7
“Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və
sürünənlər” bölməsində şagirdlər xordalılar tipi ilə tanış olurlar. Kəlləsizlər, balıqlar,
suda-quruda yaşayanlar və sürünənlərin
quruluş xüsusiyyətləri, müxtəlifliyi, təbiətdə
yayılması barədə məlumat alırlar. İnsan üçün təsərrüfat əhəmiyyəti olan, Azərbaycanda
rast gəlinən növlərə diqqət yetirilir.
“Xordalı heyvanlar. Quşlar və məməlilər” bölməsi xordalılar tipinin quşlar və
məməlilər sinfinin quruluşuna və müxtəlifliyinə həsr edilmişdir. Azərbaycanda quşların,
məməlilərin qorunması ilə bağlı keçirilən
tədbirlər, qoruqlarda və yasaqlıqlarda görülən
işlər barədə məlumatlar əks edilmişdir. İnsanın digər məməlilərlə oxşar və fərqli
cəhətləri barədə məlumat verilmiş, nitqin və təfəkkürün inkişafının ali sinir fəaliyyətinin
inkişafı ilə əlaqədar olduğu izah edilmişdir.
BİOLOGİYA FƏNN KURİKULUMU HAQQINDA
Biologiya fənn kurikulumu və onun xarakterik cəhətləri. Biologiya fənn
kurikulumu ölkəmizdə aparılan təhsil islahatının yerinə yetirilməsi istiqamətində gö-
rülmüş işlərdən biri kimi meydana çıxmışdır. Özündə dünyanın
mütərəqqi ölkələrinin
təhsil təcrübələrini ümumiləşdirən bu sənəd bilavasitə şagirdlərin bir şəxsiyyət kimi
formalaşmasına istiqamətlənməklə özünün humanist, demokratik və inteqrativ xarak-
terinə görə fərqlənir. Orada məzmun standartlarının, təlim strategiyalarının, qiy-
mətləndirməyə dair məzmun, vasitə və mexanizmlərin verilməsi onun həm də kompleks
bir sənəd olduğunu göstərir.
Biologiyadan yeni məzmunun nəticələr (məzmun standartları) formasında
verilməsi kurikulum sənədinin demokratik xarakterindən irəli gəlir. Müəllimlərə nəti-
cələrin bir standart tələb kimi verilməsi onlara
fəaliyyətində sərbəst olmağa, müvafiq
təlim strategiyaları seçməyə, yaxud öz imkan və şəraitlərinə uyğun təlim strategiyaları
hazırlamağa imkan yaradır. Yaxud müasir dərsliklərin, digər resursların hazırlanmasını
istiqamətləndirir.
Biologiya fənni üzrə yeni məzmunda insan, onun sağlamlığı, insanın sosial
mahiyyəti,
insan və təbiət münasibətləri, insanın psixoloji xüsusiyyətlərinə aid həyati
əhəmiyyəti olan ən zəruri bilik və bacarıqlar əhatə olunur.
Kurikulumda canlıların hüceyrədən biosferədək təşkili səviyyələri, canlılar
aləminin kimyəvi və bioloji təkamülü, irsi dəyişikliklərin qanunauyğunluqları, ekoloji
problemlər, onun dərk edilməsi və həlli yolları sadədən
mürəkkəbə doğru istər mərhə-
lələr, istərsə də siniflər üzrə şaquli və üfüqi inteqrasiya nəzərə alınmaqla təqdim edilir.
Şagirdin tədqiqatçılıq bacarıqları inkişaf etdirilir. Onun məlumatları ümumiləşdirmək,
eksperimentlər aparmaq, məruzə, referat, təqdimatlar hazırlamaq, bitkiləri becərmək,
heyvanları bəsləmək və insan sağlamlığını qorumaq bacarıqları formalaşır.
Biologiya fənn kurikulumunda şagirdlərin məntiqi təfəkkürünün, fənlə bağlı
həyati bacarıqlarının inkişaf etdirilməsi, inteqrativlik, sadədən
mürəkkəbə doğru inkişaf,
məzmun və fəaliyyətin qarşılıqlı əlaqəsinin təşkili, fənnin tədrisində yeni texno-
logiyaların tətbiqinin təmin edilməsi məsələləri nəzərdə tutulur.
VII
sinif üzrə məzmun standartları
VII sinfin sonunda şagird:
• canlılar aləmini öyrənən elm sahələrini, onların müxtəlifliyini şərh edir, sistematik
kateqoriyaları fərqləndirir;
• laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl edir;
8
• canlılarda gedən həyati prosesləri fərqləndirir, pozulma səbəblərini sadalayır,
buna dair
hesablamalar aparır;
• insanı digər məməlilərlə müqayisə edir, onun ali sinir fəaliyyətini izah edir;
• virus, bakteriya, göbələk və heyvanların törətdiyi xəstəlikləri təsvir edir, dərman bitkilərini
qruplaşdırır;
• təbiətdə baş verən fiziki və kimyəvi dəyişikliklərin canlılara
təsirini izah edir;
• canlıların qorunmasına dair müşahidələr aparır, respublikanın xüsusi mühafizə olunan
təbiət ərazilərini fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini şərh edir.
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından istifadə qay-
dalarına əməl edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini sadalayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və nəticələri
ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir.
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların əlamətlərini
fərqləndirir.
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında mülahizələrini şərh
edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir.