Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə32/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   24   25   26   27   28   29   30   31   32

BULUDXAN  XƏLİLOV 

 

––– 118 –––

  

Gəldin tapşırıqla! 

     heçsən, demək, sən. 

Mənliyin kiminsə kölgəsindədir.  

Əgər sən varsansa... 

     Keçib 

özündən 

Özünü bu qədər alçaltmaq nədir?  

Sən bir büllur idin... 

Önümdə sındın. 

Oldun para-para, sən çilik-çilik. 

Özgə kölgəsinə niyə sığındın –  

Səni alçaltmırmı bu dilənçilik?  

Dərsini bilmədin... 

Bəs neyləyim mən?  

Oğul, heç olmasa buna  

     cavab 

ver. 

Sən özün özünə inanmayırkən, 

Mən necə inanım sənə?  

     Cavab 

ver!.. 

Çətinmi?  

Yanıram bəs axı mən də!.. 

Dil-dil ötən dilin niyə lal olmuş?  

Suallar hər yandan hücum çəkəndə 

O boyda vücudun bir sual olmuş... 

Sonu görünməyən yollarda, çaşqın 

Səyyaha bənzədək biz ömrümüzü. 

Dünyaya sualı olmayanların, 

Sualdır varlığı, sualdır özü!.. 

Cavabı ömürdən uzun suallar 

Yerin hikmətidir, göyün sirridir.  

Suallar, 

   suallar, 

 

 

 

dərin suallar. 

Daim yüksəlişin pillələridir. 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 119 –––  

Hər kiçik sualda neçə sual var. 

Sual yüksəlişdir, 

     Sual 

bilikdir. 

Həmişə sual ver, 

 

 

 

həmişə axtar, 

Ən böyük dahilik, tələbəlikdir. 

Sonsuz həyəcanlar, sonsuz təlaşlar

Sualdan başlanıb, yoxdan var olmuş,  

Ən böyük dahilər, ən böyük başlar, 

Suallar dalınca qaçanlar olmuş. 

Sual – fikirlərin çığıran səsi –  

Bütün uçuşların dayaq nöqtəsi... 

O bunu bilmədi, 

     Bilməz heç zaman! 

Zənn etmə, qəsdindən o, dönəcəkdir, 

Tutub alimlərin boş damarından, 

Elmin yollarında sürünəcəkdir. 

Keçəcək beləcə havayı beş il, 

Onunçün elm – yük, 

Zəhmət – ziyandır. 

O, elmin yolunda mücahid deyil, 

Vurğun yolçuları yamsılayandır. 

Üzümə şiniyib o veyil-veyil,  

 

 

 

 

işarır yenə. 

Yəqin ki, o indi özünün deyil

Gülür tanışının gücsüzlüyünə. 

 

*** 

Tanış... 

 

    Mənim ona çox hörmətim var. 

Kağızın üstündə dayanır qələm.  

İtsinmi ortada salam-kalamlar?  

Yox! Onun üzündən keçə bilmərəm. 


BULUDXAN  XƏLİLOV 

 

––– 120 –––

  

Müəllim – tələbə... İki sərt baxış 

Dayanıb ortada müştərək tanış. 

Salama, xahişə ilişib qələm. 

Vurur bir yandan da ədalət məni. 

Düzlük tələb edir məndən vəzifəm, 

Çəkir əyriliyə vəziyyət məni:  

 

Keçən il bağımda ev tikdirirdim 

Arayış düzəltdim,  

 

 

 

ərizə verdim. 

Olmadı işimə bir can yandıran 

Nə daş tapa bildim, nə taxta-şalban. 

Axır tanış oldum bir müdirlə mən, 

İşlərim düzəldi səxavətindən. 

Düşdüyüm o çətin, o bərk ayaqda 

O, satın alırmış məni heç demə. 

 

Minnətli yaxşılıq – bir-iki taxta, 

Bu gün qiymətini göstərir mənə. 

Mən nə biləydim ki, həmin bu müdir, 

Qəsdinə duracaq haqqın bir zaman. 

Məni  minnətiylə haqdan döndərir 

Bir-iki taxtayla məni aldadan. 

“İki”ni yazımmı?  

Bəs sonra?  

Yox, yox!.. 

Kağızın üstündə dayanır qələm. 

Kəsilən tələbəm deyil

Yaxşı bax! 

Vəzifə başında kəsilən mənəm!.. 

Taxta istəmişdim mən ondan... osa, 

Məndən dəyərsizə dəyər istədi. 

 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 121 –––  

Mən ki, düşmən idim söz anlamaza, 

Məndən düşmənimə səngər istədi. 

 

O mənə daş verdi, əvəzindəsə 

Aldı ürəyimi, bir baqqal kimi. 

Ürəyi daş olan bir filankəsə, 

İndi necə qıyım öz ürəyimi?  

Ürəyim – öz fikrim, andım, əqidəm. 

Əsil oğul bu yolda gərək baş qoya. 

Görün, nəyi nəyə dəyişməliyəm?  

Ürəyi, məsləki daşa, taxtaya... 

Mən onu kəsmədim, 

 

 

 

kəsə bilmədim. 

Kəsib vicdanımı “üç” yazdım... Bu an, 

     vicdanım qışqırdı... 

Ona – “Sus!” – dedim!  

Oğlan gülə-gülə çıxdı qapıdan. 

Güldü, sinəsini dağladıb haqqın. 

Güldü, anasını ağladıb haqqın. 

Bu gülüş, düzlüyün sapını qırdı, 

Onun gülüşündə haqq ağlayırdı. 

O çatdı qəsdinə... Dikəldi... 

Bəs mən?  

İndi mən əyilib döndüm yumağa. 

Demək şirnikdirdim onu indidən 

Özgənin haqqını oğurlamağa... 

 

Hələ bu nədir ki?.. Dalı “əcəbdir” 

Daldadır ev yıxıb qan qaraltması. 

Ən böyük haqsızlıq törədəcəkdir, 

Haqqı olmayanın, haqqa çatması.  

Əlim yazdısa da, “yox” dedi könlüm

Qələmin altında inlədi könlüm. 


BULUDXAN  XƏLİLOV 

 

––– 122 –––

  

Özgə qiymətinə o, sahib oldu,  

Nə verər sonrakı hay-haray bizə?  

Deyirəm, həyatda bu mahir oğru 

Özgənin yerini tutsa – vay bizə!  

 

Mən onu kəsmədim, kəsə bilmədim 

Vicdanım qışqırdı... 

 

 

 

Ona “sus!” – dedim!  

Vicdan,  

Yazıq vicdan!.. 

 

 

 

Bəzən həyatda 

Yaşamaq naminə səni əzmişik. 

Bizdən güclülərin ayağı altda  

Səni istəmədən qurban kəsmişik. 

Ölüm hədələyib dərd gülən zaman,  

Deyirik bəxtimiz yenə yatıbdır. 

Əlimiz hər yerdən üzülən zaman 

Gücümüz həmişə sənə çatıbdır. 

Vicdan da bir yana... 

Bir cani kimi, 

Qaydanı, qanunu ayaqladım mən. 

Dandım məsləkimi, düz əqidəmi

Ürəyin yerinə daş bağladım mən. 

 

Qanundan, düzlükdən danışırıq biz 

Uca kürsülərdən ağız dolusu. 

Sözlərdən utanmır əməllərimiz 

Özümüz oluruq haqqın oğrusu. 

İndi soruşuram:  

-

 



Kimdir müqəssir?  

 

   Tələbə?  

Yoxsa mən?  

Yoxsa o müdir?  


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 123 –––  

Mən də müqəssirəm,  

  

oxucu, 

sən də. 

Heç kəs dayanmasın burda yad kimi. 

Mənə o müdir də kömək edəndə 

Qanunu beləcə əyməmişdimi?  

Yarpaq töküləndə, ot saralanda, 

Bilirik, ömrünü tapşırır bahar. 

Mən ondan qanunsuz taxta alanda, 

Biləydim, bu gündən mənimçün də var!.. 

Bəlkə düz demirəm?  

  

Haqsızam bəlkə?  

Heç kəs yaxasını çəkməsin yana. 

Qanunu əyəndə hərə bir tikə 

Böyük cinayətlər çıxır meydana... 

Nədir o cinayət? 

 

 

Həmin tələbə, 

Sabah bitirəcək darülfünunu. 

Müəllim gedəcək o bir məktəbə, 

Savadsız müəllim!  

  

Yaxşı, bəs sonu?  

Sonu cinayətdir, 

  

cinayət!.. Min-min! 

(Cani öz-özündən intiqam alır) 

Elə cinayət ki,  

  

bu 

cinayətin  

Canisi bilinmir, cəza mat qalır. 

Mənim qaşığıma çıxacaq gec-tez, 

Mənim doğradığım... 

 

 

Həyat dövr edir. 

Bir vaxt görərəm ki,  

 

 

həmən savadsız 

Mənim övladıma “savad” öyrədir.  

 


BULUDXAN  XƏLİLOV 

 

––– 124 –––

  

Durduğum budağa çaldım baltanı –  

Çaldım öz balamın gələcəyinə. 

Qanunu əyəndə, 

  

Onun 

ziyanı 

Qayıdıb özünə dəyəcək yenə... 

Bilmədi... 

Mən ona “üç” yazdım... Bəli!  

Bəs o işvəli qız, gözü sürməli?  

Niyə bir müdirin tanışlığına  

Verdiyim o “üç”ü qıymadım ona?  

Sözümüz bir olmur əməlimizlə  

Düzlük nalə çəkir, ədalət yanır. 

“Düzlük” – deyə-deyə öz əlimizlə  

Həqiqət boğulur, düzlük tapdanır.  

“Yox!” – deyə dilləndi başqa səs yenə, 

Dayan!  

 Vicdanınla dayan təkbətək. 

İndi ki, qol çəkdin əyriliyinə 

Qıza da o “üç”dən yazasan gərək. 

Dedim: - Sən haqlısan, 

  

qab 

əyildimi, 

Su gərək tökülə axıra kimi. 

Qıza da “üç” yazdım... 

 

 

Hər şey pozuldu. 

Qiymətlər hamısı baş-ayaq oldu. 

Hökm etdim ürəyə, qıydım vicdana, 

İşimi korladı bircə yelbeyin. 

Mənim götürdüyüm bu imtahana 

İmtahan deməyin, haqsızlıq deyin. 

 

Mənə tapşırdılar şərəfli, çətin –  

Qiymət vermək kimi bir vəzifəni. 

 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 125 –––  

Özümdən soruram: - Bəs sən neylədin? 

Gör necə aldılar özündən səni!  

Niyə tapılmadı o qüdrət məndə 

Verim qiymətini, verim hər kəsin?  

Saxsını almasla bir eləyəndə 

Günahkar sərrafdır, 

  

almas 

neyləsin?  

Qorqud adamlara ad qoyanda da 

Əməli düşündü,  

Dəyəri gördü... 

Güvənib Dədədən aldığı ada 

Hər kəs o ad ilə ömrünü sürdü. 

 

Mən verə bilmədim, ay Qorqud dədə, 

Doğru qiymətini burda heç kəsin. 

Qorxum ondandır ki,  

      

Cəmiyyətdə də, 

Bunlar, qiymətini ala bilməsin.  

 

Pozular qayalar, dağılar nizam, 

Verməsən heç kəsin öz qiymətini. 

Gövhər də çatlayıb üzülər tamam 

Sərrafdan almasa düz qiymətini... 

 

Mahnıda bəmi var, zili var səsin. 

Həyatda yeri var axı hər kəsin. 

Gözlər ağlamasın, gözlər neyləsin –  

Sən qaşa verəndə göz qiymətini. 

 


BULUDXAN  XƏLİLOV 

 

––– 126 –––

  

Son Söz 

 

Sonrakı qazancdır müəllimliyim, 

Amma şairliyim, öz fitrətimdir. 

Burda birləşdilər... 

 

 

 

Bu dastan, mənim, 

Özümdən özümə şikayətimdir. 

Sənət, həqiqəti deyən sən oldun, 

Dünyanı dünyaya göstərən oldun. 

Təmizlik – məsləkin, ucalıq – tanrın,  

Xəyanət bilməmiş sənətin dili

Ucalıq eşqilə yaşayanların, 

Məsləki, düzlükdən od götürməli! 

 

 

   

 

 

Belə nümunələr gəncliyin vətəndaşlıq hisslərini 



gücləndirir, insanpərvərliyini artırır, onları fəal vətəndaş 

kimi tərbiyə edir. Eyni zamanda gənclik xeyirxah, əda-

lətli, həqiqəti müdafiə edən olur və laqeydliyə, ikiüzlü-

lüyə,  şərə,  şərəfsizliyə qarşı barışmaz olur. Cəmiyyətin 

hər bir üzvünün ədalətə, həqiqətə ehtiyacı var. Gənc-

liyin cəmiyyətə və özünə inamının artması üçün, inamlı 

yaşaması üçün belə nümunələr böyük bir həyat məktəbi-

dir. Müəllim öz sözü ilə  uşaqların  şüuruna təsir etdiyi 

kimi, belə nümunələr də gəncliyə şərəf, ləyaqət və vüqar 

aşılayır. 

 

 



BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 127 –––  

 

 

M Ü N D Ə R İ C A T 

 

Təlim, tərbiyə, təhsil: müəllimə borc və ehtiram........... 3 

 

Öyrətməyin sadə yolu................................................. 22 

 

Şagird, tələbə qüruru .................................................. 25 

 

Müəllim həssaslığı ...................................................... 28 

 

Ədəbiyyatın tədrisinə dair.......................................... 64 

 

Müəllim obrazı............................................................ 77 

 

Təlim, tərbiyə və təhsildə qədirbilənlik ..................... 102 


BULUDXAN  XƏLİLOV 

 

––– 128 –––

  

 

 

BULUDXAN XƏLİLOV 

 

BƏXTİYAR VAHABZADƏNİN 

PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Çapa imzalanıb: 02.12.2014 



Format: 84x108 1/32 

Ofset çap üsulu 

Fiziki çap vərəqi: 8  c.v. 

Sifariş: 244 

Sayı: 500

 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə