15
Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim
məqsədləri
əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır. Müəllim
qiymətləndirmə meyarlarına uyğun 4 səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri
hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.
"Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin
formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır. Müəllim
yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin
yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarım-
ilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir.
Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı
göstəricisidir.
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir.
Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və ya
bölmələrin sonunda müəllim
tərəfindən, böyük summativ qiymətləndirmə (BSQ) isə yarımillərin sonunda məktəb
rəhbərliyinin və ya məktəbdə yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris
edən müəllim tərəfindən aparılır. Summativ qiymətləndirmənin nəticələri rəsmidir və
keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanılır:
Y1 Y2 İllik Y1 Y2
İllik Y1 Y2
İllik Y1 Y2
İllik
2 2 2 3 2 2 4 2 2 5 2 2
2 3 3 3 3 3 4 3 3 5 3 4
2 4 3 3 4 4 4 4 4 5 4 4
2 5 4 3 5 4 4 5 5 5 5 5
Şagirdin qiyməti düzgün cavabların maksimum bala nisbəti ilə faiz göstəricisinə
uyğun müəyyənləşdirilir:
№
Şagirdin yerinə yetirdiyi
tapşırıqların faizlə miqdarı
Şagirdin qiyməti
1 [0% - 40%]
2 (qeyri-kafi)
2 (40% - 60%]
3 (kafi)
3 (60% - 80%]
4 (yaxşı)
4 (80% - 100%]
5 (əla)
16
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ
İŞ TEXNOLOGİYASININ ŞƏRHİ
FƏSİL ÜZRƏ REALLAŞDIRILACAQ
ALT STANDARTLAR
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:
11 saat
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:
1 saat
1. CANLI ORQANİZMLӘR VӘ ONLARIN ÖYRӘNİLMӘSİ
Dərs 1 / Mövzu 1
:
CANLI ORQANİZMLƏRİ ÖYRƏNƏN ELM
SAHƏLƏRİ
Dərslikdəki mətnlə tanış olduqdan sonra şagirdlər əvvəlki biliklərindən faydalanaraq, sualı
müzakirə edir və müxtəlif fikirlər irəli sürürlər. Müzakirə zamanı şagirdlərin fikrini ona
yönəltmək lazımdır ki, canlı orqanizmlərin öyrənilməsi onların quruluş və həyat fəaliyyətinin
ümumi qanunauyğunluqlarını müəyyən etməyə imkan verir. Bu zaman müəllim sual verə bilər:
Alt
STANDARTLAR
1.1.1. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini
şərh edir.
Təlim
NƏTİCƏLƏRİ
Canlılar aləmindən bəhs edən elm sahələrini sadalayır.
Bioloji elmlər barədə fikirlərini şərh edir.
1.1.1. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini şərh edir.
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından istifadə
qaydalarına əməl edir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır
və nəticələri
ümumiləşdirir.
CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ ONUN ÖYRƏNİLMƏSİ
TƏDRİS VAHİDİ –
1
17
“Canlı orqanizmləri hansı bioloji elmlər öyrənir?” Dərsin bu mərhələsində şagirdlər 6-cı sinif
biologiya kursundan öyrəndiklərini yada salar, bəzi bioloji elmləri və onların öyrənmə
obyektlərini ümumiləşdirilmiş cədvəldə qeyd edə bilərlər. Müzakirələr şagirdlərin aşağı
siniflərdən öyrəndikləri bilikləri fəallaşdırmağa və diaqnostikasını aparmağa xidmət edəcəkdir.
Bioloji elm
Tədqiqat obyekti
Mikologiya
Botanika
Virusologiya
Zoologiya
Bakteriologiya
Praktiki işi yerinə yetirən zaman şagirdlər belə bir nəticəyə gəlirlər ki, onların ve-
rilmiş orqanizmlər haqqında bilikləri tapşırığı tam yerinə yetirmək üçün kifayət etmir.
Müəllim şagirdləri biologiyanın canlı orqanizmlərin ümumi xassələrinin qanunauyğun-
luqlarını, onların müxtəlifliyinin səbəblərini, onların quruluşunun ətraf
mühit şəraiti ilə
əlaqəsini öyrənən kompleks elm olması nəticəsinə yönəltməlidir
.
Mövzunun nəzəri hissəsi ilə tanışlığa “Canlı orqanizmlərin daxili quruluşunu (həyat
fəaliyyətini) hansı bioloji elmlər öyrənir”sualı ilə başlamaq olar. Bu zaman şagirdləri mü-
zakirəyə cəlb etmək əhəmiyyətlidir. Şagirdlər nəzəri materialı öyrəndikcə cədvəlin doldurul-
masını davam edə bilərlər.
Şagirdlərin diqqətini cədvəlin “Tədqiqat obyekti” hissəsinə
yönəltmək vacibdir. Cədvəldən görünür ki, bioloji elmlər təkcə tədqiqat obyektlərinə görə
ayrılmır. Onların içərisində canlıların ümumi xüsusiyyətlərini – quruluşunu, həyat
fəaliyyətini öyrənən elm sahələrinin olduğunu görmək olar. Şagirdlərə izah etmək lazımdır
ki, elmin yüksək sürətlə inkişafı müxtəlif təbiət elmləri arasında qarşılıqlı əlaqələrin
artmasını zəruri edir. Вelə ki, orqanizmlərin fiziki aspektlərini öyrənən biofizika elmi, bioloji
obyektlərdə həyati proseslərin kimyəvi əsaslarını öyrənən biokimya və s. elmlər yaranmışdır.
Nəzəri materialı öyrənən
zaman bitkilərin, heyvanların xarici və daxili quruluşunu
(anatomiya) göstərən plakatlardan, videomateriallardan (fiziologiya) və s. istifadə etmək
məqsədəuyğundur.
Tətbiq mərhələsində şagirdlər dərslikdən istifadə edərkən krossvordu tamamlayırlar.
Krossvordu dolduran zaman şagirdlər bioloji elmlərin adı və tədqiq etdiyi sahələr barədə
fikirlərini şərh edirlər.
“Öyrəndiklərinizi yoxlayın” hissəsində şagirdlər əvvəlki biliklərinə əsaslanaraq, öz
nümunələri ilə cədvəli tamamlayırlar. Əgər dərsdə cədvələ əlavələr olunmuşsa, həmin
əlavələri bu cədvələ köçürmək olar. İkinci tapşırıqda şagirdlər adıçəkilən obyektləri və
prosesləri
öyrənən elm sahələrinin adını (fiziologiya, anatomiya) çəkirlər. Şagirdlər
arzularından asılı olaraq öz nümunələrini də əlavə edə bilərlər.
Qiymətləndirmə meyarları: şərhetmə
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Canlılar aləmin-
dən
bəhs edən elm
sahələri barədə fikir-
lərini çətinliklə şərh
edir.
Canlılar aləmin-
dən bəhs edən elm
sahələri barədə fikir-
lərini şərh edərkən
bəzi səhvlər buraxır.
Canlılar aləmin-
dən bəhs edən elm sa-
hələri barədə fikirlərini
şərh
edərkən kiçik qey-
ri-dəqiqliyə yol verir.
Canlılar aləmin-
dən bəhs edən elm
sahələri barədə fikir-
lərini ətraflı şərh
edir.