Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə59/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   55   56   57   58   59   60   61   62   ...   104

 
184
axşam qala divarlarına yaxınlaşdı  və  1813-cü il yanvarın 1-də 
səhərə yaxın hücuma başladı. Amansız və qanlı çarpışma 3 saatdan 
çox çəkmədi və qala alındı (8, s. 576).  Lənkəranın alınması rus-
İran müharibəsinin taleyini həll etdi. Aslandüz və  Lənkəran 
qələbələrindən aydın oldu ki, heç bir şey rus qoşunlarının  İranın 
içərilərinə doğru irəliləməsinə mane ola bilməz.  İrandakı ingilis 
səfiri Ouzli Rusiya və  İran arasındakı müharibənin dayandırılması 
haqqında Londondan göstəriş aldı.  1813-cü ilin əvvəllərində 
Rtişşev və şah sarayı arasında yazışma başlandı. Rtişşev qeyd edirdi 
ki, tutulmuş bütün torpaqları Rusiya tərkibində saxlamaq şərtilə 
sülh bağlamağa hazırdır, bu isə  şah sarayını razı salmırdı. Buna 
baxmayaraq, danışıqlar  sentyabrın 27-də Qarabağda, Gülüstan 
kəndində başladı  və 1813-cü il oktyabrın 12-də sülh müqavilə-
sinin imzalanması ilə başa çatdı. 
Gülüstan müqaviləsinə görə,  İran Rusiyanın qələbəsini, 
Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıq-
larının  ərazisinin, habelə  Şərqi Gürcüstan və Dağıstanın Rusi-
yanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları 
İranın hakimiyyəti altında qaldı.  İran təkcə Rusiyanın Xəzər 
dənizində  hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı
Aşağı, 5%-lik kömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus 
tacirləri üçün İrana yol açılırdı.  İranın daxilində isə rus tacirləri 
daxili gömrük rusumlarını ödəməkdən azad olunurdu. Bu, rus-İran 
ticarətinin inkişafı üçün əlverişli  şərait yaradırdı. Gülüstan müqa-
viləsinin bağlanılması ilə  Şimali Azərbaycanın  Rusiya  tərəfindən 
istilasının birinci mərhələsi başa çatdı (4, s. 38-39). 
İkinci Rus-İran müharibəsi və istilanın başa çatması
Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab edən və Cənubi 
Qafqazı  ələ keçirmək üçün yeni planlar hazırlayan  İran sarayı 
Rusiyanın Cənubi Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. İranın 
bu planları  İngiltərənin Cənubi Qafqazdakı planlarına tam uyğun 
idi.  1814-cü il noyabrın 25-də Tehranda  İngiltərə ilə  İran 
arasında müqavilə bağlandı. İran şahı İran sərhədləri tərəfindən 
Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürür-


 
185 
dü. Böyük Britaniya isə İrana hər il, 1809-cu il müqaviləsi üzrə 
müəyyən olunmuş  məbləğdə maliyyə yardımı göstərmək, ordu 
və  hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha 
təsdiq etdi. İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu 
müharibəyə hazırlamaqla yanaşı,  İran sarayı eyni zamanda belə 
hesab edirdi ki, Rusiyadan müəyyən güzəştlərə nail olmaq üçün 
əlverişli  şərait yaranmışdır.  1815-ci ildə Gülüstan müqaviləsinə 
yenidən baxmağa Rusiyanın razılığını almaq üçün İran tərəfi Peter-
burqa nümayəndə heyəti göndərdi. Çar hökuməti sərhədlərin 
müəyyənləşdirilməsində  bəzi xırda güzəştlərə getməyi qərara aldı 
və bu məqsədlə  1817-ci ildə  A.P.Yermolovun başçılığı ilə  İran 
arasında möhkəm dostluq və qardaşlıq  əlaqələri üçün əsas ola 
biləcək xüsusi müqavilə bağlamağa səlahiyyət verilmişdi (111, s. 
125-126).  Tərəflərin elə ilk görüşündə  İrandakı ingilis səfirinin 
iştirakı ilə şah diplomatiyası Gülüstan müqaviləsinə görə Rusiyaya 
keçmiş torpaqların  İrana verilməsini tələb etdi. Rusiyaya qa-
yıtdıqdan sonra Yermolov yazırdı: “vəliəhdin sarayında ingilislərsiz 
heç bir iş görülmür”.  Şah sarayı ingilislərin köməyi ilə öz or-
dusunun gücünü artırır, gələcək müharibədə Türkiyədən kömək 
almağa səy göstərirdi.  1823-cü ildə  İran və Türkiyə arasında 
müqavilə bağlandı. 1825-ci ilin payızında Abbas Mirzənin qoşunu 
üçün İsfahana 200 tay ingilis silahı gətirildi. 1826-cı ildə İngiltərə 
Hindistandan daha 15 min tüfəng göndərdi. Bu zaman ingilislər 
şaha bildirdilər ki, kömək yalnız o zaman göstəriləcəkdir ki, İran 
Rusiyaya qarşı müharibəyə başlasın. Elə  həmin il İngiltərə artıq 
Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi (76, s. 99). 
1826-cı ildə general Menşikovun başçılıq etdiyi rus nümayəndə 
heyəti İrana gəldi. Çarın sərəncamı ilə Menşikov Qarabağın və Talış 
xanlığının bir hissəsini güzəşt etməyə hazır idi (76, s. 42)
Rusiyanın  İranla hərbi  münaqişəyə girməmək üçün göstərdiyi bu 
cəhd müvəffəqiyyətsizliyə uğradı. 
1826-cı io mayın 26-da  İran qoşunu sərhəd dəstələrinə hü-
cum etdi, 2 aydan sonra isə,  iyulun 16-da  Abbas Mirzənin 60 
minlik ordusu Şimali Azərbaycana soxuldu  (8, s. 578). Abbas 


 
186
Mirzənin planı qəflətən Qarabağa  soxulmaq, Şuşanı ələ keçirmək 
və sonra isə  Gəncəni  tutmaqla  Tiflisə hücum etmək idi. Tiflis 
üzərinə hücum 3 tərəfdən: cənubdan,  şərqdən və  şimal-şərqdən 
planlaşdırılmışdı.  İrəvan sərdarı Hüseyn xan cənubdan  Şuragəl və 
Pəmbəyə soxulmalı  və burada Abbas Mirzənin  əsas qüvvələrinin 
yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan gürcü 
şahzadəsi Aleksandr isə  İran ordusu ilə Kaxetiyaya girməli və 
burada Car-Balakən dəstələri ilə birləşib  şimal-şərqdən Tiflis 
üzərinə hərəkət etməli idi. Bu dəstələr Tiflis yaxınlığında birləşməli 
və eyni vaxtda vurulan zərbə ilə onu ələ keçirməli idilər. Sayı 30 
min nəfər olan İran ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif 
bir kazak alayı dayanırdı. Əhali Rusiya əleyhinə üsyanlar qaldırdı. 
İyulun 27-də üsyançılar Gəncədə həbsxananı ələ keçirdilər, iyulun 
28-ə keçən gecə isə yerli qarnizonu darmadağın etdilər.  Şəhər 
Abbas Mirzə tərəfindən tutuldu (71, s. 655). Elə bu vaxt İran ordusu 
bütün Qarabağ mahallarını  ələ keçirərək,  Şuşa qalasını 
mühasirəyə aldı. Şuşa qarnizonu 6 rotadan-4 topu olan 1500 adam-
dan ibarət idi. Qalanın mühasirəsi  48 gün davam etdi. Partlayış-
lardan sonra gecə vaxtı hücuma keçən İran ordusu heç nəyə nail ola 
bilmədi və rus qoşunları tərəfindən geri oturduldu (89, s. 117). Şuşa 
qalasını uzun müddət mühasirədə saxlamaq İran hərbi 
komandanlığının səhvi idi. İran ordusunun böyük bir hissəsinin 
diqqətini özünə  cəlb edən rus qarnizonu və qalanın erməni  əhalisi 
general Yermolova strateji təşəbbüsü  ələ almağa, pərakəndə halda 
olan qüvvələri zərbə qruplarında cəmləşdirməyə və düşmən üzərinə 
hücum etməyə  şərait yaratdı  və bununla da gələcək hərbi  əmə-
liyyatları rus ordusunun xeyrinə  həll etdi. Yermolov bütün qüv-
vələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi olan Tiflisin müdafiə-
sində cəmləşdirməklə düzgün qərar qəbul etdi. 
Hüseynqulu xan İran sərbazlarından ibarət bir dəstə ilə Bakı 
qalasını  dənizdən və qurudan mühasirəyə aldı. Bakı körfəzi də 
dənizdən  İranın avarlı donanması  tərəfindən mühasirədəydi. Hü-
seynqulu xanın bütün hücumları  dəf edildi. Bakı limanı  Həştər-
xanla daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə