Alt Paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana
gəlmişdir. Alətlər daha çox çaxmaqdaşından, bazalt və obsidiandan (vulkanik şüşə-
dəvəgözü)hazırlanmırdı. Çünki insanlar onları asanlıqlaqəlpələyir və ucu iti, dişli-
kəzli, oymalı kəsici alətlər hazırlayırdılar.
3.
Orta daş
dövrünü (mezolit) ə
vvə
lki mə
rhə
lə
lə
rdə
n fə
rqlə
ndirə
n
ə
sas xüsusiyyətlər nələrdən ibarətdir?
Mezolit - Orta Daş dövrü Azərbaycan ərazisində e.ə. 12-ci minillikdən e.ə.
8-ci minilliyə qədər bir dövrü əhatə edir. Mezolit dövründə yaşayış üçün daha
ə
lverişli iqlim şəraiti olmuşdur. Qəbilələr halında birləşmiş insanların həyatında,
dünyagörüşündə, ətraf aləmə münasibətlərində xeyli dəyişikliklər baş vermişdir.
Yeni əmək alətləri yaratmış insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla
məşğul olmuşlar.
Mezolit dövründə ox və kaman ixtira edilmişdir. Bu silahın köməyi ilə
insanlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdilər. Onlar qida ehtiyatını
artırmağa nail olmuş və tədricən heyvanları əhilləşdirməyə başlamışlar. lk vaxtlar
heyvanların balalarını qida ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai maldarlığın
ə
sası qoyulurdu. Lakin heyvanların əhilləşdirilməsi çox uzun dövr ərzində
mümkün olmuşdur.
Mezolit dövründə ilk əkinçilik vərdişləri də yaranır. Ət ehtiyatının artması
insanların ərzağa olan tələbatını qismən ödədiyinə görə, toplanmış yabanı bitki
toxumlarının da bir hissəsini ehtiyat üçün saxlayırdılar. Bu isə ibtidai əkinçiliyin
meydana gəlməsinə şərait yaradırdı. Toxumun yerə tökülərək yenidən cücərdiyini
müşahidə edən insanlar onu təkrar edərək yenidən məhsul əldə edirdilər.
Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal
təsərrüfatına keçidin əsası qoyulmuşdu. Lakin istehsal təsərrüfatının formalaşması
bir qədər gec – Yeni Daş dövründə başa çatmışdır.
Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan
abidələri («Öküzlər», «Ana Zağa», «Firuz» və s.) əsasında öyrənilmişdir. Burada
insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq,
balıqçılıq və yığıcılıqla, zaman keçdikcə isə maldarlıq və əkinçiliklə məşğul
olmuşlar. Qədim qobustanlılar mikrolit (kiçik ölçülü) lövhələrdən iti uclu, gəzli,
bıçaqvari, qaşov tipli kəsici alətlər hazırlamışlar. Alətlərin çoxu həndəsi formalıdır
(üçbucaqlı, dördbucaqlı və s.). Sümükdən biz, ox ucu, balıq torunun
toxunulmasında istifadə olunan digər alətlər hazırlamışlar.
Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayaları
üzərində həkk olunmuş qayaüstü rəsmlər ibtidai insanların dini görüşlərini, ətraf
aləmə münasibətlərini əks etdirməklə o dövrün bitki və heyvanat aləmi haqqında
məlumat verir. Bu rəsmlər əsasında mezolit dövrü insanlarının ovsun-totem
(heyvanlara inam) inamlarını, dini ayinləri ilə tanış olmaq mümkündür.
Mezolit dövründə insanlar axirət dünyasına inanmış, dəfn zamanı ölülərin
yanına əmək alətləri, bəzək əşyaları qoymuşlar. Qobustanda «Firuz»
düşərgəsindəki qəbirlərindən belə əşyalar tapılmışdır.
4. stehsal tə
sə
rrüfatı nə
vaxt yaranıb? Onun mahiyyə
tini açın.
Yeni daş
dövrünün (Neolit) cə
miyyə
tin inkiş
afında yeri və
rolu
Eramızdan əvvəl VIII-VII minillikləri əhatə edən yeni daş dövrü – Neolit
dövrü adlanır. Bu dövrdə insanlar daha hər şeyi təbiətdən hazır şəkildə almır, özləri
yenisini istehsal edirdilər. Yəni insanlar təbiətdən asılılıqdan azad olmuş, özlərinə
lazım olan məhsulların istehsalına başlamışlar. nsanların məşğuliyyət sahələri
içərisində maldarlıq və əkinçilik əsas yer tuturdu. Azərbaycan ərazisində bu iki
təsərrüfat sahəsinin inkişafı üçün hər cür şərait var idi.
Neolit dövründə insanlar saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və
deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar. Bəşər tarixindəki bu yeniliklər
Neolit inqilabı adlandırılmışdır.
Neolit dövründən başlayaraq əhali oturaq həyata keçmiş, əkinçilik və
maldarlıqla yanaşı, ovçuluqla, balıqçılıqla da məşğul olmuşlar. Əmək alətləri,
ə
sasən, çaxmaqdaşından və obsidiandan (vulkanik şüşə – dəvəgözü) hazırlanırdı.
Ə
kinçilik yeni əkin və biçin alətlərinin yaranmasına səbəb olmuşdur. Daş toxalar,
oraq dişi hazırlanırdı. Daş baltalar, çəkiclər də bu dövrdə yaranmışdır.
Naxçıvanda, Gəncə ətrafında, Təbriz yaxınlığında, Qobustanda, Qazax
bölgəsində Neolit dövrü abidələrindən daş toxalar, oraq dişləri, çəkic, balta və
lövhələrdən ibarət əmək alətləri tapılmışdır. Gəncə yaxınlığındakı neolit
düşərgəsinin əmək alətləri müxtəlifliyi ilə seçilir. Bunlar çaxmaqdaşından
düzəldilmiş bıçaqvari lövhələrdən, qaşovlardan, dəvəgözündən hazırlanmış əmək
alətlərindən ibarətdir. Bu alətlərdən əkin, biçin, doğrama, kəsmə işlərində istifadə
edilmişdir. Toxuculuq və saxsı qablar istehsalı insanların həyatında mühüm yenilik
idi. Onların yaradıcıları qadınlar olmuşdu. Ona görə də hələ bu dövrdə «ana
xaqanlığı» hökm sürürdü.
E.ə. VI minillikdən Azərbaycan ərazisində eneolit (mis-daş dövrü)
başlamışdır. Bu dövr e.ə. IV minilliyə qədər davam etmişdir.Bu dövr daş dövrünün
başqa mərhələlərindən fərqlənir. Çünki qədim insanlar bu dövrdə daş məmulatı ilə
yanaşı metaldan da istifadə etmişlər. ilk vaxtlar misdən soyuq döymə üsulu ilə
müxtəlif əşyalar hazırlayırdılar. Zaman keçdikcə əmək vərdişləri artır, təkmilləşir
və qədim insanlar mis külçələrini əvvəlcə ocaqda qızdırmaq, sonra isə əritməklə
ibtidai metalişləmənin sirrlərinə bələd olurdular.
Azərbaycan ərazisində eneolit dövrü əkinçi-maldar tayfaları kiçik kəndlərdə,
qəbilə icmaları halında yaşamışlar. Yaşayış məskənləri çay kənarında, əkinçilik və
maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları və təsərrüfat tikintiləri
çiy kərpic və möhrədən dairəvi planda inşa olunmuşdur.
Eneolitin son mərhələsində (e.ə.IV minilliyin birinci yarısı) metalişləmənin
inkişafının yeni dövrü başlayır. Tunc dövrünə keçidin əsası qoyulur.