Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

 

 

72



daxilən, məzmunca bağlansa da, onun özü də  əlahiddə 

məzmun və  mənaya malik olur. Burada sənətkarın müxtəlif 

arzuları, düşüncələri öz əksini tapa bilər. Qəzəlin son 

beytində müəllif mütləq şəkildə öz adını bildirir. Ona görə də 

qəzəlin məqtə beytinə tac beyti də deyirlər. 

Hansı gülşən bülbülün derlər, Füzuli, sən kimi, 

Hansı bülbül naləsi fəryadü əfğanınca var?  

 

    (M.Füzuli) 

 

 



73

Ey nazlı vətən, mən sənə öz könlümü verdim, 

Qarşında günahkarsa, Süleymanı bağışla!  

 

    (S.Rüstəm)  

 

Müxtəlif  şəkildə yazılmış  şeirlərin, qəzəl və  qəsidələrin 



ayrı-ayrı beytlərindən başqa ədəbiyyatşünaslıqda yetim beyt 

və ya ən kiçik ölçüdə yazılmış  şeir olan fərd anlayışları da 

vardır. Yetim beytlər və  fərdlər yalnız bir beytdən ibarət 

olur. Fikir və  məzmunca dolğun yazılmış belə beytlərin ya 

müəllifi naməlum qalır, ya da konkret müəllifi olsa da belə 

sanki anonim şəkildə dillərdə əzbər olur.  



Bənd.  Şeir nəzəriyyəsində, onun poetik strukturunda 

əsas rol oynayan anlayışlardan biri də  bənddir.  Şeirin bir 

neçə misradan ibarət olub vəzn, qafiyə, ahəng, intonasiya və 

başqa poetik-estetik, bədii sintaktik xüsusiyyətlərinə görə 

bir-birinə bağlanmış, fikir-məna vəhdəti etibarı ilə bitkin 

hissəsinə və ya bölümünə bənd deyilir. 

Azərbaycan şifahi xalq şeir janrları və yazılı ədəbiyyatda 

yaranan şeirimiz başqa texniki şərtləri ilə bərabər, bəndlərin 

sayı, quruluşu baxımından da zəngindir. Yuxarıda 

dediklərimizdən başqa 

şeirin bədii tərtibində, 

kompozisiyasının bütövlüyündə, ifadənin emosionallığında, 

fikrin ritmik axarında və  təsirliliyində  bəndin mühüm əhə-

miyyəti vardır.  Şeir  şəkillərinin müəyyənləşməsində 

bənddəki misraların sayı  əsas  şərtdir. Bununla bərabər, bir 

sıra  şeir  şəkillərindəki bəndlər misraların sayı etibarı ilə 

eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin 

mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. 

Klassik  şeir janrları olan mürəbbelərin hər bəndi dörd, 

müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi 




 

 

74



misradan ibarət olmuşdur. Deməli,  şeir  şəkilləri bənddəki 

misraların sayına görə  təyin olunur. O da qeyd olunmalıdır 

ki, bəndlər iki misradan tutmuş on, on iki, on dörd və s. mis-

ralardan ibarət ola bilər. 

Qəzəl və  qəsidələrin hər bəndi iki misradan ibarət olub 

beytlər  şəklində qurulur. Qoşmaların hər bəndi bir qayda 

olaraq dörd misradan ibarət olur. 

Ey cavan qız, məndən belə gəzmə gen, - 

Mən sənin üzündə xalı sevmişəm. (a) 

Bənd olmuşam şirin-şirin sözünə,  



Şəkkər dodağından balı sevmişəm.   (a) 

 

    (M.P.Vaqif) 

 

M.P.Vaqifin müsəbbelərinin (yeddilik) hər bəndi yeddi



müəşşərlərinin isə  hər bəndi on misradan ibarətdir. Qeyd 

etmək lazımdır ki, xalq şeiri və klassik şeir janrlarında 

bəndlərin qafiyələnməsi tam ənənəvi qaydaya tabe tutulur. 

Müasir şeirimizdə üçlüklərdən istifadə olunur və onların 

qafiyə quruluşu da müxtəlifdir. 

Şikayətim vardır gül əllərindən,  

(a) 

Onlar ürəyimi tutub dərindən   (a) 

Necə qoparmada bilməm, şirin qız? (b) 

  

 

 

(M.Müşfiq) 

 

Könlümdə şirin nəğmələrim var, 

 

(a) 

Xoş keçdi bu yerlərdə həyatım,   (-) 

Sahilləri cənnət Xəzərim var.  

 

(a) 

 

   (S.Rüstəm) 

 

Digər bəndlərdə birinci, ikinci misralar sərbəstdir, 



 

 

75



üçüncü misra isə birinci bəndin son misrası ilə qafiyələnir. 

B.Vahabzadənin «Şəhriyara»  şeiri  beşlik  şəklində 

yazılmışdır. Qafiyə quruluşu bütün bəndlərdə eynidir: a, a, a, 

b, b, və s. 



Sən almışdın gücünü bu ocaqdan   

(a) 

Ondan dönüb, ona baxdın uzaqdan, (a) 

Qönçə ikən ayrı düşdün budaqdan   

(a) 

Heydərbaba dalınca qan ağladı…  

(b) 

Ancaq ayaq izlərini saxladı. 

  (b) 

 

Müasir  şeirimizdə  bəndlər təkcə misraların sayına və 



qafiyə sisteminə görə yox, daxili quruluşunun başqa bədii 

keyfiyyətləri baxımından da müxtəlif və rəngarəngdir.  

  

 



 

 

76



SƏRBƏST VƏZN 

 

Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz 



tərəfindən tez-tez işlədilən vəznlərdən biri də s ə r b ə s t  şeir 

vəznidir. Sərbəst  şeirin adından da göründüyü kimi, heca 

vəznində  tələb olunan texniki şərtlərə burada tam şəkildə 

əməl olunmur. Sərbəst  şeirdə yazan şair  şeirin ölçü, bölgü, 

qafiyə sistemindən sərbəst şəkildə istifadə edir. Əlbəttə, bu o 

demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən istifadə 

olunmur. Sadəcə olaraq, sərbəst  şeirdə qafiyə, ölçü, bölgü, 

misraların həcmi, hecaların misralardakı sayı, ahəngi 

tamamilə formal səciyyə daşıyır. Belə ki, qafiyə heca 

vəznində iki və daha artıq misralar arasında və ya çarpaz 

şəkildə  işləndiyi halda, sərbəst  şeirdə qafiyə ardıcıl  şəkildə 

deyil, bir neçə misradan sonra da gələ bilər. Bəzən qafiyə 

sərbəst şeirdə dalbadal da işlənə bilər.  

Sərbəst şeirdə bənddəki misraların və hecaların sayı da 

müxtəlif olur. Şair sərbəst vəzndə müxtəlif ölçülü misralar-

dan, misradaxili fasilələrdən və hecalardan istifadə edə bilər. 

Lakin  şeirin hansı  vəzndə yazılıb yazılmamasından asılı ol-

mayaraq orada hisslərin tərənnümü, poetik fikrin emosional 

təsviri  əsas olmalıdır. Odur ki, sərbəst vəzndə yazılan 

şeirlərdə poeziyanın bu ən mühüm qanunlarına  əməl olun-

malıdır. Buradan belə  nəticəyə  gəlmək olar ki, sərbəst  şeir 

anlayışının özü də formal olub, şairin bir sənətkar kimi tam 

sərbəstliyi, azadlığı demək deyildir. Çünki sərbəst  şeirdə 

misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya

məzmuna tabe tutulur. Şübhəsiz, sərbəst şeirlərin özündə də 

qüvvətli bir ritm, ahəng olmalıdır. Hisslərin lirik tərənnümü, 

poetik sistem və qanunauyğunluq, ritm bütün vəznlərdə yazı-

 

 



77

lan şeirlər üçün əsasdır.  

Azərbaycan  şeirində  sərbəst vəznin inkişafı  əsasən 

1920-1930-cu illərdən başlayır. Lakin sərbəst  şeir yarandığı 

vaxtlardan müxtəlif mübahisələrə  səbəb olmuşdur. Sərbəst 

şeirdə yazan bir sıra şairlər bunun adından istifadə edir və ən 

zəif  şəkildə yazılmış  nəzm nümunələrini də poetik fikrin 

uğuru kimi gələmə verirdilər. Ritm, ahəng, bölgü, qafiyə 

kimi  şərtlərdən uzaq olub, məzmunca dağınıq, qarışıq olan 

belə  sərbəst  şeir nümunələri hələ o zaman tənqid və 

ədəbiyyatşünaslıqda etirazla qarşılanırdı.  

Sərbəst  şeir sahəsində yaranan mübahisələr tamamilə 

haqlı  və  təbii idi. Belə ki, 1920-1930-cu illərdə S.Vurğun, 

R.Rza, M.Müşviq, O.Sarıvəlli kimi şairlər istisna olmaqla, 

bir çox gənc yazanlar sərbəst şeirə onun adına uyğun olaraq 

tam sərbəst yanaşır, formalist mövqedə dururdular. Zahiri, 

formal cəhətlərinə  əsas önəm verən bir çox sərbəst  şeir 

yazanlarının  əsərləri solğun, sönük, bədii cəhətdən zəif, dil 

nöqteyi-nəzərdən qüsurlu, ən başlıcası isə  məzmunsuz idi. 

Hər cür söz yığınından ibarət nəzm nümunələri sərbəst  şeir 

hesab olunurdu. Bütün bunlar isə  sərbəst  şeirin poetikasını 

kifayət qədər bilməməkdən, gənc  şairlərin ifrat dərəcədə 

formalizmə, zahiri effektlərə uymasının nəticəsi idi.  

Sərbəst  şeirin ilk təşəkkül dövrlərində S.Vurğun «Ap-

rel», «Məktub», «Şairin andı», «Zərərçilər», «Raport», 

«Ölən  şeirlərim», «Cavabımız», «Şeir və xaltura», «Tikanlı 

sözlər», «Fanar» və s. kimi şeirlərini sərbəst vəzndə yazmışdır. 

Lakin S.Vurğunun  şeirlərində hansı  vəzndə yazmasından 

asılı olmayaraq qüdrətli  şairin duyğularının, hisslərinin 

yüksək poetik dillə ifadəsini görürük. «Hansı  vəzndə 

yazmasından asılı olmayaraq S.Vurğunun  şeirləri həmişə 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə