Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə33/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   29   30   31   32   33   34   35   36   ...   104

 
103 
Şahrux  Təbrizə  gəldi. Qara Yusifin kiçik oğlu  Cahanşah (1438-
1467) onu təntənə ilə qarşıladı. Şahrux ölkənin idarəsini Cahanşaha 
tapşırdı, qışı Qarabağda qaldı.  1436-cı ilin yazında Cahanşah 
Teymurilərin vassalı kimi Qaraqoyunlu dövlətinin hökmdarı elan 
edildi.  1447-ci ildə  Şahruxun ölümündən sonra müstəqil siyasət 
yeridən Cahanşah hakimiyyətə tabe olmaq istəməyən yarımköçmə 
əmirlərə qarşı mübarizə aparırdı  və  Şirvanla dostluq münasibətləri 
yaratmağa çalışırdı. Cahanşah dörünün məlumatlı şəxsiyyəti, baca-
rıqlı dövlət xadimi idi. Onun qanunlarına  əməl etməyənləri ciddi 
cəzalandırırdı. Gələcəkdə işğalçılıq planlarını həyata keçirmək üçün 
hərbi islahat keçirdi, orduda möhkəm intizam yaratdı. Ölkənin qərb 
sərhədlərində Ağqoyunlularla tez-tez hərbi toqquşmalar nəticəsində 
XV əsrin 50-ci illərində Cahanşah Şərqi Anadolunun çox hissəsini 
itirdi. Lakin bir sıra uğurları  nəticəsində o, 1453-cü ildə  Əcəm 
İraqını, bütün Qərbi  İranı, sonra Şərqi  İranın bir hissəsini ələ 
keçirdi,  1457-ci ildə Sultan taxtının iddiaçılarından olan Şahruxun 
oğlu  İbrahim Mirzəni məğlub edib Cürcanı  və  Xorasanı tutdu, 
1458-ci ilin iyununda Herata daxil oldu (3, s. 91). Lakin yeni Tey-
muri sultanı  Əbu Səid öz rəqiblərini  əzdi və Cahanşahdan irsi 
torpaqlarını  tərk etməyi tələb etdi. Cahanşah hərbi səfərdə olduğu 
zaman yarımköçmə feodallar Azərbaycanda Cahanşahın oğlu Hə-
sənəlinin, Bağdadda isə digər oğlu Pirbudağın  ətrafında birləşərək 
qiyam qaldırdılar. Bunu eşidən Cahanşah 1459-cu ilin yanvarında 
Əbu Səidlə  Heratda barışıq  müqaviləsi imzaladı  və  təzminat alıb 
Azərbaycana gəldi (8, s. 369). O, qiyamları yatırdı və 1465-ci ildə 
Pirbudağın üzərinə irəlilədi. Pirbudaq təslim oldu və öldürüldü. 
Beləliklə, Cahanşahın fəal daxili və xarici siyasəti ara müharibələrə 
son qoydu. Xalq kütlələrinin son dərəcə  ağır vəziyyəti, feodal çə-
kişmələri, mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri Qaraqo-
yunlu dövlətinin getdikcə  zəifləməsinə  səbəb oldu və  Ağqoyunlu 
Uzun Həsənin Qaraqoyunlular üzərində  qələbə çalması üçün əlve-
rişli şərait yaratdı. 


 
104
 
3. Ağqoyunlu dövləti 
 
XIV  əsrdə Kiçik Asiyanın  şərqində  məskunlaşmış Qaraqo-
yunlulardan qərbdə Ağqoyunlular yaşayırdılar. Onlar hələ erkən or-
ta əsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı ara-
sındakı  ərazidə, həmçinin Cöyçə gölü ətrafında, Alagöz yay-
laqlarında, həmçinin Azərbaycanın cənub bölgələri,  Şərqi Ana-
dolu, Qərbi  İran, Dəclə  və  Fərat vadiləri  də daxil olmaqla, çox 
geniş  ərazidə yayılmışdılar (3, s. 95). Ağqoyunluların başçısı  Ba-
yandur tayfasından olan Pəhləvan bəy idi (1370-1388). Pəhləvan 
bəyin Ağqoyunlu tayfalarını birləşdirmək uğrunda apardığı mü-
barizə  nəticəsində  XIV  əsrin 80-ci illərində  Ağqoyunlu tayfa 
ittifaqı  Şərqi Anadolunun cənub torpaqlarında  böyük qüvvəyə 
çevrildi. Pəhləvan bəyin ölümündən sonra ara müharibələri getdikcə 
qızışdı. Hakimiyyətə gəlmiş Əlaəddin Turəlinin (1388-1394) Ağ-
qoyunlu tayfa ittifaqını möhkəmləndirmək cəhdi nəticəsiz qaldı. 
XIV  əsrin sonu-XV əsrin  əvvəllərində  Ağqoyunlu  Qara Yuluq 
Osman bəy Sivas uğrun da mübaizələrdə Qaraqoyunlulara qalib 
gəldi və  Diyarbəkirdə möhkəmləndi. Ağqoyunlu bəyliyinin  əsası 
qoyuldu.  Ərzincan və Mardin torpaqları da asılı  vəziyyətə salında. 
Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkiri Ağqoyunlu tayfa 
ittifaqının mərkəzi seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını 
yatırtdı. 1434-cü ildə Qaraqoyunlularla döyüşdə Osman öldürüldü, 
Ağqoyunlu tayfa ittifaqında daxili mübarizə şiddətləndi. Ağqoyunlu 
tayfa ittifaqının başçısı Əli bəy (1434-1444) bu münaqişələrdə mü-
əyyən uğurlar qazandı. Az sonra Əli bəy öldü. Onun oğlu Cahangir 
Mirzə (1444-1453) qısa vaxtda Ağqoyunlu tayfalarını birləşdirdi, 
Diyarbəkirdə möhkəmləndi. Cahangir Mirzənin qardaşı  Uzun 
Həsən (1453-1478) 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil 
oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. XV əsrin 50-
ci illərində Uzun Həsən  Gürcüstanın Qaraqoyunlulara tabe olan 
şərq hissəsini tutdu. 1467-ci il noyabrın 11-də Muş döyüşündə 
Qaraqoyunlular məğlub edildi və Cahanşah öldürüldü. Bağdada 


 
105 
qədər  ərazi  Ağqoyunluların  əlinə keçdi. 1467-ci ildə  Təbrizdə 
Qaraqoyunlulara qarşı yeni üsyan  başlandı. Üsyana Siyavuş baş-
çılıq edirdi. Üsyanı Qara İsgəndərin qızları Arayiş  bəyim və Şah-
saray bəyim yatırdılar. Qaraqoyunlu əmirləri  Maku qalasında 
həbsdə saxlanan Cahanşahın oğlu  Həsənəlini azad edib hökmdar 
seçdilər (1467-1468). Cahanşahın varisləri Həsənəli və Hüseynəli 
arasında gedən hakimiyyət uğrunda mübarizədə Hüseynəli öldürül-
dü. Həsənəli isə qüvvələrini Ağqoyunlulara qarşı mübarizəyə baş-
ladı. Təbriz yoxsullarına böyük məbləğdə pul payladı, lakin onlar 
Həsənəlini müdafiə etmədilər.  1468-ci ildə Uzun Həsən Azər-
baycanın cənubunu və Qarabağı müqavimətsiz tutdu, Həsənəlini 
sıxışdırmağa başladı. Qaraqoyunluların xeyli hissəsi Ağqoyunlulara 
birləşdilər, Qaraqoyunlu dövləti dağıldı. Ağqoyunlu dövləti yarandı, 
paytaxtı  Təbriz oldu. Cahanşahın ölümünü eşidən Teymuri hökm-
darı  Əbu Səid Ağqoyunlulara qarşı müharibəyə hazırlaşdı. Uzun 
Həsən müharibədən ehtiyat edərək anası Sara xatının başçılığı ilə 
zəngin hədiyyələrlə Əbu Səidin yanına nümayəndə heyəti göndərdi. 
Əbu Səid məqsədindən dönmədi. 1468-ci ilin payızında Əbu Səid 
Azərbaycanın cənub torpaqlarına daxil oldu. Uzun Həsən Şirvanşah 
Fərrux Yasar (1462-1501) və  Səfəvi sülaləsindən olan Ərdəbil 
hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi 
mühasirəyə aldılar. I Xəlilullahın vaxtında  Şirvan Teymuri qoşu-
nunu ərzaqla təmin edirdi. Fərrux Yasar isə bundan imtina etdi və 
aclıq çəkən qoşun dağılmağa başladı.  Əbu Səid  1468-1469-cu ilin 
qışında sülh təklif etdi, lakin Uzun Həsən rədd etdi və Teymurilər 
düşərgəsinə hücum edərək onları darmadağın etdilər.  Ağqoyunlu 
dövləti Kürdən Cənubda olan Azərbaycan vilayətlərini,  Şərqi 
Anadolunu, Qərbi  İranı,  İraqı,  Şərqi Gürcüstanı  və s. əraziləri 
əhatə edirdi. Ağqoyunlu dövlətində başlıca təsərrüfat sahələri əkin-
çilik, ipəkçilik, üzümçülük, bağçılıq və maldarlıq idi. Şəhərlərdə 
sənətkarlıq və ticarət inkişaf etmişdi. Mərkəzi Asiya, Çin və Hin-
distanı Aralıq dənizi və Qara dəniz sahillərindəki ticarət mərkəzləri 
ilə birləşdirən karvan yolları  Ağqoyunlu dövlətinin  ərazisindən 
keçirdi. Əhalidən toplanan vergi və xarici ölkələrlə ticarətdən alınan 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə