131
I Şah Abbasın nəvəsi I Şah Səfi (1629-1642) Səfəvi Rüstəm
xanı Azərbaycan bəylərbəyi və Təbrizin hakimi təyin etdi. 1634-cü
ilin yayında Sultan IV Murad böyük qoşunla hücum edərək İrə-
vanı və Təbrizi ələ keçirdi. Lakin ərzağın və yemin çatışmaması,
qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi Osmanlıları
Təbrizdən çıxmağa məcbur etdi. Şah 1635-ci ilin aprelində İrəvan
qalasını azad etdi. 1637-1638-ci illərdə Səfəvi-Osmanlı müharibəsi
İraqda davam etdi. 1638-ci ilin dekabrında Bağdad tutuldu. 1639-
cu il mayın 17-də Qəsri-Şirində Osmanlı imperatorluğu ilə Səfəvi
dövləti arasında 1555-ci il Amasiya sülhünün şərtlərini təsdiq edən
sülh müqaviləsi imzalandı və XVIII əsrin I rübünə kimi qüvvədə
qaldı (3, s. 288-289).
Cəlalilər hərəkatı. Koroğlu. Osmanlılara qarşı yeni müba-
rizə dalğası- Cəlalilər hərəkatı XVI əsrin 90-cı illərində Şərqi
Anadoluda başlandı. İştirakçılar Qərbi Azərbaycan kəndlilərindən,
Osmanlı, Şərqi Anadolu və İraq qaçqınlarından təşkil olunmuşdu. I
Şah Abbas onların gücündən istifadə etmək istəyirdi, həm də
cəlalilərdən ehtiyat edirdi. Cəlalilər və onların başçıları şahdan
gözlədikləri imtiyazı əldə edə bilmədilər. Ona görə də onların bir
hissəsi 1610-cu ilin ortalarında Anadolu cəlalilərinin hamısı Hacı
Məhəmmədin və Qara Səidin başçılığı ilə Səfəvilər dövlətini tərk
etdilər. Qalan dəstə I Şah Abbasa sadiq qaldı, bir qismi isə Böyük
Divanın şəxsi xidmətçi korpusu ilə birləşdi. Cəlali dəstə başçıların-
dan ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Salmas yaxınlı-
ğındakı Xarabaqala Koroğlu tərəfindən tikdirilmişdi. Naxçıvan
ərazisi, Salmas və Xoy Koroğlunun ən çox fəaliyyət göstərdiyi
yerlər kimi təsvir olunur. Koroğlunun məskəni olan Çənlibel
qalasının Naxçıvanda və Makuda yerləşdiyi göstərilir. Cəlalilərin
ayrı-ayrı dəstə başçıları-Dəli Həsən, Gizir oğlu Mustafa bəy, Kosa
Səfər, Tanrı Tanımaz və Abaza paşa xüsusilə fərqlənirdilər. 60
nəfərin içərisində Gizir oğlu adı şərəfli yer tutur.
132
3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi
və mədəni həyatı
İqtisadi həyat. Kənd təsərrüfatı. Şəhərlər. Əhalinin əsas
məşğuliyyəti əkinçilik idi. Oturaq maldarlıq, bağçılıq və bostançılıq
da mühüm yer tuturdu. Azərbaycanda 7 növ pambıq yetişdirilirdi. 5
torpaq mülkiyyət forması və əlavə kənd icmasının ( camaatın)
istifadə etdiyi torpaq-camaat torpağı var idi. Torpaqlar xəzinənin
və feodallların ixtiyarında idi. İcmanın başçısı ağsaqqal hesab
olunurdu. Təbriz ustalarının toxuduqları gözəl xalçalar və bəzəkli
parçalar indi də dünya muzeylərində saxlanılır. 1565-ci ildə I
Təhmasib vilayətlərin hər birindən alınan təqribən 80 min tümənlik
tamğa vergisini ləğv etdi. Bu dövrdə Təbriz, Gəncə, Ərəş, Ərdəbil,
Culfa, Bərdə, Naxçıvan, Marağa, Dəpbənd şəhərləri iqtisadi və
siyasi-inzibati mərkəz idilər. Təbrizdə 300 min nəfər əhali var idi.
Səfəvi dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi
şəhərin iqtisadiyyatını zəiflətdi. Şamaxı Şirvanın iqtisadi və siyasi
mərkəzi idi. XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin
hamısı Şamaxı və Ərəşdə mərkəzləşmişdi. 25 min nəfər əhalisi var
idi. Bakıdan bir sıra ölkələrə dəniz yolu ilə müxtəlif mallar və neft
göndərilirdi. Ətrafında 500-ə qədər neft quyusu var. Ərdəbildə
tikilmiş Şeyx Səfi məqbərəsinə ölkənin hər yerindən ibadətə
gəlirdilər. I Şah Təhmasibin 1536-cı ildə toxutdurduğu “Şeyx Səfi
xalçası” hazırda Londonun “Viktoriya və Albert” muzeyində
saxlanılır. Ərəş Cənubi Qafqazda ipəkçiliyin iri mərkəzlərindən biri
idi. XVI əsrin II və XVII əsrin I yarısında Gulfa beynəlxalq ipək
ticarəti yolunun üstündə yerləşirdi. Culfa tacirləri ipəyi Şamaxıdan,
Ərəşdən və Gilandan alır, Venesiyada Amsterdamda, Marseldə,
Suriya, Türkiyə və Hindistanda satırdılar. 1581-ci ildə Culfada 3000
ev vardı, 1520 min nəfər əhali yaşayırdı. Odubad, Naxçıvan, Əylis
kimi şəhərlərin mühüm ticarət əhəmiyyəti var idi. Gəncə Qarabağ
bəylərbəyiliyinin mərkəzi idi. Don Juan adı ilə Avropada yaşayan
133
tarixi-coğrafi əsərlər müəllifi Oruc bəy Bayat burada 50 min ailənin
(225 min nəfər) yaşadığını qeyd edirdi.
Xəzər-Volqa yolu ilə XVI əsrin ortalarından etibarən Rusiya
dövlətinin Avropa və Asiya ölkələri ilə münasibətdə əsas ticarət
arteriyası rolunu oynamağa başladı. 1562-ci ildə Moskva şirkəti
kəşfiyyatçı və tacir Antoni Cenkinsonu Səfəvi dövlətinin ərazisinə
göndərdi. O, Şirvan bəylərbəyi Abdulla xan Ustaclıdan gömrüksüz
və maneəsiz ticarət etmək imtiyazı ala bildi. İngilis tacirlərinin
Azərbaycan bazarlarında möhkəmlənmək cəhdləri iflasa uğradı.
Çünki rus tacirləri Rusiya çarından ingilislərin Volqa-Xəzər yolun-
dan istifadə etmələrinə son qoyulmasını və onların ticarət
imtiyazlarının ləğv edilməsini tələb edirdilər. Bu arzu həyata keçi-
rildi.
Bu dövrdə Azərbaycanda 5 feodal zümrəsi var idi: şah və ha-
kim sülalə üzvləri, yarımköçmə qızılbaş hərbi əyanları, ali şiə
ruhaniləri, mülki bürokratiyanın yuxarı təbəqəsi, qədim oturaq
əyanlar. Şah Səfəvi dövlətinin ən iri torpaq sahibi idi. O, dövləti
idarə edirdi. Qızılbaş tayfa əyanları həm mərkəzdə, həm də ucqar-
larda yüksək yer tuturdular. Siyasi və hərbi işləri onlar idarə edir-
dilər. Xalq 50-yə qədər vergi verməli və mükəlləfiyyət daşımalı
idilər. I Təhmasibin və feodalların zülmündən narazılığı 1572-1573-
cü illərdə Təbrizdə üsyanla nəticələndi. Təbrizin yeni hakimi Yusif
bəy Ustaclı şəhər kubarları ilə danışığa başladı, razılıq andla rəs-
miləşdirildi, lakin yoxsul sakinlər bu sazişdən narazı qaldılar və
üsyan yenidən başlandı. Qarabağın irsi hakiminin oğlu Söhrab bəy
şahın əmrinə əsasən, hərbi hissə ilə Təbrizə daxil oldu. Təbriz
üsyanı 1573-cü ildə yatırıldı. Şah təbrizlilərə bəzi güzəştlərə getdi,
sənətkarlardan alınan verginin məbləğini bağışladı. Təbrizi bütün
divan vergilərindən azad etdi. Şəhər vergi toxunulmazlığı hüququ
qazandı. 1615-1616-cı illərdə Dəli Məlik təxəllüslü Məlik Pirinin
başçılığı ilə Şirvanda böyük üsyan oldu. Az sonra Gəncə yaxın-
lığındakı Dəngi vilayətinin əhalisi də mübarizəyə qoşuldu. Dəli
Məlik müvəffəqiyyətsizliyini görərək 1616-cı ildə Gürcüstanda
gizləndi.
Dostları ilə paylaş: |