Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

 
 
63
IV FƏSİL ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
1. Düzgün cavabı seçin: 
1.  Milçəkqıran/sürmə papaqlı göbələklərə aiddir. 
2.  Göbələkləri/şibyələri mikologiya elmi öyrənir.  
3.  Mukor göbələyi sporlarla/tumurcuqlanma ilə çoxalır. 
4.  Taxıl bitkilərinin üzərində qov/çovdar mahmızı göbələyi parazitlik edir. 
5.  Göbələklər sporlarla/toxumlarla çoxala bilir. 
6.  Penisil/solğun əzvay zəhərli göbələklərə aiddir. 
 
2. Şəkildə bakteriya hüceyrələrinin hansı formaları göstərilmişdir? 
 
 
3. Papaqlı göbələyin rəqəmlərlə işarələnmiş hissələrini qeyd edin: 
 
 
 
 
 
4.  Düzgün ifadələri seçin: 
 Şibyələr təbiətə zərər verir. 
 Şibyə göbələkdən və yosundan ibarət simbiotik orqanizmdir. 
 Şibyənin yosun hissəsi üzvi maddələr əmələ gətirir.  
 Şibyənin tərkibindəki göbələk yosunların üzərində parazitlik edir və onların 
hesabına qidalanır. 
 Simbioz qarşılıqlı xeyirli birgəyaşayış formasıdır. 
 Bəzi heyvanlar şibyələrlə qidalanır. 
 
5. Məktəblilər sənaye ərazisi yaxınlığında yerləşən meşəyə gəldilər və orada şibyə 
görmədilər. Bunu necə izah etmək olar? 
6. Göbələklərin hansı parazitdir? 3 doğru cavab seçin: 
А. Pas göbələyi;    
В. Solğun əzvay;   С. Çovdar mahmızı;    
D. Sürmə göbələyi;  
Е. Milçəkqıran    
1………………………. 
2………………………. 
3………………………. 
4………………………. 
1.  
2. 
3. 


 
 
64
7. Orqanizmlərin əlamətləri ilə aid olduqları qruplar arasında uyğunluğu müəyyən 
edin: 
 
A.  Göbələklər 
 
 
B.  Bakteriyalar 
 
 
 
 
8. Cümlələri tamamlayın. 
 
1.  Göbələyin mitselisi ağacların kökü ilə birləşərək .............. əmələ gətirir. 
2.  Yeməli göbələklərə ........................ aiddir. 
3.  Kif göbələyi olan penisildən ............... almaq üçün istifadə olunur.  
4.  Şibyə göbələkdən və ................ ibarətdir. 
5.  Sianobakteriyalar bitkilər kimi ................. etmək qabiliyyətinə malikdir. 
6.  Oksigensiz mühitdə yaşayan bakteriyalar ............... adlanır. 
7.  Maya göbələkləri ................. yolu ilə çoxala bilir.  
8.  Qov göbələyi  …………………  
 
9. Sxemi tamamlayın: 
 
 
10. Cədvəli doldurun:  
 
Bakteriyaların, göbələklərin və şibyələrin təbiətdə və insanın həyatında 
əhəmiyyəti 
Bakteriyalar  
Göbələklər  
Şibyələr  
 
 
 
 
 
Bakteriyalar
Avtotrof
?

Xemotrof
?

a.  Sporlar əlverişsiz  şəraitdə qorunmaq üçün 
b.  Sporlar çoxalmaq üçün 
c.  Eukariotlar 
d.  Prokariotlar 
e.  Avtotrof və heterotrof qidalanma 
f.  Heterotrof qidalanma 
 


 
 
65
 
 
FƏSİL ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR  
 
 
FƏSİL ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:                
34 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    4 saat 
 
 
 
 
5. BİRHÜCEYRӘLİLӘR VӘ ÇOXHÜCEYRӘLİLӘR YARIMALӘMİ 
 
 
 
Dərs 28 / Mövzu 25:
 BİRHÜCEYRƏLİLƏR YARIMALƏMİ. 
SARKOMASTİQOFORLAR VƏ İNFUZORLAR TİPİ 
 
Alt 
STANDARTLAR 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadan-
lıqlarından  istifadə qaydalarına əməl edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  İnfuzor tərliyin quruluşunun öyrənilməsində mikroskop-
dan  istifadə qaydalarına əməl edir. 
  Birhüceyrəlilər yarımaləminin nümayəndələrində gedən həyati 
prosesləri  fərqləndirir.  
 
 
TƏDRİS VAHİDİ – 3 
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
  
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından  istifadə 
qaydalarına əməl edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini  sadalayır. 
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir. 
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir. 
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların əlamətlə-
rini fərqləndirir. 
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.  
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında mülahizələrini 
şərh edir. 
4.2.2. Respublikanın flora  və faunasının qorunma yollarını fərqləndirir.


 
 
66
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə dərslikdəki mətni müzakirə edə 
bilər.  Şagirdlərin aşağı siniflərdə birhüceyrəlilər haqqında aldıqları elementar bilikləri 
müvafiq sualların köməyi ilə yada salmaq faydalı olardı. 
“Hansı birhüceyrəli orqanizmləri tanıyırsınız? Onlara harada rast gəlmək olar? Onların 
quruluşu necədir? Necə hərəkət edirlər (qidalanırlar, tənəffüs edirlər)? Onların hansı ümumi 
və fərqli cəhətləri var?” Və s.  
Təqdim olunmuş laboratoriya işi üçün preparat dərsdə hazırlanır. İşi kiçik qruplarda 
yerinə yetirmək olar. Preparatı müəllim özü də hazırlaya bilər, müşahidəni aparan şagirdlər 
dəftərlərində müvafiq qeydlər edirlər. Mikroskopdan istifadə imkanı olmadıqda müəllim tap-
şırığı hazır fotoşəkillər, elektron təqdimatlar üzərində də qura bilər. Mövzuya aid tövsiyələrin 
sonunda verilmiş saytlarda yerləşdirilən videomateriallardan da istifadə etmək mümkündür.  
 Birhüceyrəli orqanizmlərin quruluş xüsusiyyətləri, həyat fəaliyyəti barədə  nəzəri 
materialın tam qavranılması üçün bu mövzu üzrə elektron resurslardan istifadə olunması 
məqsədəuyğundur. Belə elektron resurslar animasiyalı təqdimatlar, videofayllar şəklində ola 
bilər. Məlumatın  əyaniliyi üçün onun vizual təqdim olunması adətən,  şagirdlərin böyük 
marağına səbəb olur və  zəruri məlumatın daha tam qavranılmasını  təmin edir. Koloniya 
halında yaşayan canlıların quruluşunun izahı zamanı müqayisəli təhlil apararaq onların 
birhüceyrəli orqanizmlərdən üstünlüyünü göstərmək  lazımdır. 
  
Dərs istənilən formada keçilir, nəticələrin ümumiləşdirilməsi üçün “Öyrəndiklərinizi 
yoxlayın” bölümündəki tapşırıq və sxem istifadə oluna bilər.  
 
Sxemə adlarla yanaşı, birhüceyrəlilərin səciyyəvi xüsusiyyətləri də  əlavə olunur. 
“Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırıqda  şagirdlər bir-
hüceyrəlilərin adını müvafiq əlamətlə əlaqələndirirlər. Tapşırıqlar mövzunu ümumiləşdirir və 
dərsin məqsədlərində qeyd olunmuş bacarıqların nümayişi üçün imkan yaradır.   
Qiymətləndirmə meyarları: istifadəetmə, fərqləndirmə 
 
Birhüceyrəlilər 
Sarkomastiqoforlar
İnfuzorlar 
Sarkodinlər 
Qamçılılar 
Kirpikli infuzorlar
İnfuzor tərlik 
Adi amöb 
Yaşıl evqlen 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə