33
Dərs 10 / Mövzu 10:
QIJIKİMİLƏR. QIJILARIN ÇOXALMASI
Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki müvafiq mətnlə tanış edir və
sualın müzakirəsini təşkil edir. Şagirdlər öz mülahizələrini söyləyir və belə nəticəyə gəlirlər
ki, “qıjıkimilər sporlu bitkilər olduğuna görə çiçək əmələ gətirmir”
.
Şagirdlər əvvəl qazandıqları biliklərə əsasən ibtidai və ali bitkilərin
xüsusiyyətlərini
sadalayır, ali bitkilərin sporlu və toxumlu olduğunu qeyd edirlər. Bu mərhələdə müəllim
şagirdlərin ali sporlu bitkilər haqqında bilik səviyyələrini müəyyən etmək və biliklərini
fəallaşdırmaq üçün bir neçə sual verə bilər:
Sporlu bitkilərdə mayalanma prosesi harada gedir?
Mamırların bədəni hansı hissələrdən ibarətdir? Və s.
Bu məlumat “Fəaliyyət” mərhələsinə keçidi təmin edir.
Laboratoriya işini təbii obyekt üzərində də aparmaq məqsədəuyğundur. Şagirdlərə
müşahidələrinin nəticələrini sxemdə qeyd etmək təklif olunur. Məsələn,
Qıjı
Yerüstü
orqanlar
Yeraltı orqanlar
........................................................... .......................................................
İş zamanı
“Qıjıların yarpağı necə olur?”, “Niyə qıjıkimiləri
ali sporlu bitkilərə aid
edirlər?” kimi suallar müzakirə olunur. Aparılan müzakirələr şagirdlərin növbəti mərhələyə
hazırlanmasına xidmət edir.
Dərsin məqsədlərini nəzərə alaraq paraqrafın nəzəri materialı ilə tanışlıq aşağıdakı
suallar əsasında qurula bilər:
1. Qıjıkimilər hansı şəraitdə inkişaf edir?
2. Qıjıkimilərin həyat tsiklində hansı nəsillər olur?
3. Sporlar yetişən orqanlar necə adlanır?
4. Spordan nə inkişaf edir?
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində
laboratoriya
avadanlıqlarından istifadə qaydalarına əməl edir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
Təlim
NƏTİCƏLƏRİ
Qıjıkimilərin quruluşu və həyat tərzi haqqında mülahizələrini
şərh edir.
Qıjıların öyrənilməsi üçün laboratoriya avadanlıqlarından isti-
fadə qaydalarına əməl edir.
Mamırlar və qıjıkimilərdə çoxalma proseslərini müqayisə
edir, fərqləndirir.
34
5. Spordan inkişaf edən orqanizm hansı nəsildir (cinsiyyətli, yoxsa cinsiyyətsiz)?
6. Qıjıkimilərdə neçə cür cinsiyyət hüceyrəsi yaranır?
7. Yumurta hüceyrənin mayalanması üçün hansı şərait lazımdır?
Bu dərsin izahı zamanı müəllimin əyani vəsaitlərdən fəal istifadəsi tövsiyə olunur.
Dərslikdəki “Qıjıkimilərin çoxalması” sxemi ilə yanaşı, iri tablolardan,
elektron təqdimat və
animasiyalardan istifadə etmək mümkündür:
http://tana.ucoz.ru/load/303
http://tana.ucoz.ru/load/229
http://www.youtube.com/watch?v=U7ExbG1V2FI
Tapşırığı şagirdlər müstəqil yerinə yetirib, cavabları dəftərdə qeyd edirlər. Sonra
nəticələr yoxlanılır, qıjıkimilərin orqanları və onların tərifi bir daha təkrarlanır, “Fəaliyyət”
mərhələsinin cavabları ilə müqayisə olunur.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə təqdim olunmuş tapşırıqları yerinə yetirərkən
şagirdlər qıjıkimilərdə çoxalma prosesinin mərhələlərini təsvir edir, hər mərhələyə aid olan
termin və anlayışları qeyd edirlər. Bu zaman mamırların çoxalması ilə müqayisə etmək,
oxşar və fərqli məqamları qeyd etmək məqsədəuyğundur.
Qiymətləndirmə meyarları: şərhetmə, əməletmə, fərqləndirmə
Elektron resurslar:
http://tana.ucoz.ru/load/303
http://tana.ucoz.ru/load/229
http://www.youtube.com/watch?v=U7ExbG1V2FI
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Qıjıkimilərin quruluşu və
həyat tərzi haqqında fi-
kirlərini müəllimin və
yoldaşlarının verdiyi su-
alların köməyi ilə şərh
edir.
Qıjıkimilərin
quruluşu və həyat
tərzi haqqında mü-
lahizələrini çətin-
liklə şərh edir.
Qıjıkimilərin
quruluşu
və həyat tərzi haq-
qında mülahizələrini
şərh edərkən səhvlərə
yol verir.
Qıjıkimilərin
quruluşu və həyat
tərzi haqqında mü-
lahizələrini ətraflı
şərh edir.
Mamırlar və qıjıkimilərdə
çoxalma proseslərini
fərqləndirməkdə çətinlik
çəkir.
Mamırlar və qıjı-
kimilərdə çoxalma
proseslərini müəlli-
min
köməyi ilə
fərqləndirir.
Mamırlar və qıjı-
kimilərdə çoxalma
proseslərini, əsasən,
düzgün fərqləndirir.
Mamırlar və qıjı-
kimilərdə çoxalma
proseslərini düzgün
fərqləndirir.
Qıjıların öyrənilməsi
üçün laboratoriya ava-
danlıqlarından istifadə
qaydalarına
tam əməl et-
mir.
Qıjıların öyrənilmə-
si üçün laboratoriya
avadanlıqlarından
istifadə qaydalarına
əmək edərkən bəzi
səhvlər buraxır.
Qıjıların öyrənilməsi
üçün laboratoriya
avadanlıqlarından
istifadə qaydalarına,
əsasən, əməl edir.
Qıjıların öyrənilməsi
üçün laboratoriya
avadanlıqlarından
istifadə qaydalarına
tam əməl edir.
35
Dərs 11 / Mövzu 11
:
QATIRQUYRUĞULAR VƏ PLAUNLAR.
QIJIKİMİLƏRİN ƏHƏMİYYƏTİ
Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki müvafiq mətnlə tanış edir və
təqdim olunan sualın müzakirəsini təşkil edir.
Bu zaman BİBÖ üsulundan istifadə etməklə
şagirdlərin əvvəlki biliklərini aşkarlamaq və öyrənmək istədikləri sualları müəyyən etmək
olar. Dərsin sonunda isə bu sualların nə dərəcədə cavablandırıldığı qeyd oluna bilər.
“Fəaliyyət” bölümündə şagirdlər işi təbii obyektlər və ya herbari nümunələri əsasında
aparırlar. İmkan olduqda həmin işi plaun bitkisi ilə də aparmaq faydalı olardı.
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” və ya “İnsert” üsulları ilə aparıla
bilər. Mətnlə tanış olduqca şagirdlərin belə bir müqayisəli cədvəl tərtib etmələri faydalı olar-
dı:
Plaunlar
Qatırquyruğular
Zoğ
Gövdə
Yarpaq
Kök
Sporların yerləşməsi
Əhəmiyyəti
Müəllim tərəfindən şagirdlərə aşağıdakı əlavə məlumat da verilə bilər:
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
Təlim
NƏTİCƏLƏRİ
Qıjıkimilərin müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
Qatırquyruğular və plaunları təbiətdə roluna və müalicəvi əhə-
miyyətinə görə qruplaşdırır.
Qatırquyruğuların əhəmiyyəti. Tibdə qatırquyruğunun həlimindən sidik kisəsinin xroniki iltihabı,
şişkinliyi azaltmaq üçün sidikqovucu kimi, vərəmin müalicəsi zamanı qankəsici kimi, revmatizm
zamanı digər preparatların təsirini gücləndirmək üçün istifadə olunur.
Plaunların əhəmiyyəti. Plaunların sporlarında yağ çox olduğu üçün onlardan alınan səpmə
dərmanı yaraların sağaldılmasında və pirotexnikada istifadə olunur.
Qıjıkimilərin əhəmiyyəti. Onlar təbii birliklərin tərkib hissəsi kimi torpaqda üzvi maddələrin
toplanmasında böyük rol oynayır. Qıjıkimilərin bəzi növlərinin kökümsovu heyvanların qidasını
təşkil edir. Bəzi qıjıların yaşıl yarpaqlarından və kökümsovundan qida kimi, erkək qıjının
kökümsovundan isə tibdə güclü qurdqovucu dərman
kimi istifadə olunur. Dekorativ qıjıkimilərdən
otaq bitkisi kimi, həm də çiçək kompozisiyaları yaratmaq üçün geniş istifadə edilir.