Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə49/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   45   46   47   48   49   50   51   52   ...   104

 
152
ağırlaşdırdı.  1737-ci ildə Astarada 6 min kəndli zorla səfərbərliyə 
alındı. 
Ümumiyyətlə, Nadir şahın ölkədə  həyata keçirdiyi siyasət 
XVIII  əsrin 30-40-cı illərində Azərbaycana fəlakət gətirmiş, təsər-
rüfat həyatı  tənəzzülə  uğramışdı. Dözülməz həyat  şəraiti, səfalət 
xalqı cana doydurmuşdu. Ona görə  də mövcud hakimiyyətə qarşı 
hiddət və nifrət gündən-günə artmaqda idi. 
 
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda  
İran əsarətinə qarşı mübarizə 
 
Ağır vergi siyasəti, yerli feodalların zülmü əhalinin var-yox-
dan çıxmasına və onların kəndlərdən qaçmasına səbəb oldu. 1734-
cü ildə  Astaranın  ac-yalavac kəndliləri ayağa qalxdılar. Az sonra 
Şəkinin Biləcik kəndi, sonra isə qonşu Cənik, Tala və Car kənd-
ləri üsyan etdi. Üsyanı yatırmaq üçün 1735-ci ilin fevralında cəza 
dəstələri göndərildi. Yerli əhalinin qismən tabe olması ilə kifayət-
lənən Nadir şah  1737-ci ildə Hindistan və  Mərkəzi Asiyaya yürüş 
etdi. Onun ölkədə olmamasından istifadə edən  əhali  1738-ci ildə 
Azərbaycanın şimal-şərq bölgəsində yenidən üsyan etdi. Ən böyük 
üsyan Dağıstandan kömək alan Carda oldu. Üsyanı yatırmağa 
gələn Nadir şahın qardaşı  İbrahim xan öldürüldü. 1739-cu ildə 
Azərbaycanın  şimal və  şimal-şərq bölgələrində Nadir şaha qarşı 
çıxışlar özünün ən yüksək mərhələsinə çatdı. Lakin qüvvələr nisbəti 
bərabər olmadığından yatırıldı. XVIII əsrin 40-cı illərində üsyan-
mılarin qüvvətlənməsi nəticəsində  Cənubi Qafqazı itirməkdən 
qorxan Nadir şah 100 minlik qoşunla Car vilayətinə  və Azərbay-
canın şimal-şərq bölgələrinə özü yürüş etdi. 1743-cü_ildə'>1743-cü ildə üsyanların 
genişləndiyi bir şəraitdə özlərini Səfəvi  şahzadələri kimi qələmə 
verən yalançı şahzadələr-Sam Mirzələr meydana çıxdı. I Sam Mir-
 Avarda peyda olmuş, sonra Şirvana gəlmiş və 20 min tərəfdarları 
və Qazıqumuxlu Surxay xanin dəstəsi ilə birlikdə Yeni Şamaxıya-
Ağsuya hücum etdilər.  1743-cü ildə Nadir şah oğlu Nəsrullah 
Mirzəni I Şam Mirzəyə qarşı Şamaxıya yolladı. Bundan əlavə, Gən-


 
153 
cə, Qarabağ, Çuxursəd, Əhər, Qaradağ və Muğana 10-20min nəfər 
əsgər göndərmişdi. Şirvan düzənliyində baş vermiş döyüşdə I Şam 
Mirzənin qoşunu darmadağın edildi, özü isə edam edildi. 
1743-cü ilin son rübündən etibarən xalq hərəkatına  Ərdəbil-
dən  Şirvana gəlmiş  II Sam Mirzə başçılıq edirdi. Hakim dairələr 
onu təhlükəli düşmən hesab etmədiklərindən yalnız burnunu kəsib 
buraxdılar, o isə tezliklə  Şirvanda Surxay xanın oğlu Məhəmməd 
xanin yardımı ilə Nadir şahın hakimiyyətini sarsıdan xalq hərəka-
tının başçısına çevrildi. Şirvan üsyanı geniş vüsət alaraq Xəzər 
dənizi sahillərindən Gəncəyədək olan bir ərazini əhatə edirdi. 1743-
cü ilin noyabrın 9-da Nadir şah oğlu  Nəsrullah Mirzəni böyük 
qoşunla  Şirvana göndərdi, lakin məğlub oldular. Buna görə Nadir 
şah təcili olaraq Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas 
qüvvələrlə Azərbaycandakı üsyanları yatırmağı  qərara aldı. Nəs-
rullah Mirzənin qoşunu Ağsu yaxınlığındakı  Şahdağı  adlı yerdə 
üsyançıların birləşmiş dəstələri ilə üz-üzə gəldi. Ağsu qalası alındı. 
II Sam Mirzə Gürcüstana qaçdı. Lakin Kaxetiya çarı Teymuraz onu 
əsir alaraq Nəsrullah Mirzənin düşərgəsinə göndərdi.  1743-cü il 
dekabrın 29-da  Nəsrullah Mirzə onun bir gözünü çıxartdırıb, bir 
neçə osmanlı  əsiri ilə Qarsa “qardaşı” Səfi Mirzə ilə görüşməyə 
göndərdi. Lakin yolda II Şam Mirzə öldü. Nadir şah xidmətlərinə 
görə Araqvi vilayətini Teymuraza hədiyyə etmişdi. 
Şəki üsyanı. 1743-1744-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy 
və Salmasda yeni üsyanlar başladı.  Şəkidə mübarizə daha kəskin 
şəkil almışdı. Hələ 1741-ci ildə əhali Şəki hakimi məlik Nəcəfdən 
Nadir şaha şikayət etmişdi. Odur ki, Nadir şah Hacı Çələbi Qurban 
oğlunun  Şəkidə  vəkil  seçilməsinə razı olmuşdu. Lakin məlik 
Nəcəfin  şikayətindən sonra Hacı  Çələbi Nadir şahın hüzuruna ça-
ğırıldı. Şahın hüzurunda özünü mərdliklə aparan Hacı Çələbi məlik 
Nəcəfi öldürüb hakimiyyəti  ələ aldı  və  1743-cü ildə  Şəkini müs-
təqil xanlıq elan etdi. Bununla da Azərbaycanda müstəqil xanlıq-
ların yaranmasının əsası qoyuldu. Nadir şah ona qarşı ordu yeritdik-
də Hacı  Çələbi “Gələrsən-görərsən” qalasına sığındı. Lakin uzun 
müddət mühasirə  nəticəsində  ərzaq ehtiyatı tükənən Hacı  Çələbi 


 
154
1746-cı ildə Nadir şahın hakimiyyətini tanımağa məcbur oldu. 
1747-ci ildə yeni üsyanlar qalxanda Hacı Çələbi özünü yenidən xan 
elan etdi. 
1747-ci ildə Nadir şah  əleyhinə  Ərdəbil və  Təbrizdə yeni 
üsyanlar baş verdi. Üsyana III Sam Mirzə başçılıq edirdi. O, üsyan 
üçün Novruz bayramının birinci gününü seçərək, güclü silahlı dəstə 
ilə inzibati idarə nümayəndələrini qılıncdan keçirdi və  Təbrizdə 
hakimiyyəti  ələ aldı. Sonra İrəvana hücum etdi, lakin burada 
müqavimətə rast gəldiyindən Təbrizə qayıtdı və qətlə yetirildi. 
Bu dövrün üsyanlarının  səciyyəvi cəhəti, onların çoxunun 
eyni vaxtda başlanması idi. Bu isə şah qüvvələrinin parçalanmasına 
və maddi ehtiyatların tükənməsinə  səbəb olurdu. Lakin üsyanların 
əksəriyyətinin kortəbiiliyi, aydın məqsədinin olmaması  və daxili 
ziddiyyətlər onların taleyini əvvəlcədən həll edirdi. Bununla belə
həmin üsyanların böyük tarixi əhəmiyyəti var idi. Azərbaycan və 
əsarətə alınmış digər ölkələrdə azadlıq hərəkatının genişlənməsi 
üçün əlverişli şərait yaranırdı. Aramsız müharibələr, iqtisadi vəziy-
yətin ağırlığı, sosial qruplar arasındakı ziddiyyətlər Nadir şah 
dövlətinin süqutuna doğru aparırdı.  1747-ci il iyunun 19-da sui-
qəsd nəticəsində Nadir şah öldürüldü, onun silah gücünə yaratdığı 
dövlət süqut etdi (3, s. 425). Ölkəni feodal ara müharibələri bürüdü. 
 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə