91
Digər Qafqaz respublikaları kimi, Azərbaycan da Avropa Şurasının üzvü olmaqla,
başqa beynəlxalq və Qərb strukturları ilə geniş əlaqələr quran bir ölkədir. Bununla yanaşı,
Azərbaycan Şərq və İslam dünyasının ayrılmaz bir parçasıdır.
Bu gənc respublika
müstəqilliyinin başlanğıcında bir sıra müsəlman dövlətləri ilə diplomatik və iqtisadi-siyasi,
mədəni əlaqələr qurdu. Azərbaycan Respublikası 1991-ci ilin dekabrında İslam Konfransı
Təşkilatı (İKT) kimi mötəbər bir regional-beynəlxalq quruma üzv olmuş, bu təşkilatla
münasibətlərini daima genişləndirmişdir. Azərbaycan,
həm bu təşkilat çərçivəsində, həm də
ayrı-ayrı İslam ölkələri ilə qurduğu ikitərəfli əlaqələrdə üzləşdiyi problemləri, xüsusilə də
Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində öz doğma yurd-yuvasından didərgin
düşmüş bir milyon müsəlmanın ağır həyatı ilə bağlı çətinlikləri İslam dünyası ilə paylaşmaq
zorunda qalmışdır. Heydər Əliyev cənabları Azərbaycanın mühüm Şərq və İslam ölkələri
ilə münasibətlərinə xüsusi əhəmiyyət verən bir siyasi şəxsiyyətdir. O, hakimiyyətinin ilk
çağlarında bu münasibətlərin dərinləşməsinə zəmin yaratdı.
Bəlli
olduğu kimi, Azərbaycanın ən böyük problemi torpaqlarının 20 faizinin işğalı və 1
milyon didərgin həyatına məhkum edilmiş əhalisinin ağır iqtisadi-sosial vəziyyətidir.
Beynəlxalq təşkilatlar bu problemlərin ədalətli həlli üçün əməli baxımdan heç bir ciddi
tədbir görməmiş, hətta Azərbaycanın neft kontraktlarında əsas pay sahibləri olan Qərb
şirkətlərinin mənsub olduğu böyük dövlətlər belə bu həssas məsələdə ikili standart siyasəti
yürütməkdən çəkinməmişlər.
11 sentyabr hadisələrinə qədər ABŞ Konqresi Azərbaycana humanitar yardımı qadağan
edən 907-ci düzəlişi qüvvədə saxlamış, son bir-iki ildə isə Əfqanıstan və
92
İraqa sülhməramlı qüvvə göndərdiyinə görə Bakıya azacıq, yəni Gürcüstan və
Ermənistandan xeyli az yardım ayırmışdır. Rəsmi hesablamalara görə ABŞ 1992-ci ildən
bəri Gürcüstan və İrəvana ayrı-ayrılıqda 2 milyard dollar yardım etmiş, hətta 1997-ci ildən
bəri Qarabağ ermənilərinə ildə 25-30 milyon dollar maliyyə köməyi ayırmışdır.
Belə bir
vəziyyətdə Azərbaycan rəhbərinin öz xarici siyasətində balanslaşma yaratmağa həmişə
ciddi diqqət yetirməsinin, Şərq və Asiya ölkələri ilə, xüsusilə İslam dünyası ilə
münasibətlərini dərinləşdirməyə çalışmasının böyük əhəmiyyəti vardır.
Heydər Əliyev bir
sıra Qərb ölkələrinin Azərbaycana dair ikili və ədalətsiz mövqeyini dəfələrlə onların
rəhbərlərinə açıq şəkildə çatdırmışdır. O, öz sözünü həm diplomatik ehyamla, həm də, yeri
gəldikcə, qətiyyətlə deməyi bacaran mətanətli bir siyasi xadim idi.
Hələ 1993-cü ilin aprelində İslam Konfransı Təşkilatına üzv olan ölkələrin Xarici işlər
nazirlərinin 21- ci toplantısında qəbul edilmiş qətnamədə Ermənistanın Azərbaycana hərbi
təcavüzü pislənildi. Heydər Əliyev hakimiyyətə gələndən az sonra, yəni 23 noyabr 1993-cü
ildə Təşkilatın qətnaməsi BMT iqamətgahında bir daha gündəmə gətirildi.
Azərbaycanla İKT arasında əlaqələr 1994- cü ilin noyabr ayında həmin təşkilatın baş
katibi, doktor Həmid əl-Qabidin Bakıda Heydər Əliyevlə danışıqlarından sonra
genişlənməyə başladı. Həmin ilin dekabr ayında isə Azərbaycan
Prezidenti ilk dəfə olaraq
İKT-nin Kasablankada keçirilən Zirvə toplantısında iştirak və çıxış etdi. O, bu səfər
ərəfəsində İKT-nin fəaliyyətini belə səciyyələndirirdi:
"İslam ölkələri dünyanın böyük bir hissəsini təşkil edirlər. Onların bir milyarddan çox
əhalisi var. İslam Konfransı Təşkilatı bu ölkələrin ümumi potensialından istifadə edərək
həm beynəlxalq proseslərdə iştirak edir, həm də İslam ölkələrinə məxsus spesifik
problemlərin həllinə çalışır".
Azərbaycan Prezidenti Zirvə toplantısındakı çıxışında diqqəti İslam dünyasının
problemlərinə yönəldərək müsəlman ölkələrinin inkişafına
mane olan əngəllərin aradan
qaldırılmasını, onların bir-birinə qarşılıqlı yardım etməsini, parçalanma və təklənmə
hallarının qarşısını almaqla İslam aləmində həmrəylik və birliyin təmin edilməsinin
vacibliyini tarixi bir vəzifə və zərurət kimi önə çəkdi.
Heydər Əliyev, eyni zamanda, İslam Konfransı Təşkilatı tərəfindən Ermənistanın
Azərbaycana qarşı yeritdiyi işğalçılıq
siyasətinin pislənməsini, İslam ölkələrinin 1 milyon
azərbaycanlı-müsəlman qaçqınlara göstərdiyi maddi və mənəvi dəstəyi yüksək
qiymətləndirdi. Belə ki, bu Təşkilat Azərbaycanın haqlarını müdafiə edən yeganə
beynəlxalq qurum idi.
Zirvə toplantısının gedişində Heydər Əliyev Küveyt, Misir, İordaniya, Türkiyə,
Pakistan, Səudiyyə Ərəbistanı, Malayziya, İran və başqa İslam ölkələrinin