Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə65/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   61   62   63   64   65   66   67   68   ...   104

 
203 
burqda keçirilən müşavirəsində “Bakı  ağ neft zavodçuları itti-
faqı”adlı inhisar birliyi yaradıldı. İstehsal olunan neft məhsullarının 
98 %-nə bu inhisar birliyi nəzarət edirdi. Lakin bu birlik daxili 
çəkişmələr üzündən 1897-ci ildə dağıldı  (4, s. 271). Neft emalı və 
neft hasilatı mexaniki istehsal, kükürd, kolçedan, kükürd turşusu, 
soda, gəmiçilik və neftlə bağlı olan bu kimi istehsal sahələrinin 
inkişafına ciddi təsir göstərdi. 1890-cı ildə H.Z.Tağıyev “Kaspi” gə-
miçilik  şirkətini yaratdı. 1894-cü ildə  Gəncə  qəzasında “Naftalan” 
neft sənayesi və ticarət şirkəti təsis edildi. 1897-ci ildə H.Z.Tağıyev 
başqa sənaye sahələrinə kapital qoymaq üçün özünün neft 
mədənlərini müəssisələri ilə birlikdə ingilis kapitalistlərinə 5 milyon 
manata satdı və iqtisadiyyatın yeni sahələrinə-toxuculuq sənayesinə
gəmiçiliyə və balıqçılığa xeyli kapital qoydu. O, eyni zamanda in-
gilislərə satdığı müəssisələr  əsasında yaradılmış “Oleum” səhmdar 
cəmiyyətinin 1,6 mln. manatlıq səhmini öz əlində saxladı (86, s. 
68), bu cəmiyyətin icraçı direktorlarından birinə çevrildi. 1900-cü 
ildə H.Z.Tağıyevin toxuculuq fabrikinin işə salınması Azərbaycan 
müstəmləkə iqtisadiyyatına xas olan birtərəfli inkişaf meylini 
aradan qaldırmaq yolunda ilk addım idi. H.Z.Tağıyev Azərbaycan 
iqtisadiyyatınin müstəmləkə xarakterinə  zərbə vuran, onu sındıran 
ilk sənayeçi olmuşdur. 
Sənayenin başqa sahələri.  Bakıda mexaniki zavodlar, gəmi 
təmiri emalatxanaları, buxar mühərrikləri ilə  hərəkətə  gətirilən 
dəyirmanlar, tütün fabrikləri, yeyinti, tikinti materialları istehsal 
edən müəssisələr fəaliyyət göstərirdi. Azərbaycanda əlvan metallur-
giya sənayesi inkişaf edirdi. Bu sənaye sahəsi rus və alman kapitalı 
əsasında meydana gəlmişdi.1883-cü ildə Qalakənd missaflaşdırma 
zavodu inşa edilmişdi. Gəncə, Gədəbəy və Cavanşirdəki mədən-
lərdən mis filizi; Daşkəsəndən dəmir, kobalt filizi; Cavanşir və 
Naxçıvandan gümüş, qurğuşun filizi çıxarılırdı. Zəylik kəndi yaxın-
lığında az miqdarda zəy əldə edilirdi. İpək emalı sənayesi əsasında 
Nuxa, Zaqatala, Qarabağ  və Naxçıvanda yayılmışdı. Nuxa şəhəri 
“Qafqaz Lionu” adlandırılırdı. İlk pambıqtəmizləmə zavodu 1882-ci 
ildə Naxçıvanda inşa olundu. Xəzər dənizi nərə balığı növlərinin 


 
204
zənginliyinə görə dünyada birinci yeri tuturdu. Azərbaycanın balıq 
və balıq məhsulları Rusiyaya, Almaniyaya, Avstriyaya, Fransaya, 
Polşaya, Amerikaya ixrac olunurdu. Rusiyada biyan kökü emalının 
mərkəzi Azərbaycan idi. Ləkidə, Ucarda, Gəncədə  və Kürdəmirdə 
biyan emalı zavodları tikilmişdi. Bakı  və Nuxada tütün fabrikləri 
inşa edilmişdi. Naxçıvanda daş duz, Bakı və Cavad qəzalarında isə 
şor-narın duz çıxarılırdı. Xəzər dənizində dünyada ilk dəfə 
neftdaşıyan gəmilər üzürdü. 1883-cü ildə  Cənubi Qafqazda Bakı-
Tiflis dəmir yolu işə salındı  (4, s. 249). 1900-cü ildə Biləcəri 
stansiyasını Petrovsk (Mahaçqala) ilə birləşdirən dəmir yolu xətti 
istifadəyə verildi (119, v. 2-3). Bununla Bakı bilavasitə 
Ümumrusiya bazarına çıxmaq imkanı əldə etdi. XIX əsrin sonunda 
dəmir yolu stansiyalarına yaxın olan (Ağstafa, Yevlax, Ləki, Ucar, 
Kürdəmir, Hacıqabul) sənaye və ticarət mərkəzlərinin rolu artır, 
dəmir yolundan uzaqda olan (Nuxa, Şamaxı,  Şuşa) ticarət 
mərkəzlərinin  əhəmiyyəti isə azalırdı. XIX əsrin 80-90-cı illərində 
(Ucar-Göyçay, Yevlax-Nuxa-Zaqatala, Gəncə-Hacıkənd, Ləki-Ağ-
daş) dəmir yolu stansiyalarından qəza mərkəzlərinə  şose yolları 
çəkildi. Həmin əsrin 60-cı illərindən etibarən Azərbaycan şəhərləri 
arasında teleqraf və telefon xətləri çəkilişi sürətləndi. 1864-cü ildə 
Tiflis-İrəvan-Naxçıvan-Culfa, 1868-ci ildə Bakı-Tiflis teleqraf 
xətləri çəkildi  (108, v. 107). Bakı  şəhərini  əhatə edən ilk mərkəz-
ləşdirilmiş telefon stansiyası 1886-cı ildə  işə salındı (82, s. 259, 
267; 120). 
XIX  əsrin ikinci yarısında iqtisadiyyatın inkişafı Azərbay-
canda  şəhərlərin sayının və  əhalisinin artmasına gətirib çıxardı. 
Şimali Azərbaycanda 10 şəhər və 5 qəza mərkəzi var idi. Bakı, 
Şamaxı, Quba, Lənkəran şəhərləri Bakı quberniyasına, Gəncə, Nu-
xa,  Şuşa  şəhərləri Yelizavetpol quberniyasına, Naxçıvan və 
Ordubad  şəhərləri  İrəvan quberniyasına, Zaqatala şəhəri isə Tiflis 
quberniyasına daxil idi. Şəhər  əhalisinin artım sürətinə görə Bakı 
(112 mindən  şox) Rusiya imperiyası  və Avropa ölkələrini ötüb-
keçdi.  Əsrin sonunda Bakı  əhalisinin cəmi 40 %-i azərbaycanlılar 
təşkil edirdi. Şəhərdə  iş qabiliyyətli  əhalinin 60 %-i fəhlələr təşkil 


 
205 
edirdi (4, s. 279). Bakıdan sonra əhalinin sayına görə Gəncə şəhəri 
gəlirdi, ticarət və  sənayenin inkişafına görə isə ikinci yeri Nuxa 
şəhəri tuturdu. 1897-ci il əhali sayınına görə şəhər əhalisinin üumi 
sayı 270 min nəfərə çatmışdı, ki bu da öz növbəsində Azərbaycanın 
bütün əhalisinin 14%-dən şoxunu təşkil edirdi (81). Şəhər əhalisinin 
mili tərkibində azərbaycanlılar 53% təşkil edirdi. XIX əsrin sonunda 
hakim təbəqəyə daxil olanların ümumi sayı 15 min nəfəri keçmişdi. 
1870-ci ilin şəhər “Əsasnaməsi” yalnız 1878-ci ildə Bakıda, 1892-ci 
ildə təsdiq olunan yeni şəhər “Əsasnaməsi” isə Gəncə şəhərində də 
tətbiq olundu. Şəhərlər inkişaf etdikcə onların xarici görünüşləri də 
dəyişirdi.  İki və  üşmərtəbəli evlər tikilir, bağlar salınırdı. 1859-cu 
ildə Bakıda “Qubernator bağı”, 1882-1883-cü illərdə “Nobel bağı” 
salındı. Bu şəhərdə ilk elektrik stansiyası “Qafqaz və Merkuri” 
cəmiyyətinə  məxsus idi. Əsrin sonunda təsis edilmiş “Elektosila” 
səhmdar cəmiyyəti sonralar Bayıla və Ağ şəhərdə 2 güclü elektrik 
stansiyası tikdirmişdi. 1889-cu ildə Bakıda konka (atlardan qoşqu 
vasitəsi kimi istifadə olunan dəmir yolu) açıldı (4, s. 280). 
1876-cı ilin martından Azərbaycanda da gildiya ticarət 
qaydasının tətbiq olunmasına başlandı (30). Bundan sonra tacirlərin 
hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən 
asılı olaraq gildiyanın hər hansı dairəsinə yazılmalı  və öz 
müəssisələri üçün müəyyən bilet almalı idi. Birinci gildiya tacirləri 
bütün dövlətlərin mallarını “Rusiyanın hər yerində yük ilə, həm də 
tay, yaxud top” (34, s. 64-65) ilə satmaq üçün lazım olan qədər kon-
tor, anbar, dükan açmaq hüququna malik idi. İkinci gildiya şəhadət-
naməsi alanlar isə  şəhadətnamə aldıqları quberniya, qəza və 
kəndlərdə istənilən qədər dükan açıb, Rusiya və digər dövlətlərin 
mallarını sata bilərdilər (51, s. 179). 1887-ci ildə Bakıda ticarət 
yarmarkası təşkil edildi (4, s. 269). 
Millətin təşəkkülü.  XIX  əsrin ikinci yarısında  Şimali Azər-
baycanda millətin yaranmasını  zəruri edən amillər (kapitalizmin 
inkişafı, ümumi bazarın, iqtisadi və  mədəni mərkəzlərin meydana 
gəlməsi, burjuaziya və fəhlələrin formalaşması) özünü göstərməkdə 
idi. Başqa millətlər kimi, Azərbaycan milləti də dil, ərazi, iqtisadi 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə