Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   2   3   4   5   6   7   8   9   10   ...   42

 

 

28



Bu deyilənlərdən aydın olur ki, nəzmdə  sətirlər, sözlər 

müəyyən qayda-qanunla, sıra ilə düzülür, tərtib olunur. 

“Yəni birinci sətrin quruluşu, texinkası, söz və ifadələrin 

tərkibi etibarilə  nə  şəkildədirsə, sonrakı  sətirlərin 

quruluşunda da bu nəzərə alınmalıdır. Nəzmdə  sətirlər 

müəyyən ritmlə qurulur”.

1

 

Nəzmlə yazalın  əsərləri nəsrdən fərqləndirən  əsas ifadə 



şərtlərindən biri deyildiyi kimi ritmdir. Ritm — adından da 

göründüyü kimi, eyni bir hadisənin müxtəlif tərkib 

hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar 

şəkildə, təkrarlanmasıdır. Başqa sözlə desək, nəzmi təşkil 

edən hər misra, söz, beyt, səs, fasilə uyğun – proporsional 

şəkildə  təkrarlanmalıdır. Bu, nəzmin  əsas texniki tələbidir. 

“Ritm – sənət  əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin 

ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin 

əsərdə  əks etdirilməsi. Ritm əsərin aydınlığına, dəqiqliyinə 

və müəyyən bir qaydaya düşməsinə kömək göstərir…o, 

xüsusilə şeirin əsasını təşkil edir”.

2

  



Ritm hələ  qədim zamanlarda insanlar arasında birlikdə 

görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin 

ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni 

sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər. Bu 

səs, söz təkrarları isə hamı  tərəfindən eyni zamanda, ritmik 

surətdə deyilirdi. İnsanların əmək prosesində söylədikləri bu 

emosional təkrarlar ahəngdar  şəkil alır və  iş prosesini 

asanlaşdırırdı. Məlum olduğu kimi, bu ritmik, ahəngdar söz 

və  səslər ibtidai nəzm nümunələrinin,  əmək nəğmələrinin, 

                                                           

1

  Мир  Ъялал,  П.Хялилов.  Ядябиййатшцнаслыьын  ясаслары.  Бакы, 



1988, с.97 

2

 Ядябиййатшцнаслыг терминляри лцьяти. Бакы, 1988, с.197 



 

 

29



mahnıların, bayatı və holavarların yaranmasında mühüm rol 

oynamışdır. 

“Ritm (yunanca – rhytmos – ahəng, uyğunluq) – şeirdə 

sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun  şəkildə 

səslənən nitiq vahidləri, antik şeirdə uzun və  qısa hecaların 

misra daxilində eyni şəkildə  təkrarı, sillabotonik şeirdə 

vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. 

Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir”.

1

 

Əgər bizim görüb duyduğumuz hərəkətlər eyni qayda ilə 



müəyyən hisslərə bölünürsə, burada ritm yaranır. Nəzmi və 

ya  şeiri təşkil edən ayrı-ayrı hissələr bir misrada bərabər 

şəkildə  təkrarlanaraq ritm yaradır. Tədqiqatçılar  şeir dilində 

bərabər  şəkildə  təkrarlanan müxtəlif ritmik vahidlərin 

olduğunu göstərirlər. Ritm sillabik (heca vəzni)  şeirdə 

hecaların sayına görə yarana bilər. Sillabik – tonik şeirdə 

ritm özünü vurğulu və vurğusuz hecaların sayında göstərir. 

Ölçülü (metrik) şeirlərdə isə ritm vurğuların uzun və 

qısalığına görə yaranır.

2

 



Ritm – ümumiyyətlə, bədii yaradıcılığın dil-nitq sis-

teminin  əsasını  təşkil edir. Belə ki, bədii  əsərin dili özünün 

yalnız emosional ifadə  tərzi ilə yox, həm də ritmi ilə 

fərqlənir. Ritm şeir üçün ən xarakterik bir əlamət hesab ol-

unur. Qeyd edildiyi kimi, hətta nəsrlə yazılan  əsərlərin 

özündə də bu və ya başqa dərəcədə ritm mövcuddur. Şeirdə 

misralar, bərabər hecalar, misradaxili pauzalar, ölçü, bölgü 

quruluşu ritmin ən  əlamətdar təzahür formasıdır. Təsadüfi 

deyildir ki, ərəbcə  şeir,  şeiriyyət anlamının bir mənası da 

                                                           

1

  Л.Тимофеев  и  Н.Венгров.  Краткий  словарь  литературоведческих 



терминов. Москва, 1963, с.129 

2

 Словарь литературоведческих терминов. Москва, 1974, с.321 




 

 

30



ahəngdarlıq deməkdir. 

Nəzmlə yazılan  əsərlərin  ən emosional-bədii forması 

şeirdir. “Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar 

bir  şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, 

ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması 

üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, 

axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə 

cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü 

ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə 

nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün 

tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına 

xüsusi fikir verilir”.

1

 

Xüsusi bədii təfəkkür və obrazlı şəkildə yazılan şeir adi 



nəzmdən sənətkarlıq cəhətdən sözsüz ki, üstündür. Şeirdə 

poetik sözün demək olar, bütün qanunlarından, texniki 

tələblərindən maksimum istifadə olunur, onlara əməl edilir. 

Nəzm və şeirin incə fərqlərini müəyyənləşdirən tədqiqatçılar 

doğru olaraq belə hesab edirlər ki: “Müəyyən texniki 

tələblərə cavab verən, sətirləri ölçü, bölgü və qafiyə ilə təşkil 

olunan bütün yazılar nəzmdir. Bu xüsusiyyətdən başqa bədii 

əhəmiyyəti olan, varlığa şairanə münasibət bəsləyən, obrazlı 

təfəkkürlə yaradılan mənsuz yazılara isə şeir deyilir”.

2

 



Gah olur, dərələr, düzlər üstünə, 

Burula-burula söz yazar sular. 

Gah da görürsən ki, itib hardasa, 

Sirrini gizlədib yol azar sular, 

Bizə zirvələrin sirrini söylər, 

                                                           

1

 Ядябиййатшцнаслыг терминляри лцьяти. Бакы, 1988, с.257-258 



2

  Мир  Ъялал,  П.Хялилов.  Ядябиййатшцнаслыьын  ясаслары.  Бакы, 

1988, с.99 

 

 



31

Düzdə üzə çıxan nəğməkar sular.  

(B.Vahabzadə) 

 

Göründüyü kimi, şair burada bütöv bir bədii mənzərə 



yaratmışdır. Təbiətin füsunkar bir mənzərəsinin sözlə  bədii 

rəsmi verilmiş bu lövhədə şair hər sözün poetik enercisindən 

maksimum sənətkarlıqla istifadə etmişdir.  Şair bu şeirdə 

yalnız qafiyə, rədif yaratmamışdır. Buradakı sözlər həm də 

biri-birinə bağlanaraq böyük məna, məzmun yaratmışdır. 

Suların dağlardan, dərələrdən burula-burula axıb gəlməsi 

təbii bir hadisədir. Lakin şair bu təbii fondan assosiativ 

hisslərin təsviri üçün istifadə edir. Belə ki, dərələrin suyunun 

birləşib sel kimi düzlərdən axıb keçməsini şair çayın axaraq 

“zirvələrin sirrini söyləməsi” kimi metaforik şəkildə 

dəyərləndirir. Həm də  şair dağlardan, dərələrdən axb gələn 

bu çayları adi sular kimi yox, “nəğməkar sular” kimi 

göstərir. Bütün bunlar isə təkcə şairin tapıntısı yox, həm də 

onun təbiətə, varlığa,  şairanə münasibətidir. Sanki şeirin 

özündə  də sözlərin ahəngdar, ritmik axını ilə  şırıl-şırıl axıb 

keçən sel-suların nəğməsi yaranır. Bu, həqiqətən də 

gerçəkliyə, varlığa  şairanə, obrazlı bir münasibətdir. Lirik 

şeirin  ən başlıca xüsusiyyətlərindən biri budur ki, orada 

oynaq bir ritm, bədii təsvirin ekspressivliyi obrazlılıq və 

şeiriyyət olsun. Şeir  ərəbcə – munzum ədəbi  əsər, nəzm, 

şeiriyyət isə incəlik, ahəngdarlıq, gözəllik deməkdir. 

Həqiqi şeir ciddi ədəbi-poetik qanunlar əsasında yaranır. 

Ahəng, qafiyə, ölçü, bölgü şeirin təşkilinin  ən  əsas 

əlamətlərindən hesab olunur. Şeir sözü yunanca stikhos-

cərgə, düzülüş, qayda-qanun mənasını verib, ölçülü, ritmik, 

güclü emosional nitq deməkdir. Məlumdur ki, şeir dili nəsr 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə