Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə47/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   43   44   45   46   47   48   49   50   ...   104

 
146
 
IX FƏSİL 
AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA 
 
Plan: 
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində. 
2. Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri. 
3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə. 
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda İran əsarətinə qarşı 
mübarizə. 
 
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü  
və süqutu şəraitində 
 
XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvi dövləti dərin 
iqtisadi və siyasi böhran keçirirdi. Bəzi bəylərbəyilər və b. iri fe-
odallar müstəqilliyə can ataraq, şaha tabe olmaqdan imtina edirdilər. 
Azərbaycan xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. Əhalinin və 
onun  əmlakının siyahıya alınması  (1699-1702) nəticəsində ölkədə 
toplanan vergi və mükəlləfiyyətlərin sayı artıtılmış, bu da xalqın 
var-yoxdan çıxmasına səbəb olmuşdu. Feodal istismarının güclən-
məsi geniş xalq kütlələrinin müqavimətinə  səbəb oludu. Azərbay-
canda ilk kütləvi xalq çıxışı 1707-ci ildə Car-Balakən bölgəsində, 
daha sonra Təbrizdə və Muganda kəndli çıxışları baş verdi. 1711-
ci ildə Car camaatı  Şamaxı  şəhərinə hücum edib Səfəvilər döv-
lətinin Azərbaycandakı inzibati mərkəzinə od vurmaq qərarına gəl-
dilər. Şirvanlılar da silaha əl atdılar, Muğan əhalisi birinci olaraq 
mərkəzi hakimiyyətdən üz döndərdi. Azərbaycanın cənubunda və 
şimal-şərqində, habelə  Cənubi Dağıstanda  Səfəvi hakimiyyətinə 
qarşı ciddi çıxışlar oldu. 1709, 1711-ci illlərdə  Təbrizdə, 1709-
1715-ci illərdə Soucbulaq və Muğanda da xalq şah zülmünə qarşı 
çıxdı  (8, s. 501). Şirvan mübarizənin mərkəzinə çevrildi. Müşkür 
mahalının  Dəbəli kəndindən olan Hacı Davudun başçılıq etdiyi 
üsyançılar Dərbənd, Şirvan və Xudata hücum etdilər, lakin 1719-


 
147 
cu ildə xalq hərəkatı yatırıldı  və Hacı Davud həbs edildi. 1720-
1721-ci illərdə Azərbaycanda Səfəvi zülmünə qarşı mübarizə 
yenidən qızışdı (8, s. 501). Həbsdən qaçan Hacı Davudun Şirvanda 
və Dağıstanda hakimiyyəti ələ almaq üçün bir neçə dəfə Rusiyaya 
etdiyi müraciəti cavabsız qaldı. Hacı Davud Dağıstan feodalı-
Qazıqumuxlu  Surxay xanın köməyi ilə  1720-ci ildə  Şabranı  və 
Xudat qalasını tutdu. 1721-ci il avqustun 10-da Şamaxını  ələ 
keçirdi.  Şamaxıdakı xarici tacirlərlə yanaşı rus tacirlərinə  də  zərər 
dəydi, bəziləri öldürüldü. 1722-ci il martın 8-də əfqanlar İsfahan 
yaxınlığında  şah qoşununu  əzərək  şəhəri tutdular. Sultan Hüseyn 
başda olmaqla bütün Səfəvi xanədanı həbsə alındı, şahın böyük oğlu 
Təhmasib Astarada qaçmağa imkan tapdı  və özünü II Təhmasib 
adı ilə şah elan etdi. Bu vaxt Rusiya və Osmanlı dövlətləri Qafqazda 
hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular. 
 
2. Azərbaycan uğrunda Rusiya, İran  
və Osmanlı çəkişmələri 
 
I Pyotrun Xəzəryanı bölgələrə yürüşü.  XVIII  əsrin  əvvəl-
lərinə qədər Rusiya hərbi təcavüz üçün qüvvəsi olmadığından Azər-
baycana qarşı yalnız iqtqsadi siyasət yeridirdi. Lakin bu siyasətin 
az əhəmiyyətli olduğunu başa düşən I Pyotr (1689-1725) Xəzəryanı 
bölgələri ələ keçirməyi qərara aldı. O, Xəzər-Volqa yolu ilə Şərq-
Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağı düşünürdü. 
I Pyotrun əsas məqsədi Xəzərin qərb hissəsini işğal etmək
Cənubi Qafqazda möhkəmlənmək idi. Ona görə də 1722-1723-cü 
illər kampaniyasında hətta Təbrizə  və Azərbaycanın digər bölgə-
lərinə  də yürüş  nəzərdə tutulurdu. 1721-ci il avqustda  Şirvan üs-
yanı zamanı  Şamaxını  ələ keçirən Hacı Davud və Surxay xanın 
adamlarının rus tacirlərini öldürmələri I Pyotrun qərarını qətiləşdirdi 
(9, s. 173). I Pyotr onları həm Rusiyanın, həm də Səfəvilərin ümumi 
düşməni elan etdi. Hacı Davud kömək üçün Osmanlı sultanı III 
Əhmədə müraciət etdi, sohra isə İstanbula gəlib özünün Şirvan ha-
kimi təsdiq olunması üçün razılıq aldı. Lakin Rusiya işğalçılıq 


 
148
niyatində idi. Əvvəla, Rusiya iqtisadiyyatının Azərbaycan xam-
malına böyük ehtiyacı vardı. 2, Rusiya osmanlıların Cənubi Qafqaz-
da, Xəzəryanı bölgələrdə möhkəmlənmək cəhdinin qarşısını almağa 
çalışırdı. 1722-ci ilin martında əfqanlar İsfahanı tutub, şah Sultan 
Hüseyni taxtdan saldıqdan sonra Rusiya fəallaşdı və iyunun 18-də 
Həştərxandan quru və dəniz yolu ilə Azərbaycana yürüşə başladı. I 
Pyotr Cənubi Qafqazın xristian əhalisinə elan etdi ki, bu yürüşdə 
məqsəd onları  müsəlman zülmündən xilas etməkdir.  1722-ci il 
iyunun 15-də Azərbaycan dilində  “Bəyannamə”  nəşr etdirib 
Şirvana göndərdi: 1) Səfəvilərə qarşı qiyam edənləri, rus tacirlərini 
öldürənləri cəzalandıracaq; 2) Osmanlıların bu bölgəni tutmalarının 
qarşısını alıb, Səfəvi hakimiyyətini bərpa edəcək (8, s. 503; 10, s. 
473)). 
I Pyotrun bu bəyannaməsi  əhalinin bir qisminin Rusiyaya 
meylinə səbəb oldu. 1722-ci il avqustun 23-də Dərbənd şəhərinin 
naibi  İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. Bu vaxt:  
1) Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə  təhlü-
kəsinin yaranması; 2) Osmanlı dövlətinin rus qoşunlarının Xəzərya-
nı bölgələrə soxulmasına kəskin etiraz etməsi; 3) dağlarda qoşun 
toplayan Hacı Davudun rusların irəliləməsinin qarşısını almağa 
hazırlaşması I Pyotru, Bakının işğalını M.Matyuşkinə tapşıraraq 
Peterburqa qayıtmağa məcbur oldu (3, s. 394-395). 1722-ci ilin de-
kabrında ruslar Rəşt şəhərini, 1723-cü ilin iyulunda Bakını işğal 
etdilər. Knyaz İ.Bayratinski Bakının kamendantı təyin edildi. Sonra 
Salyan  işğal olundu. 1723-cü il sentyabrın 12-də II Təhmasibin 
elçisi İsmayıl bəy şahdan icazəsiz Dərbənddən Gilana qədər olan 
Xəzəryanı bölgələrin Rusiyaya verilməsi haqqında Peterburq 
müqaviləsini imzaladı. Rusiya bunun əvəzində əfqanlarla müha-
ribədə  Səfəvi  şahına yardım edəcəyini vəd etdi. Beləliklə, 1722-
1723-cü illər Xəzəryanı bölgənin Rusiya tərəfindən işğalının I 
mərhələsi oldu (8, s. 504). 
İstanbul müqaviləsi.  Cənubi Qafqaz Rusiya, Səfəvi, Os-
manlı dövlətləri arasında ziddiyyətlərin düyün nöqtəsinə çevrildi. 
İngiltərə  və Fransa da Rusiyanın Cənubi Qafqazda güclənmə-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə