Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

yaxınlığında şiddətli döyüş başlandı. Bu döyüşdə xürrəmilər    ilk dəfə olaraq ağır 

məğlubiyyətə düçar oldular. Həmədan döyüşündəki qələbə Mötəsimə öz sələfinin 

üsyançılara  qarşı  tətbiq  etdiyi  hərbi  taktikanın  qüsurlarını  anlatdı.  Bizansla 

müharibəni  dayandırıb  bütün  ordunu,  maddi  və  hərbi  sursatı  Babəkilərə  qarşı 

mübarizəyə  sərf  etdi.  Afşin  Heydər  ibn  Kavus  832-ci  ildə  xürrəmilərə  qarşı 

vuruşan  ərəb  ordusuna  baş  komandan  təyin  edildi.  Müharibə  uzandıqca  qüvvələr 

nisbətindəki  fərq  ərəblərin  xeyrinə  dəyişdi.  Afşinin  köməyinə  göndərilmiş  adlı-

sanlı sərkərdə Buğa əl-Kəbirlə 836-cı ildə Həşdadsər   dağı yaxınlığındakı döyüşdə 

xürrəmilər  onun  ordusunu  əzdi,  bir  neçə  sərkərdəsini  məhv  etdi.837-ci  ilin 

avqustunda ərəb qoşunu Bəzz qalasına yaxınlaşdı və onu mühasirəyə aldı. Döyüş 

daha yaxşı silahlanmış və təchiz olunmuş düşmən üçün əlverişli vaxtda, 837-ci il 

avqustun  26-dabaşlandı.  Bu  döyüşdə  yaralananlardan  və  itkin  düşənlərdən  əlavə, 

ə

rəblərdən  100  min  nəfər,  üsyançılardan  80  min  nəfər  həlak  olmuşdu.  Bəzzin 



süqutundan  və  ailə  üzvlərini  itirdikdən  sonra  Babək  qardaşı  Abdulla  ilə  birlikdə 

Arazdan  keçib  Arrana  gəldi.  Məqsədi  Bizans  imperatorunun  yanına  getmək  yeni 

qüvvə  toplayıb  ərəblərə  qarşı  müharibəni  davam  etdirmək  idi.  Lakin  Babək 

xəyanət nəticəsində ələ kecirildi və 838-ci il martın 14-də xəlifə Mötəsimin hökmü  

ilə  edam  edildi.  Bu  hərəkat  istiqlaliyyət  uğrunda  azadlıq  müharibəsi  idi.  Xilafət 

Azərbaycan xalqının müvarizə əzmini söndürə bilmədi. 



 

 

18. IX-XI əsrlərdə Azərbacyan feodal dövlətləri (Şirvanşahlar-

Məzyədilər, Sacilər, Salarilər) 

Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil 

feodal dövlətləri meydana gəldi. Hələ xilafətin tərəqqisi dövründə Azərbaycanda, 

xüsusilə Arranda ərəblərdən asılı olan Sünik, Varsan, Beyləqan, Qəbələ, Şəki və s. 

kimi  knyazlıqlar  vardı.  IX-XI  əsrlərdə  Azərbaycanda  yaranmaqda  olan  feodal 

dövlətləri  ərəblərin  hakimiyyətindən  imtina  edir  və  özlərinin  istiqlaliyyətinə  nail 

olurdular.   

 

 



 

 

 



 

 

 



 

 

Ş



irvanşahlar.  Bu  dövlətin  yaradıcısı  Heysəm  ibn  Xalid  Şirvanın  birinci 

rəsmi məliki Yəzid ibn Məzyədin nəvələrindən idi. Ona görə də sülalə Məzyədilər 

(861-1538) adlanırdı. IX əsrin 60-cı illərində xilafətdə başlanan yeni iğtişaşlardan 

istifadə edən Heysəm ibn Xalid özünü Şirvanın müstəqil hakimi (şahı)elan etdi və 

mərkəzi  hökümətlə  əlaqəni  kəsdi.  Beləliklə,  Şirvanın  istiqlaliyyəti  bərpa  edildi. 

Məzyədilər  sülaləsinin  hakimyyətinin  ilk  dövründə  Şirvanşahların  sərhədləri 

cənubda Kür çayı, şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə 

Xəzər  dənizi  ilə  əhatə  edilirdi.  Məzyədilərin  uğurlu  siyasəti  nəticəsində  müxtəlif 

dövrlərdə Şəki, Beyləqan və Bərdə Şirvanşahların tabeçiliyinə keçmişdi. Dövlətin 

paytaxtı  əvvəlcə  Şirvan,  X  əsrin  birinci  rübündən  etibarən  Yəzidiyyə  (Şamaxı) 

şə

həri olmuşdu. Məzyədi sülaləsinin uğurlu siyasətinə baxmayaraq, bəzən özləri də 



asılı vəziyyətə düşürdülər. IX əsrin axırlarında Məzyədilər öz vassaları ilə birlikdə 

ə

vvəlcə  Sacilər,  sonra  isə  Salarilər  dövlətinə  tabe  idilər.  Daxili  idarə  işini  öz 



ə

llərində saxlamaqla Məzyədilər onlara xərac verirdilər. XI əsrin 60-70-ci illərində 

Fəriburzun  hakimiyyəti  dövründə  Şirvanda  siyasi  vəziyyət  daha  da  ağırlaşdı. 

Şə

ddadilər  hakimi  Şavurun  Şirvana  hücumları  başlandı.  Şavur  Şirvanda  bir  sıra 




qalaları  ələ  keçirdi  və  40  min  dinar  xərac  alıb  geri  qayıtdı.  Ön  Qafqazda 

hakimiyyəti  ələ  keçirən  səlcuq  türklərinin  Şirvanda  da  təsiri  gücləndi.  Sultan 

Məlikşahın  dövründə  Dərbənd  iqta  şəklində  raq  hakiminə  bağışlandı.  Şirvanşah 

Məzyədilər daxili istiqlaliyyətlərini saxlamaq şərtilə səlcuqların vassalına çevrildi 

və  hər  il  sultanın  xəzinəsinə  40  min  dinar  xərac  verməli  oldu.Şirvanşahlar  titulu 

ləğv  edildi.Məzyədilərin  də  iki  növ  qoşunu  vardı.  Əsas  qoşun  şahın  xüsusi 

qvardiyasından  ibarət  idi.  Bundan  əlavə  iri  feodalların  və  vilayət  hakimlərinin 

xüsusi qoşun dəstələri olurdu.   

 

 

 



 

 

Sacilə



dövləti. IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn 

feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti (889-942-ci 

illər  )  idi.  Sacilər  mənşəcə  türk  idilər.  Əbu  Sac  Divdad  və  onun  varisləri 

Məhəmməd  və  Yusif  müxtəlif  vaxtlarda  xilafətin  əyalət  hakimləri  olmuş, 

Abbasilər hakimyyətinə qarşı baş baş vermiş üsyanların yatırılmasında fəal iştirak 

etmişlər. Sacilərin banisinin Əbu Sac Divdad hesib edilməsinə baxmayaraq, dövlət 

onun  ölümündən  xeyli  sonra  oğlanları  Məhəmmədin  və  Yusifin  dövründə 

yaranmışdı.  Xidmətləri  ilə  xəlifənin  rəğbətini  qazandığına  görə  889-cu  ildə 

Məhəmməd Azərbaycanın hakimi təyin olundu. 901-ci ilin martında Məhəmmədin  

ölümündən  sonra  hakimiyyətə  oğlu  Divdad  keçdi.  Həmin  ilin  avqustunda  əmisi 

Yusif  Divdadı  hakimyyətdən  salıb  özü  xəlifənin  Azərbaycan  hakimi  və  canişini 

oldu.  Azərbaycan  bütövlüklə  onun  hakimiyyəti  altında  birləşmişdi.  Yusif  hər  il 

Xilafətin  xəzinəsinə  120  min  dinar  xərac  verirdi.  927-ci  il  dekabrın  27-də  Kufə 

şə

həri yaxınlığındakı döyüş zamanı Yusifin qoşunu məğlub oldu. O  özü yaralandı, 



ə

sir  düşdü  və  öldürüldü.  Yusifin  ölümündən  sonra  hakimiyyət  əldən-ələ  keçdi. 

Onun  sərkərdəsi  Deysəmin  dövründə  Azərbaycan  yenidən  müharibə  meydanına 

çevrildi.  942-ci  ildə  Sacilər  sülaləsinin  hakimyyətini  Salarilər  əvəz 

etdilər.Salarilər  dövləti.Dövlətin  yaradıcısı  Mərzuban  ibn  MəhəmmədGilan 

vilayətindəki  Salarilər  tayfasına  mənsub  olduğundan  dövlət  Salarilər 

adlandırıldı.O,  942-ci  ildə  Sacilər  hakimi  Deysəmi  məğlub  edərək  Azərbaycanı 

tutdu. Həmin tarixdən hakimyyət onun təmsil etdiyi Salarilər sülaləsinin (942-981) 

ə

linə  keçdi.  Salarilər  dövlətinin  də  paytaxtı  Ərdəbil  idi.  Salari  hakimi  Mərzuban 



ibn  Məhəmməd  çətin  mübarizə  şəraitində  Sacilər  dövlətinin  hakimyyəti  altında 

olan  Azərbaycan  torpaqılarına  sahib  olaraq  öz  səltənətini  möhkəmləndirməyə 

çalışdı. Azərbaycanın şimal-qərb vilayətlərini və Ərməniyəni öz hakimiyyəti altına 

keçirdi.  Sacilərin  dövründə  olduğu  kimi,  Şirvanşahlar  Məzyədilərin  dövləti 

Salarilərə tabe edildi. Bununla da Salarilərin şimal sərhədi Dərbəndə qədər uzandı. 

Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə,  Zəncanın,  Əbhərin və  Qəzvinin 

sfahan  hakiminin  asılılığında  qalması  Mərzubanı  narahat  edirdi.  Onun  məqsədi 

Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətlə 948-

ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Savaş Mərzubarın məğlubiyyəti ilə 

başa  çatdı.  O,  sərkərdələri  ilə  birlikdə  əsir  düşdü.  Lakin  Mərzuban  anasının  və 

yaxın  adamlarının  köməkliyi  ilə  953-cü  ildə  əsirlikdən  qaçıb  Ərdəbilə    gələrək 

hakimyyəti  ələ  keçirdi.  Mərzuban  vilayətlərdən  alınan  vergiləri  nizama  saldı, 

maliyyə işlərinə nəzarəti və diqqəti artırdı. Onun dövründə iki cür vergi toplanırdı. 

Onlardan  biri  torpaq  və  əmlak  vergisi  idi.  kincisi,  asılı  ölkələrin  hakimlərindən 

alınan  illik  xərac  idi.957-ci  ilin  dekabrında  Mərzuban  ibn  Məhəmmədin 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə