Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə24/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 92 –––

  

irəli gəlmir, bir sözlə, bu qüsurlar məndən asılı deyil; 

daha doğrusu, bu, təbiətin mənə  bəxş etdiyi istedadın 

mənim və tənqidçimin arzuladığından az olduğunu gös-

tərir. Amma müəllimlikdəki qüsurlarım mənim özüm-

dən asılıdır. Bu ya savadımın, ya da zəhmətimin azlığın-

dan irəli gəlir. Buna görə  də  şairlikdəki qüsurlarımı 

müəyyən qədər özümə bağışlasam da, müəllimlikdəki 

qüsurlarımı bağışlaya bilmərəm”

1

. Bəxtiyar Vahabzadə 



1969-cu ildə “Xoşbəxt o şagirdlərdir ki...” məqaləsində 

bir sıra məsələləri ürək yanğısı ilə qeyd edirdi.  Bunlar-

dan biri də  uşaqların təsəvvüründə müəllimin müqəd-

dəsliyi və böyüklüyü məsələsi idi. Bəxtiyar Vahabza-

dənin özü də  uşaq olarkən, ibtidai siniflərdə oxuduğu 

zaman müəllim haqqında belə bir təsəvvürdə idi

2

.  O, ilk 



sinif müəllimi  Şirəli müəllimi müqəddəs hesab edirdi, 

ona elə gəlirdi ki, Şirəli müəllim çörək yemir, su içmir. 

O, gündüzlər dərs deyir, gecələr isə mələk olub göylərə 

çəkilir. Bir gün tənəffüs zamanı  məktəbin həyətində 

Şirəli müəllim onu yanına çağırır və ona pul verib deyir 

ki, get, mənə yaxşı bir isti çörək al. O, çörəyi alıb 

gətirir. Şirəli müəllim isə çörəyi geri qaytarıb ona deyir 

ki, sənə dedim ki, isti çörək al. Bəxtiyar geri qayıdır və 

çörək gətirən qoca kişiyə yalvarır ki, çörəyi müəllim 

istəyir. Xahiş edir ki, çörəyi dəyişdirsin. Qoca kişi isə 

əsəbiləşir və müəllimin ünvanına nalayiq sözlər deyir. 

Bəxtiyar çörəyi gətirib müəlliminə verir. Müəllim 

çörəkdən bir tikə qoparıb ağzına qoyur. Bu hadisə 

Bəxtiyarı  dəhşətə  gətirir. Onun müəllim haqqında olan 

                                                            

1

 Xoşbəxt o şagirdlərdir ki... – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.203-204  

2

 Yenə orada. s.201-202 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 93 –––  

təsəvvürünə böyük zərbə vurur. Axı o, təsəvvür edirdi 

ki, müəllim çörək yemir. O yazırdı: “Mən bu məsələnin 

pedaqoji tərəfini deyə bilmərəm. Lakin bir şeyi bilirəm 

ki, müəllimim məni çörəyə göndərməkdə, çox böyük 

təsəvvürümü qırmaqda haqlı deyildi!”

1



Müəllim bilməlidir ki, dərs zamanı şagird onun bü-



tün hərəkətlərinə – danışığına, sözlərinə, yerişinə, baxı-

şına, geyiminə, rəftarına fikir verir. Müəllimində olan 

bütün yaxşı  cəhətləri təqlid etmək istəyir. Təqlid 

deyəndə yadıma “Zülmət” filmi düşür. Bu filmin hansı 

ölkəyə aid olduğunu deyə bilmərəm. Azərbaycan dilinə 

tərcümə olunmuş bu filim maraqlı bir mövzuya – müəl-

lim mövzusuna həsr olunmuşdur. Kinoda simvollaşmış 

məqamlar var: zülmət, işıq, su, qaşıq, ot və s. Belə ki, 

müəllim müəllimlik fəaliyyətini vəhşi təbiətli bir qızın 

savad almasına, eləcə  də  tərbiyə almasına sərf edir. 

Adicə stolda oturub çörək yeməyi bacarmayan, gözləri 

görməyən, qulağı eşitməyən, nitqi olmayan bu vəhşi qı-

zı tərbiyə etmək missiyasını müəllim öz üzərinə götürür. 

Müəllim öz metodu ilə davranır, hətta ona yemək 

öyrədərkən üstünə qışqırır, bəzən itələyir. Bu qızın ata-

sının xoşuna gəlmir. Qızın atası 20 günlük məzuniyyətə 

getməli olur. Və gedəndə müəllimə deyir ki, sənin 

biletini almışam, çıx bu evdən get. Qızın atası gedəndən 

sonra müəllim qızın anasından  əl çəkmir və ona deyir 

ki, mən  əriniz gələnə  qədər qızınızı  tərbiyə edəcəyəm. 

Müəllim öz metodu ilə qızı tərbiyə etməyə, bilik vermə-

yə çalışır. Və axırıncı gün qızın atası gəlir. O, müəllimi 

evdə görür və  əsəbiləşir. Müəllim isə yalvarır ki, ona 

                                                            

1

 Xoşbəxt o şagirdlərdir ki... – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.201-202 


BULUDXAN  XƏLİLOV 

 

––– 94 –––

  

imkan versinlər hər şey düzələcəkdir. O, axıra qədər bu 

qızın yolunda öz müəllimlik cəfakeşliyini göstərəcəkdir. 

Beləliklə, müəllim qıza stolda oturmağı, çörəyi yeməyi, 

müəllim sözünü (ilk öyrətdiyi söz müəllim olur), qaşıq, 

su, ot, ana, ata və s. sözləri öyrədir. Qızın valideynləri 

bunu görüb yavaş-yavaş müəllimə inanmağa başlayırlar. 

Müəllim ömrünün 40 ilini bu qızın savad almasına və 

tərbiyələnməsinə  sərf edir. Və tez-tez deyir ki, mən bu 

qızı öyrətməsəm, onda dəlixanaya düşəcək. Həm də 

tərbiyəli və bilikli olmasa, başqalarından asılı olacaq. 

Nəhayət, qıza xeyli bilik verir. Hətta xəstə  qızın bacısı 

artıq ona qısqanmağa başlayır. Xəstə bacısına bu qədər 

diqqətin göstərildiyinə etiraz edir. Qız müəlliminin qay-

ğısı sahəsində universitetə daxil olur. Universiteti bitirir. 

Yeganə arzusu o olur ki, məzun günü onun müəllimi 

orada olsun, onun bu gününü görsün. Belə də olur. Qız 

sonda deyir ki, müəllimim mənə  əlifbanı öyrətdi, mən 

isə zülmətdən çıxmağı öyrədəcəyəm. Bununla da 

zülmətdən işığa, aydınlığa, suya, duruluğa gedən bir 

yolun olduğu öz təsdiqini tapır. Həm də müəllim bütün 

ömrünü bir qıza, onun tərbiyəsinə, bilik almasına sərf 

edir. Həm də  nəyi öyrədirsə, onu təqlidetmə yolu ilə 

öyrədir. Bax müəllim fədakarlığı, cəfakeşliyi budur. 

Bəxtiyar Vahabzadəyə görə ən ümdə hisslərdən biri də 

vətəndaşlıq hissidir. Vətəndaşlıq hissi güclü olan 

şəxslərdə – müəllimlərdə məktəbin maddi-texniki baza-

sı, məktəbdəki dərs  şəraiti arzuolunan səviyyədə olma-

dıqda belə, təhsilin cəfakeşi olmaq həvəsi azalmır. 

Vətəndaşlıq hissi güclü olan müəllimləri məktəbdəki

tədrisdəki qüsurlar həvəsdən salmır. Onlar hansı  çətin-

liklərlə üz-üzə gəlsələr də, hansı müqavimətlə qarşılaş-

salar da, vətəndaşlıq hissləri azalmır, tədris etdikləri 

fənnə və peşəyə məhəbbətləri tükənməz olur.  




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə