Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə52/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   48   49   50   51   52   53   54   55   ...   104

 
162
edirdi. Pənahəli xan 1756-cı ildə üç tərəfdən sıldırım qayalarla əhatə 
olunmuş hündür dağ yaylasında yeni bir qalanın əsasını qoydu. Qala 
əvvəllər öz banisinin adı ilə  Pənahabad, sonralar isə  Şuşa adlan-
dırıldı. Çox əlverişli strateji mövqeyə malik olan Şuşa düşmən hü-
cumu üçün əlçatmaz olan bir qalaya çevrildi. Qala tezliklə bütün 
Azərbaycanın mühüm ticarət, sənətkarlıq və mədəni mərkəzlərindən 
birinə çevrildi. Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlə-
rindən birini onun hakimiyyətini qəbul etmək istəməyən xristian 
məliklərinə qarşı mübarizə təşkil edirdi. Onu da göstərmək lazımdır 
ki, XVII əsrdə və XVIII əsrin əvvəllərində formalaşmış bu məliklər 
Nadir  şahın hakimiyyəti dövründə xeyli imtiyazlara malik idilər. 
Müstəqil Qarabağ xanlığının yaranmasından sonra da onlar özlərini 
müstəqil aparmağa çalışırdılar. Pənahəli xan müxtəlif yollarla 
məlikləri özünə tabe etməyə çalışırdı. Onun hakimiyyətini birnci 
olaraq Vərəndə  məliyi  Şahnəzər qəbul etdi. Pənahəli xan yerdə 
qalan məliklər arasındakı ziddiyyətdən istifadə edərək onların 
hamısını özündən asılı vəziyyətə sala bildi. Lakin bu asılılıq  əksər 
hallarda formal xarakter daşıyırdı. Rusiyanın yardımından istifadə 
edən məliklər imkan düşən kimi müstəqil olmağa çalışır və  hətta 
Qarabağ ərazisində erməni dövləti yaratmağı planlaşdırırdılar. 
İranda hakimiyyət uğrunda gedən mübarizədən istifadə edən 
Pənahəli xan Qarabağ xanlığının  ərazisini xeyli genişləndirməyə 
nail oldu. Əvvəllər Qaradağ, Naxçıvan və  İrəvan xanlıqlarına tabe 
olan Tatev, Sisian, Qafan, Mehri, Güney və Göyçə mahalları Qara-
bağ xanlığına birləşdirildi. Təbriz, Naxğıvan, Gəncə  və Qaradağ 
xanlıqları müəyyən vaxtlar Qarabağ xanlığından asılı  vəziyyətdə 
olurdular. Pənahəli xan öz xanlığının müstəqilliyini də uğurla qoru-
yub saxlayırdı. 1757-ci ildə Qarabağ xanlığı Məhəmmədhəsən xan 
Qacarın hücumuna məruz qaldı. Lakin bir aya qədər Qarabağda qal-
masına baxmayaraq düşmən ordusu heç Şuşaya yaxınlaşa bilmədi 
və geri çəkilməyə məcbur oldu. 1759-cu ildə Urmiya hakimi Fətəli 
xan  Əfşar Qarabağa hücum etdi. Şuşanı 6 ay mühasirədə saxla-
masına baxmayaraq, düşmən onu ələ keçirə bilmədi. Lakin uzun 
sürən mühasirənin şəhərdə vəziyyəti pisləşdirdiyini görən Pənahəli 


 
163 
xan oğlu İbrahimxəlil xanı girov verməklə mühasirənin dayandırıl-
masına nail oldu. İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-
1806-cı illər) Qarabağ xanlığı daha da gücləndi və nəinki Azərbay-
canın, eləcə  də bütün Cənubi Qafqazın  ən güclü dövlət qurumla-
rından birinə çevrildi. Yalnız Azərbaycan xanlıqları deyil, həm də 
Rusiya,  İran və Türkiyə kimi dövlətlər Qarabağ xanlığı ilə hesab-
laşırdılar (50, s. 85). 
Quba xanlığının  əsasını Hüseynəli xan (1726-1758) qoy-
muşdu. Xanlığın mərkəzi  əvvəlcə Xudat, sonra isə Quba şəhəri 
olmuşdur. Hüseynəli xanın dövründə 1756-cı ildə Salyan xanlığı 
Quba xanlığının tərkibinə qatıldı. Fətəli xanın hakimiyyəti dövründə 
(1758-1789) Quba xanlığı daha da gücləndi. A.Bakıxanov Fətəli 
xanı öz dövrünün «tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məm-
ləkəti idarə etmək işlərində mahir bir adam» kimi xarakterizə edirdi. 
Güclü dövlət yaratmağa çalışan Fətəli xan özbaşınalıq edən mahal 
naiblərinin hakimiyyətini məhdudlaşdırmış, vergilərin toplanmasını 
nizama salmış, ordunun sayını xeyli artırmışdı. Onun fəaliyyətində 
pərakəndə Azərbaycan torpaqlarını birləşdirmək cəhdi özünü aydın 
şəkildə göstərirdi. Fətəli xan mühüm strateji əhəmiyyəti olan 
Dərbənd xanlığını ilhaq etməyə can atırdı. Bu dövrdə Dərbənd xanı 
Məhəmmədhüseyn xanın yeritdiyi siyasət  şəhər  əhalisinin ciddi 
narazılığına səbəb olurdu. Bundan məharətlə istifadə edən Fətəli 
xan şəhər əhalisinin xeyli hissəsini öz tərəfinə çəkə bilmişdi. Lakin 
Dərbəndin möhkəm qala divarları ilə əhatə olunduğunu nəzərə alan 
Fətəli xan planlaşdırılan hücumun uğurla nəticələnməsini təmin 
etmək üçün bir sıra Cənubi Dağıstan feodalları, o cümlədən 
Qaraqaytaq usmisi ( hakimi) Əmir Həmzə ilə ittifaqa girdi. Görülən 
bu tədbirlər öz nəticəsini verdi. 1759-cu ildə Dərbənd xanlığı Quba 
xanlığına birləşdirildi (8, s. 544). Dərbənd xanlığından sonra Fətəli 
xan öz diqqətini Bakı xanlığını birləşdirməyə yönəltdi. Bu dövrdə 
Bakı  Xəzər dənizində  ən  əlverişli liman şəhəri kimi şöhrət 
qazanmışdı. Bakı xanları duz və neft çıxarılmasından, habelə 
zəfəran yetişdirilməsindən böyük gəlir götürürdülər. Bütün bu gəlir-
lərin Quba xanlığının xəzinəsinə daxil olması  Fətəli xana öz plan-


 
164
larını daha uğurla yerinə yetirmək imkanı verərdi. Bu dövrdə Bakı 
xanlığı  hərbi cəhətdən xeyli zəif idi. Bakı xanları onları qonşu 
xanlıqların hücumlarından qoruya biləcək güclü bir müdafiəçiyə 
ehtiyac hiss edirdilər. Yaranmış  vəziyyəti düzgün qiymətləndirən 
Fətəli xan «nigah diplomatiyasının» köməyilə öz məqsədinə çatdı. 
O, 1766-cı ildə bacısı  Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd 
xana ərə verdi. Zəif iradəli Məlik Məhəmməd xan bütünlüklə Quba 
xanlığının təsiri altına düşdü. Fətəli xanın Azərbaycan torpaqlarını 
vahid dövlətdə birləşdirmək siyasətində Şamaxı xanlığı mühüm yer 
tuturdu. Bəzi məlumatlara görə Fətəli xan bu xanlığı ələ keçirməklə 
keçmiş  Şirvanşahlar dövlətini bərpa etmək,  Şamaxı  şəhərini isə 
özünün paytaxtına çevirmək istəyirdi.  Şamaxı xanlığının güclü 
maddi və insan ehtiyyatlarına malik olduğunu nəzərə alan Fətəli xan 
buraya hücumdan əvvəl ciddi hazırlıq tədbirləri gördü. O, birinci 
növbədə  Şamaxı xanlığı ilə  hərbi xarakterli müqavilə bağlamağa 
nail oldu. Bu müqaviləyə görə Şamaxı xanları öz xanlıqlarının Cə-
nubi Dağıstan feodallarının hücumlarından qorunması müqabilində 
Quba xanlığına xərac verməyi öhdələrinə götürürdülər. Eyni za-
manda  Şamaxı xanlıqlarının siyasətindən narazı olan şamaxılılar 
Quba xanlığı  tərəfindən himayə edilməyə başlanıldı.  Şamaxı 
xanlarının tezliklə  xərac verməkdən imtina etmələri hərbi  əməliy-
yata başlamaq üçün Fətəli xanın  əlində  bəhanə oldu. 1768-ci ildə 
onun ordusu Şamaxı xanlığına qarşı yürüşə başladı (8, s. 547). Bu 
yürüşdə şəkili Hüseyn xan da iştirak edirdi. Qəfıl yaxalanan Şamaxı 
xanları təslim oldular. Xanlıq Quba xanlığının tərkibinə qatıldı. Elə 
həmin il kiçik Cavad xanlığı da Quba xanlığma birləşdirildi. 
Beləliklə, Fətəli xan bütün Şimal-şərqi Azərbaycan torpaqlarını öz 
hakimiyyəti altında birləşdirməyə nail oldu. 
Quba xanlığının qüdrətinin artması bir sıra qonşu xanlıqları 
ciddi narahat edirdi. 1774-cü ildə Qaraqaytaq usmisi Əmir Həmzə 
və  bəzi Azərbaycan xanlarının birləşmiş qüvvələri qəflətən Quba 
xanlığına hücum etdilər. Xudat yaxınlığında Gavduşan deyilən 
yerdə baş verən döyüşdə Fətəli xan məğlub oldu və Salyana çəkildi. 
Əmir Həmzə Şamaxı və Qubanı ələ keçirdi. Lakin tezliklə Dərbən-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə