Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   27   28   29   30   31   32   33   34   ...   75

 
106
texnologiyası ilə bağlı olmuşdur. Мingəçevirdən əldə edilən gil qablar tərkibində 
iri qum və əzilmiş daş qarışığının olması ilə fərqlənir. 
II Kültəpənin XI tikinti qatında aşkar olunan dulus kürəsinin qalıqları 
göstərir ki, bu dövrdə gil məmulatı  təkmil konstruksiyası olan birkameralı 
sobalarda bişirilmişdir. Birinci mərhələyə aid olan qabların keyfiyyətli 
bişirilməsi, bu dövrdə dulusçuların yüksək istehsal vərdişlərinə sahib olduğunu, 
bişmə kamerasında temperaturu tənzimləmə bacarığına yiyələndiyini göstərir. 
Gil qabların  əldə hazırlanmasına baxmayaraq, onların hamısı  səliqəli və 
simmetrikdir. Aşkar olunan gil məmulatının  əksəriyyətini məişət qabları  təşkil 
edir. 
Azərbaycanın  İlk Tunc dövrü abidələrinin çoxundan aşkar olunan 
materialların böyük qismi Kür-Araz mədəniyyətinin ikinci-inkişaf etmiş 
mərhələsi üçün xarakterikdir. Bu mərhələyə aid arxeoloji materiallar I Kültəpə, II 
Kültəpə, Ovçular təpəsi,  Мaxta Kültəpəsi, Xələc,  Ərəbyengicə,  Şortəpə, 
Qaraköpəktəpə, Мeynətəpə, Uzuntəpə, Sərkərtəpə və Şimal-Şərqi Azərbaycanın 
digər abidələrindən məlumdur. 
Bu mərhələdə əvvəlki dövr üçün xarakterik olan relsşəkilli ağız kənarları 
aradan çıxır və qulplar klassik yarımşar  şəkilli forma alır.  Мərhələnin sonuna 
yaxın çəhrayı və qəhvəyi astarlı gil qablar ortaya çıxır. Daha çox boz və çəhrayı 
rəngli qablara rast gəlinir. Qara rəngli qablar olduqca azdır.           
     Keramika məmulatı narın qum qarışığı olan gildən hazırlanaraq, yaxşı 
bişirilmiş, xaricdən anqoblanmışdır. Əldə hazırlanmış qablar olduqca simmetrik 
və səliqəlidir. Bəzi qablar cilalanmışdır. Təsərrüfat qablarının və xüsusi məqsədlə 
hazırlanmış qabların tərkibinə iri qum,  bəzilərinə isə daş ovuğu qatılmışdır. 
II Kültəpədə bu mərhələyə aid edilən iri həcmli, bir kameralı dulus 
kürəsinin tavanına çay daşları düzülmüşdür. Ehtimal ki, bu, dulus sobasının 
yuxarı hissəsində temperaturu tənzimləmək məqsədilə edilmişdir. Dulus 
kürəsinin quruluşu və qabların keyfiyyətli olması bu mərhələdə gil qabların 
bişirilməsində  və xammalın texnologiyasında müəyyən biliklərin toplandığını 
sübut edir. 
Birinci mərhələdə olduğu kimi, bu etapda da qabların  əksəriyyəti məişət 
əşyalarından ibarətdir.  
Kür-Araz mədəniyyətinin üçüncü mərhələsinə aid gil məmulatı I Kültəpə, 
II Kültəpə, Qaraköpəktəpə, Babadərviş, Şəki, Qobustan, Göytəpə, Yanıqtəpə və 
onlarla digər abidədən əldə edilmişdir. 
Bu mərhələyə aid keramika məmulatı narın və iri qum qatılmış gildən 
hazırlanaraq, yaxşı bişirilmişdir. Qablar boz, qara və çəhrayı rəngdədir. Onların 
xarici səthi yaxşı hamarlanaraq cilalanmışdır. Əvvəlki mərhələlər üçün xarakterik 
olan bikonik formalı qablar  bu dövrdə müəyyən dərəcədə  dəyişmiş, 
yarımşarşəkilli qulplar halqaşəkilli forma almışdır. 
Yaşayış yerlərində bu mərhələyə aid dulus kürəsinin qalıqlarına rast 
gəlinməsə  də gil qabların yüksək keyfiyyətlə hazırlanması  və bişirilməsi 


 
107
müəyyən texnoloji nailiyyətlərin  əldə olunduğunu göstərir. Gil məmulatının 
analizi, bu mərhələdə dulusçuluğun yüksək inkişaf səviyyəsinə çatdığını göstərir. 
Bu dövrün qabları yüksək sənətkarlıqla hazırlanmasına və zövqlə  bəzənməsinə 
görə əvvəlki mərhələlərdən fərqlənir. 
Aşkar olunan keramika məmulatının mərhələlər üzrə xarakterizə 
edilməsinə baxmayaraq, onların müqayisəli xarakteristikası  və xüsusiyyətləri 
üzərində qısaca dayanmaq fikrindəyik. 
Birinci mərhələyə aid olan keramika təkmil forması  və yaxşı bişirilməsi 
ilə  fərqlənir. Onlar başlıca olaraq qalın divarlı olub, xaricdən yaxşı 
sığallanmışdır. Qablarda çəhrayı astar olmamışdır. Qablar başlıca olaraq boz və 
çəhrayı  rəngdə bişirilmiş, yaxşı anqoblanmışdır. Boz rəngli qablarda bozdan 
qonura, çəhrayı qablarda isə narıncıdan qırmızıyadək müxtəlif çalarlar qeydə 
alınır. Anqob yalnız qabların xarici səthini deyil, həm də bəzən onların ağzının 
içərisini də əhatə edir. Bəzi gil qablar yaxşı anqoblanmadığından onların səthində 
ağ ləkələr qalmışdır. Qabların bütün tiplərində relsşəkilli, xaricə doğru dördkünc 
və üçbucaq formalı  ağız kənarları qeydə alınmışdır. Ağzının kənarı 
dəyirmiləşdirilmiş qablar da vardır. Ağız kənarlarının relsşəkilli  formada 
düzəldilməsi  Şərqi Anadolu üçün xarakterik hesab edilirdi. Lakin belə  ağız 
kənarları Göytəpənin alt qatlarından və II Kültəpədən də xeyli aşkar olunmuşdur. 
Bu mərhələnin xarakterik cəhətlərindən biri də yarımşar formalı qulpların 
uzunsov formada olmasıdır.  
Bu mərhələnin qabları çölmək, banka və küpələrlə xarakterizə edilir. 
Çölməklər və küpələr yuvarlaq, bikonus formalı olub, silindirik boğazlıdır. 
Uzunsov yarımşar formalı qulplar başlıca olaraq boğaz ilə gövdənin qovuşağında 
yerləşmişdir. Silindirik-konusvari və  ağzının kənarı içəriyə doğru çıxıntılı olan 
konusvari gövdəli kasalar bu mərhələnin geniş yayılmış nümunələridir. Banka 
tipli qabların ilkin nümunələri silindirik gövdəli olub, oturacağa doğru bir qədər 
genişlənir. Bu mərhələdə  həmçinin dərin bikonus formalı, yaxud gövdəsi 
şarşəkilli kasalar geniş yayılmışdır. 
Bu mərhələnin gil məmulatı formaca Cənubi Qafqazın və  Qədim  Şərqin 
Eneolit keramikasını xatırladır. Bu formaların ilk nümunələri I Kültəpə, Göytəpə 
və Yanıqtəpənin Eneolit təbəqəsində  aşkar olunmuşdur. Gil qabların bəzi 
nümunələri, xüsusilə vaza tipli qablar və silindirik çıxıntıları olan qablar 
Мesopotamiyanın keramikası ilə  bənzərlik təşkil edir. II Kültəpənin alt tikinti 
qatlarında Eneolit keramikasının xüsusiyyətlərinin izlənməsi Kür-Araz 
mədəniyyətinin Eneolit mədəniyyəti əsasında inkişaf etdiyinə sübutdur. 
İkinci mərhələdə relsşəkilli ağız kənarları ortadan çıxır. Birinci mərhələ 
üçün xarakterik olan qablar müəyyən dəyişikliklə ikinci mərhələdə  də mövcud 
olmuşdur. Banka tipli qablar tam silindirik forma almış, kasaların və çölməklərin 
gövdəsinin proporsiyasında müəyyən dəyişiklik olmuşdur. 
Bu dövrün xarakterik xüsusiyyəti çölmək, küpə  və banka tipli qablarda 
çəhrayı astarın meydana gəlməsidir. Astarın rəngi narıncıdan qəhvəyiyədək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə