Azə
rbaycan Tarixi Cavablar
1.Azə
rbaycan tarixi üzrə
mə
nbə
lə
r və
tarixş
ünaslıq
Azərbaycan tarixi müxtəlif mənbələr, yəni qaynaqlar əsasında öyrənilir ki,
bunlar da arxeoloji və yazılı abidələrdir. Yazıyaqədərki tarix birmənalı olaraq
arxeoloji abidələrin tədqiqi sayəsində öyrənilir. Yazı yarandıqdan sonrakı tarix isə
arxeoloji tədqiqatlarla üst-üstə düşürsə, bu daha mükəmməl, dəqiq tarix olur.
Arxeoloji qazıntılar mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış
məskənlərindən aşkar edilmiş müxtəlif əmək alətlərindən, silahlardan, məişət
əş
yalarından, tikintilərin memarlıq xüsusiyyətlərini öyrənməkdən və s. ibarətdir.
Yazılı abidələr əsasən sinifli cəmiyyətdə meydana çıxmışdır. Lakin sinifli
cəmiyyət formalaşana qədər də müxtəlif şəkli yazılar – piktroqrafik (piktos “şəkil”,
qrafo “yazı” deməkdir) yazılar olmuşdur. Sonralar kiçayarasında (Mesopotamiya)
mixi yazı növü meydana çıxmışdır.
Azərbaycan tarixinin qədim dövrü Mesopotamiya ərazisində e.ə.III-I
minilliklərdə bir birini əvəz edən qədim Şumer, Akkad, Assuriya və Van gölü
ə
trafında mövcud olmuş Urartu mixi yazıları vasitəsilə öyrənilir. Söz yox ki, o
dövrdə Azərbaycan ərazisində də müxtəlif yazı növləri olmuşdur. Çünki,
mənbələrdə o yazıları oxuyan və onlara cavab yazan “mirzələrdən” söhbət açılır.
Bu yazılarda ərazimizdə mövcud olmuş Aratta, Kutium, Lullubum və Manna
dövləti haqqında məlumatlar vardır.
E.ə.V-eramızın III əsrlərinə aid Antik mənbələrdə ölkəmizə aid məlumatlar
saxlanmaqdadır. Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində, yunan, Roma
tarixçi və coğrafiyaşünaslarındanStrabon, Ptolomey, Plini, Arrian və digərlərinin
ə
sərlərində Azərbaycan haqqında yazılı məlumatlara rast gəlinir.
Eramızın IV-X əsrlərinə aid Bizans qaynaqlarında da maraqlı məlumatlara
rast gəlinir. Alban tarixçisi Musa Kalankətlinin “Alban tarixi” əsəri bu baxımdan
daha diqqətəlayiqdir.
VII əsrdən sonra tariximiz ərəb mənbələrində işıqlandırılmışdır. Təbəri,
Müqəddəsi, bn Xordadbeh, bn əl-Əsir və başqalarının əsərlərində Azərbaycan
haqqında geniş məlumatlar vardır.
Azərbaycan tarixi haqqında kapitalizm, imperializm, sovetlər birliyi
zamanında da onlarla əsərlər yazılmışdır. Azərbaycan müstəqillik qazandıqdan
sonra tariximizə maraq bir qədər də artmış, tariximiz qərəzli öyrənmələrdən xilas
olmuş, keçmişimizə dair obyektiv, sanballı əsərlər yazılmışdır.
2.Ə
n qə
dim daş
dövrünün (paleolit) xarakterik ə
lamə
tlə
rini
göstə
rin
btidai icma quruluşunun ilkin pilləsi olan Paleolit dövrü üç mərhələyə
bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit.
Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan
ə
vvələ qədər davam etmişdir. Azərbaycan ərazisində alt paleolit mərhələsi
Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir.
Quruçay dərəsində ilk vaxtlar açıq düşərgələrdə yaşayan qədim insanlar
iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçmüşlər.
Alimlər müəyyən etmişlər ki, qədim insanlar Azıx mağarasına 1-1,2 milyon il
ə
vvəl köçmüşlər. Bu qədim insanların yaratdığı mədəniyyət «Quruçay»
mədəniyyəti adlanır.
Mağaranın ən qədim dövrə aid təbəqələrində ibtidai insanların istədikləri
kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. btidai
insanlar bu alətlərdən ovladıqları heyvanları kəsmək, doğramaq işlərində istifadə
etmişlər.
Min illər keçdikcə ibtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf
etmişlər. Əmək alətləri təkmilləşdirilmişdir. lk vaxtlar insanlar çox işlərə yarayan
kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər
hazırlamışlar. Belə müxtəlif növ alətlər Azıx mağarasının alt təbəqələrindən
tapılmışdır.Mağaradan əmək alətləri ilə yanaşı, nəsli kəsilmiş müxtəlif vəhşi
heyvanların sümükləri də tapılmışdır. Bu sümüklərə əsasən, qədim insanların
ovladığı vəhşi heyvanların növləri müəyyənləşdirilmişdir. Ov ilk vaxtlar sadə
üsullarla edilirdi. btidai insanlar, əsasən, xırda heyvanları və iri heyvanların
balalarını ovlayırdılar. Onlar, ovçuluqla yanaşı, yeməli yabanı bitkiləri və
giləmeyvələri də yığırdılar. nsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər.
btidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik
kollektivlər ibtidai insan «sürüsü» və ya ulu icma adlanır. Ulu icma kortəbii
şə
kildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır.
Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu
icma ibtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qədilə icması
formalaşanadək davam etmişdi.
Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq qalığının 700 min ilə yaxın
yaşı var.Oddan istifadə qədim insanların oddan istifadə etməsi onların həyatında
çox mühüm hadisə olmuşdur. lk vaxtlar ildırım çaxması və ya üzvi maddələrin öz-
özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edilmişdir. Sonralar
insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-birinə vurmaqla od əldə etməyi
öyrənmişlər. Od, ocaq insanların həyatında böyük rol oynamışdır. Ocaqdan
isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə
olunurdu.
Azıx mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı
tapılmışdır. Bu, dünyada ən qədim belə tapıntılardan biri – dördüncüsüdür.
Antropoloqlar həmin ibtidai insanı Azıxantrop, yəni «Azıx adamı» adlandırmışdır.
Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. Azıx çənə sümüyü
Azərbaycanın qədim insanının formalaşdığı ərazilərdən biri olduğunu sübut edir.
Azıx mağarasında tikili qalığının tapılması qədim insanların tədricən tikinti
vərdişlərinə də yiyələnməsini göstərir. Zaman keçdikcə Azıx adamları tədricən
ə
traf mühiti dərk etmiş, ibtidai dini təsəvvürlər yaranmış və onlar sadə incəsənətlə
məşğul olmuşlar. Azıx mağarasında tapılmış ayı kəllələrindən bəzilərinin üzərində
müəyyən işarələr cızılmışdır. Bu, sadə dini ayinlərin və totemlərin (heyvanların
inam) yaranması ilə bağlıdır.