Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə18/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

 
 
42
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=752YhVLYWro 
http://www.youtube.com/watch?v=r1wWgIcyEXo 
http://tana.ucoz.ru/load/303 
http://biology-online.ru/video/botanika-6-klass 
 
Dərs 15 / Mövzu 14:
 ÖRTÜLÜTOXUMLULAR ŞÖBƏSİ.  
                                   İKİLƏPƏLİLƏR SİNFİ 
 
 Müvafiq mətnlə tanış olduqdan sonra müəllim şagirdlərə keçən il ərzində qazanılan 
biliklərə  əsaslanaraq  “Örtülütoxumlu bitkilərin orqanları” mövzusunda “Klaster”i 
doldurmağı təklif edə bilər.   
 
Sxem müəllimin sualları əsasında da doldurula bilər. Məsələn,  
  Hansı orqanlar vegetativ (generativ) orqanlara aiddir? Niyə? 
  Köklərin (yarpağın, gövdənin, çiçəyin) hansı növləri mövcuddur? 
  “Örtülütoxumlular” adı nə ilə bağlıdır?  
  Çiçəkli bitkilərin toxumlarının quruluşu necədir? Və s. 
 Müəllimin seçimindən asılı olaraq praktik iş hər hansı çiçəkləyən otaq bitkisi, herbari 
nümunələri, yaxud  müvafiq tablo əsasında aparıla bilər.  İsladılmış noxud (lobya) 
toxumlarını  şagirdlər özləri və ya müəllim 2-3 gün əvvəldən hazırlayır.  İşin gedişi və 
müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır.
 
 
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə istinad edərkən nəzəri 
material şərh və təhlil olunur. Müəllim ikiləpəli bitkilərin əlamətlərinin təsviri zamanı “Klas-
Çılpaqtoxumlulara 
aid bitkilərin təbiətdə 
rolu və əhəmiyyəti 
haqqında mülahizə-
lərini müəllimin kö-
məyi ilə şərh edir.  
Çılpaqtoxumlulara aid 
bitkilərin təbiətdə rolu 
və əhəmiyyəti haq-
qında mülahizələrini 
şərh edərkən çətinlik 
çəkir.  
 
Çılpaqtoxumlulara aid 
bitkilərin təbiətdə rolu 
və əhəmiyyəti haq-
qında mülahizələrini 
əsasən şərh edir.  
 
Çılpaqtoxumlulara 
aid bitkilərin tə-
biətdə rolu və əhə-
miyyəti haqqında 
mülahizələrini 
dolğun şərh edir.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir
.
 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 Örtülütoxumlu bitkilərin xüsusiyyətləri haqqında  mülahizələrini 
şərh edir. 
 
 
Çiçəkli bitkilərin 
orqanları 
Vegetativ 
Generativ 


 
 
43
ter”in halqalarına qayıdır və  şagirdlərin cavablarını öyrəndikləri məlumatla müqayisə edir. 
Şagirdlərdə formalaşmış bitkiləri təsvir və  təyinetmə bacarıqları növbəti paraqraflarda 
örtülütoxumlu bitkilərin müxtəlif fəsilələrinin nümayəndələri barədə biliklərin qavranmasını 
daha da səmərəli edə bilər. Müəllim müxtəlif bitki çiçəklərinin  şəklindən, yaxud elektron 
təqdimatından istifadə edərkən, şagirdlərə aşağıdakı alqoritm üzrə hər hansı çiçəyi təsvir və 
tərtib etməyi tapşırır. 
1. Çiçək saplağını, çiçək yatağını, kasacığı, tacı, erkəkciyi və dişiciyi müəyyən edin. 
2. Kasa yarpaqlarının, ləçəklərin, erkəkciklərin və dişiciklərin sayını hesablayın.  
3. Çiçəkyanlığının sadə və ya ikiqat olduğunu müəyyən edin. 
Daha sonra şərti işarələrlə çiçəyin strukturunu əks etdirən, “çiçək düsturu” anlayışı izah 
olunur. Bu mərhələdə müəllim şagirdlər üçün yaddaş vərəqi hazırlaya bilər.      
K – kasayarpağı, L – ləçək, E – erkəkcik, D – dişicik 
(  ) – bitişmiş hissə,   3  + 3 – üç-üç iki səviyyədə yerləşməsi, ∞ – sayı 12-dən çoxdur və s. 
Çiçəyin quruluşu haqqında bilikləri möhkəmləndirmək üçün bütün sinif və kiçik 
qruplarda belə bir praktiki işin aparılması  məqsədəuyğundur:  şagirdlər  şəkillərdən, çiçək 
modellərindən istifadə edərkən öyrəndikləri çiçəyin düsturunu təyin edirlər
.  
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırığı yerinə yetirən 
şagirdlər 6-cı sinifdə və bu dərsdə qazanılan biliklərdən faydalanırlar. Tamamlanmış tapşırıq 
nəzərdən keçirilir, nəticələr müzakirə olunur. 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə birləpəlilər və ikiləpəlilər üçün səciyyəvi olan 
əlamətlər (şəklə  əsasən) cədvəlin müəyyən sətirlərində qeyd olunur. Bu zaman dərsin 
əvvəlindəki “Klaster”ə bir daha qayıtmaq olar. İkinci tapşırıqda verilən təsvirlərə görə çiçək 
düsturları  tərtib edilir. Bu tapşırıqlar gələcək dərslərdə  nəzərdə tutulan məlumatların daha 
səmərəli mənimsənilməsi üçün zəmin yaradır. 
Qiymətləndirmə meyarları: şərhetmə 
 
Dərs 16 / Mövzu 15:
 İKİLƏPƏLİLƏR SİNFİ.  
                             XAÇÇİÇƏKLİLƏR  VƏ   GÜLÇİÇƏKLİLƏR FƏSİLƏSİ 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Örtülütoxumlu bitki-
lərin xüsusiyyətləri 
haqqında  mülahi-
zələrini çətinliklə 
şərh edir.  
Örtülütoxumlu bitki-
lərin xüsusiyyətləri 
haqqında  mülahi-
zələrini şərh edərkən 
tez-tez səhvlərə yol 
verir.  
Örtülütoxumlu bit-
kilərin xüsusiyyətləri 
haqqında  mülahizə-
lərini şərh edərkən kiçik 
qeyri-dəqiqliyə yol 
verir.  
Örtülütoxumlu 
bitkilərin xüsu-
siyyətləri haqqında  
mülahizələrini   
dolğun şərh edir.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Xaççiçəklilərin və gülçiçəklilərin xüsusiyyətləri haqqında  
mülahizələrini şərh edir. 
  Xaççiçəklilər və gülçiçəklilər fəsilələrinə aid olan bitkiləri 
fərqləndirir. 
 
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə