Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə35/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   31   32   33   34   35   36   37   38   ...   104

 
109 
larına davam gətirə bilmədilər və məğlub oldular (8, s. 378). 1474-
ilin aprelində kürdlər Venesiya diplomatı İosafat Barbaronu və 
onunla Ağqoyunlu elçilərini qarət etdilər. Hacı  Məhəmməd başda 
olmaqla Ağqoyunlu elçiləri öldürüldü. Həmin ilin mayında Şirazda 
Uzun Həsənin böyük oğlu,  Şirazın varisi Uğurlu Məhəmmədin 
başçılığı ilə iri feodalların qiyamı başladı. Belə feodallardan biri 
3000 nəfərlik süvari ilə  Təbrizə hücum etdi. Hökmdarın oğlu 
Maqsud bəy öz süvari dəstəsi ilə köməyə  gəldi və  Təbrizin 
təhlükəsizliyi təmin olundu. Uzun Həsən isə Şirazda oğlunu məğlub 
etdi, ağır yaralanan Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı. 
Sultan  Uğurlu Məhəmmədi  təntənə ilə qarşıladı, qızı  Gövhərxan 
Sultanı  ona  ərə verdi. Onların bir oğlu oldu-Gödək  Əhməd. II 
Mehmet Uğurlu Məhəmmədə hərbi qüvvə verib onu Sivasa-Azər-
baycanla Osmanlı  sərhədinə hakim təyin etdi. Uzun Həsən isə 
oğlunu tutub Təbrizdə edam etdirdi. Osmanlı sultanı Sivasda olan 
qızını və nəvəsini İstanbula gətirdi. 
İqtisadi tənəzzül, iri feodalların mərkəzi hakimiyyətə açıq 
müqaviməti, ümumxalq narazılığı-bütün bunlar Ağqoyunlu dövlə-
tinin dağılmasını yaxınlaşdırdı. Uzun Həsən  1474-1477-ci illərdə 
Gürcüstana  yürüş etdi. 1477-ci ildə Uzün Həsənin gürcü hakimi 
VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla Şərqi 
Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. Uzun 
Həsəndən sonra onun oğlu Yaqub Mirzə (1478-1490) taxta çıxdı. 
O,  Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək dostluq əlaqələrini 
daha da möhkəmləndirdi. Lakin Ərdəbil hakimliyinin möhkəm-
lənməsi onun üçün təhlükə yaratdığına görə  hər iki tərəf arasında 
ziddiyyət başlandı. Yaqub Mirzənin qəfil ölümündən sonra oğlu 
Baysunqur (1490-1492) taxta çıxdı. İlk vaxtlar Ağqoyunlu dövlə-
tini Baysunqurun adından idarə edən  Sufi Xəlil bütün rəqiblərinə 
qalib gəldi. Az sonra Diyarbəkirdə hökmranlıq edən Süleyman bəy 
Bicanoğlu Sufi Xəlilin hakimiyyətinə qarşı mübarizəyə başladı. 
1491-ci ilin yayında Van yaxınlığındakı  döyüşdə Sufi Xəlil 
məğlub oldu. Bicanoğlu hakimiyyəti ələ aldı, lakin Baysunqura to-
xunmayıb, Ağqoyunlu dövlətini onun adından idarə etməyə başladı


 
110
1492-ci ildə  Əbih Sultan Sufi Xəlil tərəfindən dustaq edilən 
Rüstəm Mirzəni (Uzun Həsənin nəvəsi)  Əlincə qalasından xilas 
etdi, onun namizədliyini irəli sürdü. 1492-ci il mayın əvvəllərində 
Bərdə yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu 
ilə döyüşə getdi. Rüstəm Mirzə qalib gəldi. Bicanoğlu Diyarbəkirə 
çəkildi və orada öldürüldü. Baysunqur Şirvana, Fərrux Yasarın 
yanına qaçdı.  1492-ci il mayın sonunda  Rüstəm Təbrizdə  Ağ-
qoyunlu taxtında oturdu. Ağqoyunlu dövlətini Əbih Sultan idarə 
edirdi. XVI əsr tarixçisi Həsən bəy Rumlu yazır ki, 100 il ərzində 
Qaraqoyunlu və Ağqoyunlu padşahlarından heç biri Rüstəm padşah 
qədər soyurqal paylamamışdı. Lakin o, 5 il (1492-1497) Ağqoyunlu 
dövlətini idarə etsə  də, iri köçmə feodallar qüvvətləndilər və 
mərkəzi hakimiyyətə tabe olmaq istəmədilər. 1492-ci ilin sonunda 
hakimiyyətdən devrilmiş Baysunqur, babası Fərrux Yasarın köməyi 
ilə Bərdə-Gəncə arasında Rüstəmə qarşı döyüşə girdi, lakin məğlub 
oldu. Baysunqur və onun müttəfiqləri  1493-cü ildə  Əhər 
yaxınlığında  məğlubiyyətə  uğradı, özü isə öldürüldü. Rüstəm 
padşah soyurqal torpaq paylamaqla köçmə  əhalini özünə qarşı 
qaldırdı. Bundan istifadə edən Gödək Əhməd Ərzincana gəldi və 
Əbih Sultanın başçılığı ilə köçmələrin bir hissəsi onunla birləşdilər. 
1496-cı ilin yayında Gödək  Əhməd Azərbaycana hücum etdi. 
Sultaniyyə  yaxınlığında  Ağqoyunlular məğlub oldu. Gödək 
Əhməd  1496-cı ilin sonunda Naxçıvan yaxınlığında Rüstəm 
Mirzənin əsas hərbi qüvvələrini məğlub etdi, özünü də əsir aldı. O, 
1497-ci ildə  Təbrizə daxil oldu və  Ağqoyunlu taxtına çıxdı (8, s. 
384). Gödək  Əhməd  Əbih Sultandan ehtiyat etdiyi üçün Kirman 
mahalını ona bağışladı. O, bir sıra vergi islahatları keçirdi, şəriətdə 
göstərilməyən  20-yə  qədər vergi və mükəlləfiyyəti ləğv etdi. 
Gödək Əhmədin daxili siyasətinə qarşı bəzi əyanlar İran İraqında və 
Farsda qiyamlar qaldırdılar.  1497-ci il dekabrın 13-də  İsfahan 
yaxınlığında Gödək  Əhməd məğlub oldu və öldürüldü. Təqribən    
7 ay hakimiyyətdə olan Gödək  Əhməd məqsədinə nail olmadı. 
Gödək  Əhmədin ölümündən sonra Əbih Sultan 1497-ci ilin 
dekabrında Muradı (1497-1498) Qum şəhərində  Ağqoyunlu 


 
111 
hökmdarı elan edərək, onun adından pul kəsdirdi.  Murad  Əbih 
Sultandan asılı olmaqla Ağqoyunlu dövlətini, qardaşı Məhəmməd 
Mirzə isə Muradın vassal asılılığını  qəbul etməklə  Yəzdi  idarə 
etməyə başladılar.  1499-cu ilin sonunda Muradın  əmisi oğlu 
Əlvənd Təbrizi ələ keçirdi. Ağqoyunlu taxtı uğrunda 2 güclü varis-
Murad və  Əlvənd arasında mübarizə  kəskinləşdi.  1500-cü ilin 
əvvəllərində dərviş Baba Xeyrullahının köməyi ilə Təbriz yaxınlı-
ğında Əbhər adlanan yerdə onların arasında sülh sazişi imzalandı. 
Bu müqaviləyə görə, Qızılüzən çayı  sərhəd olmaqla Diyarbəkir, 
Azərbaycanın Kürdən cənubdakı hissəsi və Qarabağ  Əlvəndə, 
bütün  Ərəb  İraqı, Fars və Kirman isə Murada çatdı. Bu 
parçalanma Ağqoyunlu dövlətinin süqutuna gətirib çıxardı (8, s. 
385-386). 
Ərdəbil hakimliyi. XIII əsrdə monqolların işğal etdikləri 
ərazidə kortəbii sufi dərviş təriqəti (orden və ya məktəbi) yarandı. 
Onlardan biri Ərdəbil  şəhərində yaranmışdı. Ordenin və  şeyxlər 
sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin İshaq əl-Musəvi-
əl-Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi. Səfəvilər Azərbay-
canda və  Şərq ölkələrində yaranmış  ağır vəziyyətin səbəbini XIV-
XV əsrlərdə bu yerlərdə hökm sürən sünnilik təriqətində görürdülər. 
Məhz buna görə  də sünnilik əleyhinə ümumxalq mübarizəsi 
aparılması  və  şiə  tərəfdarlarının hakimiyyətə  gəlməsi üçün şərait 
yaradılmalıdır. Səfəvilər müxtəlif vədlərlə xalq kütlələrini öz 
tərəflərinə  çəkərək, hakimiyyət uğrunda mübarizəni genişləndirir-
dilər.Bu mübarizə  Şeyx Səfiəddin  İshaqdan sonra Səfəvilərin gör-
kəmli başçıları  Şeyx Cüneydin, Şeyx Heydərin,  Şeyx Sultanəlinin, 
Şah  İsmayılın (1487-1524) dövründə daha kəskin xarakter aldı  və 
Səfəvi dövlətinin yaranması üçün lazımi şərait yarandı. Səfəvilərin 
Ərdəbil hakimliyi dövrü 1501-ci ilə qədərbütün Azərbaycanda 
hakimiyyət dövrü isə  1736-cı ilə  qədərdir.  Ərdəbil hakimliyi 
mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasının rüşeymi 
olmuşdurXV əsrin II yarısında Muğanın bir hissəsi, Qarabağ 
və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları 
onların təsiri altına düşdü. Azərbaycanın cənubunda Qaraqoyunluda 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə