4
DӘRSLİK KOMPLEKTİNİN
MÖVZULAR ÜZRӘ STRUKTURU
Heç cür yerləşdirə bilmirəm hər şey qaçır
FӘSİLLӘR
MÖVZULAR
1. CANLI ORQANİZMLƏR VƏ
ONLARIN ÖYRƏNİLMƏSİ
1. Canlı orqanizmləri öyrənən elm sahələri
2. Biologiyanın tədqiqat üsulları
3. Mikroskopiya
4. Canlı orqanizmlərin müxtəlifliyi
3. ALİ TOXUMLU BİTKİLƏR
12. Çılpaqtoxumlular şöbəsi
13. Çılpaqtoxumluların çoxalması və əhəmiyyəti
14.Örtülütoxumlular şöbəsi. İkiləpəlilər sinfi
15. İkiləpəlilər sinfi. Xaççiçəklilər və gülçiçəklilər
fəsiləsi
16. İkiləpəlilər sinfi. Paxlalılar və
badımcançiçəklilər fəsiləsi
17. İkiləpəlilər sinfi. Mürəkkəbçiçəklilər fəsiləsi
18. Birləpəlilər sinfi. Taxıllar
və zanbaqlar fəsiləsi
19. Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri
və onlardan istifadə qaydaları
20. Yaşadığınız diyarın dərman bitkiləri. Layihə
2. İBTİDAİ VƏ ALİ SPORLU
BİTKİLƏR
5. Yosunlar – ibtidai bitkilərdir.
Birhüceyrəli yaşıl yosunlar
6. Çoxhüceyrəli yaşıl yosunlar
7. Qonur və qırmızı yosunlar. Yosunların
əhəmiyyəti
8. Ali sporlu bitkilər. Mamırlar şöbəsi
9. Mamırların çoxalması və əhəmiyyəti
10. Qıjıkimilər. Qıjıların çoxalması
11. Qatırquyruğular və plaunlar. Qıjıkimilərin
əhəmiyyəti
4. BAKTERİYALAR,
GÖBƏLƏKLƏR, ŞİBYƏLƏR
21. Bakteriyaların müxtəlifliyi
22. Göbələklər aləmi. Papaqlı göbələklər
23. Göbələklərin müxtəlifliyi
24. Şibyələr
5
FӘSİLLӘR
MÖVZULAR
8. XORDALI HEYVANLAR.
QUŞLAR VƏ MƏMƏLİLƏR
48.
Quşlar sinfi
49. Quşların çoxalması və inkişafı. Quşların
həyatında mövsümi hadisələr
50. Quşların ekoloji qrupları. Quşların əhəmiyyəti
51. Məməlilər sinfi
52. Məməlilərin çoxalması, davranışı və onların
həyatında mövsümi dəyişkənliklər
53. Məmələrin ekiloji qrupları
54. İnsan – məməlilər sinfinin nümayəndəsidir
55. Biomüxtəliflik. Nadir və nəsli kəsilmək
təhlükəsi olan yerli faunanın mühafizəsi
6. ÇOXHÜCEYRƏLİLƏR
YARIMALƏMİ.
MOLYUSKLAR VƏ
BUĞUMAYAQLILAR
35.
Molyusklar tipi
36. Molyuskların həyat fəaliyyəti
37. Buğumayaqlılar tipi. Xərçəngkimilər sinfi
38. Hörümçəkkimilər sinfi
39. Həşəratlar sinfi
40. Həşəratların müxtəlifliyi və təbiətdə rolu
5. BİRHÜCEYRƏLİLƏR VƏ
ÇOXHÜCEYRƏLİLƏR
YARIMALƏMİ
25. Birhüceyrəlilər yarımləmi.
Sarkomastiqoforlar və infuzorlar tipi
26. Birhüceyrəlilərin həyat fəaliyyəti və
müxtəlifliyi
27. Çoxhüceyrəlilər yarımaləmi.
Bağırsaqboşluqlular tipi
28. Bağırsaqboşluqluların
həyat fəaliyyəti
29. Yastı qurdlar tipi
30. Yastı qurdların həyat fəaliyyəti
31. Sap qurdlar tipi. Sap qurdların həyat fəaliyyəti
32. İnsan üçün təhlükəli olan qurd xəstəlikləri
33. Həlqəvi qurdlar tipi
34. Həlqəvi qurdların həyat fəaliyyəti
7. XORDALI HEYVANLAR.
KƏLLƏSİZLƏR, BALIQLAR,
SUDA-QURUDA
YAŞAYANLAR VƏ
SÜRÜNƏNLƏR
41. Xordalılar tipi. Kəlləsizlər yarımtipi.
Başıxordalılar sinfi
42. Kəlləlilər yarımtipi. Balıqlar
43. Balıqların müxtəlifliyi. Balıq ehtiyatlarının
qorunması
44. Suda-quruda yaşayanlar sinfi
45. Suda-quruda yaşayanların
müxtəlifliyi və
təbiətdə rolu
46. Sürünənlər sinfi
47. Sürünənlərin müxtəlifliyi və əhəmiyyəti
6
Dərsliyin bölmələr üzrə məzmunu
“Canlı orqanizmlər və onların öyrənilməsi” adlanan birinci bölmədə təqdim olu-
nan materiallarda canlı orqanizmləri öyrənən müxtəlif elm sahələri haqqında 6-cı
sinifdə verilən biliklər genişləndirilir. Müasir dövrdə bioloji elmlərin insanın praktiki
fəaliyyətində əhəmiyyəti izah olunur. Canlıların quruluşunun öyrənilməsində müxtəlif
üsullarla tanışlıq şagirdlərdə tədqiqatçılıq bacarıqlarının inkişafına yönəldilmişdir. Sadə
təcrübələr qoymaq, müşahidələr aparmaq və nəticələri izah etmək onların praktiki
bacarıqlarının inkişafında çox vacibdir. Eyni zamanda, canlı orqanizmlərin müxtəlifliyi
barədə təqdim olunan məlumatlar müqayisə və analiz etmək qabiliyyətinin irəliləməsinə
müsbət təsir göstərir.
“İbtidai və ali sporlu bitkilər” bölməsi bitkilər aləminin yosunlar və mamırlar
şöbəsinin müxtəlifliyindən bəhs edir. İbtidai bitkilərin nümayəndəsi kimi yosunların
səciyyəvi
xüsusiyyətləri, tarixi inkişaf prosesində mürəkkəbləşmələri, müxtəlifliyi və
təbiətdə əhəmiyyəti barədə məlumat verilir. Şagirdlər birhüceyrəli yosunlardan çoxhü-
ceyrəlilərə qədər orqanizmin quruluş səviyyəsinin mürəkkəbləşməsinin əlamətlərini
öyrənirlər. Quruda yaşamağa uyğunlaşmış ali sporlu bitkilərdən olan mamırların, qıjı-
kimilərin quruluşu, müxtəlifliyi haqqında verilən material orqanizmlərin mütəşəkkillik
səviyyəsini dəyişməsini izləməyə imkan verir.
“Ali toxumlu bitkilər” bölməsində şagirdlər çılpaqtoxumlular və örtülütoxumlular
şöbəsinin
nümayəndələrinin quruluşu, çoxalma xüsusiyyətləri, müxtəlifliyi barədə mə-
lumatlar alacaqlar. Toxumla çoxalma üsulunun sporla çoxalmadan fərqli və üstün cəhət-
lərini ayırd edəcəklər. Bitkilərin təsnifatı haqqında biliklər bitkilərin yetişdirilməsi və
qorunması, düzgün qulluq edilməsi, dərman bitkilərinin tanınması və ondan istifadə və s.
kimi bacarıqların inkişafı üçün vacibdir. Azərbaycanda rast gəlinən bitki formalarına
xüsusi diqqət yetirilməsi ətraf təbiətə maraq hissini aşılamalıdır.
“Bakteriyalar, göbələklər, şibyələr” bölməsində bakteriyalar aləmi ilə tanışlıq
davam edir. Bakteriyaların qidalanmasına görə təsnifatı onların təbiətdə əhəmiyyətini
daha aydın anlamağa xidmət edir. Eyni zamanda, insanların yoluxduğu bakterial xəstə-
liklərdən qorunma yolları göstərilir. Göbələklər aləminin nümayəndələrinin quruluşu,
müxtəlifliyi, yayılması, ekoloji əhəmiyyəti haqqında məlumatlar verilir. Şibyələrin mi-
salında simbioz anlayışı dərinləşdirilir və onların ümumi xarakteristikası verilir.
“Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi” bölməsində birhüceyrəli və
onurğasız çoxhüceyrəlilərin quruluşu və müxtəlifliyi barədə ətraflı məlumat
təqdim
olunmuşdur. Birhüceyrəlilərin bir hüceyrə səviyyəsində bütöv orqanizm kimi fəaliyyəti
izah olunur. Onların insanın sağlamlığına və təsərrüfat fəaliyyətinə təsiri aydınlaşdırılır.
Çoxhüceyrəli heyvanlar quruluş səviyyəsinin yüksəlməsi ardıcıllığı ilə öyrənilir. Sərbəst
yaşayan və parazit həyat tərzi keçirən canlılar müqayisə olunur. Parazit qurdların
bəziləri insanın sağlamlığına böyük zərər vurduğu üçün onların quruluşuna, yoluxma
yollarına diqqət yetirilir.
“Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar” bölməsində
molyusklar və buğumayaqlılar tiplərinin nümayəndələrinin quruluşu, səciyyəvi xüsusiy-
yətləri, növ müxtəlifliyi barədə məlumat verilir. Buğumayaqlılar
tipinin nümayəndələri
həm təbiətdə, həm də insanın fəaliyyətində böyük rol oynayır. Bu səbəbdən onların
geniş yayılmış növlərini təsnif etmək bacarıqları inkişaf etdirilir. Azərbaycanda rast
gəlinən nümayəndələrinə misallar gətirilir.