Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə24/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

 
 
58
Dərs 24 / Mövzu 22:
 GÖBƏLƏKLƏR  ALƏMİ. PAPAQLI 
                                  GÖBƏLƏKLƏR 
 
 
 Mətnlə tanış olduqdan sonra müəllim BİBÖ cədvəlindən istifadə edərkən göbələklər 
haqqında şagirdlərin biliklərini üzə çıxarır. Şagirdləri fəallaşdırmaq üçün  müxtəlif suallarla 
müraciət edilə bilər. Məsələn:   
  Göbələklər hansı sistematik kateqoriyada birləşir?  
  Niyə göbələkləri ayrı aləmə ayırırlar?   
  Göbələkləri hansı elm sahəsi öyrənir? 
  Göbələklərin digər canlılarla oxşarlığı və fərqi nədədir?  
  Hansı göbələkləri saprofit (parazit) adlandırırlar? 
  Göbələklər necə çoxalır? Və s.
 
 
Sonra  şagirdlər göbələklər haqqında dərslikdəki ilkin məlumatla tanış olurlar. Əldə 
edilmiş biliklər növbəti mərhələyə keçidi təmin edir. 
 Praktik  işi  şagirdlər hər hansı  təzə göbələk (məs.,  şampinyon) üzərində aparırlar. 
Alınan nəticələr bütün şagirdlərlə müzakirə olunur, fikir mübadiləsi gedir, əlavələr və 
düzəlişlər edilir.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “İnsert” üsulu ilə aparıla bilər. Mətni şagirdlər 
müstəqil, yaxud cütlər formasında oxuyub onun kənarında yerləşdirilmiş ağ kağız zolağında 
müvafiq işarələr yazırlar  (“” – bu məlumat mənə tanış idi,   “–“ bu məlumat mənim 
əvvəllər bildiyimi inkar edir, “+” bu məlumat mənim üçün yenidir, “?” bu məsələyə dair 
əlavə məlumat almaq istərdim).
 
Bundan sonra məlumatın müzakirəsi təşkil olunur. Müzakirə aşağıdakı suallara əsaslana 
bilər:  
  Borucuqlu və lövhəcikli (yeməli və zəhərli) göbələklərin oxşarlığı və fərqi nədədir? 
  Göbələklər necə qidalanır (çoxalır)? 
  Göbələyin meyvə cismi nədən ibarətdir? 
  Papaqlı göbələk hansı quruluşa malikdir? 
BİBÖ cədvəlinə əlavələr edilir.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 Göbələklərin quruluşu və müxtəlifliyi haqqında mülahizələrini 
şərh edir. 
 Göbələklərin qidalanma, çoxalma proseslərini digər canlılarda 
gedən uyğun proseslərdən fərqləndirir. 
 
 


 
 
59
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda rus dilində müvafiq elektron 
materiallar yerləşdirilmişdir. 
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırıqda öyrənilmiş 
məlumatdan istifadə edərkən şagirdlər düzgün variantı seçirlər.  
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə  şagirdlər göbələklərin adları  və daxil olduqları 
qrurlarla  əlaqələndirirlər.  İkinci tapşırıqda  şagirdlər yaşadıqları  ərazidə    rast  gəlinən yeməli 
göbələklərin  şəkillərini çəkməli, adlarını yazmalıdırlar.  Şəhərlərdə yerləşən məktəblərin 
şagirdləri üçün müəllim tapşırığı  dəyişə bilər. Məsələn, “Yeməli (zəhərli) göbələklər 
haqqında qısa təqdimat hazırlayın”.   
 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
 
Elektron resurslar: 
http://biology-online.ru/uroki/media/griby-5-6klass/gryby_stroenie.SWF 
http://video.yandex.ru/users/4611686020518745906/view/48524357/ 
 
Dərs 25 / Mövzu 23:
 GÖBƏLƏKLƏRİN MÜXTƏLİFLİYİ 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Göbələklərin quru-
luşu və müxtəlifliyi 
haqqında mülahizə-
lərini qeyri-dəqiq 
şərh edir.  
Göbələklərin 
quruluşu və müx-
təlifliyi haqqında 
mülahizələrini 
çətinliklə şərh edir. 
Göbələklərin 
quruluşu və 
müxtəlifliyi haqqında 
mülahizələrini şərh 
edərkən kiçik qeyri-
dəqiqliyə yol verir. 
Göbələklərin 
quruluşu və 
müxtəlifliyi haqqında 
mülahizələrini geniş 
şərh edir. 
 
Göbələklərin 
qidalanma, çoxalma 
proseslərini yalnız 
müəllimin köməyi ilə 
fərqləndirir. 
Göbələklərin 
qidalanma, çoxalma 
proseslərini  
çətinliklə  
fərqləndirir.  
Göbələklərin 
qidalanma, çoxalma 
proseslərini, əsasən, 
düzgün fərqləndirir.  
Göbələklərin 
qidalanma, çoxalma 
proseslərini düzgün 
fərqləndirir. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlılar haqqında mülahizələrini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya ava-
danlıqlarından  istifadə qaydalarına əməl edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Kif, maya və parazit göbələklərinin müxtəlifliyi haqqında 
mülahizələrini şərh edir.  
 Kif göbələklərinin quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 
 
 


 
 
60
 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə  dərslikdəki mətni müzakirə 
edə, bunun üçün istiqamətverici suallar verə bilər:  
  Göbələklər necə qidalanır? 
  Niyə göbələklərdə fotosintez prosesi mümkün deyil? 
  Saprofit nə deməkdir? 
  Göbələklər necə çoxalır? 
  Sporlar harada əmələ gəlir? Və s. 
Bu müzakirələr növbəti mərhələyə keçməyə yardım edir.  
 Laboratoriya işi kifli çörək parçası üzərində aparılır. İşə hazırlığı müəllim aparır. Bu-
nun üçün 3-4 gün əvvəlcədən nəm çörək parçası isti (20-25
0
C) və qapalı (məs., polietilen pa-
ketdə) yerdə saxlanılır. Mikroskop altında sporlara baxmaq üçün isə kif göbələyi bir həftə ye-
tişməlidir. Mitseliyə 60, sporangilərə isə 300 dəfə böyütmə dərəcəsində baxmaq olar.
 
Alınan 
nəticələr bütün şagirdlərlə suallar əsasında müzakirə olunur, fikir mübadiləsi gedir, əlavələr və 
düzəlişlər edilir. Məsələn: “Mukor göbələyinin mitselisi nə  rəngdədir?”, “Niyə bu göbələk 
ərzaq məhsullarının üzərində əmələ gəlir?”, “Mukorun çoxalması necə baş verir?” və s.  
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
А) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə olunur.  
Fasilələr zamanı müəllim şagirdlərə qabaqcadan hazırlanmış müxtəlif suallar verir.  
B) Mətnlə tanışlıq kiçik qruplarda, cütlərdə, yaxud müstəqil də aparıla bilər. Hər qrupa 
abzaslara bölünmüş  mətn verilir (mətn,  şəkillər müəllim tərəfindən də hazırlana bilər). 
Materialı öyrəndikcə “Öyrəndiklərinizi tətbiq edin”  bölməsində verilmiş  cədvəl tədricən 
doldurulur. 
 
Mövzuya aid tövsiyələrin sonundakı saytlarda rus və ingilis dilində müvafiq materiallar 
yerləşdirilmişdir.   
Penisillin preparatının kəşfi ingilis bakterioloqu Aleksandr Fleminqlə bağlıdır. O, 1928-
ci ildə xəstəliktörədici bakteriyaların tədqiqi zamanı üzərinə kif düşən bakteriyaların məhv 
olduğuna fikir verdi. Penicillium notatum adlanan kif göbələklərindən sonralar penisillin 
adlanan dərman aldı. Lakin bu dərman bir neçə gündən sonra öz antibakterial qüvvəsini 
itirirdi. Yalnız 1940-cı ildə infeksion xəstəliklərə qarşı ilk güclü antibiotik alındı. 1945-ci ildə 
bu mövzu üzrə çalışan üç alim tibb sahəsində Nobel mükafatına layiq görüldü. 
“Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş  dərs  ərzində tamamlanmış 
cədvəl müzakirə olunur, məlumat ümumiləşdirilir.  
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə düzgün cavabları qeyd edən şagirdlər göbələklərin 
səciyyəvi xüsusiyyətləri və çoxalması haqqında bilikləri ümumiləşdirirlər.  İkinci tapşırıqda 
əlavə mənbələrdən istifadə edərkən şagirdlər  müxtəlif göbələklərin istifadəsi barədə təqdimat 
hazırlayırlar. Tapşırıqlar dərsdə  mənimsənilən biliklərin ümumiləşdirilməsi və  dərsin 
məqsədində qeyd olunmuş bacarıqların formalaşmasına imkan yaradır. 
 
Qiymətləndirmə meyarları: şərhetmə, əməletmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Kif, maya və parazit 
göbələklərinin müx-
təlifliyi haqqında 
mülahizələrini yalnız 
müəllimin köməyi 
ilə şərh edir.  
Kif, maya və parazit 
göbələklərini səhv 
salır və şərh edərkən 
bəzi səhvlər buraxır.  
Kif, maya və parazit 
göbələklərinin 
müxtəlifliyi 
haqqında 
mülahizələrini kiçik 
səhvlərlə şərh edir.  
Kif, maya və parazit 
göbələklərinin müx-
təlifliyi haqqında 
mülahizələrini 
əsaslandırılmış 
şəkildə şərh edir.  


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə