Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə27/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   23   24   25   26   27   28   29   30   ...   229

 

70

faktiki olaraq, Avropada hegemonluq uğrunda mübarizəyə başlayır. Reyni tutur



İspaniyaya müdaxilə edir, Versalın hərbi  şərtlərini pozaraq,  öz hərbi kontingentinin 

sayını artırır. Ölkələr susur və  həm də  nəinki susur, hətta, Almaniyanı öz rəqiblərinin 

əleyhinə yönəltmək üçün onunla gizli danışıqlara başlayırlar. Onların Almaniyanın bu 

hərəkətlərinə göz yumması və gizli danışıqlara başlaması Hitleri bir qədər də ruhlandırır 

və alman qoşunlarını Avstriyaya daxil olmağa şirnikləndirir. Bunun ardınca Hitler Fransa 

və İngiltərəni ya müharibə, ya da Çexoslovakiyanın almanlar yaşayan Sudet əyalətinin 

Almaniyaya birləşdirilməsi dilemması qarşısında qoyaraq, Münhen (1938) 

sövdələşməsinə imza atmağa məcbur edir. O zaman SSRİ Çexoslovakiyanın 

parçalanmasına mane olmaq istəsə də, ABŞ bu sövdələşməyə etiraz etmir və beləliklə, 

alman qoşunları Çexoslovakiyanın yarısını  işğal edir. Münhenin ardınca Almaniyaya 

qarşı mübarizə apara biləcək dörd əsas dövlətdən (İngiltərə, Fransa, ABŞ və SSRİ) biri 

olan İngiltərə 1938-ci il sentyabrın 30-da Hitlerlə dostluq və hücum etməmək haqqında 

saziş bağlayır. Bununla, İngiltərə öz maraqlarını qorumaq və  təhlükəli Almaniyanı 

rəqiblərinə qarşı yönəltmək məqsədi güdsə də, Almaniyanın Avropada işğal planlarına 

yaşıl işıq yandırır. İngilislərin bu hərəkəti Fransanı da 1938-ci il dekabrın 6-da Almaniya 

ilə eyni məzmunlu saziş bağlamağa və  təhlükəni özündən uzaqlaşdırmağa sövq edir. 

Bu Hitlerin  əl-qolunu bir az da açır. 

 Fransa  və  İngiltərə hesab edirdi ki, bu separat sazişlərlə onlar Hitlerin Şərqə 

hücumuna və Almaniya  ilə Rusiya arasında müharibənin başlanmasına  şərait 

yaradacaqlar. Bu müharibədən hər iki ölkə  öz  xeyrinə yararlana biləcəyinə ümid edirdi.  

Guya bu müharibədə  rəqiblər (Almaniya və Rusiya) zəifləyər və bundan məharətlə 

bəhrələnmək olarmış. Ingiltərə  və Fransanın Almaniyanı  Şərqə doğru (SSRİ-yə) 

yönəltmək niyyətlərindən Hitler məharətlə istifadə etdi. O gizli şəkildə SSRİ ilə 

danışıqlara başlayır və 1939-cu il avqustun 23-də “Ribbentrop-Molotov” paktı deyilən 

gizli saziş bağlayaraq,  Qara dənizdən tutmuş Baltik dənizinə  qədər olan ərazilərin 

1914-cü il sərhədləri (Rus imperiyasının sərhədləri) çərçivəsində  bölünməsi və 10 il 

müddətinə hücum etməmək haqqında razılığa gəlir. Beləliklə, İngiltərə, Fransa və ABŞ-

ın Almaniyanı SSRİ-yə yönəltmək cəhdləri boşa çıxır.  

1939-cu il sentyabrın 1-də Almaniya Polşaya, SSRİ isə Qərbi Ukrayna və Qərbi 

Belorusiyaya,  daha sonra isə Finlandiyaya və Baltikyanı ölkələrə hücum edir. ABŞ, 

İngiltərə  və Fransa dərhal  SSRİ-nin bu hərəkətinə reaksiya verir və onu “Millətlər 

Liqası”ndan çıxarır, Almaniyaya isə müharibə elan edirlər. Beləliklə, beynəlxalq 

münasibətlərin Versal-Vaşinqton sisteminə son qoyulur.  



 

71

İkinci dünya müharibəsi başlayar-başlamaz Almaniyanın müttəfiqi hesab olunan 



Yaponiya Çinin böyük hissəsini işğal edir və SSRİ-yə qarşı Uzaq Şərqdə müharibəyə 

başlayır. Beləliklə, 1922-1939-cu illərdə beynəlxalq münasibətlər sistemində aparıcı 

dövlətərin qeyri-səmimi siyasəti və öz maraqlarına görə kollektiv təhlükəsizlik 

tələblərinə, Versal-Vaşinqton sistemi çərçivəsində razılaşdırılmış beynəlxalq hüquq 

normalarına və sivil birgəyaşayış qaydalarına ikili standatrlarla yanaşması Avropada və 

dünyada yeni qanlı  və  fəlakətli qarşıdurmaya  şərait yaratdı.  1939-cu ildə bir vaxtlar 

“Millətlər Liqası” tərkibində birgə fəaliyyət göstərən 44 dövlət yenidən müharibəyə cəlb 

olundu və onların yaratdığı beynəlxalq münasibətlər sistemi öz yerini İkinci dünya 

müharibəsinə verdi. “Millətlər Liqası” formal olaraq 1946-cı ilə  qədər mövcud olsa da

faktiki olaraq 1939-cu ildə öz fəaliyyətinə son qoydu.  



 

6. İKİNCİ  DÜNYA MÜHARİBƏSININ NƏTİCƏLƏRİ VƏ DÜNYADA ÜÇQÜTBLÜ 

BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNİN YARANMASI 

 (1945-1950-Cİ İLLƏRİN ORTALARI) 

 

İkinci dünya müharibəsinin başlanmasından keçən 20 ay ərzində    alman 

qoşunları bütün Şimal-Qərbi Avropanın kiçik dövlətlərini işğal edərək Balkanları, 

Polşanı, Çexoslovakiyanı, Belçikanı, Hollandiyanı, Danimarkanı, Norveçi, Bolqarıstanı, 

Albaniyanı, Yuqoslaviyanı  ələ keçirmiş, Macarıstan, Rumıniya və Finlandiyanı  təsir  

dairəsi altına almış, Fransanı təslim olmağa məcbur etmişdir. Bütün bu ölkələrin iqtisadi

ərazi, insan və s. resursları alman hərb maşınının  əlinə keçmişdi. 1941-ci ildə artıq 

SSRİ  və  İngiltərə  də almanların hücumlarını gözləyirdilər. ABŞ-ı alman təhlükəsindən 

okeanlar və bir qədər uzaqda olması sığortalasa da, o, hər halda Hitlerin qısa müddətdə 

qazandığı müvəffəqiyyətdən ciddi təşviş keçirməkdə idi. 1941-ci ilin iyun ayında alman 

qoşunlarının SSRİ-yə hücumu  ingilis-amerikan siyasi dairələrinə bir qədər azad nəfəs 

almağa imkan versə də, ümumilikdə onların rahat olması üçün heç bir əsas yox idi.  

Bütün tərəqqipərvər bəşəriyyət, dünyanın hitlerizm təhlükəsi ilə üz-üzə  gələn 

xalqları birləşərək,  XX əsrin bu bəlasından xilas olmaq üçün ayağa qalxmışdı. Faşizmə 

qarşı mübarizə  əzmi tezliklə bütün sinfi və ideoloji sədləri aşaraq anti-faşist 

koalisiyasının yaranmasına və alman-italyan-yapon işğalına qarşı birgə mübarizənin 

təşkil  olunmasına gətirdi. 1941-42-ci illərdə Hitler və onun müttəfiqləri  əleyhinə SSRİ, 

İngiltərə  və ABŞ-ın yaratdığı  hərbi-siyasi ittifaqa müharibənin gedişində 50-yə yaxın 

kiçik və böyük dövlət qoşuldu.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə