verilsə də, onu nə satmaq, nə almaq, nə də xüsusi mülkiyyətə keçirmək olmazdı.
carəyə verilmiş vəqf torpağı üç il əkilməyib istifadəsiz qalsa torpaq həmin adamın
ə
lindən geri alınırdı. Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi.
Kəndlərdə əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbistanlıqlar
və s. icma torpaqlarına daxil idi.
Ə
rəblər başqa məsələlərdə olduğu kimi, Sasanilərin vergi qaydasını bəzi
dəyişikliklər etməklə qüvvədə saxladılar. Əməvilər sülaləsinə qədər birinci dörd
xəlifəinin dövründə vergilər xeyli yüngül idi. Həmdə Sasanilərdən fərqli olaraq
vergini tək-tək şəxslərdən deyil, bütün ölkədən alırdılar. Azərbaycanda əhalinin bir
qismi xristian olduğundan xəlifənin xəzinəsinə iki adda vergi: xərac və cizyə
verilirdi. Müsəlmanlar cizyə vergisindən azad idilər. Xristianları itaətdə
saxlamaqda xilafətə kömək etdiklərinə görə keşişlər və kilsə vergidən azad edilir
və dövlət tərəfindən himayə olunurdu. Dördüncü xəlifə Əli ibn Əbu Talib
vergilərin tonlanmasına dair ədalətli göstəriş verərək, əsas diqqəti xəracı yığmağa
deyil, torpağı səmərəli şəkildə əkib-becərməyə yönəldirdi. Əməvilər sülaləsindən
xəlifə Hişamın dövründə vergilərin alınması qaydasında dəyişiklik edildi. Onun
göstərişi ilə 725-ci ildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı,
vaxtilə ləğv edilmiş bəzi vergilər bərpa edildi. Bir sıra yeni - sənət məmulatı,
kəbin kağızı və s. adda vergilər tətbiq olundu. Hətta rahiblərdən cizyə vergisi
alındı, onun məbləği artırıldı. Abbasilərin dövründə (750-1258) vergi qaydasında
yeni dəyişiklik edildi. Torpağın əkiib-əkilməməsindən asılı olmayaraq vergi
alınmağa başlandı. Xəlifə Mehdi vergiləri bir qədər yüngülləşdirdi. Verginin
miqdarı suvarma texnikasından asılı olaraq məhsulun dörddə birindən yarısına
qədər müəyyən edildi. Qəddarlığı ilə bütün xəlifələrdən seçilən Harun-ər-Rəşidin
dövründə (786-809) vergilər yenidən artırıldı. Azərbaycanın cənub hissəindən ildə
4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi alınırdı. Zimmilər (xristianlar)
daha çox vergi verirdilər. Vergilər təkcə xəracdan və cizyədən ibarət deyildi.
nsanın mənfəətləndiyi bütün sahələrdən, müharibə zamanı əldə edilən hərbi
qənimətlərdən, əsirlərdən, daşına bilən əmlakdan xüms (beşdə bir) deyilən vergi
alınırdı. Bundan başqa, mal-qaradan, əkin və meyvədən, qızıl və gümüşdən zəkat
(sədəqə) vergisi alınırdı. Zəkat ruhanilərin, yetimlərin, şikəstlərin və əlacsızların
ehtiyacına sərf olunurdu.
17..Azərbaycanda Ərəb xilafətinə qarşı milli azadlıq mübarizəsi. Xürrəmilər
hə
rə
katı
Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı, dəhşətli
istismar və hüquqsuzluq, yerli feodalların mülklərinin və imtiyazlarının
məhdudlaşdırılması, güclü ərəbləşdirmə siyasəti və başqa səbəblər əhalinin
vəziyyətini ağırlaşdırmaqla yanaşı, ümumxalq qəzəbini coşdurdu.
748-ci ildə Beyləqanda başlanmış üsyan tezliklə digər vilayətləri,xüsusilə
Bərdəni və Ərdəbili əhatə etdi. Beyləqandakı üsyana yerli hökmdar Var ibn Səfvan
başçılıq edirdi. Üsyançılar ərəblərin burada olan hərbi dəstələrini qılıncdan keçirib
ə
miri əsir aldılar və bütün məhbusları azad etdilər. Bu qələbədən sonra onlar Bərdə
üsyançılarının köməyinə getdilər. Bərdədəki ərəb əmiri Asim ibn Yezidin
qoşunlarını məğlub edib, özünü də öldürdülər. Əsarətə alınmış xalqların təzyiqi və
ə
rəb cəmiyyəti daxilində mübarizənin kəskinlənməsi nəticəsində Əməvilər
sülaləsinin 89 illik hakimyyətinə 750-ci ildə son qoyuldu. Hakimiyyətə Abbasilər
keçdi.
Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb
Xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərəkatıdır. Onların şüarı
torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və
sənətkarları feodalların və digər hakim təbəqənin asılılığından azad etməkdən
ibarət idi. Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin tapdağından
qurtarmaq xürrəmilərin əsas idealı idi. Xürrəmilər hərəkatı erkən orta əsrlər
dövründə Şərqdə islam dini, feodal zülmü və ən başlıcası ərəb əsarətinə qarşı
çevrilmiş güclü xalq hərəkatı idi. Məzdəkilərin və xürrəmilərin atəşpərəst olması
haqqında orta əsr müəlliflərinin əksəriyyətinin fikri yekdildir. Ona görə də
akademik Z.Bünyadov “xürrəm” sözünü pəhləvi dilində “xür”-od və “xvar”-Günəş
anlamında mənalandırmışdır. Xürrəmilərin ərəblərə qarşı azadlıq mübarizəsi 61 il
davam etmişdir. Onun üçdə iki hissəsini Babəkə qədərki dövr təşkil edir ki, onun
da xeyli hissəsinə Cavidan rəhbərlik etmişdi.816-cı ildə döyüşlərin birində Cavidan
Ə
bu mranı öldürdü və bundan üç gün sonra aldığı yaradan özü də öldü. Babək
Cavidan mülkünün sahibi və xürrəmilər icmasının rəhbəri oldu. Babək bütün ömrü
boyu Xilafətə qarşı mübarizə aparmış və Azərbaycanda islamdan əvvəl mövcud
olan qayda-qanunları ola bilsin ki, bərpa etməyə çalışmışdı. Xürrəmilər Babəkə
qədər Xilafətə qarşı iki dəfə üsyan etdilər . Birinci üsyan 778-ci ildə baş verdi.
808-cı ildə xürrəmilərin ərəblərə qarşı daha güclü bir isyanı başlandı. sfahanda
başlanan bu üsyan bir çox əraziləri bürüdü. Xəlifənin amansız cəza tədbirləri
xürrəmilərin azadlıq uğrunda mübarizə əzmini məhv edə bilmədi. Babəkə qədər
xürrəmilər Xilafət üçün ciddi narahatlıq yarada bilmirdilər. Babək xürrəmilər
icmasında rəhbərliyi ələ aldıqdan sonra vəziyyət tamamilə dəyişdi. Azadlıq
ordusunun əsas hərəkətverici qüvvəsini kəndlilər təşkil etsə də, orada şəhər
yoxsulları, sənətkarlar, orta və xırda feodallar, əhalinin müxtəlif təbəqələrinə
mənsub adamlar da az deyildi. Azadlıq mübarizəsi bir çox əraziləri bürüsə də,
bütün mənbələr təsdiq edir ki, Babəkin və xürrəmilərin vətəni Azərbaycan idi və
azadlıq mübarizəsi buradan başlanmışdı. 819-cu ilə qədər xəlifə xürrəmilərə qarşı
nizami ordu göndərmədi. Üsyançılara qarşı Azərbaycandakı hərbi hissələrin
qüvvələrindən istifadə etdi. Xəlifə Məmun 819-cu ildə sərkərdə Yəhya ibn Müazın
başçılığı ilə Babəkə qarşı ilk nizamı ordu göndərdi. Xürrəmilər bu ordunu əzdilər.
Bu qələbədən sonra on il müddətində üsyançılar Xilafətin bir neçə nizami
ordusunu məhv etdilər və sərkərdələrini əsir aldılar. 829-cu il iyunun 3-də
Həşdadsər dağında xürrəmilərlə həlledici döyüş başladı. Döyüşdə iştirak edən 150
minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. Qanlı vuruşma zamanı sərkərdə
Məhəmməd ibn Hümeyd öldürüldü.Xürrəmilər 830-cu ildə qələbə çalaraq böyük
strateji əhəmiyyəti olan Həmədanı tutdular. Bu üsyançıların nizami ərəb orduları
üzərində beşinci parlaq qələbəsi idi. IX əsrin 30-cu illərin əvvəlləri azadlıq
müharibəsinin ən müvəffəqiyyətli dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar.
Bizansla müharibə, Suriya və Misirdəki üsyanlar xürrəmilərin azadlıq müharibəsi
ilə bir vaxta düşdüyündən Xilafəti çaşdırmışdı. 833-cü il dekabrın 25-də Həmədan