Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

 

 

40



daxili məzmun qatında bir sinkretizm yaradır. Belə süjet 

qurmaq özü də yüksək sənətkarlıq deməkdir.  

Lakin  əsərdə  ən çox diqqəti çəkən sənətkarlıq cəhəti 

yazıçının bədii sözdən, onun plastikasından poetik fikir 

tutumundan, istifadə etmək ustalığıdır. Yazıçının bədii 

təsvirlərindəki hər söz, ifadə, cümlə fikrin morfologiyasını 

oxucuya çatdırmaqda fövqəladə rol oynayır.  Ədibin 

təsvirlərindəki sözlər epiklik səciyyəsini itirərək, romantik-

lirik tərənnüm funksiyası daşıyır. Sözlər elə bil şeirləşir

bayatılaşır və formal şəkildə qafiyələnərək, ritmik intonasiya 

qazanır.  

«İlan kimi burularaq əsrarəngiz meşənin qəlbindən 

keçən bulağın ahəngdar  şırıltısı, vüsal eşqi ilə  çırpınan 

sevdalı bülbüllərin məlahətli nəğmələri, öz təravətləri ilə 

meşəni bihuş edən rəngarəng güllərin xoş rayihəsi, xəfif-

xəfif  əsən sabah mehinin həzin, olduqca həzin musiqisi, 

meşə  ağaclarının incə, sehrli pıcıltıları onu burada vəcdə 

gətirər və o da papağını gözünün üstə aşırar, ən çox xoşladığı 

bir bayatını ahəstə-ahəstə deyərdi»

1

.  



Diqqət etsək görərik ki, bu sadəcə  təsvir yox, 

qəhrəmanın daxili-psixoloji aləminin lirik tərənnümüdür. Bu 

təsvirlərdə qüvvətli bir lirizm vardır. Artıq deyildiyi kimi, 

mənsur 


şeir qafiyə, ölçü, bölgü kimi nəzm 

xüsusiyyətlərindən uzaqdır. Lakin lirik qəhrəmanın hiss-

həyəcanlarını  təsvir və  tərənnüm edən yazıçının  əsərlərində 

daxili bağlılıq, hissin dinamikası müəllifin poetik intonasiya-

sında ritmik surətdə verilir. Müəllifin təsvirlərində  təkrar 

səslərin alliterasiyası, ifadə  və sözlər bədii ideyanın çat-

                                                           

1

  Эцлщцсейн  Щцсейноьлу.  Сечилмиш  ясярляри. 2 ъилддя, 1-ъи 



ъилд, Азярбайъан Дювлят няшриййаты, Бакы, 1993, сящ. 238. 

 

 



41

dırılmasında kateqorik imperativ rol oynayır.  

«Payızın soyuq günləri başladı, qış gəldi. Ayna bulaq buz 

bağladı. Bənövşədən bir soraq olmadı. Lakin kəndlilər ondan 

yenə ümidlərini kəsmədilər. Onu bir daha görmək üçün gələn 

bahara bel bağladılar və səbrsizliklə onun gəlişini gözlədilər.  

Nəhayət, bahar gəldi. Bütün kənd bulaq başına axışdı. 

Fəqət o, yenə yoxdu. Bənövşə gəlməmişdi.  

Onlar tənha daşın yanına gəldilər və birdən-birə daşın 

böyründən hələ onlara məlum olmayan, boynu çiynində 

bitmiş bir zərif çiçəyin baş qaldırdığını gördülər… Və o 

gündən bu məsum çiçəyə bənövşə adı verdilər….»

1



G.Hüseynoğlu qüdrətli bir lirik nasir kimi geniş təsvirə 



ehtiyac duyulan obyektiv gerçəkliyin həqiqətlərini mənsur 

şeirdə çox yığcam olaraq bədii həqiqət modelində təsvir edə 

bilir. 

Yazıçının «Ay nur çiləyəndə…» əsərindəki epizodlara nəzər 



salmaq kifayətdir. 

«Təbiət gümüşü rəngə boyanır, yarpaqlar pıçıldaşır, 

ulduz ulduzu çağırır, sevgililər görüşə  çıxır, ay nur çilə-

yəndə… 


Qapılara elçilər gəlir, qızların ürəyi səksəkədə olur, 

qoşa zurnadan «Vağzalı» süzülür, nişanlı  qızlar gəlin gedir, 

ay nur çiləyəndə…» 

Yaxud:  


«İllər keçdi. Yaşa dolduq. Arzular qəlbimizdə yuva 

saldı. Arzular – sənin də, mənim də  qəlbimi coşduran, bizi 

yaşamağa, yaşatmağa çağıran arzular! 

Böyüdükcə bir şeyi başa düşə bilmirdim, ay qonşumu-

                                                           

1

  Эцлщцсейн  Щцсейноьлу.  Сечилмиш  ясярляри. 2 ъилддя, 1-ъи 



ъилд, Азярбайъан Дювлят няшриййаты, Бакы, 1993, сящ. 241. 


 

 

42



zun qızı, niyə  məndən qaçırdın, özün də istəmədən qa-

çrıdın… 


Axşamlar pəncərənizin qabağından keçəndə  bəzən ayaq 

saxlar, sənin o incə, gözəl, məlahətli səsini dinlərdim. Sən də… 

ahəstə-ahəstə oxuyardın, ay nur çiləyəndə…»

1

.  



Keçmiş sovet yazıçısı K.Fedin G.Hüseynoğlununu 

kiçik həcmli, böyük mətləblərdən xəbər verən mənsur 

şeirlərini oxuduqdan sonra heyrətlənmiş və ədibin «Mücrü» 

hekayəsi haqqında «bu metamorfoza məni ovsunlamışdır» 

demişdir. Doğrudan da, çağdaş dövrümüzün canlı klassiki 

olan G.Hüseynoğlunun  əsərləri oxucunu sehrləyir və  bədii-

estetik maraq doğurur. 

Görkəmli yazıçı Mir Cəlal G.Hüseynoğlunun 

yaradıcılığını dəyərləndirərək yazırdı: «Gülhüseyn heç kimə 

bənzəməyən, özünün dəsti-xətti, üslubu olan, həmişə axtaran, 

poetik kəşflər edən… az yazmağı, mənalı yazmağı sevən 

yazıçıdır…»

2



G.Hüseynoğlunun mənsur  şeirləri nəsrlə yazılmasına 



baxmayaraq, onları hisslərin tərənnümü, ritmik keyfiyyətləri, 

emosional xüsusiyyətləri baxımından həqiqi lirik şeirlərdən 

fərqləndirmək mümkün deyildir. «Mənsur şeir – nəsr şəklin-

də yazılıb lirik səciyyə daşıyan kiçik əsər; ifadəsinin 

emosionallığı və ahəngdarlığı ilə şeirə yaxın olur»

3



Cəsarətlə demək mümkündür ki, G.Hüseynoğlunun 

kiçik həcmli mənsur  şeirləri bütün poetik keyfiyyətləri ilə 

                                                           

1

  Эцлщцсейн  Щцсейноьлу.  Сечилмиш  ясярляри. 2 ъилддя, 1-ъи 



ъилд, Азярбайъан Дювлят няшриййаты, Бакы, 1993, сящ. 247-248. 

2

  Йазычы  Эцлщцсейн  Щцсейноьлу. «Оьуз  ели»  гязетинин  айрыъа 



бурахылышы, сентйабр, 2001-ъи ил, сящ. 1. 

3

  Язиз  Мирящмядов.  Ядябиййатшцнаслыг.  Енсиклопедик  лцьят. 



«Азярбайъан Енсиклопедийасы», НПБ, Бакы, 1998, сящ. 129. 

 

 



43

oxucuya bədii zövq aşılayan lirik sənət nümunələridir.  




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə