Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   2   3   4   5   6   7   8   9   ...   42

 

 

10



Sənin də şair tək qanın qaynardır 

Yerdə arzuların gül açır rəng-rəng

Başında daima fikirlər vardır. 

Daima döyünür sinəndə ürək, 

Yerdə arzuların gül açır rəng-rəng. 

 

B.Vahabzadə «Payız düşüncələri» şeirində payız fəslinin 



təsvirindən daha çox lirik qəhrəmanın narahat qəlbinin hiss-

həyəcanlarının tərənnümünə üstünük verir.  



Hələlik payızdır… 

Üşüyürəm mən.  

Bu dəli küləklər bəs hardan əsir?  

Ömrümdən ayrılıb məni qəhr edən,  

Məndən üz döndərən bahardan əsir.  

 

H.Arifin təbiətə aid onlarla şeirində sənətkarlıqla verilən 



peyzac təsvirlərindən başqa lirik qəhrəmanın mənəvi-

psixoloji aləminin poetik tərənnümü ilə qarşılaşırıq. Bu isə 

lirik qəhrəmanın poetik «mən»inin yaranmasında, bədii 

obrazın subyektiv düşüncələrinin tərənnümündə fövqəladə 

rol oynayır. 

Soyuyur cığırım, üşüyür izim,  

Budaqda titrəyən yarpaq görünür. 

Dərəyə enirəm, qatlanır dizim, 

Zirvəyə qalxıram, uzaq görünür. 

 

Fəsillər dolaşıq düşüb elə bil, 

Yaz başa vurmamış, yay gəlib keçir. 

Zamanın cilovu əlimdə deyil, 

Həftə üzülməmiş ay gəlib keçir. 

 

 



11

 

Lirik  əsərləri fərqləndirən xüsusiyyətlərdən biri də 



nitqin, ifadənin ekspressiv funksiyasıdır. Lirikada müəllifin – 

şair sənətkarın həyata münasibəti emosional şəkildə verilir. 

Sənətkar xarici aləmdən aldığı müxtəlif ani, keçici 

hissləri də lirikada verə bilər. Lakin elə bu zaman da xarici 

aləmdən, gerçəklikdən alınan assosiativ duyğular, hisslər, 

fikirlər bədii poetik ifadənin predmetinə çevrilir. Lirik 

sənətkar xarici aləmi təsvir edərkən də orada öz duyğularını, 

hissləriin verir.  



Dinlə məni, gözəl bahar!  

 

 

 

Qəlbinlə dinlə 

Sənə deyiləcək sözüm var: 

Bilirəm sən, 

Mənim ilk sevgilim kimi, 

İlk duyğularımın şahidisən! 

 

  Unutmadım sizi mən… 

…Mənə çox görməsin zaman 

Çalışıb yaşamaq həvəsini…  

(S.Vurğun) 

 

Lirikanı epik və dramatik əsərlərdən fərqləndirən xü-



susiyyətlərdən biri də hisslərin, duyğuların tərənnümüdür. 

Belə ki, epik və dramatik əsərlərdə  təsvir, təhkiyə, 

mükalimələr  əsas yer tutduğu halda, lirikada hisslərin, 

həyəcanların ani tərənnümü  əsas tutulur. Eposda obyektiv 

həyatın təsviri, lirikada isə subyektiv düşüncə  əsasdır. Liri-

kada da əsas obyekt epos və dramda olduğu kimi obyektiv 

gerçəklikdir. Lakin burada gerçəklik daxili aləmdə subyektiv 

tərənnüm yolu ilə verilir.  




 

 

12



Könül, səndə yenə həyəcanmı var?  

Uçub qalxmadığın asimanmı var?  

Söylə, sənin kimi bu asimanda 

Tufan rəqqasəsi bir tərlanmı var?  

(M.Müşfiq)  

 

Deyirəm Xəzərin sahillərində 

Mənim milyon-milyon şəhərim olsun. 

Ürək dostlarımın ürəklərindən 

Keçən arzulardan xəbərim olsun.  

(S.Rüstəm) 

 

Qeyd olunduğu kimi, lirikada müəllifin fərdi, subyektiv 



düşüncələri  əsas yer tutur. Lakin bunu mütləq mənada başa 

düşmək düzgün olmazdı. Çünki poetik yaradıcılıq 

nəzəriyyəsindən bəhs edən bütün estetiklər və nəzəriyyəçilər 

bu yekdil fikirdədirlər ki, həqiqi lirika özündə ümumbəşəri 

məzmun daşıyır. Lirikada tərənnüm olunan bir şairin yaşantı-

ları, hissləri təkcə onun özü üçün yox, daha geniş  əhatə 

dairəsinə malikdir. Belə ki, lirik əsərlər sənətkarın xarici 

aləmə münasibətlərinin emosional bədii inikası olaraq 

qələmə alınır. Klassik Azərbaycan  şairləri Xaqaninin, Ni-

zami və Füzulinin əsərlərini yalnız bu cür dəyərləndirmək 

olar. H.Cavid, M.Hadi, S.Vurğun, B.Vahabzadə kimi 

şairlərin  əsərləri bəşəri məzmunun ifadəsi baxımından 

diqqəti cəlb edir. 

Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti, 

Danışmaqla, yazmaqla itməz qədir-qiyməti.  

(M.Gəncəvi) 

 

 

 



13

Məmləkətin dayağı ədalətdir hər zaman

Ədalətlə nəsibin səadətdir hər zaman.  

(N.Gəncəvi) 

İblis nədir? 

  

—  Cümlə xəyanətlərə bais… 

Ya hər kəsə xain olan insan nədir? 

  

—  İblis!  

(H.Cavid)  

 

Bəzən deyirlər ki, yalnız xarici mühitin lövhəsini 



verməklə gerçəklik haqqında düzgün bilgi almaq mümkün-

dür. Şəxsiyyətin daxili, mənəvi aləminin təsvir və tərənnümü 

isə əsasən subyektiv mahiyyət daşıyır və bu zaman təbiət və 

cəmiyyət haqqında tam məlumat almaq mümkün deyildir. 

Əlbəttə, bu fikirlərin özü də subyektiv xarakter daşıyır. 

Çünki həqiqi lirika üçün obyektivlik əsas şərtdir. İnsanın hiss 

və  həyəcanları tarixi hadisələrin, ictimai həyatın özü kimi 

obyektiv səciyyə daşıyır. Lirik sənətkar da yazıçı və drama-

turq  kimi  öz  sənətinə sadiqdir. Bədii sənətin  əsas qanunu 

gerçəkliyi  əks etdirməkdir. Müəyyən tarixi epoxa və sosial 

mühitin insanlarının, təbəqələrinin  əhvali-ruhiyyəsini, arzu 

və ideallarını əks etdirmək öyrənmək üçün poeziya bəlkə də 

ən etibarlı  ədəbi mənbə ola bilər. Məsələn, XX əsrin 

əvvəllərində «Molla Nəsrəddin» jurnalı  ətrafında toplanmış 

satirik  şairlərin yaradıcılığı  əsrin  əvvəllərində Azərbaycan 

həyatının, obyektiv gerçəkliklərinin, sosial bərabərsizliyin 

mövcud cəmiyyətdə müxtəlif təbəqələrin həyatının, dün-

yagörüşünün öyrənilməsində böyük bədii  əhəmiyyət kəsb 

edir.  

Bayram olcaq, şövkətlilər, şanlılar, 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə