Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə57/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   53   54   55   56   57   58   59   60   ...   104

 
178
irəlilədi. Abbas Mirzə  İdrahimxəlil xanı öz tərəfinə  çəkmək üçün 
elçilərini onun yanına göndərdi.  İbrahimxəlil xan xanlığın var-
yoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçlə 
razılaşaraq, rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar 
etməyi qərara aldı. Rus qoşunlarının gecikməsi  İran qoşunlarının 
lap qalaya yaxınlaşmasına səbəb oldu. İbrahimxəlil xan öz ailəsinin 
təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı 
Xankəndinə köçürdü. Bədniyyətlilərin xanı mayora şərləmələrinə 
görə, mayor bir dəstə döyüşçü ilə xanın məskəninə yollandı  və 
İbrahimxəlil xan bəzi ailə üzvləri və yaxın adamları ilə öldürüldü
Bu hadisələrdən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri 
kəsdi, “əhalini üsyana qaldırdı  və rus qoşunlarını xanlıqdan 
getməyə məcbur etdi” (52, s. 96). 
1806-cı ilin yayında Abbas Mirzənin qoşunları Qarabağ  və 
Şirvanda idi. Atasının xaincəsinə öldürülməsinə baxmayaraq, 
Mehdiqulu xan general Nebolsinin komandanlığı altında rus 
qoşunları yaxınlaşarkən öz süvari dəstəsi ilə qaladan çıxmağa, onun 
qoşunları ilə birləşməyə  məcbur oldu və  Əsgəran qalasının 
yaxınlığında düşərgə saldı. Tezliklə ruslar Xanaşır aşırımında İran 
qoşunlarını  əzdilər və  İran qoşunlarının qalıqları Arazın o tayına 
çəkildi. 1806-cı ilin qışında yeni baş komandan təyin olunmuş ge-
neral  Qudoviç  Qarabağın idarə olunması haqqındakı  fərmanı 
Mehdiqulu xana təqdim etdi. 
Rus komandanlığı Bakı  və  Dərbənd qalalarının ələ keçiril-
məsinə böyük əhəmiyyət verirdi. İran hökuməti Rusiya və onun 
planları üçün Bakının  əhəmiyyətini aydın başa düşürdü və 
Qarabağdakı uğursuzluqlardan sonra rus qoşunlarının irəliləməsinin 
qarşısını almaq məqsədi ilə  hərbi  əməliyyatları  Şamaxı xanlığı 
istiqamətinə keçirdi. Rus qoşunlarının yaxınlaşmasını eşidən Abbas 
Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri çəkildi. Bakı 
və Dərbəndə doğru irəliləmək üçün əlverişli şərait yarandı. Qubalı 
Şeyxəli xan Rusiya hakimiyyətini qəbul etmək istəmirdi.  1806-cı 
ilin iyununda rus qoşunları Quba xanına tabe olan Dərbəndə 
yaxınlaşdılar və  iyunun 22-də onu tutdular. Sonra onlar general 


 
179 
Bulqakovun komandanlığı altında  Bakıya doğru yönəldilər. Gene-
ral şəhər sakinlərinə müraciət göndərdi. Hüseynqulu xan öz nüma-
yəndə heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə Bulqa-
kovun yanına göndərdi. Lakin Hüseynqulu xan qisasdan qorxaraq, 
ailəsi ilə birlikdə  Qubaya, oradan da İrana  qaçdı (88, s. 258). 
Beləliklə,  1806-cı il sentyabrın 3-də Bakı xanlığı  Rusiyaya tabe 
edildi. Tezliktə Quba xanı da qaçdı, onun xanlığı da Rusiyaya tabe 
olundu. Beləliklə, 1806-cı ilin sonunda, Talış, İrəvan və Naxçıvan 
xanlıqları istisna olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın 
hakimiyyəti altına keçdi. 
1806-cı il oktyabrın 22-də Nuxa yaxınlığında  həlledici 
döyüş baş verdi və şəkili Səlim xanın dəstələri məğlubiyyətə uğradı. 
Rus qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Nuxalıların müqa-
viməti qırıldı və rus qoşunları hücum edib, Nuxanı ələ keçirtdilər. 
Səlim xan İrana qaçdı. Sonra rus qoşunları Car-Balakənə yola düş-
dü. Rus qoşunları Carda üsyanları və Avar xanının, habelə Dağıstan 
feodallarının burada olan süvarilərini mühasirəyə aldılar. Tezliklə 
bu üsyan da yatırıldı. 
Çar hökuməti  Quba və Bakı xanlıqlarını  ələ keçirdikdən 
sonra  İranla sülh bağlamağa can atırdı, belə ki, rus komandanlığı 
Türkiyə ilə müharibənin yaxınlaşdığını qabaqcadan görür və buna 
görə  də  əl-qolunu azad etmək, mümkün olarsa, hətta  İranı Tür-
kiyəyə qarşı müharibəyə sövq etmək istəyirdi. İran hökuməti də gü-
zəştlərə ümid bəsləyərək, sülh bağlamaq istəyirdi.  1806-cı il sent-
yabrın ortalarında  şah sarayı öz nümayəndəsini sülh bağlamaq 
təklifi ilə rus qoşunlarının baş komandanı  Qudoviçin yanına 
göndərdi. Çar hökuməti güzəştə getmək fikrində deyildi, əksinə, o, 
İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etdi. Lakin danışıqlar 
uzandı. İngiltərə və Fransa bu işdə az rol oynamırdı. İngiltərə açıq-
aşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Türkiyəni Rusiya ilə 
müharibəyə təhrik edirdilər. Austerlitsdən sonra İran və Türkiyədə 
Napoleon diplomatiyası daha da fəallaşdı.  Napoleon  1806-cı ildə 
öz nümayəndəsi general Romyeni İrana göndərdi. İranın Fransa ilə 
danışıqları İngiltərəni təşvişə saldı. Bağdaddakı ingilis səfiri Xar-


 
180
ford Cons şah nazirinə müraciət edib ona təminat verdi ki, İngiltərə 
1801-ci il müqaviləsinin şərtlərinə sadiq qalacaqdır (4, s. 29)
1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı müharibəyə 
başladı.  Türkiyənin müharibəyə başlaması rus qoşunlarının Qaf-
qazdakı  vəziyyətini ağırlaşdırdı.  İndi  İranla yanaşı, Türkiyə ilə  də 
müharibə aparmaq lazım idi. Rusiya buna görə də İranla sülh bağ-
lamağa cəhd göstərirdi. Lakin İranla danışıqlar müvəffəqiyyətlə 
nəticələnmədi. 
Rus-türk müharibəsinin başlanmasından sonra Qafqazdakı rus 
qoşunlarının komandanlığı  Tərtər çayında istehkam yaratmağı 
qərara aldı. Baş komandan general Qudoviç rus ordusunun başında 
Gümrüyə yönəldi. Burada 1807-ci il iyunun 18-də rus və türk 
qoşunları arasında qanlı döyüş baş verdi. “Qaş qaralana yaxın os-
manlılar məğlub edildilər. Ruslar osmanlılardan qənimətlər və çoxlu 
top  ələ keçirdilər” (53, s. 103-110). Napoleon 1807-ci ilin əvvəl-
lərində İran  şahını Rusiya ilə mübarizəni gücləndirməyə çağırırdı, 
Fransa, İran və Türkiyədən ibarət antirusiya blokunu yaratmağı 
təklif edirdi. Şah hökuməti bu təklifi qəbul etdi. 1807-ci il mayın 4-
də Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı. Müqaviləyə 
görə  İrana hərbi kömək göstərilməsi  nəzərdə tutulurdu. İrana 
general Qardanın başçılıq etdiyi fransız diplomatik nümayəndə 
heyətinin gəlişi ilə Finkenşteyn müqaviləsi tələm-tələsik təsdiq 
olundu. 1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Müqaviləyə 
görə,  İran fransız cəbbəxanasından 20 min tüfəng satın ala 
bilərdi. Fransızlar İran ordusunu yenidən qurmağa başladılar. 
1808-ci ilin mayında  İran qoşunu  İrəvana doğru çəkilirdi. 
Sentyabrın 4-də Soğanlıq düşərgəsindən rus qoşunları Pəmbəkə 
döğru yeridi. Ruslar oradan İran qoşunlarına hücum etmək niyyə-
tində idi. Qudoviç Naxçıvanı ələ keçirməyi general Nebolsinə əmr 
etdi. Sentyabrın 26-da Qudoviç irəvanlı Hüseyn xan üzərində qə-
ləbə çaldı. Rus qoşunları yolüstü Eçmiədzini  ələ keçirtdi. General 
Nebolsin  Naxçıvana doğru irəliləyərək,  oktyabrın sonunda Qa-
rababa kəndi yanında İran qoşunlarını dağıtdı və Naxçıvanı tutdu. 
Rus qoşunlarının birləşmiş qüvvələri İrəvanın mühasirəsinə başladı 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə