Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə20/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 79 –––  

sirli bir kitab, biz – şagird, tükənmək bilməyən arzu-

larımız isə müəllimimizdir”

1



Bəxtiyar Vahabzadə  “Əlifba” kitabını bütün 

elmlərin başlanğıcı, bütün sirlərin açarı adlandırır. O 

yazır: 

 

“Əlifba kitabı! Xəzansız bahar! 



Üstündən nə bulud, nə də çən keçir. 

Bütün elmlərə gedən cığırlar, 

Bu sadə kitabın üstündən keçir”

2



 

Bəxtiyar Vahabzadə ilk müəllim barədə elə  dəqiq, 

həyat təcrübəsindən çıxmış fikirlər söyləyir ki, onların 

hamısı hikmətli sözlər kimi diqqəti cəlb edir. Məsələn: 

“Biz sonralar nə  qədər böyüsək, ucalsaq, şöhrətlənsək 

də, başımızı  ağ saçlı ilk müəllimlərimizin önündə  əyir 

və onlara deyirik: “Bütün qazandıqlarımıza görə biz sizə 

borcluyuq, müəllimlərimiz, bizim yaratdıqlarımız da si-

zindir. Biz ədiblər, bəstəkarlar, rəssamlar, alimlər, ixti-

raçılar kitabların, nəğmələrin, kəşflərin müəllifiyiksə, 

siz bunları yaradanların müəllifisiniz”

3



Yaxud: “Müəllim bizim ilk dostumuz, mənəvi 

atamız, anamızdır”

4



Başqa bir misal: “...“müəllim” sözü öz lüğəti məna-



sını itirib, daha böyük mənalar kəsb etmiş, misilsiz 

məzmuna malik olmuşdur. Məndən olsaydı,  əlifbadakı 

                                                            

1

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.195 

2

 Yenə orada.s.196 



3

 Yenə orada. 

4

 Yenə orada.  




BULUDXAN  XƏLİLOV 

 

––– 80 –––

  

sıra qanunlarını pozub, “müəllim” sözünü bütün dillərin 

lüğətində ilk söz kimi qəbul edərdim”

1



Bəxtiyar Vahabzadə müəllim obrazını  təsəvvürdə 

canlandırmaq üçün, eləcə  də müəllimin böyüklüyünü 

anlatmaq üçün, həm də müəllimin xidmətini nəzərə 

çatdırmaq üçün bütün müqayisələrə əl atır, o cümlədən 

yunan filosofu Əflatunun fikirlərinə istinad edirdi. 

Nəticədə müəllim bizim gözümüzün önünüdə böyüyür, 

bir daha ucalır. Fikir verin: “Böyük yunan filosofu 

Əflatundan xəbər aldılar:  

-

 

Atanı çox sevirsən, ya müəllimini?  



Filosof cavab verdi:  

-

 



Müəllimimi!  

“Nə üçün” deyə xəbər alanda, o belə cavab verdi:  

-

 

Atam məni göydən yerə endirdi, müəllimim isə 



yerdən göyə qaldırdı”

2



Bizə belə gəlir ki, müəllim barədə mövcud olan bu 

qəbildən olan fikirlər radioda, televiziyada tez-tez 

səsləndirilməlidir. Biz müəllimin xidmətini, ucalığını, 

yüksəkliyini dərk edə-edə özümüz də ucalacaq və 

yüksələcəyik. Ona görə  də radioda, televiziyada haqqı 

olan müəllimlər barədə tez-tez verilişlər olmalıdır. On-

ların həyatı, fəaliyyəti və xidmətləri işıqlandırılmalıdır. 

Yaxşı müəllimlərin cəmiyyətə çatdırılması istiqamətin-

də müntəzəm işlər görülməlidir. Azərbaycanın şəhərin-

də, qəsəbələrində, kəndlərində, hətta ucqar kəndlərdə o 

qədər yaxşı müəllimlər vardır ki, biz oların böyük əksə-

riyyətini tanımırıq. Tanımamağımızın bir səbəbi də on-

                                                            

1

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.197 

2

 Yenə orada. 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 81 –––  

ların barəsində  cəmiyyətə heç bir təqdimatın olmama-

sıdır. Bəzən cəmiyyətdə elələrinin güclü təqdimatı olur 

ki, onların təqdim olunmasına heç bir əsas, mənəvi haqq 

olmur. Ancaq onlar müxtəlif yollar və vasitələrlə özlə-

rinin təqdim olunmasına nail olurlar. Düzdür, cəmiyyət 

belələrini birmənalı qarşılamır. Ancaq hər halda belə 

yalançı təqdimatlara da inanalar az olmur.  

Şagirdlərin daxili aləmi zərif, incə  və  həssas olur. 

Onları tez inandırmaq da olur, tez küsdürmək də. Ona 

görə  də müəllim zahiri görkəmindən tutmuş biliyinə, 

dərsə hazırlığına və şagirdlərə münasibətinə qədər – hər 

bir şeyə diqqət yetirməlidir. Belə olmasa, müəllim tədris 

etdiyi fənni də, özünü də  uşağa sevdirə bilməz. Bəzən 

uşağın müəllimə  də, onun tədris etdiyi fənnə  də olan 

sevgisi və nifrəti müəllimin özündən başlayır. Daha 

doğrusu, müəllimin biliyindən, davranışından, uşağa olan 

münasibətindən, özünə  nəzarətindən və s. Bəxtiyar  bir 

pedaqoq kimi yazırdı: “Şagirdin bir fənni sevib-sevmə-

məsində müəllim mühüm rol oynayır. Müəllim öz fənnini 

şagirdə sevdirə də bilər, ondan iyrəndirə də bilər”

1



Ədəbiyyat müəllimləri  ədəbi-bədii  əsərlərin sevil-

məsində, eləcə  də yazıçı  və  şairlərin sevdirilməsində 

əvəzsiz rol oynayırlar. Ümumiyyətlə, hər bir fənni tədris 

edən müəllim yerində olmalıdır. Adətən uşaq (xüsusilə 

istedadlı  uşaq) bütün fənləri öyrənməyə çalışır və 

öyrənir də. Ancaq fənn müəllimlərinin nüfuzundan, fən-

ni sevdirməsindən və özünə  rəğbət yaratmasından asılı 

olaraq şagird müəllimi əsas seçir. Yəni fənn müəlliminə 

                                                            

1

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.197 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə