edirdilər.  1501-ci ilin ortalarında 
Şərur  düzündə  həlledici döyüş oldu. Əlvənd sayca üstün olan 
qoşununun qaçmaması üçün dəvələri bir-birinə  zəncirləyərək bir 
dairə yaradıb qızılbaşları ora salıb  əzmək istəyirdi, lakin bu tədbir 
özünə qarşı çevrildi. Əlvənd  Ərzincana qaçmaqla xilas oldu. 
Bundan sonra 1501-ci ilin payızında  İsmayıl təntənə ilə  Təbrizə 
daxil oldu və özünü şah elan etdi (1501-1524), adına xütbə 
oxutdurdu, sikkə  zərb etdirdi və Azərbaycan taxt-tacına yiyələndi. 
Beləliklə, paytaxtı  Təbriz  olmaqla  Azərbaycan Səfəvi dövlətinin 
əsası qoyuldu. Əhalinin etnik çoxluğunu Azərbaycan türkləri təşkil 
edirdi. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol 
oynayırdı. Ordu əsasən Azərbaycan tayfalarından təşkil olunurdu. 
Şahın sarayında, qoşun içərisində və qismən diplomatik yazışmada 
Azərbaycan dili işlədilirdi (8, s. 403). Azərbaycan  ədəbi dilinin 
inkişafında Şah  İsmayılın rolu müstəsnadır. 1503-cü ilin yazında 
Şah  İsmayıl öz müridi Qənbər ağanı Muradın yanına göndərib 
Səfəvilərlə  Ağqoyunluların qohum olduğunu xatırlatdı  və tabe 
olmasını tələb etdi və ona Əcəm İraqını vəd etdi. Lakin rədd cavabı 
aldı.  İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq Qızılüzən 
çayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı yerə çatdı. 
1503-cü il iyunun 21-də baş vermiş döyüşdə 70 minlik qoşunu olan 
Ağqoyunlular məğlub oldular. Şiraza qaçan Muradı  Şah  İsmayıl 
təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz 
ələ keçirdi. Ağqoyunlu dövlətinin 2-ci qoluna son qoyuldu. İsmayıl 
İran və  Əcəm  İraqının xeyli hissəsinə yiyələndi. Həmin ildə  Şah 
İsmayıl Qumu, Kaşanı və İsfahanı tutdu, 1504-cü ildə  Yəzdə  və 
Kirmana yiyələndi,  1508-1510-cu illərdə  Şah  İsmayıl,  Xorasan 
istisna olmaqla, bütün İranı  və  Ərəb  İraqını tabe edərək öz 
hakimiyyəti altında birləşdirdi (3, s. 208). Səfəvi dövləti  şərqdə 
Şeybanilər dövləti, qərbdə isə Osmanlı imperatorluğu  ilə 
həmsərhəd oldu. 1507-1508-ci illərdə  Şeybani xan  Xorasanı 
tutmuş  və  İsmayıla göndərdiyi məktubda tabe olmasını, hakimiy-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə