Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   2   3   4   5   6   7   8   9   ...   42

 

 



gerçəkliyin necə  təsvir olunması  məsələsini  əsas tutmuşdur. 

Onun fikrincə, eyni bir hadisəni müxtəlif cür təsvir etmək 

olar. Belə ki, sənətkar olub keçən, baş vermiş hadisələri 

Homer kimi danışır. Ya sənətkarın maraq və ehtirasları li-

rikada verilir. Ya da sənətkar hadisələri xarakterlərin hə-

rəkətində  təsvir edir. Ümumiyyətlə Aristotel təqlid olun-

manın üç növünü göstərmişdir. Bununla da o, təqlid olun-

manın üsullarına görə  ədəbi növ və janr nəzəriyyəsinin 

əsasını qoymuşdur.  

Qeyd etməliyik ki, sonrakı dövrlərin bir sıra 

nəzəriyyəçiləri Aristotelin bu bölgü prinsipini qəbul etmişlər.  

Alman nəzəriyyəçisi və estetiki Hegel ədəbiyyatı 

növlərə və janrlara bölərkən konkret predmetin təsvirini əsas 

götürmüşdür. Onun fikrincə, epos hadisələri təsvir edir, lirika 

hiss və  həyəcanları, drama isə  hərəkəti təsvir edir. Buradan 

belə  nəticəyə  gəlinir ki, eposda insan cəmiyyətlə üzləşir, 

dramda xarakterlər bir-birinə qarşı durur, lirikada isə 

şəxsiyyətin daxili həyəcanları, qəlb aləmi tərənnüm olunur.  

Sonralar rus nəzəriyyəçisi və tənqidçisi Belinski də bu 

nəzəri baxışla razılaşmalı olmuşdur. Onun fikrincə, incəsənt 

əsərlərində xalis növ strukturu yoxdur. Onun qənaətincə

epik  əsərlərdə dramatik elementlər, eyni zamanda dramda 

epik laylar mövcuddur. Eyni zamanda həm epiklər, həm də 

dramaturqlar da öz növbəsində lirizmdən istifadə edirlər. Bu 

baxımdan yanaşsaq görərik ki, Hegel və Belinskinin 

sözlərində bir həqiqət var. Bununla bərabər, həmin nəzəri 

fikirlərin özünü də dəqiqləşdirmək lazım gəlir. Hər hansı bir 

sənətkarın yaradıcılıq prosesində  əsas məqsədi real 

gerçəkliyi insan münasibətləri ilə birgə təsvir etmişdir. Belə 

ki, tədqiqatçıların doğru qeyd etdikləri kimi, insanın 

 

 

7



gerçəkliklə qarşılıqlı münasibətlərinin təsvirinin  əsasən üç 

müxtəlif tərəfi vardır. Bu müxtəliflik hər hansı bir ədəbi 

növün spesifikasının müəyyənləşməsində mühüm rol oy-

nayır.  Ədəbi növlərin hər üç növü üçün xarakterik olan 

nəzəri cəhətlər də dediklərimizi sübut edir. Doğru qeyd ol-

unduğu kimi: «Eposda insan cəmiyyətlə üzləşib vuruşur, 

dramda xarakterlər bir-birinə qarşı durur, lirikada isə həyatın 

bu və ya başqa səbəblərindən baş verərək  şəxsiyyətin 

keçirdiyi hiss və həyəcanlar açılır»

1

.  



Epik və dramatik əsərləri lirik növdə yazılmış 

əsərlərdən fərqləndirən bir sıra yaxın cəhətlər var. Bu iki 

növə daxil olan əsərlər doğru qeyd olunduğu kimi, daha 

geniş  dərketmə funksiyasına və imkanlarına malikdirlər. 

Epik və dramatik əsərlərdə bir növ müəyyən zaman və 

məkan daxilində baş verən hadisələr təsvir olunur. burada 

ayrı-ayrı  şəxslərin, personajların qarşılıqlı münasibətləri, 

məqsədləri, həyəcan və düşüncələri öz əksini tapır. Düzdür, 

epos və dramda həyatın təsviri və personajların xarakterinin 

səciyyələndirilməsində çox zaman müəllif fikirlərinin ifadəsi 

öz əksini tapır. Ancaq çox zaman oxucuya belə gəlir ki, bu 

əsərlərdəki hadisələr müəllifin özündən, onun istəyindən asılı 

olmadan baş vermişdir.  

Epik və dramatik əsərlər bir-birinə lirik əsərlərə 

nisbətən nə qədər yaxın olsalar da, onlar forma baxımından 

kəskin  şəkildə  fərqlənirlər. Ona görə ki, epik növün yaran-

masında əsas rolu təhkiyə oynayır. Epik növün adı da elə bu-

radan götürülmüşdür. Epos – yunanca «epos» - söz, nitq 

deməkdir. Dram əsərlərində isə bundan fərqli olaraq geniş

ardıcıl təhkiyədən istifadə olunmur. Dramda hadisə  və 

                                                           

1

 Н.А.Гуляев. Теория литературы, Москва, 1985, сящ. 117.  




 

 



xarakterlərin hərəkəti üstünlük təşkil edir. Dramatik növün 

adı da yunan sözü olan «drao» hərəkət, hərəkət edirəm 

deməkdir. Demək olar ki, dramatik əsərlərin mətni persona-

jlar arasında baş verən dialoqlar əsasında qurulur.  

Ədəbi növlər və janrlar arasında həyatın inikas üsulları 

da bir-birindən fərqlənir. Məsələn, eposda həyatda baş ver-

miş bu və ya digər hadisələr və insanlar haqqında danışılır, 

məlumat verilir. Dramaturgiyada isə bilavasitə müxtəlif in-

san xarakterləri arasında gedən mübarizə, münaqişə, 

cəmiyyətin bir-birinə qarşı duran ziddiyyətli tərəfləri təsvir 

olunur. lirikada isə insanın  əhvali-ruhiyyəsi, həyəcanları, 

cəmiyyət münasibətlərinin müxtəlif tərəflərinə sənətkarın öz 

mövqeyi, münasibəti kimi məsələlər verilir. Bir qayda olaraq 

epik və dramatik əsərlər müəyyən bir süjetə malik olur. Lirik 

əsərlərdə isə, adətən, süjet olmur. Epik, lirik və dramatik 

əsərlər öz növbəsində nisbətən kiçik həcmli  ədəbi janrlara 

bölünür. Belə ki, hər növün özünəməxsus janrları olur. Epik 

poemalar, qəhrəmanlıq eposları, roman, mənzum roman, 

povest, hekayə, novella, oçerk epik növün janrları hesab ol-

unur. Bayatı, layla, qoşma, təcnis, müxəmməs, qəzəl, qəsidə 

və s. lirik növün janrları hesab olunur. Komediya, faciə, 

dram və s. isə dramatik növün janrlarıdır.  

 

 

 



9

LIRIK NÖV 

 

Lirika sözü qədim yunan musiqi aləti olan liradan 



götürülmüşdür. Qədim yunanlarda demək olar, söz sənətinə 

dair olan bütün əsərlər, xüsusilə  də  şeirlər, nəzmlə yazılan 

əsərlər həmin lira musiqi alətinin ritmik melodiyası altında 

ifa olunurdu. Bu musiqi alətinin müşayiəti ilə oxunan lirik 

əsərlər epik və dramatik əsərlərdən həm də  bədii 

dərketmənin obyekti baxımından da fərqlənirdilər.  

Lirik  əsərlərdə hadisələrin geniş detalları ilə  təsvirinə 

rast gəlmirik. İnsanların bir-birinə münasibətləri, hərəkətləri 

lirikada geniş təfsilatı ilə göstərilmir. Lirikada insanın daxili 

aləmi, onun hissləri və düşüncələri bədii surətdə 

mənimsənilir. Bir qayda olaraq lirikada insanın hiss və 

həyəcanlarının ifadəsi tərənnüm yolu ilə verilir. 

Qeyd olunduğu kimi, insanın xarici aləmlə 

münasibətlərindən aldığı  təəssüratlar,  şəxsiyyətin iztirab və 

ehtirasları lirikada öz əksini tapır.  Əgər eposda əsas olaraq 

hadisələr, dramda xarakterlər  əsas götürülürsə, lirikada 

hisslərin dinamikası, emosionallıq əsas tutulur. Belə ki, şair 

konkret bir obyekti, ilin hər hansı bir fəslini, gününü 

tərənnüm edəndə  də yenə öz subyektiv-poetik hisslərini 

verir. S.Vurğunun «Bahar düşüncələri» şeirində əsas məqsəd 

bu gözəl təbiət fəslinin tərənnümü olsa da, şair öz poetik 

hiss-həyəcanlarını da emosional şəkildə əks etdirir. 



Bahar, istəklimsən başdan, binadan, 

Ən gözəl qızısan sən təbiətin. 

Xoşbəxt yaranmısan xoşbəxt anadan: 

Gözünün odusan şeirin, sənətin, 

Ən gözəl qızısan sən təbiətin! 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə