Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə58/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   54   55   56   57   58   59   60   61   ...   104

 
181 
və  mayın ortalarında qalaya hücuma keçdi. Lakin müvəffəqiy-
yətsizliyə  uğrayaraq geri çəkilən rus qoşunları Naxçıvanı da tərk 
etməyə  məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutaraq, rus 
qoşunlarını  təqib etməyə başladı.  Qarababa kəndində döyüşdə 
Qudoviç yenidən məğlubiyyətə  uğradı.  1808-ci il kampaniyası 
uğursuz başa çatdı  və Qudoviç istefaya getdi. 1809-cu ilin  
Rusiyanın vəziyyəti daha da ağırlaşdı. Sarıqamışda 14 min sərbaz 
cəmləşdirilmişdir. Qafqazda rus qoşunlarının sayı isə 43,5 min 
nəfərə çatdığı halda İran 150 min nəfərlik ordu çıxarmaq niyyətində 
idi (4, s. 33). Yeni baş komandan Tormosov  İranla münasibətləri 
danışıqlarla nizama salmağa ümid edirdi. Lakin 1809-cu ilin 
iyununda  şahın özü Qarabağ  və  İrəvanla kifayətlənməmək və 
qüvvələrini Türkiyə ilə birləşdirmək üçün Qərbdə  hərbi  əməliy-
yatlar cəbhəsini genişləndirmək niyyəti ilə  Cənubi Azərbaycana 
gəldi.  1809-cu ilin  hərbi  əməliyyatları  iyulda 2 İran qoşununun 
Qarabağ  və  Pəmbəkə yürüşləri ilə eyni zamanda başladı. 3-cü 
qoşun hissəsi  Göyçə (Sevan) gölünün yanında dayandı. Onun 
əməliyyat meydanı Gəncə, Qazax və  Şəmşəddil olmalı idi. Lakin 
İran qoşunları öz planlarını  həyata keçirə bilmədilər.  Avqustda o, 
Gəncəyə hücum etdi. Rus qoşunları da oraya tələsdi. Abbas Mirzə 
yenidən döyüşə girmədən, bir neçə yaşayış  məntəqəsini talan 
edərək, Arazın o tayına çəkildi. 
1809-cu ilin sentyabrında 10 minlik İran süvari qoşunu Talış 
xanlığına soxuldu və  Lənkəranı  talan etdi. Mir Mustafa xan öz 
qoşunlarının qalıqları  və ailəsi ilə birlikdə yarımadada gizlənməyə 
məcbur oldu. Həmin günlərdə  Əsgəranda  İran və Rusiya arasında 
danışıqlar yenidən başlandı. General Tormosov İran nümayəndəsi 
Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi. 
İrandakı ingilis səfiri sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə 
mane olurdu. O, şahı inandırırdı ki, İranın qarşısında qoyulan şərtlər 
çar sarayı tərəfindən deyil, Tormosov tərəfindən irəli sürülür. Eyni 
zamanda İngiltərə İran qoşunlarını silahla təchiz edirdi. 
1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa 
soxuldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Şah qoşunları 


 
182
ingilis zabitlərinin komandanlığı altında azsaylı rus qoşularını mü-
hasirəyə aldılar və  qələbə çaldılar.  1812-ci il martın 18-də 
Kotlyarevski iranlıların geriyə çəkilərkən yolunu kəsmək və onları 
darmadağın etmək üçün öz dəstəsi ilə  Araza doğru hərəkət etdi. 
Lakin Abbas Mirzəyə  hələ Kotlyarevski yaxınlaşanadək mühasirə-
dən yaxa qurtarmaq və Arazın o tayına keçmək müyəssər oldu. 
M.İ.Kutuzovun komandanlığı altında Balkanlardakı  qələbə Tür-
kiyəni sülh istəməyə  məcbur etdi. 1812-ci il mayın 16-da Buxa-
restdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı. 
Müqaviləyə görə, Türkiyə Cənubi Qafqazın böyük bir hissəsinin 
Rusiya tərəfindən işğal olunmasını  təsdiq etdi (8, s. 576).  İndi 
İran Rusiyanı müəyyən güzəştlərlə belə bir müqavilə bağlamağa 
sövq etməyə can atırdı. Rusiya da İranla sülh bağlanılmasında 
maraqlı idi, çünki Qərbdə Fransa ilə münasibətlər kəskinləşirdi. 
General Rtişşev 1812-ci il aprelin 20-də  İranla sülh bağlamaq 
göstərişi aldı.  İndi Rusiya demarkasiya xəttinin Kür, Araz və 
Arpaçay çayları boyunca keçməsi barədə  əvvəllər irəli sürülən 
təkliflərdən imtina edir və  sərhəddi işğaldan sonra necə varsa elə 
qurmağa razılaşırdı. Lakin Abbas Mirzə  ərazi güzəştləri tələb 
etdiyinə görə danışıqlar uzandı (4, s. 36). 
1812-ci ilin yayında Napoleon Fransası ilə Rusiya arasında 
müharibə başlandı. 1812-ci il iyulun 8-də İngiltərə ilə Rusiya ara-
sında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxma-
yaraq, Rusiyanın başının Napoleonla müharibəyə qarışmasından 
istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun 
əsas qüvvəsinin Napoleona qarşı müharibəyə yönəlməsindən isti-
fadə edərək, öz ordusunu Cənubi Qafqaz üzərinə yeni hücuma 
hazırlamağa başladı. 
İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq 
istəyirdi. Bunun üçün o, Mehrini tutmaq istəyirdi.  İyulun 12-də 
İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın 
o tayına atıldılar.  Avqustda  20 minlik İran qoşunu  Lənkəran da 
daxil olmaqla Talış xanlığı  ərazisini  ələ keçirdi. İran qoşununun 
digər hissəsi  Ərçivanı tutub, Azərbaycanın içərilərinə doğru yol 


 
183 
açdılar. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 
günlük barışıq barəsində  təklifindən istifadə etməyi qərara aldı. 
Danışıqlar  sentyabrın 20-də Aslandüzdə başlandı  və  oktyabrın 
10-dək davam etdi. Tərəflər özlərinin  əvvəlki mövqelərindən  əl 
çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Abbas 
Mirzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlı-
ğında Araz sahilində  cəmləşdi. O, rus dəstələrinə  zərbə endirərək 
Qarabağa və Yelizavetpola (Gəncəyə), daha sonra isə Gürcüstana 
irəliləmək niyyətində idi. Abbas Mirzə Pəmbək və Şuragəldəki rus 
sərhəd məntəqələrinə hücum üçün həm də  İrəvan xanının qüvvə-
lərindən istifadə etməyi qərara almışdı. Lakin Abbas Mirzə  ilk 
zərbəni  Ağoğlan adlanan yerin yaxınlığında, Araz sahilində aldı. 
İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxul-
dular. Rus qoşunları  Dilican dərəsində erməni  əhalisinin köməyi 
ilə  qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi. Abbas 
Mirzə Şəkidə Pirqulu xanın qoşunları ilə birləşmək üçün qoşunlarını 
Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Kotlyarevski 
Abbas Mirzənin niyyətini başa düşdü və o, düşmənin arxasına keç-
mək və gözlənilmədən arxadan zərbə vurmaq məqsədilə dağlarla 70 
km gecə yürüşü etdi. Abbas Mirzə  əzilmiş hissələrinin qalıqlarını 
toplayaraq, səhərisi gün məğlubiyyətinin  əvəzini çıxmağı  qərara 
aldı. Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun 
qoşunlarını darmadağın etdi. Tezliklə, Kotlyarevski 1812-ci il 
dekabrın 17-də təxminən 2000 nəfərlik dəstə ilə Ağoğlandan yola 
düşərək Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil 
oldu. Xəzər donanması da buraya göndərilmişdi. İranlılar Lənkəran 
qarnizonunu möhkəmləndirdilər. Lənkəran qarnizonuna 2500 nəfər 
piyadadan ibarət kömək gəldi (112). 
Dekabrın 21-də  İran qoşunlarının ön hissəsi  Muğanda 
darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan 
iranlılar Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivanda kiçik 
bir qarnizon qoyaraq, Lənkərana  tərəf irəlilədi. Rus qoşunları 
qalanı  dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə 
tutdu.  Dekabrın 31-də Kotlyarevski qoşunu 3 hissəyə bölərək 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə