Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə25/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 95 –––  

Bəxtiyar Vahabzadə  vətəndaş müəllimlərlə bağlı o 

qədər canlı, həyati misallar çəkir ki, doğrudan da, təhsil 

tariximizdə belə misalların sayı-hesabı yoxdur. O yazır: 

“Bəzi müəllimlər bu çətinlikləri saya-saya tədris keyfiy-

yətinin aşağılığına bəraət qazandırmaq istəyir. Mən belə 

müəllimlərə “Danabaş” kimi kəndlərdə  dərs deyib 

Mirzə  Cəlil kimi, Firidun bəy kimi maarifpərvərlər ye-

tişdirən vətəndaş müəllimləri misal çəkmək istəyirəm. 

Unutmaq lazım deyil ki, indi Danabaş kəndləri yoxdur, 

amma təəssüflə deməliyik ki, az da olsa, “Danabaş mək-

təb”lərinin qalıqları var. Mən bunun birinci səbəbini hə-

mən məktəblərdə  dərs deyən müəllimlərin obıvatelli-

yində (məhdud görüşlü adam, onun, bunun hesabına ya-

şayan adam, özünüdüşünən adam – B.X.), “çörək 

xatirinə” işləmələrində, bir sözlə, vətəndaşlıq hissinin 

zəifliyində görürəm”

1



Keçmişdə maddi-texniki bazası yaxşı olan məktəb 

də olub, maddi-texniki bazası yaxşı olmayan məktəb də 

olub. Keçmişlə müqayisədə hazırda Azərbaycandakı 

məktəblər maddi-texniki baza baxımından bütün yüksək 

tələblərə cavab verir. Ən ucqar rayonlarda, kəndlərdə 

yeni-yeni məktəblər tikilir. Həmin məktəblər avadanlıq-

larla təmin olunur. Hal-hazırda nümunəvi məktəblərimiz 

kifayət qədərdir. Azərbaycanın hansı məktəbinə getsək, 

məktəbdəki səliqə-sahmanı, sinif otaqlarının gözəlliyini 

görməmək mümkün deyildir. Sadəcə olaraq bunu 

görmək üçün məktəblərə getmək, məktəblə  əlaqəni 

genişləndirmək lazımdır. Alimlərin, pedaqoqların – 

ziyalıların məktəbə olan münasibətində bir dönüş 

                                                            

1

 Xoşbəxt o şagirdlərdir ki... – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 202 


BULUDXAN  XƏLİLOV 

 

––– 96 –––

  

yaratmaq lazımdır. Ziyalıların məktəblə  əlaqəsinə indi 

ehtiyac daha böyükdür. Təhsil Nazirliyinin koordinator-

luğu ilə pedaqoji yönümlü fakültələrin baza məktəbləri 

seçməsi uğurdur. Vaxtilə ziyalılarımız, o cümlədən 

Bəxtiyar Vahabzadə  də Azərbaycan məktəblərinə tez-

tez getmiş, məktəbdəki vəziyyətlə tanış olmuş  və 

məktəblərdəki vəziyyət barədə mətbuatda çıxış etmişdir. 

Onun 1971-ci ildə yazdığı “Mən”, yoxsa “biz”? məqa-

ləsi bir sıra rayonlardakı yaşayış məntəqələri, küçələrlə 

bərabər, həm də məktəb binaları barədə maraqlı faktlar-

la zəngindir. Məsələn, Ağdamdakı, Tovuzdakı  bəzi 

məktəblər barədə söylədiyi fikirlər onun ziyalı mövqeyi, 

pedaqoq təəssüratı kimi maraqlıdır. O Ağdamın Nov-

ruzlu kəndindəki məktəb barədə yazır: “Məktəbə getdik. 

Məktəbin nə darvazası var, nə  də hasarı. Otaqları dar, 

dəhlizləri ensiz, səliqəsiz. Dedilər ki, məktəbdə sinif 

otaqları çatışmır. Buna görə də üç-dörd ildir ki, məktəb 

üçün təzə bina tikilir. Lakin bu bina hələ bünövrədən 

yuxarı qalxmamışdır”

1

. O daha sonra davam edərək onu 



razı salan məktəb binaları barədə yazırdı: “Əlbəttə, elə 

kəndlərimiz də vardır ki, orada biz bunların əksini görü-

rük. Uzağa getmək lazım deyil, götürək bu Novruzlunun 

böyründəki Xındırıstan kəndini. Bu kənddə evlər, 

həyətlərlə yanaşı, ictimai binalar da gözəldir, səliqəlidir. 

Yaxud, Tovuz rayonunun Qovlar qəsəbəsini götürək. 

Burada  şəhər tipli internat – məktəb, xəstəxana, mədə-

                                                            

1

 “Mən”, yoxsa “biz”? – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. 



Bakı, 1976, s.217 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 97 –––  

niyyət sarayı o qədər gözəl və səliqəlidir ki, adam valeh 

olmaya bilmir”

1



Məktəb hər birimizin evidir. Hər birimiz məktəbə öz 

evimiz kimi baxmalıyıq. Hər birimiz cəmiyyətə  mək-

təbdən pərvazlanmışıq. Məktəb olmasa, biz cəmiyyətdə 

öz yerimizi necə tuta bilərik? Məktəbsiz bizim gələcəyi-

miz olarmı? Məktəbə münasibətdə ögeylik və doğmalıq 

ola bilməz. Bu doğma ocağa, məbədə münasibətdə bir 

həqiqəti bilməliyik ki, xalqın millətin ictimai tərəqqi-

sində məktəbi heç nə əvəz edə bilməz. Ən görkəmli icti-

mai-siyasi xadimlər, alimlər, ziyalılar, vətəndaşlar mək-

təbdə oxumuşdur, məktəbdən cəmiyyətə  vəsiqə almış-

dır. Bu baxımdan Bəxtiyar Vahabzadə  fəxrlə  Ağdamın 

Novruzlu kəndindəki məktəbdən və onun məzunu Xudu 

Məmmədovdan söhbət açırdı: “...hazırda Bakıda müxtə-

lif müəssisələrdə çalışan görkəmli mütəxəssislərimizin, 

alimlərimizin və yazıçılarımızın bir çoxu həmin bu kənd 

məktəblərindən uçmamışmı? Götürək elə  mənimlə bu 

kəndə qonaq gələn, dünyanın tanıdığı alim dostum Xu-

du Məmmədovu. Xudu vaxtilə bir neçə il həmin bu 

Novruzlu məktəbində oxumuşdur. Demək hal-hazırda 

bu məktəbdə oxuyan balalar içərisində  gələcəyin Xu-

duları da ola bilər.  İndi bu kənd Xudu Məmmədovla 

fəxr edir. Bəs elə isə Xudu kimilərini yetişdirən və ye-

tişdirəcək bu məktəbə ögey gözlə baxmağa dəyərmi?”

2



Məktəb, onun maddi-texniki bazası, məktəbdə təlim 

tərbiyə və təhsil və s. məsələlər həmişə Bəxtiyar Vahab-

zadəni maraqlandırmışdır. O, Azərbaycanın hər hansı 

                                                            

1

 “Mən”, yoxsa “biz”? – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. 



Bakı, 1976, s.217 

2

 Yenə orada. s.218-219 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə