Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

 
 
15
Formativ qiymətləndirmə  fənnin məzmun standartları üzrə  təlim   məqsədləri 
əsasında müəyyənləşdirilmiş   qiymətləndirmə meyarlarına görə aparılır. Müəllim 
qiymətləndirmə meyarlarına uyğun 4 səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri 
hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər. 
"Müəllimin formativ qiymətləndirmə  dəftəri"ndə rubriklərin məzmunu və  şagirdin 
formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır. Müəllim 
yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə  dəftəri"  əsasında  şagirdin 
yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.  
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarım-
ilin və ilin sonunda) şagirdlərin  əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. 
Summativ qiymətləndirmə  məzmun standartlarının mənimsəmə  səviyyəsinin etibarlı 
göstəricisidir. 
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir.  
Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və ya bölmələrin sonunda  müəllim 
tərəfindən, böyük summativ qiymətləndirmə (BSQ) isə yarımillərin sonunda məktəb 
rəhbərliyinin və ya məktəbdə yaradılan müvafiq komissiyanın nəzarəti  ilə fənni tədris 
edən müəllim tərəfindən aparılır. Summativ qiymətləndirmənin nəticələri rəsmidir və  
keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. 
Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanılır:  
               
Y1 Y2 İllik  Y1 Y2 
İllik  Y1 Y2 
İllik  Y1 Y2 
İllik 
2 2 2    3 2 2    4 2 2    5 2 2 
2 3 3    3 3 3    4 3 3    5 3 4 
2 4 3    3 4 4    4 4 4    5 4 4 
2 5 4    3 5 4    4 5 5    5 5 5 
 
Şagirdin qiyməti düzgün cavabların maksimum bala nisbəti ilə faiz göstəricisinə 
uyğun müəyyənləşdirilir:  
 
№ 
Şagirdin yerinə yetirdiyi 
tapşırıqların faizlə miqdarı 
Şagirdin qiyməti
1    [0% - 40%]  
2 (qeyri-kafi) 
2    (40% - 60%]  
3 (kafi) 
3    (60% - 80%]  
4 (yaxşı) 
4    (80% - 100%]  
5 (əla) 
 
 
 


 
 
16
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ  
İŞ TEXNOLOGİYASININ ŞƏRHİ
 
 
 
 
FƏSİL ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR  
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
11 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 
 
 
1. CANLI ORQANİZMLӘR VӘ ONLARIN ÖYRӘNİLMӘSİ 
 
Dərs 1 / Mövzu 1:
 CANLI  ORQANİZMLƏRİ ÖYRƏNƏN ELM  
                               SAHƏLƏRİ 
 
 
 
 
Dərslikdəki mətnlə tanış olduqdan sonra şagirdlər əvvəlki biliklərindən faydalanaraq, sualı 
müzakirə edir və müxtəlif fikirlər irəli sürürlər. Müzakirə zamanı  şagirdlərin fikrini ona 
yönəltmək lazımdır ki, canlı orqanizmlərin öyrənilməsi onların quruluş və həyat fəaliyyətinin 
ümumi qanunauyğunluqlarını müəyyən etməyə imkan verir. Bu zaman müəllim sual verə bilər: 
Alt 
STANDARTLAR
1.1.1. Canlılar aləmindən  bəhs edən elm sahələri  barədə fikirlərini 
şərh edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 Canlılar aləmindən  bəhs edən elm sahələrini sadalayır. 
 Bioloji elmlər barədə fikirlərini şərh edir. 
1.1.1. Canlılar aləmindən  bəhs edən elm sahələri  barədə fikirlərini şərh edir. 
1.1.2. Canlıların  müxtəlifliyi  haqqında mülahizələrini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından  istifadə 
qaydalarına əməl edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və nəticələri 
ümumiləşdirir. 
CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ ONUN ÖYRƏNİLMƏSİ 
TƏDRİS VAHİDİ –
1


 
 
17
“Canlı orqanizmləri hansı bioloji elmlər öyrənir?” Dərsin bu mərhələsində şagirdlər 6-cı sinif 
biologiya kursundan öyrəndiklərini yada salar, bəzi bioloji elmləri və onların öyrənmə 
obyektlərini ümumiləşdirilmiş  cədvəldə qeyd edə bilərlər. Müzakirələr  şagirdlərin aşağı 
siniflərdən öyrəndikləri bilikləri fəallaşdırmağa və diaqnostikasını aparmağa xidmət edəcəkdir.  
Bioloji elm 
Tədqiqat obyekti 
Mikologiya 
  
Botanika 
  
Virusologiya 
  
Zoologiya 
  
Bakteriologiya 
  
 
Praktiki işi yerinə yetirən zaman şagirdlər belə bir nəticəyə  gəlirlər ki, onların ve-
rilmiş orqanizmlər haqqında bilikləri tapşırığı tam yerinə yetirmək üçün kifayət etmir.  
Müəllim  şagirdləri biologiyanın canlı orqanizmlərin ümumi xassələrinin qanunauyğun-
luqlarını, onların müxtəlifliyinin səbəblərini, onların quruluşunun  ətraf mühit şəraiti ilə 
əlaqəsini öyrənən kompleks elm olması nəticəsinə yönəltməlidir
.    
 Mövzunun nəzəri hissəsi ilə tanışlığa “Canlı orqanizmlərin daxili quruluşunu (həyat 
fəaliyyətini) hansı bioloji elmlər öyrənir”sualı ilə başlamaq olar. Bu zaman şagirdləri mü-
zakirəyə cəlb etmək əhəmiyyətlidir. Şagirdlər nəzəri materialı öyrəndikcə cədvəlin doldurul-
masını davam edə bilərlər.
 
Şagirdlərin diqqətini cədvəlin “Tədqiqat obyekti” hissəsinə 
yönəltmək vacibdir. Cədvəldən görünür ki, bioloji elmlər təkcə  tədqiqat obyektlərinə görə 
ayrılmır. Onların içərisində canlıların ümumi xüsusiyyətlərini – quruluşunu, həyat 
fəaliyyətini öyrənən elm sahələrinin olduğunu görmək olar. Şagirdlərə izah etmək lazımdır 
ki, elmin yüksək sürətlə inkişafı müxtəlif təbiət elmləri arasında qarşılıqlı  əlaqələrin 
artmasını zəruri edir. Вelə ki, orqanizmlərin fiziki aspektlərini öyrənən biofizika elmi, bioloji 
obyektlərdə həyati proseslərin kimyəvi əsaslarını öyrənən biokimya və s. elmlər yaranmışdır.   
Nəzəri materialı öyrənən zaman bitkilərin, heyvanların xarici və daxili quruluşunu 
(anatomiya) göstərən plakatlardan, videomateriallardan (fiziologiya)  və s. istifadə etmək 
məqsədəuyğundur. 
 Tətbiq mərhələsində şagirdlər dərslikdən istifadə edərkən krossvordu tamamlayırlar.  
Krossvordu dolduran zaman şagirdlər bioloji elmlərin adı  və  tədqiq etdiyi sahələr barədə 
fikirlərini şərh edirlər. 
“Öyrəndiklərinizi yoxlayın” hissəsində  şagirdlər  əvvəlki biliklərinə  əsaslanaraq, öz 
nümunələri ilə  cədvəli tamamlayırlar.  Əgər dərsdə  cədvələ  əlavələr olunmuşsa, həmin 
əlavələri bu cədvələ köçürmək olar. İkinci tapşırıqda  şagirdlər adıçəkilən obyektləri və 
prosesləri
 
öyrənən elm sahələrinin adını (fiziologiya, anatomiya) çəkirlər.  Şagirdlər 
arzularından asılı olaraq öz nümunələrini də əlavə edə bilərlər.  
Qiymətləndirmə meyarları: şərhetmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Canlılar aləmin-
dən  bəhs edən elm 
sahələri barədə fikir-
lərini  çətinliklə şərh 
edir. 
Canlılar aləmin-
dən  bəhs edən elm 
sahələri barədə fikir-
lərini şərh edərkən 
bəzi səhvlər buraxır.  
Canlılar aləmin-
dən  bəhs edən elm sa-
hələri barədə fikirlərini 
şərh edərkən  kiçik qey-
ri-dəqiqliyə yol verir.   
Canlılar aləmin-
dən  bəhs edən elm 
sahələri barədə fikir-
lərini ətraflı şərh 
edir.   


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə