Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

 
 
36
 ”Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırıq mövzunu tam əhatə 
edir və dərsin məqsədlərində qeyd olunmuş bacarıqların nümayişi üçün imkan yaradır.   
“Öyrəndiklərinizi yoxlayın” blokunun tapşırıqları ikinci fəslə daxil edilən məlumatları 
ümumiləşdirir. Bu tapşırıqlar  şagirdlərin ibtidai və ali sporlu bitkilərin səciyyəvi 
xüsusiyyətləri, nümayəndələrinin adları haqqında biliklərini ümumiləşdirməyə imkan verir.  
 
Qiymətləndirmə meyarları: şərhetmə, qruplaşdırma 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Qıjıkimilərin müx-
təlifliyi haqqında 
mülahizələrini müəl-
limin və yoldaşları-
nın verdiyi sualların 
köməyi ilə  şərh edir. 
Qıjıkimilərin müx-
təlifliyi haqqında 
mülahizələrini 
çətinliklə şərh edir.  
Qıjıkimilərin müx-
təlifliyi haqqında 
mülahizələrini şərh 
edərkən kiçik səhv-
lərə yol verir. 
Qıjıkimilərin müx-
təlifliyi haqqında 
mülahizələrini ətraflı  
şərh edir.  
Qatırquyruğular və 
plaunları  təbiətdə 
roluna və müalicəvi 
əhəmiyyətinə görə  
qruplaşdırarkən
 tez-
tez səhvlərə yol 
verir. 
Qatırquyruğular və 
plaunları təbiətdə 
roluna və müalicəvi 
əhəmiyyətinə görə  
qruplaşdırarkən bə-
zi səhvlərə yol 
verir. 
 
Qatırquyruğular və 
plaunları təbiətdə 
roluna və müalicəvi 
əhəmiyyətinə görə, 
əsasən, düzgün 
qruplaşdırır.
 
Qatırquyruğular və 
plaunları təbiətdə 
roluna və  müali-
cəvi əhəmiyyətinə 
görə  tam düzgün 
qruplaşdırır.
 
 
Elektron resurs:  
http://my.mail.ru/video/mail/alexivanov43/2815/2556.html#video=/mail/leonidelita/2380/28
40
 


 
 
37
I VƏ II FƏSİLLƏR ÜZRƏ
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
1. Açar sözlərdən istifadə edərkən “Soğan dəriciyindən mikropreparatın 
hazırlanması” mətnini tamamlayın. 
.......... ......... silib, ............. ilə onun üzərinə 1-2 damcı su əlavə edin. Preparat iynəsi 
ilə soğan pulcuğunun daxili hissəsindən  dəriciyi ayırın və onu əşya  şüşəsinin 
üzərindəki ........... içərisinə yerləşdirin və  kənarlarını ehtiyatla düzəldin. Preparatın 
üstünü .......... ........... ilə örtün.  
Aşar sözlər: Örtük şüşəsi, əşya şüşəsi, pipet, su.  
 
 
2. Biologiyanın müvafiq elm sahələrində göstərilən tədqiqat metodlarının 
istifadəsinə aid misal gətirin.   
Tədqiqat metodu 
Elm sahəsi Misal 
Müşahidə Mikologiya 
 
Ölçmə Zoologiya 
 
Təcrübə Botanika 
 
 
3. Şəkildə hansı yosun təsvir olunmuşdur? Rəqəmlərlə yosun hüceyrəsinin hansı 
hissələri göstərilmişdir? 
          
 
 
 
 
 
4. “Quş mamırı ilə sfaqnum mamırının fərqli əlamətləri” cədvəlini tamamlayın.  
 
Əlamətlər Quş mamırı Sfaqnum 
mamırı 
Rizoidlərin olması 
 
 
Erkək və dişi orqanlarının 
yerləşməsi 
 
 
Yarpağın quruluşu  
 
Gövdənin quruluşu  
 
 
Qutucuğun quruluşu  
 
 
 
5. Laminariya ilə quş mamırı üçün ümumi əlaməti müəyyən edin. 
А. Rizoidlərin olması               В. Köklərin olması              С. Gövdənin olması             
D. Gövdənin və yarpaqların olması     Е. Yarpaqların olması 
 
1. _________ 
2. _________ 
3. _________ 
4. _________ 


 
 
38
6. Şəkildə təsvir olunan bitkilər necə adlanır? Açar sözlərin hansı bitkilərə aid 
olduğunu müəyyən edin.  
 
Açar sözlər: tallom, rizoidlər, kökümsov, kök, gövdə, sporangi, qutucuq, protal, 
zoospor.  
 
7. Birhüceyrəli və çoxhüceyrəli yosunların oxşar və fərqli cəhətlərini diaqramda 
qeyd edin. 
 
 
 
8. Düzgün ifadələri qeyd edin: 
  Ulotriksin kökləri var.  
  Yosunlar su hövzələrini oksigenlə zənginləşdirir.  
  Mamırlar ali bitkilərə aiddir. 
  Mamırlar həm quru, həm də rütubətli şəraitdə yaşaya bilir. 
  Sfaqnumun rizoidləri yoxdur. 
  Sfaqnum qıjıkimilərə aiddir . 
  Daş kömür yataqları qədim qıjıkimilərdən əmələ gəlmişdir. 
9. Qıjının inkişaf mərhələlərini (1-8) adlandırın.  
 
10.  Düzgün variantı seçin: 
Qıjıkimilərin yarpağında xlorofil xromotoforlarda / xloroplastlarda yerləşir. 
Erkək qıjının sporangiləri yarpağın alt/üst hissəsində olur. 
    Yosunlar ibtidai/ali bitkilərə aiddir. 
1                                                 2                                     3 


 
 
39
3. ALİ TOXUMLU BİTKİLӘR 
 
Dərs 13 / Mövzu 12:
 ÇILPAQTOXUMLULAR ŞÖBƏSİ 
Bu fəslin sonuncu dərsi “Yaşadığınız diyarın dərman bitkiləri” adlı layihənin müzakirəsinə 
həsr olunur. İcrası 4-5 həftə  ərzində  nəzərdə tutulmuş bu layihə haqqında  şagirdlərə  qısa 
məlumatın 5-10 dəqiqə ərzində dərsin əvvəlində verilməsi daha məqsədəuyğundur. Fəaliyyət 
planını indidən müəyyənləşdirmək üçün 21-ci dərsə aid tövsiyələrdə tanış olmaq lazımdır.  
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış edir və təqdim 
olunan sualın müzakirəsini təşkil edir.  Bu zaman BİBÖ üsulundan istifadə etməklə 
şagirdlərin əvvəlki biliklərini aşkarlamaq və öyrənmək istədikləri sualları müəyyənləşdirmək 
olar. Bu və növbəti dərsin sonunda isə bu sualların nə dərəcədə cavablandırıldığı qeyd oluna 
bilər 
(BİBÖ cədvəli A1,  yaxud A3 vərəqində hazırlanır). 
“Fəaliyyət” bölümünə keçməzdən  əvvəl aşağıdakı suallar üzrə müzakirələr təşkil etmək 
mümkündür. Məsələn, “Ali bitkilər hansı iki qrupa bölünür?”, “Ali bitkilərin hansı şöbələri 
sporlulara aiddir?”, “Sporlu bitkilərlə ali bitkilərin  əsas fərqi nədən ibarətdir?”, “Sporlu 
bitkilərin çoxalması nədən asılıdır?” və s.   
Toxumlu bitkilər haqqında ilkin məlumatla tanış olduqdan sonra şagirdlər laboratoriya işini 
yerinə yetirirlər. 
“Fəaliyyət” bölümündə  şagirdlər işi təbii obyekt üzərində aparırlar.  İmkan olduqda, 
bu mərhələdə çılpaqtoxumlu bitkilərin hər hansı iki nümayəndəsi müqayisə oluna bilər. Bu 
halda cədvələ müvafiq xanalar əlavə etmək lazımdır. İşin sonunda nəticələr müzakirə olunur, 
müəllim əlavə suallar verir. Məsələn,   “Sizin ərazidə hansı iynəyarpaqlı bitkilərə rast gəlmək 
olar?”, “Xarici quruluşun hansı xüsusiyyətləri onları bir şöbədə birləşdirir?”   
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda 
müzakirələr” üsulları ilə aparıla bilər.  Şagirdlər öyrəndikləri məlumatları “Öyrəndiklərinizi 
yoxlayın”  bölümündəki təqdim olunmuş  cədvəldə qeyd edə bilərlər. Bu mexanizm 
şagirdlərdə müqayisə  vərdişlərinin daha da inkişaf etməsinə kömək edir. Bununla yanaşı, 
BİBÖ cədvəlinə  də müvafiq əlavələr edilir. Ümumi cədvəl isə növbəti dərsdə 
tamamlanmalıdır. Dərsdə tablo, elektron təqdimatlar, videomaterial və digər  əyani 
vəsaitlərdən istifadə etmək məqsədəuyğundur.  
Alt 
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadan-
lıqlarından  istifadə qaydalarına əməl edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 Çılpaqtoxumluların müxtəlifliyi haqqında mülahizələrini  şərh 
edir. 
 Çılpaqtoxumluların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə