Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə32/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   28   29   30   31   32   33   34   35   ...   104

 
100
Nəticədə 1395-ci ildə bu ittifaq dağıldı. Lakin Qara Yusif tezliklə 
onu bərpa etdi və ittifaq yaratmaq üçün Cəlairi  Sultan  Əhmədlə 
birlikdə  Misirə getdi. Teymur Misir hakimindən onların həbs 
edilməsini tələb etdi, lakin Teymurun təklifi rədd edildi. Ondan 
sonra taxtda oturan oğlu  Sultan Fərəc (1399-1412) müttəfiqləri 
Dəməşqdə həbsə aldı, lakin Teymurun ölümünü eşidən kimi onları 
azad etdi. Bir ilin dustaqlığı Qara Yusiflə Sultan Əhmədi yenidən 
barışığa gətirdi. Onlar əbədi dostluğa and içərək  şərtləşdilər ki, 
Sultan  Əhməd Bağdada, Qara Yusif isə  Təbrizə yiyələnsin. 
Teymurun ölümündən sonra onlar Azərbaycana qayıtdılar. 1406-cı 
ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər. 
1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar.  Şirvanşah  İbrahim 
Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın 
dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan cənub əmir-
ləri Sultan Əhmədin və Qara Yusifin tərəfinə keçdilər. Sultan 
Əhməd ilk növbədə  Əlincə qalasının bərpa edilməsi haqda fərman 
verdi. Sultan vergilər barədə verdiyi vədə əməl etmədi, əksinə daha 
da ciddi tədbirlər gördü. Az sonra Teymuri Əbubəkr Mirzənin 
qoşunu Təbrizə yaxınlaşdı, əhali Sultan Əhmədə kömək etmədi və 
o, Bağdada qaçdı.  1406-cı ilin payızında  Təbriz yaxınlığındakı 
Şənbi-Qazanda I döyüşdə Teymurilər məğlub oldular. 1408-ci il 
aprelin 21-də  Sərdrud adlı yerdə Qara Yusifn qüvvələri ilə 
Əbubəkrin qoşunu arasında  II döyüşdə Miranşah öldürüldü və 
Teymurilər təslim oldular (3, s. 87). Beləliklə, Teymurilərin Azər-
baycandan qovulmasında Qaraqoyunluların həlledici rolu oldu. 
Qara Yusifin siyasət uğurları Sultan Əhmədi qorxuya saldı. O, Qara 
Yusiflə olan şərtini pozdu. 1410-cu ilin yayında Sultan Əhməd 
Təbrizə hücuma keçdi. Şirvanşah I İbrahimin oğlu Kəyümərs ona 
kömək edirdi, çünki bununla o, Azərbaycanın cənub vilayətlərində 
möhkəmlənə bilərdi. Bundan xəbər tutan Qara Yusif onlardan əvvəl 
Təbrizə çatdı.  1410-cu il avqustun 30-da  Təbriz yaxınlığında 
Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş 
başladı (8, s. 363-364). Cəlairilər darmadığın edildi. Sultan Əhməd 
Qara Yusifin əlinə keçdi, ondan Azərbaycan və  İraq hakimiy-
yətindən  əl çəkmək haqqında yazılı iltizam alındı  və ertəsi gün 


 
101 
öldürüldü. Cəlairilər hakimiyyətinə son qoyuldu. Qara Yusif oğlu 
Qiyasəddin  şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə, 
1410-cu ildə yaranan Qaraqoyunlu dövlətinin  tərkibinə  şimalda 
Şirvanşahlar dovləti istisna olmaqla bütün Azərbaycan torpaqları, 
Şərqi Anadolu, Gürcüstanın bir hissəsi, Qərbi  İran və  İraq daxil 
oldu. Paytaxtı Təbriz oldu. 1411-ci ildə Qara Yusif oğlu Pirbudağı 
sultan elan etdi (3, s. 88). Ancaq yuksək idarəçilik hüququ Qara 
Yusifdə qalırdı. Qara Yusif dövrünün böyük şəxsiyyəti idi. O, güclü 
mərkəzi apparat yarada bilməsə  də, feodal ara müharibələrini bir 
qədər zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi. 
Şirvanşah I İbrahimin Kəyumərsi qoşunu ilə Sultan Əhmədə 
köməyə göndərməsi ikitərəfli qarşıdurma üçün başlanğıc oldu. Qara 
Yusif Kəyumərsi əsir tutdu, onu öldürmədi, azad etdi, lakin atasının 
Qaraqoyunlu ali hakimiyyətini tanıması haqqında ona məktub verdi. 
Kəyumərsin asanlıqla  əsir düşməsi və  zəmanətsiz buraxılması I 
İbrahimdə  şübhə doğurdu. O, elə  zənn etdi ki, Qara Yusif Kəyu-
mərslə gizli sazişə girmiş, Kəyumərs də atasının taxtında oturmaq 
üçün ona söz vermişdi. Buna görə də I İbrahim guya Şirvan taxtına 
xain çıxmış  Kəyumərsi edam etdirdi. Qara Yusif Qarabağa gəldi, 
Şirvana qasid göndərib I İbrahimin ona tabe olmasını  tələb etdi. 
Lakin I İbrahim rədd cavabı verdi və Şirvanın müstəqilliyi uğrunda 
mübarizəyə hazırlaşdı. O, Şəki hakimi Əhməd və Kaxetiya çarı II 
Konstantinin köməyinə arxalanırdı.  Əhali I İbrahimi müdafiə etsə 
də, Qara Yusif irsi soyurqal torpaqları, pul və  hədiyyə payla-
maqla Azərbaycanın cənub  ərazilərindəki  əyanları öz tərəfinə 
çəkmişdi.  1412-ci ilin sonunda Kür sahilində döyüş baş verdi. 
Qarabağın, Muğanın, Naxçıvanın silahlı  dəstələri də Qara Yusifin 
tərəfində vuruşurdu, buna görə  də I İbrahim və onun müttəfiqləri 
məğlub oldular. Şirvanşah I İbrahim, onun yeddi oğlu, qardaşı, məs-
ləhətçiləri və Kaxetiya çarı Konstantin əsir alındı. Qara Yusif 
İbrahimdən 1200 İraq tümən bac tələb etdi. Şirvanşahın Təbrizdəki 
tərəfdarları bu məbləğdə mal toplayıb verdilər. Qara Yusif I İbra-
himi azad etdikdən sonra, o, 1413-cü ilin aprelində Şirvana qayıtdı. 
Qara Yusifin qoşunu  Şirvanı  tərk etdi. 1417-ci ildə  Şirvanşah I 
İbrahim vəfat etdi, onun Azərbaycanı birləşdirmək cəhdi yarımçıq 


 
102
qaldı.  Şirvanşah  I Xəlilullah (1417-1462) Qara Yusifin hakimiy-
yətini tanımadı  və Teymurun oğlu  Sultan  Şahruxla (1405-1447
Qaraqoyunlular  əleyhinə ittifaqa girdi. Sultan Şahrux qardaşı Mi-
ranşahın qisasını almaq üçün 1418-ci ilin yazında və 1420-ci ildə 
Azərbaycana uğursuz yürüşlər etdi. Qəzvindən Ərzincana, Bağdad-
dan  Şirvana qədər olan geniş  əraziyə yiyələnmiş Qara Yusif 
döyüşlərin birində (1420-ci il noyabırn 17-də) yaralandı və Təbriz 
yaxınlığında Uçan adlı yerdə  vəfat etdi. Qaraqoyunlu əmirləri 
arasında mübarizə başlandı. Bundan istifadə edən  Sultan  Şahrux 
1420-ci ilin dekabrında Qarabağa  daxil oldu. I Xəlilullah 
Şahruxun nəvəsi ilə evlənməklə bu ittifaqı daha da möhkəmləndirdi. 
1421-ci il avqustun 1-də Qara Yusifin oğulları İsgəndər və İsfən-
diyar  Şahruxla  Alaşkerd vadisində  həlledici döyüşdə  məğlub 
oldular  (8, s. 366). Şahrux atasının siyasətindən fərqli olaraq, bu 
ölkələri idarə etdiyi ərazilərə daxil etmək fikrində deyildi. O, yalnız 
Azərbaycan feodallarının özünün ali hakimiyyətini tanıtması ilə 
kifayətləndi.  Şahrux  1421-ci ilin payızında Herata getdi. Şahrux 
Azərbaycanı  tərk etdikdən sonra İsgəndər (1420-1438) dağınıq 
Qaraqoyunlu qüvvələrini yenidən birləşdirdi. Kürün cənubundakı 
əmirlər ona tabe oldular. Şirvan və Şəki öz müstəqilliyini saxlayırdı. 
İsgəndər  1427-ci ildə  Şirvana hücum etdi. Lakin Şahruxun Azər-
baycana yeni basqını onu geri çəkilməyə  məcbur etdi və  Salmas 
döyüşlərində Qaraqoyunlular məğlub oldular. 1429-cu ildə Teymuri 
Şahrux Qara Yusifin oğlu  Əbu Səidi (1429-1431) Qaraqoyunlu 
taxtına çıxartdı. Əbu Səid Şazruxun vassalı kimi hökmranlıq edirdi. 
1430-cu ilin mayında  Şahrux Azərbaycanı  tərk etdi. İsgəndər 
qardaşı Əbu Səidi öldürüb, 1431-ci ildə yenidən hakimiyyətə gəldi 
(8, s. 367). Əbu Səidin və  İsgəndərin hakimiyyəti illərində Azər-
baycanın iqtisadi və siyasi həyatında olduqca ağır dövr idi. 1434-cü 
ildə  İsgəndər  Şirvana yeni hücuma başladı. I Xəlilullahın kömək 
istəyi ilə  Şahrux böyük qoşunla Heratdan yürüşə keçdi. Lakin 
Reydə dayandı. Xəlilullah onun yanına getdi və İsgəndərin törətdiyi 
müsibətlər barədə  məlumat verdi. 1435-ci ilin yayında birləşmiş 
qüvvələr  Təbriz yaxınlığındakı döyüşdə Qaraqoyunluları  məğlub 
etdilər, İsgəndər Kiçik Asiyaya qaçdı. 1435-ci ilin payızında Sultan 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə