Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

 
 
44
 
 
Gündəlik planlaşdırma nümunələrində bu və növbəti dərsə aid daha ətraflı tövsiyələr 
verilmişdir.   
Mövzunun  əvvəlindəki tarixi fakt müzakirə olunur. Şagirdlər  əvvəl qazandıqları 
biliklərə əsasən oxşar bitkilərin bir sinfə, fəsiləyə, yaxud hər hansı sistematik kateqoriyaya 
aid olduğu haqqında fikirlər irəli sürürlər. Müəllim “Bunu necə müəyyən etmək olar” sualı 
ilə  şagirdlərin fikrini bitkilərin müəyyən  əlamətlərinə görə  təsvir edilməsinin zəruriliyinə 
yönəldir.
 
“Bitkini hansı əlamətlərinə görə təsvir etmək olar” sualının müzakirəsi
 
şagirdlərin 
növbəti tapşırığa hazırlanmasına kömək etmiş olur.
 
 
 Praktik  fəaliyyətə başlamazdan  əvvəl meyvə növləri və onların xüsusiyyətləri 
haqqında  şagirdlərin VI sinifdə aldıqları bilikləri yada salmaq faydalı olardı. Bunun üçün 
lövhədə belə bir cədvəl tərtib etmək olar.  
MEYVƏ 
 
Şirəli Quru 
Birtoxumlu  
 
Çoxtoxumlu  
 
Müəllimin seçimindən asılı olaraq praktik iş  dərslikdəki  şəkil və ya müvafiq tablolar 
əsasında aparıla bilər.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
А) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim plakatlar, sxemlər, elektron 
təqdimatlar, videomaterial və digər əyani vəsaitlərdən istifadə edərkən nəzəri materialı izah 
edə bilər. İzahat zamanı belə bir cədvəl çəkilir və qeydlər olunur. Bu cədvəlin doldurulması 
növbəti dərslərdə davam edə bilər.  
Fəsilənin 
adı 
Həyat 
forması 
Çiçəyin 
düsturu 
Meyvəsi Nümayəndələri 
Əhəmiyyəti 
... ... ... ... 
... 
... 
B) Mətn ilə tanışlıq kiçik qruplarda da aparıla bilər. Qruplar mətnin hər hansı hissəsini 
təhlil edir və  cədvəlin müvafiq xanasında qeydlər aparırlar. Mətn və ya şəkillər müəllim 
tərəfindən də hazırlana bilər.  İşin nəticələri ümumi cədvəl  şəklində  tərtib olunur. Hazır 
cədvəl nəzərdən keçirilir, nəticələr müzakirə olunur. Cədvəl sonrakı tapşırıqların da yerinə 
yetirilməsini təmin edir. Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda rus dilində 
müvafiq materiallar yerləşdirilmişdir.  
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırığı yerinə yetirən 
şagirdlər dərsdə qazanılan biliklərdən faydalanırlar. Bu tapşırığın məqsədi ümumiləşdirmək 
və müqayisə etmək vərdişlərini formalaşdırmaqdır.  Xaççiçəklilərə və gülçiçəklilərə xas olan 
əlamətləri müəyyən edən  şagirdlər sistematik qrupları müqayisə edir, fərqləndirirlər. 
Tamamlanmış tapşırıq nəzərdən keçirilir, nəticələr müzakirə olunur. 
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə təqdim olunan tapşırıq şagirdlərin əlavə 


 
 
45
mənbələrə müraciət etmələrini tələb edir və tədqiqat aparma vərdiş və bacarıqlarının 
formalaşması üçün imkan yaradır. 
 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Xaççiçəklilərin və 
gülçiçəklilərin xüsu-
siyyətləri haqqında  
mülahizələrini  yalnız 
müəllimin verdiyi su-
alların köməyi ilə şərh 
edir.  
Xaççiçəklilərin və 
gülçiçəklilərin 
xüsusiyyətləri 
haqqında  
mülahizələrini 
şərh edərkən tez-tez 
səhvlərə yol verir.  
Xaççiçəklilərin və 
gülçiçəklilərin 
xüsusiyyətləri 
haqqında  mülahi-
zələrini şərh edərkən 
kiçik səhvlərə yol 
verir. 
Xaççiçəklilərin və 
gülçiçəklilərin 
xüsusiyyətləri 
haqqında  
mülahizələrini 
ətraflı şərh edir.  
Xaççiçəklilər və gül-
çiçəklilər fəsilələrinə 
aid olan bitkiləri fərq-
ləndirməkdə çətinlik 
çəkir. 
Xaççiçəklilər və gül-
çiçəklilər fəsilələrinə 
aid olan bitkiləri çox 
vaxt səhv salır.  
Xaççiçəklilər və gülçi-
çəklilər fəsilələrinə aid 
olan bitkiləri fərqlən-
dirdikdə kiçik qeyri-
dəqiqliyə yol verir.  
Xaççiçəklilər və 
gülçiçəklilər 
fəsilələrinə aid olan 
bitkiləri düzgün 
fərqləndirir. 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=pdlkW0yMLsU 
http://video.yandex.ru/users/vbogunova/view/4/ 
http://www.youtube.com/watch?v=3hekMWAT-ZI 
 
Dərs 17 / Mövzu 16:
 İKİLƏPƏLİLƏR SİNFİ. PAXLALILAR  VƏ 
                        BADIMCANÇİÇƏKLİLƏR  FƏSİLƏSİ 
 
 
 Müəllim  şagirdlərin keçmiş  dərslərdən aldığı biliklərə  əsaslanaraq  şagirdlərlə  aşa-
ğıdakı sualları müzakirə edə bilər:  
  Tanıdığınız bitkilərdən hansıları xaççiçəklilər (gülçiçəklilər) aiddir? 
  Xaççiçəklilərə (gülçiçəklilərə) aid olan bitkilərin çiçəkləri hansı quruluşa malikdir? 
  Xaççiçəklilərə (gülçiçəklilərə) aid olan bitkilərin çiçəkləri, meyvələri bir-birindən 
nə ilə fərqlənir? 
Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış edir və sualların 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Paxlalılar və badımcançiçəklilərin xüsusiyyətləri haqqında  
mülahizələrini şərh edir. 
  Paxlalılar və badımcançiçəklilər fəsilələrinə aid olan bitkiləri 
fərqləndirir. 
 
 


 
 
46
müzakirəsini təşkil edir. Bu suallar üzrə aparılan müzakirələr növbəti tapşırığa  şagirdlərin 
hazırlanmasına kömək etmiş olur.
 
 Praktik  iş  şəkillər  əsasında qurulur. Dərs zamanı müəllim müvafiq təbii 
obyektlərdən, mulyajlardan, yaxud şəkil-aplikasiyalardan da istifadə edə bilər. 
 Paraqrafın nəzəri materialı ilə tanışlıq keçmiş  dərsdəki alqoritm üzrə aparıla bilər. 
İşin nəticələri ümumi cədvələ əlavə olunur.   
Fəsilənin 
adı 
Həyat 
forması 
Çiçəyin 
düsturu 
Meyvəsi Nümayəndələri 
Əhəmiyyəti 
... ... ... ...  ... 
... 
Cədvəl nəzərdən keçirilir, nəticələr müzakirə olunur. Bəzi əlavə məlumatlar  da müzakirə 
edilə bilər. Məsələn:  
  Kartof bitkisinin vətənini söyləyin. 
  Kartof bitkisi necə çoxalır? 
  Kartof bitkisindən harada və necə istifadə olunur?  
  Niyə paxlalılar fəsiləsinin ikinci adı var? 
  Niyə paxlalıları çox vaxt “canlı gübrə” adlandırırlar? 
  Yaşadığınız ərazidə paxlalılar (badımcançiçəklilər) fəsiləsinə aid olan hansı bitkilər 
yetişdirilir?  
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda yerləşdirilən elektron materiallardan 
istifadə etmək olar. 
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırığı yerinə yetirən 
şagirdlər dərsdə qazanılan biliklərdən faydalanırlar. Fəsilələrin adı  və  səciyyəvi  əlamətləri 
arasında uyğunluğu müəyyən edərkən, keçmiş  dərsdə olduğu kimi, şagirdlər 
ümumiləşdirmək və müqayisə etmək vərdişlərini inkişaf etdirir, möhkəmləndirirlər.
 
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə təqdim olunan tapşırıqlar dərsdə iki dərs ərzində 
qazanılan biliklərin tətbiqi və möhkəmləndirilməsinə xidmət edir və    dərsin məqsədlərində 
qeyd olunmuş bacarıqların formalaşmasını təmin edir.  
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Paxlalıların və badım-
cançiçəklilərin  xüsusiy-
yətləri haqqında  mülahi-
zələrini  yalnız müəlli-
min verdiyi sualların 
köməyi ilə şərh edir.  
Paxlalıların və ba-
dımcançiçəklilərin  
xüsusiyyətləri haq-
qında  mülahizələrini 
dəqiq şərh edə bil-
mir. 
Paxlalıların və ba-
dımcançiçəklilərin  
xüsusiyyətləri haq-
qında  mülahizələrini 
şərh edərkən bəzi 
səhvlərə yol verir. 
Paxlalıların və ba-
dımcançiçəklilərin  
xüsusiyyətləri 
haqqında  mü-
lahizələrini 
ətraflı şərh edir. 
Paxlalılar  və badımcan-
çiçəklilər  fəsilələrinə aid 
olan bitkiləri fərqlən-
dirməkdə çətinlik çəkir.  
Paxlalılar  və badım-
cançiçəklilər  fəsilə-
lərinə aid olan bitki-
ləri fərqləndirərkən 
tez-tez səhvlərə yol 
verir.  
Paxlalılar  və badım-
cançiçəklilər  fəsilə-
lərinə aid olan 
bitkiləri fərqlən-
dirdikdə kiçik qeyri-
dəqiqliyə yol verir. 
Paxlalılar  və badım-
cançiçəklilər  fəsilə-
lərinə aid olan bitki-
ləri düzgün fərqlən-
dirir. 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=M-Cm6z9L3pw 
http://www.youtube.com/watch?v=IWU1MqNJ3FA 
http://www.youtube.com/watch?v=ChklhF9Kuh4 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə