Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə55/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   51   52   53   54   55   56   57   58   ...   104

 
172
 
XI FƏSİL 
AZƏRBAYCANIN RUSİYA VƏ İRAN ARASINDA 
BÖLÜŞDÜRÜLMƏSİ VƏ ONUN NƏTİCƏLƏRİ 
 
Plan: 
1. Azərbaycanda Rusiya işğallarının başlanması. 
2. Azərbaycan torpaqlarının Rusiya və İran arasında 
bölüşdürülməsi. 
3. XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi 
münasibətlər. Rus müstəmləkə zülmünə qarşı üsyanlar. 
4. XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti. 
 
1. Azərbaycanda Rusiya işğallarının başlanması 
 
XVIII-XIX  əsrin hüdudlarında Azərbaycanın daxili və bey-
nəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal 
dövlətlərinə parçalanmışdı. Xanlar arasında ardı-arası  kəsilməyən 
ara müharibələri, feodallarla kəndlilər arasında sinfi ziddiyyətlərin 
güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün 
səciyyəvi hal idi. 
Bu gövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən 
biri Cənubi Qafqazın istilasından ibarət idi. Çar Rusiyası Cənubi 
Qafqazı  əlavə  gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi 
üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili 
dənizinə çevirməyə can atırdı. Cənubi Qafqazın siyasi və  hərbi-
strateji  əhəmiyyəti böyük idi. Bu diyarın işğalı  ənənəvi rus-türk 
rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə  həll edə bilərdi. 
Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın  Şərqdə  təsi-
rinə, Ost-Hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi. 
Qərbi Avropa dövlətlərinin də, xüsusilə  İngiltərə  və Fran-
sanın  Cənubi Qafqaz barədə  işğalçı planları var idi. 1801-ci ilin 
əvvəlində İngiltərə ilə İran arasında müqavilə bağladı. İngiltərə hər 
hansı dövlətin İran üzərinə hücum edəcəyi təqdirdə ona lazımi qədər 


 
173 
xidmət heyəti ilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi 
öz üzərinə götürürdü. İngiltərə  İranı öz müstəmləkə mülklərini 
genişdəndirmək uğrunda mübarizədə antirus siyasətinin alətinə, öz 
müstəmləkəsini-Hindistanı  kənar təcavüzlərdən qorumaq, Cənubi 
Qafqaz barəsində özünün uzağa gedən planlarını  həyata keçirmək 
üçün meydana çevirirdi. 
1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusi-
yaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Azərbay-
can  ərazisinin də bir hissəsi-Kartli-Kaxetiya çarlığının asılılığında 
olan  Qazax, Borçalı,  Şəmşəddil onunla birlikdə Rusiyaya birləş-
dirildi. Beləliklə, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbay-
can torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu 
(4, s. 15). 
Rusiya ilk növbədə Azərbaycanın Xəzəryanı vilayətlərini ələ 
keçirməyə çalışırdı. Bu məqsədlə general Knorrinq 1802-ci ilin 
sentyabr-dekabr aylarında  Şimali Qafqazda, Georgiyevsk  şəhə-
rində siyasi və ticarət məsələləri üzrə danışıqlar üçün çar koman-
danlığının Şimali Azərbaycan xanlarının və Qafqazın digər hakim-
lərinin nümayəndələri ilə görüşünü keçirdi (70, s. 485). Georgiyev-
skidə 1802-ci il dekabrın 26-da müqavilə imzalandı. Müqaviləyə 
görə, onu imzalayanlar İrana hücum edəcəyi təqdirdə ona qarşı 
çıxmağı öz öhdələrinə götürürdülər (4, s. 16). 
Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiya istilasına 
müqavimət gösətərə biləcəklərindən ehtiyat edən Rusiya 1802-ci 
ilin sentyabrında Qafqazın baş komandanı  təyin edilən general 
P.D.Sisianovu  Cənubi Qafqazda müstəmləkə siyasətinin  icraçısı 
təyin etdi. General Sisianov Car-Balakən camaatının ələ keçirilmə-
sinə böyük əhəmiyyət verirdi. Çünki bu ərazi rus qoşunlarının 
Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə 
idi.  1803-cü ilin martında ruslar Car-Balakənə hücum etdilər. 
Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qır-
dıqdan sonra general Qulyakov Balakəni  yandırdı.  Martın 29-da 
Car  fəth olundu. 1803-cü il aprelin 12-də Car-Balakənin 9 nə-
fərdən ibarət səlahiyyətli nümayəndə heyyəti Tiflisə general Sisia-


 
174
novun yanına getdi və burada Car-Balakən camaatının Rusiyanın 
hakimiyyəti altına alınması barədə saziş-“Andlı öhdəlik”bağlandı. 
Sazişin  şərtlərinə görə,  carlılar Rusiya xəzinəsinə ipəklə  xərac 
ödəməli, sədaqət əlaməti olaraq əmanətlər (girovlar) verməli, öz 
ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Lakin camaatın 
daxili idarəsinin dəyişməz olaraq qaldığını  və  əhalinin itaət 
şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin 
yanvarında yenidən  Cara soxuldu. Car yenidən fəth olundu və 
yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və 
Zaqatala yaxınlığındakı  dərədə carlılar tərəfindən hücuma məruz 
qaldılar. Carlılar qələbə çaldılar. Rus qoşunlarının sağ qalan hissəsi 
Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü. 
Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimət göstər-
məyi davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını 
görərək təslim oldular (4, s. 17-18). 
Car-Balakən camaatının fəthindən sonra qonşu  İlisu sultan-
lığı da Rusiya təbəəliyini qəbul etməli oldu. General Sisianov Gən-
cə xanlığının  ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. “Gəncə 
qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. 
Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə 
malikdir” (110, s. 589-590). 
Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə sə-
mimi diplomatik münasibətlər saxlayırdı. Cavad xan Sisianovun 
Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. Lakin 
general Sisianovun məktublarındakı yekəxanalıq və etinasızlıq, 
Gəncə xanından Şəki, Şirvan və Qarabağ xanlıqlarından 3 dəfə çox 
ödənc tələb etməsi qanlı döyüşlərə gətirib çıxardı. Gəncə şəhərinin 
2 verstliyindəki Quluqobu adlı yerdə, rus qoşunları ilə gəncəlilər 
arasında ilk vuruşma baş verdi. Cavad xan bir qədər müqavimətdən 
sonra qalaya qayıtdı. Rus qoşunları  Gəncəni mühasirəyə aldılar. 
Mühasirədən bir ay sonra 1804-cü il yanvarın 2-dən 3-nə keçən 
gecə rus qoşunları qalaya hücuma başladılar. Onların 2 cəhdi dəf 
olundu.  Cavad xan və onun oğlu Hüseynqulu ağa  qəhrəman-
casına həlak oldular. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə