Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   25   26   27   28   29   30   31   32   ...   75

 
102
qatlarında da izlənmişdir. Bu baxımdan, II Kültəpənin altıncı tikinti qatında aşkar 
olunan bina maraq doğurur. Düzdür, divarlar yaxşı qalmadığından onun planını 
müəyyən etmək mümkün olmamışdır. Burada qeydə alınan divarın qərb tərəfində 
dairəvi ocaq, onun yaxınlığında düzəldilmiş dördkünc formalı platforma üzərində 
isə heyvan sümükləri və öküz başına bənzədilmiş ocaq qurğularının parçaları 
tapılmışdır. Yaşayış yerinin bu hissəsində ziyarətgah olduğu ehtimal edilir. 
II Kültəpənin beşinci tikinti qatında aşkar olunan çoxotaqlı binanın 
qalıqları daş təməl üzərində çiy kərpiclərdən tikilmişdir. Kərpiclərin ölçüsü 40 x 
40 x 10 sm- dir. Binanın  şimaldakı divarı daha enli olub, bir neçə  sıra çiy 
kərpicdən hörülmüşdür. Bu divarın cənubunda möhrə platforma qalıqları  və iki 
ədəd öküz başı formalı ocaq qurğusunun parçaları  əldə edilmişdir. Binanın bu 
hissəsinin patriarxal ailəyə mənsub bir ziyarətgah olduğunu söyləmək olar.  
Dördüncü tikinti qatında metaləritmə kürəsinin ətrafında rast gəlinən divar 
qalıqları daş təməl üzərində bir sıra çiy kərpicdən tikilmişdir. 
II Kültəpənin ikinci tikinti qatında aşkar olunan çoxotaqlı binanın divarları 
yanlarda iri həcmli çay daşlarından hörülərək, arası kiçik həcmli daşlarla 
doldurulmuşudr. Bu binadakı otaqlar qapı keçidləriylə bir-biri ilə  əlaqələn-
dirilmiş, otaqların içərisində dairəvi ocaqlar aşkar edilmişdir. Binanın qərb 
divarının qalınlığı 1,5 m-dir. Ola bilsin ki, bu divar binanın xarici qatına aid 
olmuş və müdafiə məqsədilə tikilmişdir. 
Bu tikinti qatında rastlanan dördkünc planlı binanın divarları kvadrat 
formalı olub 40 x 40 x 10 sm ölçülü iki sıra çiy kərpicdən tikilmişdir. Birinci 
tikinti qatında qeydə alınan təsərrüfat məqsədli bir-birinə paralel tikilən 
divarların qalıqları daş  təməl üzərində, eyni texnika ilə tikilmişdir. Divarın 
tikintisində istifadə olunan çiy kərpiclər kvadrat formalıdır. 
Dördkünc formalı binaların içərisində dayaq dirəkləri üçün daşların 
olmamasından O.H.Həbibullayev bu qənaətə gəlmişdir ki, bu evlərin damı yastı 
olmuşudur. Nəticə  çıxararkən, tədqiqatçı  həm də Naxçıvanın etnoqrafik 
xüsusiyyətlərini  əsas götürmüşdür. Lakin, bizim apardığımız araşdırmalar 
göstərir ki, dördkünc formalı binalar dayaq dirəkləri olmadan belə, ikiyanlı 
çadırşəkilli örtüklə qapadıla bilər. 
Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi göstərir ki, onlar su tutarlarının 
yaxınlığında, başlıca olaraq çayların kənarında salınmışdır. Yaşayış yerlərinin 
salınmasında  əkinçilik və yarımköçəri maldarlıq üçün əlverişli olan mövqelər 
seçilmişdir ki, bu da həmin mədəniyyəti yaradan tayfaların inkişaf xüsusiyyəti ilə 
bağlı olmuşdur. 
Yaşayış binalarının arxitekturasının və tikinti texnikasının öyrənilməsi, 
Kür-Araz mədəniyyəti dövründə Eneolit ənənələrinin qorunub saxlandığını  və 
inkişaf etdirildiyini göstərir. 
İqtisadiyyat. Arxeoloji abidələrdən aşkar olunmuş maddi-mədəniyyət 
nümunələri Erkən Tunc dövrünün iqtisadi həyatının müəyyən sahələrini 
öyrənməyə imkan verir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi təsərrüfatın 


 
103
müxtəlif sahələrinin, xüsusilə əkinçiliyin və maldarlığın inkişaf etdiyini göstərir. 
Əkinçiliyin  İlk Tunc dövründə yüksək inkişafı  təbii  şəraitlə, həmçinin burada, 
yabanı taxıl bitkilərinin olması ilə bağlı olmuşdur. Azərbaycanda, xüsusilə 
Naxçıvan  ərazisində  qədim dövrdə yumşaq və  bərk buğda, çoxcərgəli 
butılkaşəkilli arpa və digər taxıl növləri bitmişdir. Erkən Tunc dövründə 
becərilən taxıl qalıqları Azərbaycanın bir sıra yaşayış yerlərində, o cümlədən I 
Kültəpə, II Kültəpə, Babadərviş, Qaraköpəktəpə  və b. abidələrdə  aşkar 
olunmuşdur. Taxıl quyuları  və taxıl qalıqları  İlk Tunc dövrü abidələrin 
əksəriyyətindən tapılmışdır. I Külətəpədən hətta noxud və darı dənləri də  aşkar 
olunmuşdur. 
Arxeoloji tapıntılar Azərbaycanda dənli bitkilərin müxtəlif növlərinin 
becərildiyini göstərir. I Kültəpənin və Babadərvişin İlk Tunc dövrü təbəqəsindən 
çoxcərgəli arpa dənlərinin tapılması xüsusilə maraqlıdır. Q.Xelbekin fikrinə görə, 
altıcərgəli arpa, intensiv suvarma zonalarında ikicərgəli arpadan törəmişdir. 
Naxçıvan ərazisində yabanı, altı cərgəli arpa aşkar olunduğundan, demək olar ki, 
bu növ Azərbaycanda yerli zəmində, yabanı növlərdən yaranmışdır. 
Arxeoloji abidələrin dağ  ətəklərində, gur sulu çayların sahilində yerləş-
məsi,  şübhəsiz ki, suvarma əkinçiliyinin inkişafına kömək etmişdir.  Ərazinin 
relyefi müəyyən dərəcədə buna şərait yaratmışdır. II Kültəpə ətrafındakı ərazinin 
öyrənilməsi göstərir ki, bu yerlər Naxçıvançaydan çəkilmiş kanallar vasitəsi ilə 
suvarılmışdır. Bu dövrdə  şübhəsiz ki, dəmyə  əkinçilik də geniş yayılmışdır. 
O.H.Həbibullayevin fikrinə görə, qədim dövrdə iqlim daha mülayim və rütubətli 
olmuşdur. B.B.Piotrovsi də  qədim taxıl dənlərinin öyrənilməsi nəticəsində bu 
fikrə  gəlmişdir. Ola bilsin ki, ilk zamanlar süni suvarma olmadan da əkinçilik 
olmuşdur. 
Azərbaycanın Kür-Araz abidələrinin tədqiqi zamanı xeyli daş toxalar 
aşkar edilmişdir. Bu, toxa əkinçiliyinin inkişaf etməkdə olduğunu göstərir. 
Torpağın becərilməsi üçün ağac və sümük alətlərdən də istifadə edilmişdir. 
Qoşqu qüvvəsi tətbiq edilməklə şumlama əkinçiliyinin nə zaman meydana 
gəldiyini söyləmək çətindir. Lakin tədqiqatçılar təkər modeli və öküz fiqurlarına 
əsaslanaraq  İlk Tunc dövründə qoşqu qüvvəsinin tətbiq edildiyini söyləmişlər. 
Öküz fiqurları I Kültəpənin alt qatlarında aşkar olunmuşdur. Bütün öküz 
fiqurlarının boğazında ikitərəfli dairəvi deşik açılmışdır. Q.Klark qeyd etmişdir 
ki, öküzlərdən qoşqu qüvvəsi kimi arabaya qoşulmazdan  əvvəl istifadə 
edilmişdir. Ehtimal ki, qoşqu qüvvəsi Azərbaycanda Tunc dövrünün ilk 
mərhələsində tətbiq edilmişdir. II Kültəpənin alt qatlarında təkər modellərinə rast 
gəlinməsi, təkərli nəqliyyatın da erkən meydana gəldiyini göstərir. 
Kür-Araz mədəniyyətinin ilk mərhələsində  əkinçilikdə obsidian və 
çaxmaqdaşından hazırlanmış oraq dişlərindən istifadə edilmişdir. Dən daşlarının 
və  həvəngələrin təkmil forması Kür-Araz mədəniyyətinin ilk mərhələsində 
əkinçiliyin kifayət qədər inkişaf etmiş səviyyədə olduğunu göstərir. II Kültəpənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə