Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə54/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   50   51   52   53   54   55   56   57   ...   104

 
168
təşəbbüsü ilə Qarabağ, Lənkəran,  İrəvan xanlıqlarından, Kartli-
Kaxetiya çarlığından və  Avar  hakimi  Ümmə xandan ibarət ittifaq 
yaradıldı. Lakin bu tədbirlər Qacarın Cənubi Qafqaza hücumunun 
qarşısını ala bilmədi. Türkiyə Azərbaycan xanlarına heç bir əməli 
kömək göstərmədi. Başı Fransa burjua inqilabına qarşı mübarizəyə 
qarışmış Rusiya da Qacarın Cənubi Qafqaza hücumunun qarşısını 
almaq üçün heç bir tədbir görmədi. 
1795-ci ilin iyununda 85 min nəfərlik  İran ordusu Qarabağa 
soxuldu və Şuşanı mühasirəyə aldı. Lakin 33 gün davam edən mü-
hasirəyə baxmayaraq Ağa Məhəmməd xan Şuşanı  ələ keçirə bil-
mədi (3, s. 468). O, bunun əvəzini Tiflisi ələ keçirib yandırmaqla 
çıxdı. Ağa Məhəmməd xan Qacarın Şimali Azərbaycana hücumu və 
Tiflisi yandırması Rusiyanın bu bölgədəki mövqelərinə  ağır zərbə 
oldu. Cənubi Qafqazın İran tərəfındən işğal edilmə


 
169 
iyulun 4-də Ağa Məhəmməd şah sui-qəsdçilər tərəfındən öldürüldü. 
Başsız qalan İran ordusu tələsik Qarabağı tərk etdi (3, s. 479). 
Beləliklə, XVIII əsrin 90-cı illərində Rusiya və  İranın 
Azərbaycan torpaqlarını işğal etmək cəhdləri iflasa uğradı. Lakin bu 
heç də  təhlükənin tamamilə sovuşması demək deyildi. Rusiya və 
İran Azərbaycan torpaqlarını  işğal etmək planlarından imtina 
etməmişdilər. Azərbaycanda hökm sürən siyasi pərakəndəlik bu 
planların reallaşması üçün əlverişli şərait yaradırdı. 
 
4. XVIII əsrdə Azərbaycan mədəniyyəti 
 
XVIII əsrdə Azərbaycan xalqı azadlıq uğrunda gərgin müba-
rizə aparmaqla yanaşı öz mədəniyyətini də inkişaf etdirdi. Bu 
dövrdə ölkədə  fəaliyyət göstərən məktəblərdə  dərslər,  əsasən,  ərəb 
və fars dillərində  keçirilirdi.  Bu  məktəblərdə  təhsil almış adamlar 
məmur, mirzə və ya rühani vəzifələrini tuturdular. 
Bu dövrdə elm sahəsində ciddi irəliləyiş olmasa da tarix və 
coğrafıyaya dair bir sıra qiymətli  əsərlər yazılımışdı. Görkəmli 
coğrafıyaşünas Hacı Zeynalabdin Şirvani Qafqaz, İran, Türkiyə və 
Hindistanı  gəzmiş  və bu ölkələr haqqında qiymətli məlumatlar 
toplamışdı. Tarixçi Əbdürrəzzaq bəy Dünbüli özünün «Məasiri-
Sultaniyyə» əsərində İran hökmdarı Fətəli şahın hakimiyyət dövrün-
də baş vermiş hadisələrdən bəhs etmişdi. 
Azərbaycan ədəbiyyatında realist janr getdikcə üstünlük təşkil 
edirdi. Poeziyada vətənpərvərlik ideyaları  və xalqın düşdüyü ağır 
vəziyyətə etiraz səsi xeyli güclənmişdi. Nişat Şirvani, Şikəstə Şirin 
və  Nəbi kimi tarixi mövzuda yazan şairlərin  əsərlərində  ağır hə-
yatdan narazılıq və şikayət üstünlük təşkil edirdi. Şakir Şirvanininn 
«Şirvan haqqında dastan» adlı müxəmməsində 1743-cü ildə Nadir 
şahın əleyhinə yönəlmiş Şamaxı üsyanından bəhs edilir. 
XVIII  əsr Azərbaycan  ədəbiyyatının  ən görkəmli nümayən-
dələri Molla Pənah Vaqif və Molla Vəli Vidadi olmuşdur. Vidadi 
1709-cu ildə  Şəmkirdə anadan olmuş, Qarabağda, sonra isə gürcü 
çarı II İraklinin sarayında yaşamışdı. Vidadi yüksək sənətkarlıqla 


 
170
yazdığı  şerləri ilə lirik Azərbaycan poeziyasını  zənginləşdirmişdi. 
O,  ədəbiyyata qoşma və  gəraylılar müəllifı kimi daxil olmuşdur. 
Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan 
olmuşdu. Əvvəllər Qazax mahalında və Gəncədə, sonralar isə Qara-
bağda yaşamışdı. Zəngin bilikli şair Qarabağ xanının sarayında baş 
vəzir olmuş  və xanlığın idarə edilməsində xüsusi rol oynamışdır. 
Vaqifın yaradıcılığında məhəbbət mövzusu əsas yer tuturdu. Şairin 
şerləri xalq dilinin zəngiliyini əks etdirir və realizmi, milli təravəti, 
orjinallığı, nikbinliyi ilə  səciyyələnir. Vaqifın realist yaradıcılığı 
Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamış və Azər-
baycan şerlərinin sonrakı nəsillərinə güclü təsir göstərmişdi. 
XVIII  əsrdə Azərbaycanda inşa edilmiş memarlıq abidələri 
dövrün siyasi həyatı ilə sıx bağlı olmuşdur. Yadelli hücumlarının və 
ara müharibələrinin mütamadi olaraq davam etdiyi xanhqlar döv-
ründə Azərbaycan xanları düşmən hücumlarına tab gətirə biləcək 
dərəcədə möhkəmləndirilmiş qalaların, bürc və istehkamların tikin-
tisinə diqqəti artırmağa məcbur idilər.  Ərazisində  hərbi-müdafıə 
xarakterli obyektlərin tikildiyi xanlıqlardan biri Qarabağ xanlığı idi. 
Buna misal olaraq Bayat, Şahbulaq və Şuşa qalalarının qala divar-
larını, Əsgəranın qoşa qalalarını göstərmək olar. Müdafıə xarakterli 
obyektlər Şəki, Şamaxı, Təbriz, Naxçıvan və Ərdəbil xanlıqlarında 
da tikilmişdi. Azərbaycan memarlığında karvansara tikintisi sahə-
sində qazanılmış zəngin ənənələr bu dövrdə də davam edirdi. XVIII 
əsrin ikinci yarısında Şəkidə tikilmiş «Yuxarı» və «Aşağı» karvan-
saraları müasir dövrümüzədək gəlib çatmışlar. Azərbaycan  ərazi-
sində ən böyük karvansara hesab edilən «Yuxarı» karvansarada 300 
otaq və zirzəmi var idi. 
Şuşada, Şəkidə, Qubada, İrəvanda ayrı-ayrı xanlar tərəfindən 
dəbdəbəli saraylar tikdirilmişdi. Bu dövrdə Azərbaycanda saray 
tikintisinin ən gözəl nümunəsi şərq memarlığının incilərindən sayı-
lan  Şəki xanlarının sarayıdır. Saray 1797-ci ildə  Şəki hakimi Mə-
həmmədhəsən xan tərəfindən tikdirilmişdir. Sarayın fasadı başdan-
başa şəbəkə üslubu ilə bəzədilmişdir. 


 
171 
XVIII  əsrin ikinci yarısı-XIX  əsrin  əvvəllərində Azərbaycan 
siyasi pərakəndəlik dövrü yaşayırdı. Nadir şahın ölümündən sonra 
yaranmış müstəqil və yarımasılı xanlıqlar orta əsr dövlətlərinə məx-
sus bütün atributlara malik idilər. Bu dövrün sosial-iqtisadi müna-
sibətləri orta əsrlərin əvvəlki dövrlərinə məxsus sosial-iqtisadi mü-
nasibətlərdən elə də fərqlənmirdi. Torpaq mülkiyyət formalarının və 
vergilərin mahiyyətində elə bir ciddi dəyişiklik baş verməmişdi. 
Bununla belə, bütün xanlıqlar dovrü üçün xarakterik olan ara mü-
haribələrinin təsiri altında əkinçilikdə, ticarət və sənətkarlıqda dərin 
tənəzzül müşahidə edilirdi. Azərbaycan şəhərlərinin böyük əksəriy-
yəti ciddi dağıntılara məruz qalmışdı. 
XVIII  əsrin ikinci yarısında ayrı-ayrı Azərbaycan xanlıqları 
hakimiyyət və torpaq uğrunda bir-birilə kəskin müharibə aparırdılar. 
Ölkəni vahid dövlətdə birləşdirməyə çalışan qüvvələr də çox de-
yildi. Urmiyalı Fətəli xan, Şəkili Hacı Çələbi, Xoylu Əhməd xan və 
Qubalı  Fətəli xan vahid Azərbaycan uğrunda xeyli qüvvə  sərf et-
mişdilər. Qubalı Fətəli xan daha böyük uğurlar qazanmış və bütün 
şimal-şərqi Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə nail 
olmuşdu. Bununla belə, ayrı-ayrı bölgələr arasında iqtisadi əla-
qələrin zəifliyi və qonşu dövlətlərin müdaxiləsi son nəticədə vahid 
Azərbaycan dövlətinin yaranmasına imkan vermədi. Azərbaycanın 
zəngin təbii ehtiyatları  və  əlverişli coğrafi mövqeyi qonşu döv-
lətlərin, ilk növbədə İran və Rusiyanın diqqətini cəlb edirdi. Heç də 
təsadüfı deyil ki, XVIII əsrin sonuncu onilliyində bu dövlətlər Azər-
baycanı  işğal etmək üçün hərbi yürüşlər təşkil etmişdilər. Azər-
baycan 1795 və 1797-ci illərdə  İran hakimi Ağa Məhəmməd  şah 
Qacarın, 1796-cı ildə isə V.Zubovun başçılığı ilə rus ordusunun iş-
ğalçı yürüşünə  məruz qalmışdı. Doğrudur, bu yürüşlərin hər üçü 
iflasla nəticələndi. Lakin bu heç də həmin dövlətlərin Azərbaycana 
dair işğalçılıq planlarından imtina etmələri demək deyildi. 
 
 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə