Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə41/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   37   38   39   40   41   42   43   44   ...   104

 
128
baycan dövlətinin müstəqillik  ənənlərini qoruyub saxlamaqla mər-
kəzi aparatı möhkəmləndirdi,  İngiltərə, Fransa, İspaniya, Roma 
papası, Rusiya ilə diplomatik əlaqələr yaratmaq məqsədi ilə danı-
şıqlara başladı. 
Səfəvi-Osmanlı müharibəsinin II mərhələsi 1590-cı il  İs-
tanbul sülh müqaviləsi ilə qurtardı. Sülh müqaviləsi Azərbaycanı 
Səfəvi və Osmanlı dövlətləri arasında böldü, Şirvan, Qarabağ, 
Təbriz, Sərab, Marağa və onların qərbində yerləşən digər 
torpaqlar Osmanlı hakimiyyəti altına düşdü.  Xalxal,  Ərdəbil, 
Qaracadağ və Lənkəran Səfəvilərin əlində qaldı. Azərbaycan tor-
paqları ilə yanaşı, Səfəvi imperatorluğuna daxil olan Şərqi Gür-
cüstan, habelə  İranın qərb vilayətləri  də  Osmanlı imperator-
luğunun tərkibinə qatıldı.  Azərbaycanın cənub-şərq vilayətləri 
Qəzvinə tabe idi. Ərdəbil xüsusi idarəetmə hüququ daşıyırdı. 1593-
cü ildən  qızılbaşlara tabe edilən Azərbaycanın-Zəncan, Xalxal, 
Ərdəbil, Qaracadağ, Qızılağac, Lənkəran vilayətləri, Qızılüzən 
və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan 
bəylərbəyiliyində birləşdirildi.  1595-ci ilə  qədər  bəylərbəyiliyin 
qoşunu 10 min idi və Azərbaycan qoşunu adlanırdı. XVI əsrin so-
nuna yaxın Səfəvi dövlətinin qarşısında 3 vacib məsələ dururdu: 
1)  şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün 
Şeybanilər dövlətini  əzmək və Xorasanı geri almaq; 2) 1578-
1590-cı illərin müharibələrində Osmanlılar tərəfindən işğal 
olunmuş Azərbaycan torpaqlarını geri qaytarmaq; 3) İran kör-
fəzində Portuqaliyanın hegemonluğuna son qoymaq və Hind 
okeanına çıxış  əldə etmək. I Şah Abbas 1599-cu ildə  Şeybaniləri 
məğlub etdi və Xorasanı yenidən Səfəvi dövlətinin tərkibinə qay-
tardı, öz təsirini Mavəraənnəhrə yaydı. Avropa dövlətləri Səfəvi-
lərin Osmanlı imperatoluğu ilə toqquşmasına maraq göstərirdilər. 
Osmanlıların Azərbaycandan çıxarılmasında Rusiya da maraqlı idi. 
Çünki Osmanlılar Azərbaycanın Xəzəryanı bölgələrini  əldə sax-
layır, bu da Volqa-Xəzər yolu ilə ticarətdə müəyyən əngəl törədirdi. 
1603-cü il sentyabrın 14-də I Şah Abas Azərbaycana yürüşə 
başladı. 1603-cü il oktyabrın 21-də Təbriz tutuldu. Səfəvi ordusu 


 
129 
Azərbaycanın şimalına irəlilədi. Ordubad əhalisi üsyan qaldırmışdı. 
Ordubadlı Hacı  Qəssab  şahın göstərişi ilə,  əhalinin köməyi ilə 
Ordubad qalasını tutdu. Culfa və Naxçıvan tutulduqdan sonra 
1603-cü ilin noyabrında İrəvan qalası mühasirəyə alındı və 1604-
cü ilin avqustunda tutuldu. İrəvanın idarə edilməsi Əmirgünə xan 
Qacara, Naxçıvan isə Maqsud Sultan Kəngərliyə tapşırıldı. I Şah 
Abbas Osmanlı qoşununa qarşı  ənənəvi “yandırılmış torpaq” 
taktikasını  tətbiq etdi: Arazın sol sahili dağıdıldı,  əhali köçürüldü, 
daşınması mümkün olmayan hər  şey məhv edildi. Bununla da 
Cənubi Qafqazda yaşayan  əhalinin köçürülməsinə başlandı.  Əhali 
zorla  İsfahana, Mazandarana və b. vilayətlərə köçürüldü. Bu kö-
çürmə “böyük sürgün” adını aldı (3, s. 279-280). Şahın  əmri ilə 
yaşayış  məntəqələri dağıdıldı. Culfa tranzit ticarət yolundan Av-
ropaya gedən karvan yolu Osmanlı imperatorluğundan keçirdi. Ona 
görə də I Şah Abbas Avropa-Asiya ipək ticarəti yolunu cənuba, 
İran körfəzi limanlarına köçürmək və  qızılbaş ipəyini Afrika 
ətrafından dənizlə Avropaya daşımağı  qərara aldı. Məhz  İran-
ingilis tacirlərinin mənafeyi üçün Culfanın  əhalsini  İsfahana
Naxçıvan  əhalisi isə  Dizağa (Qarabağa) köçürüldü. Naxçıvan və 
İrəvan talan edildiyindən, Osmanlı qoşunu qışlamaq üçün Vana qa-
yıtmağa məcbur oldu. 1605-ci ilin yazında Şirvanın xeyli hissəsini 
Səfəvi və gürcü birləşmiş qüvvələri tutdu. I Şah Abbas Vanda olan 
türk qüvvələrini dəf etmək üçün Təbrizdə yeni qala tikdirdi. 1605-ci 
ildə Allahverdi xanın başçılığı ilə Vana 30 minlik qoşun göndərdi. 
Osmanlılar darmadağın edildilər. I Şah Abbas yeni hücumlarını dəf 
etmək üçün onların yolu üzərindəki bütün yaşayış  məntəqələrinin 
dağıdılmasını, sakinlərinin uzağa köçürülməsini,  ərzağın, alafın, 
yanacağın yandırılmasını əmr etdi. Osmanlı paşası Ciqaloğlu II dəfə 
Azərbaycana daxil oldu. 1605-ci ilin noyabrındakı döyüşdə sayca 
üstün olan Osmanlılar məğlub oldular. I Şah  Abbas 1605-1606-cı 
ilin sərt qışında Gəncəni 4 ay mühasirədə saxladıqdan sonra 1606-
cı ilin iyununda Gəncə tutuldu. Müharibələr nəticəsində  əkib-
becərmək mümkün deyildi və I Şah Abbas qoşunu  ərzaqla təmin 
etmək üçün Qarabağa başqa yerlərdən 20 min xalvar (7 min ton) 


 
130
taxıl gətirilməsi barədə  fərman verdi. I Şah Abbas sülh yolu ilə 
Şamaxını  təhvil verməyi təklif etdi, lakin rədd edildi. 1607-ci ilin 
iyununda  Şirvan azad edildi, Zülfüqar xan Şirvana, Çıraq Sultan 
Ustaclı isə Dərbənd və Şabrana hakim təyin edildi. 
Səfəvi-Osmanlı müharibələrinin nəticələri. 1607-ci ilin 
yanvarında Bakıda üsyan baş verdi. Şah bu münasibətlə osman-
lılardan ələ keçirdiyi qənimətləri üsyançılara verdi. 1607-ci il mar-
tın  əvvəllərində  Dərbənd qalası  əhali tərəfindən tutuldu və  Şah 
onları bütün vergilərdən azad etdi. Beləliklə,  1603-1612-ci illərin 
Səfəvi-Osmanlı müharibələrinin I mərhələsi Səfəvilərin tam 
qələbəsi ilə başa çatdı.  Bütün Azərbaycan,  Şərqi Gürcüstan, 
qismən də Dağıstan yenidən Səfəvi dövlətinin tərki binə qatıldı. 
1612-ci il oktyabrın 17-də  Sərab  şəhərində Osmanlı dövləti ilə 
müqavilə bağlandı-1555-ci ilin sülhü bərpa edildi. Lakin osman-
lılar bir sıra  şərtlər irəli sürdülər-Səfəvilər rusların tikdiyi Terek 
(Tərki) qalasının dağıdılması barədə sultanın  əmrinə mane 
olmamalı idilər. Bu Səfəvi və Rusiya ittifaqına mane olmaq üçün 
irəli sürülürdü. Osmanlı dövləti Azərbaycanın,  Şərqi Gürcüs-
tanın, habelə Şərqi Anadolunun Səfəvi dövlətinə mənsub olma-
sını  rəsmən tanıdı. Tezliklə 1612-ci il sülhü pozuldu. Şah Abbas 
1613-cü ilin oktyabrında Azərbaycanın  şimal vilayətlərinə  və 
Gürcüstana yürüşə başladı. Sultan I Əhməd 1612-ci il müqaviləsini 
pozaraq  1616-cı ilin yazında yenidən Səfəvilərlə müharibəyə 
başladı (3, s. 285). Osmanlı ordusu Təbrizə hücum etdi, İrəvanı 
mühasirəyə aldı, lakin sərt qış, xəstəlik və  ərzaq qıtlığı onları geri 
çəkilməyə  məcbur etdi. 1618-ci ilin yazında osmanlılar Di-
yarbəkirdən Azərbaycana, osmanlılarla birlikdə Krım xanı Canıbəy 
Gəray xanın başçılığı altında Krım türklərinin 15 minlik qoşunu da 
hərəkət etdi. Sərab vilayətində,  Sınıq körpü adlı yerdə döyüş baş 
verdi. Osmanlılar ağır zərbə aldılar. Onlar sülh danışığına baş-
ladılar.  1618-ci ilin sentyabrında  Mərənddə I Şah Abbasla Os-
manlı Xəlil paşa arasında sülh müqaviləsi imzalandı. Mərənd sülhü 
tezliklə  Səfəvilər tərəfindən pozuldu. Şah Abbas 1622-1623-cü 
illərdə Bağdadla birlikdə İraqı ələ keçirdi. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə