Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə51/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   47   48   49   50   51   52   53   54   ...   104

 
159 
riyyəti ya bazarlarda, ya da bazarlara bitişik küçələrdə yerləşirdilər. 
Adətən, böyük şəhərlərdə eyni sənət növü ilə  məşğul olan sənət-
karlar ayrıca küçələr yaradır, orta və kiçik şəhərlərdə isə qarışıq 
şəkildə  işləyirdilər. XVIII əsrin sonlarında Azərbaycanda olmuş 
səyyah M.Biberşteyn yazırdı ki, sənətkar dükanları «hər bir şəhərdə 
onu bir başdan o biri başa qədər kəsən  əsas küçələri yaradırlar». 
Xanlıqlar dövründə Azərbaycan  şəhərlərində yaşayan  əhalinin 
sosial tərkibinin tam və dəqiq mənzərini yaratmaq mümkün olmasa 
da, ayrı-ayrı  şəhərlərə aid olan məlumatlar  əsasında bu məsələ 
haqqında müəyyən fikir söyləmək olar. Mənbələrdən birində göstə-
rildiyi kimi, şəhər əhalisi Hüquq və vəzifələrinə görə imtiyazlı silkə 
və vergi ödəyənlərə bölünürdülər. Birinci silkə xanlar, bəylər, 
məliklər, ağalar, axundlar, mollalar, seyidlər, mirzələr və xan nökər-
ləri, ikinci silkə isə tacirlər, sənətkarlar,  əkinçilər,  şəhər yoxsulları 
və başqaları daxil idi. Şəhər  əhalisinin ümumi sayına nisbətdə 
imtiyazlı əhalinin sayı 8-15% təşkil etdiyi müxtəlif şəhərlərdə tacir 
və sənətkarlar təxminən 35-50%-ə bərabər olurdu. 
 
2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı 
 
XVIII  əsrin II yarısı-XIX  əsrin  əvvəllərində mövcud olmuş 
Azərbaycan xanlıqlarında daxili siyasi həyat olduqca mürəkkəb və 
gərgin idi. Bu və ya digər bölgədə hakimiyyəti ələ keçirən xanlar öz 
torpaqlarını daha da genişləndirmək uğrunda mübarizə aparırdılar. 
Bu xanlıqlardan yalnız bəzilərinin hakimləri bütün Azərbaycan tor-
paqlarını vahid dövlətdə birləşdirməyi öz qarşılarına məqsəd qoy-
muşdular. 
Azərbaycanın cənub xanlıqlarında daxili siyasi mübarizə 
İranda mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda mübarizə ilə çul-
ğalanmışdır. Burada gedən mübarizədə əfqan tayfasından olan Azad 
xan, Nadir şahın qohumu Fətəli xan Əfşar, Astarabad və Mazan-
daranda yaşayan Qacarların başçısı Məhəmmədhəsən xan Qacar və 
zəndlər tayfasının başçısı  Kərim xan Zənd fəal iştirak edirdi. İlk 
dövrlərdə  Fətəli xan Əfşar xeyli uğur qazanmışdı. O, Azad xanın 


 
160
köməyilə Urmiya, Təbriz, Xoy, Qaradağ  və  Mərənd xanlıqlarını 
özündən asılı  vəziyyətə sala bilmişdi. Lakin Fətəli xan bununla 
kifayətlənməyib öz hakimiyyətini bütün İranda yaymaq niyyətində 
idi. Onun bu cəhdi Məhəmmədhəsən xanın və  Kərim xan Zəndin 
ciddi müqaviməti ilə rastlaşdı. 
Bu dövrdə  İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd 
Fətəli xana qarşı mübarizəyə başladı. 1752-ci ildə Miyanə  və 
Qəmşə döyüşlərində 1761-ci ildə Qaraçəmən kəndi yaxınlığında baş 
verən döyüşdə  zəndlər məğlub olsalar da sonralar bunun əvəzini 
çıxdılar. Azərbaycan xanları arasında olan ziddiyyətlərdən məha-
rətlə istifadə edən Kərim xan Zənd 1763-cü ildə 9 aylıq mühasi-
rədən sonra Fətəli xan Əfşarın sonuncu iqamətgahı Urmiya qalasını 
ələ keçirdi. Bununla da Azərbaycanın cənub xanlıqları  Kərim xan 
Zənddən asılı vəziyyətə düşdülər. Lakin bu asılılıq, əksər hallarda, 
formal xarakter daşıyırdı. Nadir şahın ölümündən sonra Azərbay-
canın  şimal xanlıqları arasında  Şəki  xanlığı xüsusilə  fərqlənirdi. 
Xanlığın banisi Hacı  Çələbi öz hakimiyyətini bütün Azərbaycan 
torpaqlarına yaymağa çalışıdı. Lakin onun 1748-ildə  Təbrizə  və 
Qarabağa yürüşü uğursuzluqla nəticələndi. O bu uğursuzluqların 
əvəzini  Ərəş  və  Qəbələ sultanlıqlarını özünə birləşdirməklə  çıxa 
bildi. Hacı  Çələbinin güclənməsi həm qonşu Azərbaycan xanlıq-
larını, həm də Kartli-Kaxetiya çarlığını ciddi narahat edirdi. Gürcü 
çarı Teymuraz və onun oğlu II İrakli Azərbaycan xanlıqları arasında 
ziddiyyətləri daha da dərinləşdimək və bu yolla Gəncə, Qarabağ 
xanlıqlarını və Car-Balakən camaatlığını ələ keçirtmək istəyirdilər. 
1751-ci ildə gürcü qoşunları Car torpağına hücum etdilər. Lakin 
ağır məğlubiyyətə  uğrayıb geri çəkilməyə  məcbur oldular. Gürcü 
çarları bunun əvəzini Gəncəni tutmaqla çıxmağa çalışırdılar. Onlar 
bu dəfə Azərbaycan xanları arasında ziddiyyətlərdən faydalanmaq 
qərarına gəldilər. II İrakli Hacı Çələbiyə qarşı Gəncə, Qaradağ, İrə-
van, Qarabağ  və Naxçıvan xanlıqlarından ibarət güclü ittifaq 
yaratmağa nail oldu. 1752-ci il martın 21-də danışıqlar bəhanəsiylə 
müttəfiqləri Gəncə yaxınlığına toplayan II İrakli qəflətən onların 
hamısını əsir götürtü (8, s. 524). Bu hadisə tarixə “Qızılqaya xəya-


 
161 
nəti” kimi daxil olub. Bu xəbəri eşidən Hacı  Çələbi öz ordusu ilə 
düşmən üzərinə hərəkət etdi və onu ağır məğlubiyyətə uğratdı. Əsir 
götürülmüş Azərbaycan xanları azad edildi. Düşmən ordusunu təqib 
edən Hacı Çələbi Qazax və Borçalı sultanlıqlarını ələ keçirdi. Gürcü 
çarlarının bu məğlubiyyətin  əvəzini Car-Balakəni  ələ keçirməklə 
çıxmaq cəhdləri də onların ağır məğlubiyyəti ilə nəticələndi. 1755-
ci ildə Hacı  Çələbi böyük qüvvə ilə  Şirvana yürüş etdi. Lakin 
Şamaxı  və Quba xanlıqlarının birləşmiş qüvvələri ilə toqquşmada 
məğlub olub geri çəkildi. Elə həmin il Hacı Çələbi vəfat etdi. Onun 
ölümündən sonra Şəki xanlığında başlamış hakimiyyət uğrunda 
mübarizə  vəziyyəti xeyli mürəkkəbləşdirdi. Hüseyn xanın və  Mə-
həmmədhəsən xanın hakimiyyətləri dövründə  Şəki xanlığı özünün 
əvvəlki qüdrətini itirdi. Bundan istifadə edən qubalı  Fətəli xan 
1785-ci ildə Şəki xanlığını özündən asılı vəziyyətə saldı. 
Qarabağ xanlığı Kür və Araz çayları arasındakı geniş tor-
paqları əhatə edirdi. Xanlığın banisi Pənahəli xan Qarabağda yaşa-
yan Cavanşirlər tayfasından idi. Vaxtilə Nadir şahın ordusunda xid-
mət etmiş geninah


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə