Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə31/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   24   25   26   27   28   29   30   31   32

BULUDXAN  XƏLİLOV 

 

––– 114 –––

  

Filan alimlərsə... deyir filan cür. 

Mənim fikrimcəsə... 

Bu fikrin hələ 

Bişməyib. 

Mənəsə gözəl görünür. 

Niyə?  

Soruşsana... 

   Gün 

təzələndi. 

O səni gözləyir, sən sabaha bax... 

Biz öz sözümüzü demişik, 

 

   indi, 

Bu meydan sizindir, sizindir, ancaq! 

Mənim yana-yana dediklərimi

Sən mənə qaytardın bu gün ayrı cür. 

Sən səcdə qılsaydın mənə büt kimi, 

Mən sonsuz olardım. 

Şükür, 

   çox 

şükür!  

Bir təzə rəng verdi o, hər mətləbə. 

Bu böyük zəfərdir, 

Bu ki, dərd deyil. 

Şagird, 

Ustadından neçə mərtəbə, 

İrəli getməsə... o, şagird deyil.  

 

Mən bu tələbəyə nə yazım indi?  

Qələm kağız üstdə gəzdi, sevindi... 

 

Yazdı qiymətini o özü!.. 

 

 

 

 

Mən yox! 

O, rəngdən, rəngi yox, ətri götürmüş. 

Meyvədən danışdım mən ona ancaq. 

O, könül gözüylə toxumu görmüş! 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 115 –––  

*** 

Saçları çiynində, mini yubkalı, 

Gözləri sürməli birisi gəldi. 

Bileti çəkincə dəyişdi halı. 

-

 



Bilmirəm...- deyərək yola düzəldi. 

“İki”ni yazımmı?  

 

 

 

Məgər bununla  

 

 

 

Vəzifəm bitirmi?  

     Yox! 

     Dayan, 

yavaş! 

Başının çölünü bəzəyincə o,  

Başının içini bəzəyəydi kaş!  

Təzədən çağırdım, 

Dedim: - Bilet çək! 

Çəkdi, 

İki kəlmə danışdı, 

Qalxdı. 

O ki, var danladım. 

İndi neyləmək?  

Durub maddım-maddım üzümə baxdı. 

Yazdım “iki”sini... 

 

 

 

çətin, 

     çox 

çətin!  

Tələbə bilmir ki,  

     Müəllimlərin, 

Yazdığı hər “iki”, 

     Min 

sual 

kimi 

Onun yuxusuna girir, 

     Söz 

sorur. 

 

“İki”lər hər biri, qara xal kimi 

Onun məsləkində qaralıb durub. 

 


BULUDXAN  XƏLİLOV 

 

––– 116 –––

  

*** 

Çox inamla gəlir tapşırılanlar 

Özündən razıdır, 

Adından əmin. 

O elə baxır ki,  

     guya 

borcu 

var 

Onun dədəsinə mənim dədəmin... 

Beləcə birisi durub önümdə 

     döyür 

gözünü. 

İşarır... 

Bu gizli işarəsiylə 

     Deyir 

sözünü... 

Bileti əlində, işarır yenə 

Demək istəyir ki, “tanıyın məni”. 

Suallar dalında 

     cavab 

yerinə 

Görür tanışının “əzəmətini”. 

O başa düşür ki, hirslənmişəm mən

Deyən bu xınadan deyil o xına. 

Əl çəkir o arsız təbəssümündən  

Əlini astaca qoyur alnına. 

Düşünür, 

Köməyi umur başından. 

Başında nə var ki, köməyə gəlsin, 

Qoparıb bir-iki söz yaddaşından , 

Danışır: “Baxanda görürük...” 

 

 

 

 

Çətin!  

Danışır mənasız, 

Danışır hədər. 

Bayaqkı vüqarı çöküb diz üstə. 

Yarımçıq cümlələr, qırıq kəlmələr, 

Əriyib toz kimi düşür miz üstə. 

 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 117 –––  

Qırıq kərpiclərə bənzəyir sənin 

Sönük cümlələrin, qırıq sözlərin. 

Qırıq kərpiclərlə ev tikmək sənə 

Asanmı görünür?  

Dayan, düşün bir. 

Kərpiclər, hərəsi baxır bir yana 

Niyə bir-birinə yapışa bilmir?  

...Dili topuq çalır, 

Rəngi ağappaq... 

Oğlan xırdalanıb yumağa dönür. 

Əlində tutduğu kiçik bir varaq, 

Onunçün əlçatmaz bir dağa dönür. 

Tərəzi qurmuşam sual-cavabdan. 

Bir gözdə suallar

Bir gözdə oğlan. 

O baxdı üzümə dilsiz, ağızsız 

Danladım, 

   Dinmədi, 

 

 

 

o, qulaq asdı. 

Bu boyda vücudu, bir varaq kağız  

Gör necə kiçiltdi, 

     gör 

necə basdı... 

Qiymət verməliyəm ona mən indi, 

O öz qiymətini özü bilmədi. 

Günün doğuşunu dan yerində yox, 

Axtardı xırdaca çöp işığında. 

O öz qiymətini, dəyərində yox, 

Gördü özgələrin tanışlığında. 

Ona deyən yoxdur, hanı mənliyin?  

Sən özün özünü niyə danırsan?  

Öz gücünə deyil, 

     a 

bədbəxt, neçin  

Özgənin gücünə arxalanırsan?  


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə