Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə56/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   52   53   54   55   56   57   58   59   ...   104

 
175 
şəhər isə öz qədim adını itirdi və I Aleksandrın arvadının  şərəfinə 
Yelizavetpol  adlandırıldı. “Gəncə” adını  çəkmək qadağan olundu. 
Bu qaydanı pozanlar cərimə edilirdilər (8, s. 572). Gəncənin 
alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi 
üçün böyük əhəmiyyət kəsb etdi: 1) digər Azərbaycan xanlıqlarının 
da taleyi həll olundu; 2) Azərbaycanın cənub bölgələrinə yol açıldı; 
3) Gürcüstanın  Şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu; 4) 
rus qoşunlarının Xəzər sahillərinə  çıxıb, Həştərxanla  əlaqə yarat-
masına imkan yarandı. Gəncə xanının vassal asılılığında olan Sa-
mux hakimi Şirin bəy də Rusiyanın təbəəliyini qəbul etməyə məc-
bur oldu. 
 
2. Azərbaycan torpaqlarının Rusiya və İran arasında 
bölüşdürülməsi 
 
Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərə-
findən işğalı  İran və Türkiyənin, habelə onların arxasında duran 
İngiltərə  və Fransanın narahatlığına səbəb oldu. Azərbaycan tarix-
çisi A.Bakıxanovun yazdığına görə, “İran şahı 70 minlik qoşununu 
Cənubi Qafqazın sərhədlərində cəmləşdirdi” (23, s. 158). Şah sarayı 
Rusiya ilə müharibəyə  hələ  1801-ci ilin yazından-İngiltərə ilə 
müqavilə bağladıqdan sonra hazırlaşırdı. 
1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı 
feodal təbəqədəri rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını 
tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə 
İran arasında diplomatik əlaqələr kəsildi. 10 il davam edən Rus-İran 
müharibəsi başlandı. 
İlk döyüş  1804-cü il iyulun 2-də  İrəvan xanlığının  ərazi-
sində, Eçmiədzin divarları yanında baş verdi. Rus qoşunları gürcü 
süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar (4, s. 20-21). 
İkinci döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanın-
da baş verdi. 1804-cü il iyulun 29-dan 30-a keçən gecə rus qo-
şunları ilə İran qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş 
oldu. Azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə İran qoşunla-


 
176
rının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən 
sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi. 
General Sisianov hələ  1804-cü ilin əvvəlində mayor Lisa-
neviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan “Ru-
siya təbəəliyinə” keçməyi tələb etdi. 1805-ci il mayın 14-də Gəncə 
yaxınlığında  Kürək çayının sahilindəki görüşdə  İbrahimxəlil 
xanla Sisianov arasında imzalanan müqaviləyə (8, s. 572)  əsasən 
xan, onun varisləri və xanlığın bütün əhalisi  Rusiya təbəəliyinə 
qəbul olunur,  çar isə, öz növbəsində,  bu xan sülaləsinin hü-
quqlarını “bütün zamanlar üçün” təsdiq edirdi, lakin hər dəfə 
xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xanlığın daxili 
idarəsi xanın ixtiyarında saxlanıldı. Xan rus qarnizonunu Şuşa-
ya buraxmağı  və onun zəruri  şeylərlə  təmin etməyi öz üzərinə 
götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8 min 
çervon ayırmağı öhdəsinə götürdü (10, s. 590). 1805-ci il mayin 
21-dэ eyni şərtlərlə Şəki xanlığı da Rusiyanın himayəsi altına keçdi 
(25, s. 129-130). 
1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyu-
nun ortalarında Qarabağa  soxuldular. Pirqulu xan Əsgəranı tut-
du.  1805-ci il iyunun 26-da  şah qoşunları rus qarnizonunun yer-
ləşdiyi  Şahbulağı mühasirəyə aldılar. Abbas Mirzə qalanın təslim 
olmasını  tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görüb, 
qalanı iyulun 8-də təslim etməyə razılaşdı, özü isə iyulun 7-ə ke-
çən gecə dəstəsi ilə qalanı tərk etdi. 
İyulda  İran qoşunları Qazaxa soxuldular. Koryagin 570 
nəfərlik dəstəsi ilə iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşər-
gəsinə hücum etdi. İran qoşunlarının 1805-ci ilin yay hərbi kom-
paniyasındakı  məğlubiyyəti və bunun ardınca başlamış fasilə Ru-
siya hökumətinə Azərbaycanda öz mövqeyini daha da möhkəm-
ləndirmək, Şirvan, Bakı və Quba xanlarını tabe etmək imkanı verdi 
(4, s. 23). 
General Sisianovun Şirvana doğru hərəkət etdiyini eşidən 
Mustafa xan Sisiaonovun tələbini qəbul etmək qərarına gəldi, xan-
lığın xarici əlaqələr hüququnun Rusiyaya verilməsinə, ildə 10 min 


 
177 
çervon bac ödəməyə, xanlığın hüdudları daxilində ticarətin təhlü-
kəsizliyini təmin etməyə və s. razılaşdı. Mustafa xan və Sisianov 
1805-ci il dekabrın 27-də müqavilə imzaladılar. Azərbaycanın ən 
iri xanlığı  Şamaxı xanlığının tabe edilməsindən sonra Bakıya yol 
açıq idi. 1805-ci ilin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş 
komandanı Gilanı tutmaq, geri qayıdarkən isə Bakını ələ keçirmək 
üçün rus donanmasını Xəzərə göndərməyi qərara aldı. İyunun 23-
 donanma Ənzəli limanına çatdı. Desant çıxarmaq və  Rəşti 
tutmaq üçün göstərilən uğursuz cəhddən sonra rus eskadrası 
avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edil-
məsi barədə danışıqlar başlandı. Zavalişin rədd cavabı alaraq, av-
qustun 15-də qalanı atəşə tutmağa, avqustun 22-də isə şəhəri mü-
hasirəyə almağa başladı. Avqustun 29-dək xanlığın mühüm strateji 
məntəqələri tutuldu. 
İranla  əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək 
üçün şah sarayına müraciət etdi. Abbas Mirzə urmiyalı Əsgər xana 
Bakı xanına kömək qoşunlarla birlikdə  dərhal yola düşməyi  əmr 
etdi. Qubalı  Şeyxəli xan da Hüseynqulu xana kömək etməyə 
hazırlaşırdı (88, s. 232). General Zavalişin Bakıya Urmiya və 
Qubadan köməyin yaxınlaşmasından qorxaraq, qalanı  ələ keçir-
mədən  Lənkəran yaxınlığındakı  Sara adasına  çəkildi.  1806-cı il 
fevralın  əvvəllərində  Sisianovun artilleriyası Bakının 2 km-də 
general  Zavalişinin desant təstəsi ilə birləşdi və  Naxır bulaqda 
düşərgə saldı. Sisianov qalanın təslim edilməsini tələb etdi. Fev-
ralın 8-də Sisianov polkovnik Eristavinin müşaiyəti ilə mühafisəsiz 
şəkildə xanla görüşmək üçün yola düşdü. Görüşdə oHüseynqulu 
xanın  əmisi oğlu  İbrahim bəy  tərəfindən öldürüldü. Bakıda 
Sisianovun öldürülməsindən sonra rus qoşunlarının vəziyyəti ağır-
laşdı. Xanların çoxu tərəddüd etməyə başladı (4, s. 25-26). 
1806-cı ilin yazında  İran qoşunları Arazı keçərək Qarabağa 
yeridi. İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı ilin ilk 
silahlı toqquşması baş verdi. Şahbulaq və  Əsgəran arasında
Ağdamda rus dəstəsi 4000 İran sərbazı ilə qarşılaşdı. Rus dəstəsi 
İran qoşununu sıxışdırdı  və  Əsgəranı tutaraq, Şuşaya doğru 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə